Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-3510/2020 03.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə, Şəxs barəsində tərtib edilərək məhkəməyə göndərilmiş inzibati xəta haqında protokola və iş materiallarına baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri BPİ DYPİ tərəfindən İXM-nin 511.1-ci maddəsi ilə xx.xx.2020ci il tarixdə, İXP ******* saylı tərtib edilən inzibati xəta haqqında protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə müəyyən edildi ki, həmin protokola və iş materiallarına əsasən şəxsin təqsirli bilindiyi əməlin Bakı şəhəri Xəzər rayonu ərazisindən başladığı və Suraxanı rayonu ərazisində davam etməklə bitirdiyi qeyd edilmişdir. Buna görə də hazırkı protokola inzibati xətanın törədildiyi həmin yer üzrə rayon məhkəməsində baxılmalıdır. Belə ki, İXM-in 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında iş onun yaşadığı yer üzrə baxıla bilər. İXM-in 52.2-ci maddəsinə əsasən vəsatət yazılı formada verilir. Lakin hazırkı iş üzrə belə bir yazılı vəsatət mövcud deyildir. İXM-in 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114-cü maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs barəsində Bakı şəhəri BPİ DYPİ tərəfindən İXM-nin 511.1-ci maddəsi ilə xx.xx.2020ci il tarixdə, İXP ******* saylı tərtib edilən inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilsin. Hakim, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-3510/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-3510/2020
03.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver