Məhkəmə qərarları › İş №3(004)-3483/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3483/2022

05.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3483/2022 05.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala baxaraq məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Baş Polis İdarəsinin X2 İdarəsindən daxil olmuş 21 iyul 2022-ci il tarixli, İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 21 iyul 2022-ci il tarixdə, " TOYOTA LAND CRUİSER PRADO Mİ" minik markalı, Az **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən nəqliyyat vasitəsinə sayrışan işıq siqnalları quraşdıraraq ondan istifadə etmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati icraat aparılan şəxs və Bakı şəhər Baş Polis İdarəsinin X2 İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə gəlməməsinin səbəblərini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmiş və ya nümayəndəsini göndərməmişlər. Məhkəmə işə barəsində inzibati icraat aparılan şəxsin və Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə tövsif olunmuşdur. İş materiallarında olan 21 iyul 2022-ci il tarixli, İXP seriyalı, ******* saylı protokoldan görünür ki, TOYOTA LAND CRUİSER PRADO Mİ" minik markalı, Az **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və nəqliyyat vasitəsinə sayrışan işıq siqnalları quraşdırılması aşkar edilmişdir. İş materiallarında olan 21 İyul 2022-ci il tarixli izahatdan görünür ki, Şəxs " TOYOTA LAND CRUİSER PRADO Mİ" minik markalı, Az **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə sayrışan işıqlar ondan əvvəlki sahibi tərəfindən quraşdırıldığını bildirmişdir. İş materiallarında olan 21 iyul 2022-ci il tarixli “Nəqliyyat vasitəsinə baxış haqqında” protokoldan görünür ki, Şəxs məxsus " TOYOTA LAND CRUİSER PRADO Mİ" minik markalı, Az **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobilə hal şahidlərinin iştirakı ilə baxış keçirilmiş və baxış zamanı avtomobilin üzərinə sayrışan işıqlar quraşdırılması aşkar olunmuşdur. İş materiallarına əlavə edilmiş bir ədəd diskə məhkəmə iclas zalında baxılarkən protokolda yazılanların öz əksini tapması müəyyən edilmişdir. İş materiallarında olan 21 iyul 2022-ci il tarixli aktdan görünür ki, Şəxs məxsus " TOYOTA LAND CRUİSER PRADO Mİ" minik markalı, Az **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobildən götürülmüş sayrışan işıq siqnalları Bakı şəhər Baş Polis İdarəsinin X2 İdarəsinin maddi saxlanc otağına təhvil verilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə əsasən, nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, inzibati xəta haqqında protokolla müəyyən edilir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi onun polisə verdiyi 21 iyul 2022-ci il tarixli izahatı, Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Baş Polis İdarəsinin X2 İdarəsindən daxil olmuş 21 iyul 2022-ci il tarixli, İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokol, 21 iyul 2022-ci il tarixli “Nəqliyyat vasitəsinə baxış haqqında” protokolu və digər iş materialları ilə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir və heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinin sanksiyasının həddi daxilində cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALD!: 21 iyul 2022-ci il tarixli, İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokol üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitəsinə quraşdırılmış sayrışan işıq siqnalları müsadirə olunmaqla 500 (beş yüz) manat məbləğdə cərimə edilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar