Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3499/2025 19.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X1 Seyidovun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC-nin direktoru X2 iştirakı ilə ilə Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1 və 347-ci maddələri ilə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Dövlət X5 daxil olmuş İXP ******* nömrəli, 18 mart 2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, 10TE252 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi olan Şəxs QSC tərəfindən Yol hərəkəti haqqında Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilmiş qaydada və müddətə dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına (yəni etibarnamə, yol vərəqəsi) dair müqavilə əsasında başqa şəxsə vermiş və onu təkrar dövlət qeydiyyatından keçirməməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1 və 347-ci maddələrinin tələblərini pozmuş, nəticədə Şəxs QSC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1 və 347-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC-nin direktoru X4 bildirmişdir ki, QSC-nin ünvanına mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın verilməsi ilə bağlı səlahiyyətli orqanın (vəzifəli şəxsin) sorğusu onlara daxil olmamışdır. Həmçinin protokolda qeyd edilən avtomobili onlar lizinq müqaviləsi ilə başqa bir şirkətə vermişlər. Odur ki, göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnternet Vergi İdarəsinin kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, Şəxs QSC-nin hüquqi ünvanı ünvan 1vlət qeydiyyatına alınmışdır. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Dövlət X9nin sorğu məktubundan görünür ki, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Dövlət X9 tərəfindən «X8 NP37 Avtob» markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumat verilməsi Şəxs Qapalı Səhmdar Cəmiyyətindən xahiş olunmuşdur. İnzibati xəta haqqında 18 mart 2025-ci il tarixli, İXP ******* saylı protokoldan görünür ki, 10TE252 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi olan Şəxs QSC tərəfindən Yol hərəkəti haqqında Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilmiş qaydada və müddətə dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına (yəni etibarnamə, yol vərəqəsi) dair müqavilə əsasında başqa şəxsə vermiş və onu təkrar dövlət qeydiyyatından keçirməməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1 və 347-ci maddələrinin tələblərini pozmuş, nəticədə Şəxs QSC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1 və 347-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. DİN-in DYP Web portaldan çıxarışdan görünür ki, hüquqi şəxs tərəfindən verilən etibarnamə qeydiyyatı olan hissədə etibarnamələrə dair məlumat hissəsindən görünür ki, həmin hissədə istifadəsi həvalə olunan şəxsin soyadı, istifadəsi həvalə olunan şəxsin adı, istifadəsi həvalə olunan şəxsin ata adı, sürücülük vəsiqəsi, S.V üzrə kateqoriyası, mobil nömrəsi, sənədin nömrəsi, sənədin daxil olması (ESD-də Qeydiyyatı), qeyd, sənədin verilmə tarixi, sənədin bitmə tarixi hissələri boş buraxılmışdır. DİN-in DYP Web portaldan çıxarışdan görünür ki, «X8 NP37 Avtob» markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobilin texniki vasitələrin köməyi ilə inzibati xəta törətməsi görüntüsü əlavə edilmişdir. Bakı şəhəri Yasamal Rayon Dövlət X9 tərəfindən Şəxs QSC-yə ünvanlanmış məktubun ünvan sahibinə göndərilməsini özündə əks etdirən zərfdən görünür ki, Şəxs QSC-nin ünvanına göndərilmiş məktub QSC həmin ünvandan “köçüb” statusu ilə Yasamal RPİ-nin DYPŞ-nə geri qaytarılmışdır. 18 oktyabr 2007-ci il tarixli, P-058/07 nömrəli Lizinq obyektlərinin alqı-satqı müqaviləsindən görünür ki, bundan sonra “Satıcı” adlandırılan “X6” MMC nizamnaməyə əsasən adından hərəkət edən Direktoru cənab Selim Evsenin şəxsində, və bundan sonra “Alıcı” adlandırılan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti, nizamnaməyə əsasən adından hərəkət edən Baş Meneceri cənab Azər Məmmədovun şəxsində, və bundan sonra “Lizinq alan” adlandırılan "xxxx" MMC (VÖEN **********). birlikdə və ya ayrlıqda müvafiq olaraq “Tərəflər” və ya “Tərəf” adlandırılacaqlar, aşağıdakılar barədə razılığa gəlmişlər. Müqavilənin predmeti: satıcı bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavəsində göstərilmiş miqdarda, keyfiyyətdə və komplektdə 5 ədəd İSUZU NP37 sərnişin avtobuslarının hər birinin qiyməti 35 700AZN ümumilikdə beşinin qiyməti 178 500 AZNdir. (bundan sonra “Əmlak” adlandırılacaqdır) DDP Bakı. Azərbaycan şərti ilə (İNCOTERMS 2000 şərtlərinə, sonrakı əlavələr və dəyişikliklər də daxil olmaqla, uyğun olaraq) Alıcıya satılmasını, Alıcı bu Müqavilənin ümumi məbləğinin Satıcıya ödənilməsini, Lizinq alan isə həmin əmlakın qəbul edilməsini öhdələrinə götürürlər. Alıcı əmlakı "xxxx" MMC (VÖEN **********) (bundan sonra “Lizinqalan” adlandırılacaqdır) lizinqə verilməsi məqsədilə öz mülkiyyətinə əldə edir. Bu müqavilə üzrə satılan əmlaka mülkiyyət hüququ, həmin əmlakın dəyəri bu müqavilənin 2.5.-ci bəndinə uyğun olaraq ödənildiyi zaman Alıcıya keçir. Bu Müqavilənin 3-cu bəndinə uyğun olaraq əmlakın Qəbulu və İstifadəyə verilmə protokolunu imzaladıqdan sonra, əmlak qəbul edilmiş və istifadəyə verilmiş hesab edilir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs QSC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs QSC-nin direktoru X4 tərəfindən verilmiş izahatda qeyd edilənlərə tənqidi yanaşıb hesab edir ki, izahatda göstərilən həmin hallar Şəxs QSC-nin məsuliyyətdən yayınma xarakteri daşıyır və işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, QSC lizinq obyektlərinin alqısatqı müqaviləsi ilə İSUZU NP37 sərnişin avtobuslarının digər bir şirkətin istifadəsinə verilməsi göstərilsə də, həmin avtobusların dövlət qeydiyyat nişanları müqavilədə əks etdirilməmiş, həmçinin yol vərəqəsi və etibarnamə də təqdim edilə bilməmişdir ki, həmin hallar da Şəxs QSC-nin məsuliyyətini istisna etmir. Aglizinq QSC ilə "xxxx" MMC arasında bağlanmış lizinq müqaviləsinin şərtlərinin təhlili göstərir ki, müqavilədə konkret olaraq hansı dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin lizinq predmeti kimi "xxxx" MMC-yə verildiyi dəqiq və konkret şəkildə göstərilməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və lizinq münasibətlərini tənzimləyən digər hüquqi aktlara əsasən, lizinq predmetinin – yəni konkret nəqliyyat vasitəsinin – identifikasiyası dəqiq və açıq şəkildə aparılmalı, onun dövlət qeydiyyat nişanı, marka, model, buraxılış ili və şassi nömrəsi kimi fərqləndirici xüsusiyyətləri göstərilməlidir. Bu cür qeyri-müəyyənlik nəqliyyat vasitəsinin hüquqi statusunun və faktiki istifadəçisinin müəyyən olunmasını çətinləşdirir. Bundan əlavə, təqdim olunan materiallar və sənədlər əsasında müəyyən edilir ki, lizinq predmeti olan avtomobilin konkret olaraq hansı sürücü tərəfindən idarə edilməsinə dair "xxxx" MMC tərəfindən verilmiş hər hansı yazılı etibarnamə mövcud deyil. Bu isə faktiki istifadəçi ilə hüquqi sahib arasında hüquqi əlaqənin rəsmiləşdirilmədiyini göstərir. Bu cür vəziyyətdə, əgər lizinq alan "xxxx" MMC tərəfindən nəqliyyat vasitəsi üçün istismar və idarəetmə səlahiyyəti digər şəxsə ötürülməyibsə və bu barədə etibarnamə mövcud deyilsə, avtomobilin idarə edilməsinə dair etibarnamə yalnız faktiki mülkiyyət hüququnu əlində saxlayan lizinq verən – Aglizinq QSC tərəfindən verilməlidir. Beləliklə, lizinq predmeti olan avtomobilin idarə olunması üçün zəruri hüquqi sənədlərin – etibarnamənin və qeydiyyat sənədlərinin – Aglizinq QSC tərəfindən rəsmiləşdirilməli olması qanunvericiliyin tələblərinə uyğundur və hüquqi məsuliyyəti də bu subyekt daşımalıdır. Bu səbəbdən də, həm nəqliyyat vasitəsinin təkrar qeydiyyatı, həm də idarə olunması üçün səlahiyyətli sürücüyə etibarnamə verilməsi Aglizinq QSC-nin öhdəliyindədir. Belə ki, təqdim edilmiş inzibati protokol, DYP Web portalından çıxarış və texniki vasitələrlə qeydə alınmış görüntülər əsasında müəyyən edilmişdir ki, Şəxs QSC-yə məxsus 10TE252 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi digər şəxsə etibarnamə əsasında verilməklə faktiki istifadə üçün təqdim olunmuş, lakin bu zaman nəqliyyat vasitəsinin qanunvericiliklə tələb olunan qaydada təkrar dövlət qeydiyyatından keçirilməsi təmin olunmamışdır. Etibarnamə üzrə məlumatların DYP sistemində qeydə alınmaması və avtomobilin başqa şəxs tərəfindən idarə edilməsinin texniki sübutlarla təsdiqlənməsi göstərilən inzibati xəta halının — yəni İXM-in 339.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin — tam sübut olunduğunu göstərir. Lakin Şəxs QSC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı iş materiallarında olan zərfdən görünür ki, QSCyə ünvanlanan məktub "xxxx" tələbi ilə geri qaytarılmışdır. Bu da o deməkdir ki, QSC DYPŞ tərəfindən ünvalanmış sorğudan rəsmi qaydada məlumatlandırılmamışdır. Nəticə etibarilə, iş materiallarının təhlili göstərir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs QSC-nin inzibati xəta haqqında rəsmi qaydada məlumatlandırılması iş üzrə tam şəkildə istisna olunur. Bu hal da inzibati xəta tərkibinin yaranmasını hüquqi baxımdan mümkünsüz edir və barəsində protokol tərtib edilmiş quruma qarşı inzibati məsuliyyətin tətbiqini əsassız və qanunsuz edir. AR İXM-nin 102.1-ci maddəsinə əsasən sağlamlıq əleyhinə, yaxud maliyyə, vergi, rüsum, gömrük işi, ətraf mühitin mühafizəsi, yanğın təhlükəsizliyi və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində, habelə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, hərbi xidmət əleyhinə və bu Məcəllənin 227-ci, 232-1-ci, 351-1-ci, 371-1-ci, 398-ci, 602.1-ci, 602.2-ci və 602-3cü maddələrində nəzərdə tutulmuş inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır. İş üzrə kifayət qədər sübut toplanılmamışdır. Həmçinin hüquqi şəxsin nümayəndəsinin sənədlər təqdim etməsi və izahatının alınması üçün dəvət edilməsi barədə məktub iş materiallarına əlavə olunsa da, çatmasını təsdiq edən poçt göndərişi işə əlavə edilməmişdir. Beləliklə bütün sübutetmə yükü, işin bütünlüklə araşdırılması, sübutların toplanılması yükü məhkəmənin üzərinə atılaraq, səlahiyyətli orqan sadəcə protokol tərtib edib, işi məhkəməyə göndərməklə kifayətlənmişdir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 339.1-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirmədən idarə etməyə və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə, yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməməyə və ya nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarını pozmağa görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs QSC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Beləliklə məhkəmə hesab edir ki, Şəxs QSC tərəfindən Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi müəyyən olunmadığı üçün əməlində inzibati xəta tərkibi yoxdur. Belə olan halda Şəxs QSC barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilməli, lakin Şəxs QSC Azərbaycan Respublikası İXM-nin 339.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 339.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin Dövlət X10 tərəfindən tərtib olunmuş 18 mart 2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs QSC Azərbaycan Respublikası İXM-nin 339.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs QSC barəsində barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №3(004)-3499/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3499/2025
19.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver