Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3508/2022 09.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə, Şikayətçi "xxxx" MMC-nin Azərbaycan Respublikası DİN-in Bakı şəhər X7 İdarəsinin TP ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: Şikayətçi "xxxx" MMC onun barəsində qəbul edilmiş Azərbaycan Respublikası DİNin Bakı şəhər X7 İdarəsinin TP ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv etməklə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi şikayətində və məhkəmə iclasında verdiyi izahatında şikayətini onunla əsaslandırdı ki, o, Bakı şəhər DYPİ-nin rəisi X2 qəbul etdiyi 01 iyul 2022 ci il tarixli TP ******* saylı elektron qərar ilə (qərarın surəti ona 19 iyul 2022 il tarixdə təqdim edilib) "xxxx" MMC Azərbaycan Respublikasının İXM-nin 350.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 10000.00 (on min) manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Bakı şəhər DYPİ-nin rəisi həmin tənbeh tədbirinin tətbiq edilməsi üçün əsas kimi “Yasamal M’'MMC barəsində tərtib edilmiş 30 iyul 2021-ci il tarixli İXP4210718 nömrəli inzibati xəta haqqında protokolu əsas götürmüşdür. Lakin həmin protokolun surətindən görünür ki həmin protokol "xxxx" MMC-nin direktoru X3 barəsində tərtib edilmiş, "xxxx"MMC inzibati məsuliyyətə cəlb edilməsi barədə hər hansı bir protokol tərtib edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 18.6-cı maddəsinin tələblərinə əsasən həmin Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, səlahiyyətli orqanlar(vəzifəli şəxslər) bu Məcəllənin 18.2 -ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə , inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Qanunun bu tələbindən də görünür ki, “Yasamal M’' MMC tərəfindən inzibati xətanın törətdilməsi sübut edildiyi halda da inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilməli idi. Lakin ümumiyyətlə "xxxx" MMC tərəfindən hər hansı bir xəta törədilməmişdir. Çünki MMC tərəfindən hündürmərtəbəli binalar tikilmişdir. Bina tikintisi ilə əlaqədar müvafiq icazələr alınmışdır. Sakinsər köçürülmüş, onlardan satın alınmış və köçürülmüş ərazidən də az ərazidə binalar tikilmişdir. Tikinti zamanı hər hansı bir yola müdaxilə edilməmiş, yollarda təmir, tikinti yenidənqurma, layihələndirmə aparılmamışdır. Həmçinin 1 illik müddət keçdikdən sonra inzibati tənbeh tətbiq edilmişdir, halbuki tətbiq edilə bilməz. Hesab edir ki, “Yasamal M" MMC tərəfindən hər hansı bir inzibati xəta törədilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Beləliklə, hesab edir ki, İXM-nin 53-cü maddəsinin 53.0.1-ci bəndinə əsasən inzibati xəta hadisəsi olmadığından və 53.0.2-ci bəndinə əsasən isə inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qərarından şikayət verilən orqanın nümayəndəsi Nümayəndə2 bildirdi ki, şikayət əsassızdır, ona görə də rədd edilməsini xahiş etdi. Məhkəmə tərəfi dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN-in Bakı şəhər X7 İdarəsinin TP ******* saylı, xx.xx.2022-ci il tarixli qərara əsasən "xxxx" MMC xx.xx.2021-ci il tarixdə saat 11:17 radələrində ünvan 1 ünvanında “Müvafiq icazə almadan və ya alınmış icazənin şərtlərinə əməl etmədən avtomobil yollarında, prospektlərdə, küçələrdə, təhkim və mühafizə zolağında tikinti, qazıntı, yenidənqurma və ya təmir işlərinin aparılmasına, yaxud avtomobil yollarının layihələndirilməsi, tikintisi, yenidən qurulması və təmiri zamanı yol hərəkəti təhlükəsizliyinə dair standartlara, qaydalara və normativlərə əməl edilməməsinə görə” İXM-in 350.1-ci maddəsi ilə təqsirli bilinib 10.000 manat cərimə edilmişdir. Qərarın qəbul edilməsinə əsas İXP ******* saylı, xx.xx.2021-ci il tarixli protokol olmuşdur. Həmin protokol isə X3 barəsində tərtib edilmişdir. Şikayətçinin şikayətinin 3 əsası vardır: 1-ci əsas bundan ibarətdir ki, şikayətçi qeyd edir ki, o ümumiyyətlə belə bir inzibati xəta törətməmişdir. 2-ci əsası bundan ibarətdir ki, şikayətçi qeyd edir ki, inzibati məsuliyyətə cəlbetmə müddəti bitdikdən sonra tənbeh verilmişdir, lakin belə halda inzibati tənbeh tətbiq edilə bilməzdi. 3-cü əsas bundan ibarətdir ki, səlahiyyətli orqan tərəfindən hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edilə bilməz, bunu yalnız məhkəmə tətbiq edə bilər. Şikayətçinin bu 3 əsasının hər biri ayrı-ayrılıqda götürüldükdə, hər bir əsas digər əsas olmadan da müstəqil olaraq inzibati iş üzrə qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinin əsasını təşkil edir. İş üzrə müəyyən edilir ki, inzibati xəta haqqında protokol X3 barəsində tərtib edilmişdir, lakin səlahiyyətli orqanın qərarı ilə "xxxx" MMC cərimə edilmişdir. Belə olduğu tədirdə əsaslardan biri olan, yəni hüquqi şəxs barəsində səlahiyyətli orqanın qərar qəbul edə bilməməsi ilə əlaqədar qeyd edilməlidir ki, həqiqətən də hazırkı iş üzrə hüquqi şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati tənbeh tətbiq edilmişdir. Halbuki İXM-in 18.5-ci maddəsinə əsasən həmin Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-nin 18.6-cı maddəsinə əsasən həmin Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Belə olduğu təqdirdə həm "xxxx" MMC barəsində inzibati xəta haqqında protokol mövcud deyidir. Buna görə də MMC barəsində birbaşa qərar qəbul edilə bilməz. Həmçinin MMC barəsində səlahiyyətli orqanın özü inzibati tənbeh tətbiq edə bilməzdir. Ona görə də iş üzrə icraata xitam verilməlidir. Bundan əlavə digər bir əsasla əlaədar isə qeyd edilir ki, müəyyən edilir inzibati xətanın xx.xx.2021-ci il tarixdə törədildiyi qeyd edilmişdir, həmin əmələ görə inzibati iş üzrə icraat başlanılmışdır. Lakin İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 03 ay keçənədək verilə bilər. Həmçinin həmin maddəyə əsasən maddədə göstərilən bir neçə inzibati xətalar üzrə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 01 il keçənədək verilə bilər. Yəni inzibati xətanın törədildiyi gündən ən geci 1 il keçdikdə, inzibati tənbeh tətbiq edilə bilməz. Göründüyü kimi hazırkı iş üzrə artıq xx.xx.25021-ci il tarixdə inzibati xəta törədilmiş olsa da belə, artıq inzibati tənbeh verilə bilməz. Ona görə də iş üzrə icraata xitam verilməlidir. Həmçinin məhkəmə bu qənaətə gəlməsi iş üzrə “prosessual qənaət” prinsipinə əməl etmək baxımında da əsaslıdır. Həmçinin məhkəmə nəzərə alır ki, ümumiyyətlə İXM-nin 38 və 53-cü maddələrinin tələbinə əsasən də inzibati xəta haqqında işlər üzrə icraatda ilk araşdırılası məsələ inzibati məsuliyyətə cəlb etmə müddətinin keçib-keçməməsini araşdırmaqdır. Çünki inzibati işlər üzrə icraat başlanana qədər müddət keçmişdirsə, onda ümumiyyətlə inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz. Başlana bilmirsə, onda inzibati xəta hadisəsinin olub-olmamasını araşdırmağa ehtiyac qalmır. Buna görə də müddət keçməməlidir ki, icraat başlansın. Müddət keçməmişdirsə, icraat başlana bilir və icraat başlandıqdan sonra araşdırma aparıldığı ərəfədə müddət keçmişdirsə, onda başlanmış icraata xitam vrilir. Lakin hazırkı halda MMC barəsində bundan sonra səlahiyyətli orqan tərəfindən inzibati xəta haqqında protokol rətib edilə bilməz, çünki yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol və inzibati tənbehvermə haqqında qərarda qeyd edilmiş xətanın aşkar edildiyi xx.xx.2021-ci il tarixə münasibətdə artıq inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. İXM-nin 38.2-ci maddəsinə əsasən həmin Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Ona görə də həmin inzibati xəta əgər mövcud olsa da, bu uzanan inzibati xəta olduğu təqdirdə də, artıq inzibati məsuliyyətə cəlbetmə müddəti bitmişdir. Çünki xəta xx.xx.2021-ci il tarixdə aşkar edilmişdir və buna görə də inzibati məsuliyyətə cəlbetmə müddəti həmin tarixdən hesablanmalıdır. Həmçinin iş üzrə müəyyən edilir ki, "xxxx" MMC tərəfindən hündürmərtələbi binlar tikilmişdir. Bina tikintisi zamanı həmin MMC-nin İXM-nin 350.1-ci maddəsinin dispozisiyasında göstərilən hərəkətlərə, yəni avtomobil yollarında yenidənqurma və ya təmir işlərinin aparılması, həmçinin ümümiyyətlə avtomobil yollarının layihələndirilməsi, tikintisi, yenidən qurulması və təmiri əməlinin mövcudluğu və məhz bu səbəbdən də həmin və yenidənqurma və təmir zamanı yol hərəkəti təhlükəsizliyinə dair standartlara, qaydalara və normativlərə əməl edilməməsinə dair hər hansı bir sübut mövcud deyildir. Buna görə də məhkəmədə ümumiyyətlə "xxxx" MMC-nin İXM-nin 350.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haddisəsinin törədilməsinə dair sübut təqdim edilmədiyindən, onun həmin əməli törətməsi sübut edilməmişdir. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. "xxxx" MMC barəsində İXM-in 350.1-ci maddəsi ilə Azərbaycan Respublikası DİN-in Bakı şəhər X7 İdarəsinin qəbul etdiyi TP ******* saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-3508/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3508/2022
09.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver