Məhkəmə qərarları › İş №3(004)-3508/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-3508/2023

08.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-3508/2023 08.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi Hacıyev Sərməst Faiq oğlunun katibliyi ilə, Şikayətçi “X4” X5 direktoru X2 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X1 üzrə Dövlət Agentliyinin 11 may 2023-cü il tarixli, MN seriyalı ******* saylı qərarından verdiyi şikayəti və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şikayətçi “X4” X5 direktoru X3 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X1 üzrə Dövlət Agentliyinin 11 may 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. “X4” X5 direktoru X3 vəsatətini onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X1 üzrə Dövlət Agentliyi tərəfindən X4 X5 direktoru, yəni vəzifəli şəxsi qismində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci maddəsi ilə barəsində inzibati xəta haqqında icraat başlanmış və barəsində 17 aprel 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. 11 may 2023-cü il tarixində isə protokolun baxılması nəticələrinə dair MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək vəzifəli şəxs qismində İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci maddəsinin tələblərinin pozulması ilə bağlı 2.500 AZN (iki min beş yüz manat) məbləğində cərimələnmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X1 üzrə Dövlət Agentliyinin 11 may 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə qətiyyən razı deyildir və bu səbəbdən həmin qərarın tərəfindən mübahisələndirilməsi zərurəti yaranmışdır. Belə ki, nəzərdə tutulan qərarda bildirilir ki, tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci maddəsinin tələbləri pozulmuşdur. İnzibati xətalara dair işlər üzrə icraatla bağlı qanunda tələb edilən prosedur qaydası qərarı qəbul etmiş inzibati orqan tərəfindən kobud şəkildə pozulmuşdur. Belə ki hazırki fəaliyyətimiz mənfəət əldə edilməsinə yönəlmiş fəaliyyət olduğundan müəssisədə həyata keçirilən yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış” əldə edilməsi əsasında aparılmalı idi, lakin icraat materiallarından da göründüyü kimi inzibati orqan bu yoxlamanı həyata keçirərkən və aşkar edilmiş pozuntu ilə bağlı icraatı başladarkən prosessual normaları kobud şəkildə pozmuş və qanunun tələblərini yerinə yetirməmişdir. 17 aprel 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin bu protokolu tərtib etmə səlahiyyətləri mövcud olmasa da, o, qanunsuz şəkildə bu protokolu tərtib etmiş və bununla da mən qanunsuz şəkildə cərimə olunmuşdur. Eyni zamanda İnzibati orqan işə yetərincə səthi yanaşmış, icraat materiallarını yuxarıda da qeyd etdiyi kimi düzgün təhlil etməmiş, zəruri hesab edilən sənədlərin icraat materiallarında olmamasına qətiyyən əhəmiyyət verməmişdir. Bundan başqa X4 2020-ci ildən TƏBİB tabeliyində olduğundan müəssisənin göstərdiyi tibbi xidmətlə bağlı İcbari Sığorta Agentliyi tərəfindən fond pulu ödənilir. İnzibati orqan bu halları da nəzərə almamış və müvafiq protokolu tərtib edərək bu minvalla qərar çıxarmışdır. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X1 üzrə Dövlət Agentliyinin 11 may 2023-cü il tarixli, MN seriyalı ******* saylı qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi və qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də, məhkəmə həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə aşağıdakılara görə hesab edir ki, inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Bakı Şəhəri Pirallahı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(094)-43/2023 nömrəli qərarından görünür ki, X2 şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X1 üzrə Dövlət Agentliyinin 11 may 2023-cü il tarixli, MN ******* saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi “X4” X5 direktoru X3 tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X1 üzrə Dövlət Agentliyinin 11 may 2023-cü il tarixli, MN ******* saylı qərarı mübahisələndirilmiş və Bakı Şəhəri Pirallahı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(094)-43/2023 nömrəli qərarı ilə şikayət təmin edilməmişdir. Belə olduğu təqdirdə artıq mahiyyəti üzrə baxılmış şikayətdən yenidən eyni əsaslar üzrə şikayət verilməsi yolverilməzdir. Qeyd olunanlara əsasən və İXM-in 118, 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: “X4” X5 direktoru X3 tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X1 üzrə Dövlət Agentliyinin 11 may 2023-cü il tarixli, MN ******* saylı qərarından verilmiş şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar