Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3492/2025 24.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Bakı şəhəri 4 saylı vəkil bürosunun vəkili X2 iştirakları ilə, xx xxx 1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal RPİ-nin 27-ci polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PŞ-nin sahə rəisi, polis mayoru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokol tərtib edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd olunmuşdur ki, xx.xx.2025-ci il tarixdə Şəxs öz avtomobili ilə Melissa park yaşayış kompleksində şlaqbaunun qolunu sındırmışdır. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsinin sahə rəisi, polis mayoru Eldəniz Hüseynov tərəfindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN № ******* saylı protokol həmin Polis Şöbəsini rəisinin tərtib edilmə tarixi göstərilməyən inzibati xəta haqqında işin aidiyyatı üzrə göndərilməsi barədə MN № ******* saylı qərardadı ilə baxılması üçün Bakı şəhər Yasamal Rayon Məhkəməsinə göndərilmiş və icraata qəbul edilmişdir. Polis orqanı tərəfindən İnzibati xəta haqqında protokol tərtib edilməsi üçün əsas olan, aparılmış araşdırmaya dair məhkəməyə təqdim olunmuş sənədlərin araşdırılması ilə müəyyən olunur ki, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232- 1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə protokol tərtib edilməsi üçün əsaslar olmamışdır. Belə ki, iş materiallarında olan sənədlərdən müəyyən edilir ki, xx.xx.2025-ci il tarixdə vətəndaş X1 RPİ-nin 27-ci Polis Şöbəsinə müraciət edərək yaşadığı Yasamal rayonu, H.B.Zərdabi prospekti, Melissa Park YK binanın çıxışında qoyduqları şlaqbaunun qolunun Tayota markalı **-MK-*** Dövlət Nömrə nişanlı avtomobili idarə edən naməlum şəxs tərəfindən əzilməsini aşkar etmişdir. Nəticədə ona 1200 AZN maddi ziyan dəyməsini bildirərək müvafiq tədbir görülməsini xahiş etmişdir. Müraciət əsasında araşdırma aparmış 27-ci Polis Şöbəsinin təhqiqatçısı polis mayoru Cavid Kərimlinin xx.xx.2025-ci il tarixli qərarı ilə dəymiş ziyanın məbləğinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186-cı maddəsinin tərkibini yaratmaması səbəbindən cinayət işinin başlanması rədd edilmişdir. Təhqiqatçı tərəfindən qəbul edilmiş qərarda göstərilir ki, qəsdən və ya ehtiyyatsızlıqdan zərər vurmuş naməlum şəxsin müəyyən edilərək izahatının alınması üçün müvafiq raport verilsə də, müsbət nəticə əldə edilməmişdir. Həmçinin qərarda göstərilmişdir ki, vətəndaş X5 maddi ziyan vurmuş naməlum şəxs müəyyən edildikdən sonra AR İXM-nin 232-1-ci maddəsinə əsasən barəsində inzibati tədbir görülməlidir. Həmin qərara əsasən hər hansı bir araşdırma aparılmadan, belə bir hadisənin baş verib-verməməsi müəyyən edilmədən, şəxsin hansı əsaslarla bu tələbi irəli sürməsi müəyyən edilmədən, dəymiş ziyanın həqiqətən 1200 manat təşkil edib-etməməsi yoxlanılmadan, şəxsin əzilməsini idda etdiyi şlaqbauna aidiyyatı müəyyən edilmədən əsassız olaraq göstərilən protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Onun tərəfindən göstərilən tarixdə belə bir hərəkətə yol verilməyib, o həmin binada yaşayır, binanın dayanacağındakı parklanma ilə məşğul olan şəxs onu tanıyır və onun naməlum şəxs kimi göstərilməyi reallığa uyğun deyildir. Həmin gün o, binanın altındakı dayanacaqdan çıxarkən şlaqbauna çatıb şlaqbaunu açmaq üçün kartdan istifadə edərkən bir nəfər şəxs yaxınlaşıb guya onun tərəfindən çıxışda təmir üçün qoyulmuş şlaqbaun qolunun üstündən keçdiyini bildirmişdir və buna görə 50 manat pul tələb etmişdir. O isə ona bildirmişdir ki, əgər o, hər hansı bir əşyanın üstündən keçsə idi, onu hiss edərdi. Digər tərəfdən əgər siz bu çıxışda nəsə təmir edirsinizsə çıxışı bağlayıb digər çıxışdan avtomobillərin çıxışını təmin etməlisiniz deyib bundan sonra çıxıb getmişdir. Sonradan parkovşik onun telefon nömrəsinə zəng edib onların 50 manat istədiklərini bir daha ona bildirmiş və telefon nömrəsini onlara verməsinə icazə istəmişdir. O, icazə vermiş, ancaq ona zəng edən olmamışdır. O, Azərbaycan Respublikasının xarici ölkədə olan səfirliyinin əməkdaşıdır və məzuniyyət müddəti başa çatdıqdan sonra geri qayıtmışdır. Ondan bu işlə bağlı hər hansı bir izahat alınmayıb və heç nə soruşulmayıb. İnzibati xəta haqqında protokolu əsassız hesab edir və İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci maddəsində göstərilir ki, İnzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: 114.1.4. inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında. Həmin Məcəllənin 114.2-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar aşağıdakı hallarda çıxarılır: 114.2.1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda. Həmin Məcəllənin 53.1-ci maddəsində göstərilir ki, aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda. Yuxarıda göstərilənlərə əsasən barəsində Yasamal RPİ-nin 27-ci X8 xəta haqqında xx.xx.2025-ci il tarixli MN № ******* saylı protokoluna əsasən icraatda olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. Zərəçəkmiş şəxs və protokol tərtib etmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə inzibati işə zərəçəkmiş şəxs və protokol tərtib etmiş şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Yasamal RPi-nin 27-ci PŞ-nin sahə rəisi X3 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında 29 may 2025-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Şəxs öz avtomobili ilə Melissa park yaşayış kompleksində şlaqbaunun qolunu sındırmışdır. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırmanın aparılması haqqında” 24 aprel 2025-ci il tarixli qərardaddan görünür ki, inzibati xətanı törətmiş şəxsin yerini müəyyən olunması üçün inzibati icraat işi açılması və icraata qəbul edilməsi, inzibati icraat işi üzrə inzibati araşdırma icraatın başlanma vaxtından iki aydan artıq olmayan müddətə aparılması, qərardad barədə Azərbaycan Respublikasının vətəndaşı mayoru X5 məlumat verilməsi, inzibati xəta haqqında işi üzrə icraatın başlanması barədə prokurora məlumat verilməsi qərara alınmışdır. Yasamal RPi-nin 27-ci PŞ-nin təhqiqatçısı, polis mayoru Cavid Kərimli tərəfindən Yasamal RPİ-nin 27-ci PŞ-nin rəisi, polis polkovnik-leytenantı Hüseyn İmanova ünvanlanmış xx.xx.2025-ci il tarixli, 53-2/1-4208 nömrəli raportdan görünür ki, ünvan 3 ünvanında yaşayan X4 əmlakına qəsdən maddi ziyan vurmuş Toyota markalı, **-MK-*** d.q.n. avtomobilin sürücüsü müəyyən edildikdən sonra, barəsində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü qərarın surətinin aidiyyəti əməkdaşa həvalə edilməsindən ötrü göstəriş verilməsi xahiş edilmişdir. “Cinayət işi başlanılmasının rədd edilməsi barədə” 10 aprel 2025-ci il tarixli qərardan görünür ki, beləliklə toplanmış materialdan görünür ki, vət. X5 məxsus şlaqbauma Toyota markalı, **-MK-*** d.q.n. avtomobilin sürücüsü tərəfindən qəsdən zədələnməsi nəticəsində ona təxminən 1200 manat məbləğində maddi ziyan dəymiş və mövcud qanunvericiliyə görə qəsdən xeyli maddi ziyan vurma, yəni 5000 manatdan yuxarı olduğu halda Azərbaycan Respublikasının CM-nin 186-cı maddəsinin tərkib əlamətlərini yaratmadığından material üzrə cinayət işinin başlanması rədd edilməlidir. Həmçinin vət. X5 maddi ziyan vurmuş naməlum şəxs müəyyən edildikdən sonra Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsində əsasən barəsində inzibati tədbir görülməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası CPM-nin 39.1.2, 86, 207.5.2, 212 və Azərbaycan Respublikası İXM-in 232-1-ci maddələrini rəhbər tutaraq, vət. X4 Yasamal RPİ-nin 27-ci PŞ-nə ünvanladığı müraciət əsasında toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi, qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Yasamal rayon prokuroruna göndərilməsi, qərarın surətinin məlumat üçün vət. X5 göndərilməsi və qərardan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora, yaxud məhkəməyə şikayət vermək hüququnun izah edilməsi, vət. X5 qəsdən maddi ziyan vurmuş Toyota markalı, **-MK-*** d.q.n. avtomobilin sürücüsü müəyyən edildikdən sonra, barəsində Azərbaycan Respublikasının İXM-nin 232- 1-ci maddəsinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü qərarın surətinin Yasamal RPİ-nin 27-ci PŞ-nə göndərilməsi, toplanmış materialın saxlanılmasından ötrü Yasamal RPİ-nin 27-ci PŞ-nin dəftərxanasına təhvil verilməsi qərara alınmışdır. Yasamal RPi-nin məsul növbətçisi polis polkovnik-leytenantı Lətif Abbasov tərəfindən Yasamal RPİ-nin rəisi, polis polkovniki Mirnemət Mirbabayeva ünvanlanmış xx.xx.2025-ci il tarixli, 10247 nömrəli raportdan görünür ki, raportun məzmunu “xx.xx.2025ci il tarixdə saat 09:38-də DİN-nin 102 Xidmətindən (125037 6053) saylı Şikayət rəisə məruzə edilsin daxil oldu ki, Nərimanov rayonu Aşıq Qərib küçəsi ev 25 V-də yaşayan X10 077 *** ** ** nömrədən zəng vuraraq, 01,04.2025-ci il tarixdə Land Crusier markalı Az ** MK *** dövlət qeydiyyat nişanlı avtomobilin şlaqbaunu sındırması və hadisə yerindən uzaqlaşması barədə Yasamal RPİ 27-ci PŞ-nə ərizə ilə müraciət etməsi, lakin işinə baxılmamasından narazılığını bildirdi” şəklində olmuşdur. xx.xx.2025-ci il tarixli HK-1/518 nömrəli material üzrə əməliyyat tapşırığından görünür ki, xx.xx.2025-ci il tarixdə saat 11:27-də X10 DİN-nin 102 xidmətinə zəng edərək, 26 mart 2025-ci il tarixdə saat 15 radələrində Yasamal rayonu, H.B.Zərdabi pr. Melissa park y/k-də binanın çıxışında qoyduqları şlaqbaumun qolunun qara rəngli Toyota markalı, **-MK-*** d.q.n. avtomobil tərəfindən əzilərək ona 1200 manat ziyan yetirməsini bildirmişdir. Həmin müraciət Yasamal RPl-nin 27-ci PŞ-nin “Törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı” kitabında 518 sıra nömrəsi ilə qeydə alınaraq, xx.xx.2025-ci il tarixdə icraatıma daxil olmuşdur. Odur ki, Toyota markalı, **-MK-*** d.q.n. avtomobilin sürücüsünün və yanındakı naməlum şəxsin şəxsiyyəti müəyyən olunmalı və tez bir zamanda olduğu yer müəyyən olunaraq təhqiqata cəlb olunması, eləcə də keçirilmiş tədbirlər zamanı ortaya çıxan digər sualların ətraflı araşdırılması və onların nəticələri barədə Yasamal RPİ 27-ci PŞ-yə məlumat verilməsi məqsədilə aidiyyəti əməkdaşa göstəriş verilməsi xahiş edilmişdir. Zərərçəkmiş şəxs X4 polis şöbəsində verdiyi izahatında bildirmişdir ki, 26 mart 2025-ci il tarixdə Yasamal rayonu, H.B.Zərdabi pr. yerləşən Melissa Park y/k qarajların giriş hissəsinə şlauqbaun yerləşdirilmişdir. Həmin vaxt saat 15 radələrində Toyota markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobil qarajdan çıxaraq gedən zaman qırmışdır. Dəfələrlə həmin şəxslə əlaqə saxlamağa çalışmışlar, lakin həmin şəxs dəymiş ziyanı ödəməkdən yayınmışdır. Ona görə də məcbur polisə şikayət etmişdir. Məhkəməyə təqdim edilmiş videogörüntüdən görünür ki, Şəxs idarə etdiyi avtomobil ilə şlauqbauna yaxınlaşır və şlauqbaun açıldıqdan sonra hərəkət edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin maddənin qeyd hissəsinə əsasən bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə sübut olunmur, buna görə də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında işdə iştirak edən şəxslərin izahatları ilə Şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə Yasamal rayonu, H.B.Zərdabi pr. Melissa park y/k-də binanın çıxışında qoyduqları şlaqbaumun qolunun əzilərək özgənin əmlakını qəsdən məhv edərək X5 1200 manat məbləğində maddi ziyan vurması faktı öz təsdiqini tapmır. Belə ki, Şəxs həm məhkəmə iclasında, həm də iş materiallarında olan izahatlarında bu halları təkzib etmiş, həmin şlaqbaumun onun tərəfindən əzilmədiyini bildirmişdir. Yəni, Şəxs hərəkətlərinin qəsdən özgənin əmlakının zədələnməsinə yönəlməsi məhkəmə iclasında sübuta yetmir. Eyni zamanda məhkəmə qeyd edir ki, Yasamal RPİ-nin 27-ci polis şöbəsinin təhqiqatçısı, polis mayoru X6 heç bir şahid ifadəsi olmadan və hansı əsaslarla Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin yarandığını əsaslandırmadan, işin faktiki hallarına düzgün hüquqi qiymət verməyərək, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, onun barəsində əsassız olaraq həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib edilməli olduğunu göstərmişdir. Ona görə də məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, tərtib edilmiş inzibati xəta haqqında protokoldan və məhkəmə iclasında araşdırılan sübutlardan göründüyü kimi Şəxs hərəkətlərində özgənin əmlakını qəsdən məhv etməsi və ya kimi hallar mövcud deyildir. Videogörüntüdən görünür ki, Şəxs idarə etdiyi avtomobil ilə şlauqbauna yaxınlaşır və şlauqbaun açıldıqdan sonra hərəkət edərkən hər hansı şlauqbauna toxunmur. Bütün bu qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, baş vermiş hadisədə Şəxs Yasamal rayonu, H.B.Zərdabi pr. Melissa park y/k-də binanın çıxışında olan şlaqbaumun qolunun əzilərək X5 maddi ziyan vurması iş materialları ilə sübut olunmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh olunan hallara əsaslanaraq məhkəmə hesab edir ki, Şəxs təqsiri AR İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş və onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Belə olan halda, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunvericiliyin imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, Şəxs tərəfindən AR İXM-nin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən sübutlar iş materiallarında olmamaqla yanaşı, məhkəmə baxışı zamanı da müəyyən edilmədiyindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata onun həmin maddə ilə təqsiri sübuta yetirilmədiyindən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 109, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işin icraatına, təqsirliliyi sübuta yetirilmədiyindən İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №3(004)-3492/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3492/2025
24.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver