Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3486/2022 25.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X2 iclas katibliyi ilə, xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, subay, Bakı şəhəri, Yasamal rayonu Dadaş Bünyadzadə küçəsi ev 34B-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2534/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs tələbkar X1 xeyrinə 2800 manat və ödənilmiş 30 manat dövlət rüsumu, X3 xeyrinə 3100 manat və ödənilmiş 30 manat dövlət rüsumu məbləğində pul tutulmalıdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-535/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 1500 manat, 500 manat mənəvi zərərə görə pul və 30 manat dövlət rüsumu X4 xeyrinə tutlmalıdır. Borclu həmin icra vərəqələrində göstərilən tələbləri icra etmir və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Beləliklə də borclu icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Bununla Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Yasamal rayon icra və Probasiya şöbəsinin icra məmuru tərəfindən xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, barəsində olan icra sənədindindən xəbərdardır. Maddi imkanı olmadığı üçün ödəniş edə bilməmişdir. Həmin məbləği işləyəndə ödəyəcəkdir, hazırkı günə qədər heç bir məbləğ ödəyə bilməmişdir. Təzə işə düzəlmişdir. Hazırda da imkanı olmadığı üçün pulu ödəyə bilmir. Məhkəmə iclasında iştirak edən tələbkar (zərər çəkmiş şəxs) X5 bildirdi ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə qət edilən pulu ödəməkdən y ayınır. Əslində dələduzluq edib, icra məmurunun adından pul almışdır ki, guya hərraca çıxarılan maşınlardan birini bizə təşkil edəcəkdir, lakin sonradan bəhanələrlə uzun müddət keçdiyindən məhkəməyə müraciət edib, qətnamə çıxardıldı. Bundan sonra da hərdən bir bəhanə ilə pulu verməkdən yayınır, dəfələrlə müəyyən vaxtlara söz vermiş, and içmişdir ki bu gün sabah qaytarır, lakin sözünə əməl etməmişdir. Ona görə də borclu barəsində ən sərt tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkar (zərər çəkmiş şəxs) X6 bildirdi ki, borclu Şəxs icra məmurunun adından pul almışdır ki, guya hərraca çıxarılan maşınlardan birini bizə təşkil edəcəkdir, lakin sonradan bəhanələrlə uzun müddət keçmiş, nə maşın düzəltmiş, nə də pulu qaytarmamışdır, ona görə də məhkəmədə iddia qaldırmışlır. Bundan sonra da müxtəlif bəhanələrlə pulu verməkdən yayınır, dəfələrlə müəyyən vaxtlara söz vermiş, and içmişdir ki bu gün sabah qaytarır, lakin sözünə əməl etməmişdir. Ona görə də borclu barəsində ən sərt tədbir görülməsini məhkəmədən xahiş etdi. Yasamal rayon İcra Şöbəsinin icra məmuru Orxan Abdullayev məhkəməyə verdiyi izahatında bildirdi ki, borclu dəfələrlə icra şöbəsinə dəvət edilərək borcunu ödəmək ona təklif edilmiş, həmçinin imkanı olmadığı təqdirdə hissə-hissə ödəmək təklif edilsə də, müxtəlif bəhanələrlə icradan yayınmış, hazırda protokolda göstərilən məbləğdə borcu yaranmışdır, bununla da üzrsüz səbəbdən icra vərəqəsini icra etməmişdir. İcra məmuru tərəfindən xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixli qərarlarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmişdir, bu barədə borclu məlumatlandırılmışdır. Həmçinin borclu icradan və icra şöbəsinə gəlməkdən yayındığı üçün icra məmurunun təqdimatına əsasən Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində məcburi gətirmə tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, icra vərəqəsi, bildiriş, özünün məhkəməyə verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xətanın xarakterini, məhkəmə qərarının icra olunmamasındakı müddəti, inzibati xətanın pul borcu ilə əlaqədar olduğunu, pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsin yenidən cərimələnməsinin lüzumsuz olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən, saat 16:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı Şəhəri Yasamal Rayonu İcra Şöbəsinə və Bakı Şəhəri Yasamal rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-3486/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3486/2022
25.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver