Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-348/2024 16.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Əkbərli Günel Bəkir qızı, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair barəsində Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokollara və onlaraa əlavə edilmiş materiala işin baxılmağa hazırlanması zamanı baxaraq, MÜƏYYƏNETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair barəsində Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş 07 yanvar 2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli; 07 yanvar 2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli; 07 yanvar 2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli; 07 yanvar 2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollar və onlara əlavə edilmiş sənədlər Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. İş materiallarına əlavə edilmiş 07 yanvar 2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli; 07 yanvar 2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli; 07 yanvar 2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli; 07 yanvar 2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ona müvafiq qərarlarla tətbiq edilən cərimələri ödəmədiyindən, yəni qərarların qanuni qüvvəyə minməsindən sonra 3 ay müddət ərzində icra etmədiyindən onun tərəfindən İXM-nin 529.3-cü maddədə nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolları və onlaraa əlavə edilmiş materialları işin məhkəmədə baxılmasına hazırlanması zamanı nəzərdən keçirərək hesab edir ki, iş baxılması üçün aidiyyəti üzrə İsmayıllı Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsi məlumatlarına dair elektron çıxarışdan görünür ki, Şəxs yaşayış yeri üzrə İsmayıllı rayonu İsmayıllı kəndində qeydiyyatdadır. Odur ki, Şəxs barəsində İXM-nin 529.3-cü maddəsilə tərtib edilmiş protokollar üzrə inzibati xəta haqqında iş aidiyyəti üzrə İsmayıllı Rayon Məhkəməsində baxılmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikasının İXM-nin 109.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılmağa hazırlanması zamanı əgər həmin məsələyə baxılması hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109, 110 və 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş 07 yanvar 2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli; 07 yanvar 2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli; 07 yanvar 2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli; 07 yanvar 2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollar və onlara əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə İsmayıllı Rayon Məhkəməsinə göndərilsin. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-348/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-348/2024
16.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver