Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-3515/2023 24.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədov Murad Akif oğlu, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4 və 511.1.2-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiallara baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin DYPŞ tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsi ilə xx.xx.2023cü il tarixli, İXP seriyalı, ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Eyni zamanda Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin DYPŞ tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə xx.xx.2023-cü il tarixli, İXP seriyalı, ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bundan başqa da, Bakı şəhəri Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi R.Daşdəmirovun icraatında Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cü maddəsi ilə təqsirləndirilməsinə dair (xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* №-li inzibati xəta haqqında protokol) 3(004)-3513/2023 saylı inzibati iş mövcuddur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” 02 sentyabr 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar əsasında eyni vaxtda baxılmasını nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə görə, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin orqan Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq bu xətalara dair işlərə eyni vaxtda baxmalıdır. Hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2023-cü il tarixli, İXP seriyalı, ******* №-li, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2023-cü il tarixli, İXP seriyalı, ******* №-li və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cü maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* №-li inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(004)-3515/2023 və 3(004)-3513/2023 №-li işlər bir icraatda 3(004)-3513/2023 nömrəilə birləşdirilməli, 3(004)-3515/2023 №-li iş birləşdirildiyi üçün həmin nömrə üzrə işin icraatına xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2, 109, 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2023-cü il tarixli, İXP seriyalı, ******* №-li, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2023-cü il tarixli, İXP seriyalı, ******* №-li və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cü maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* №-li inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(004)-3515/2023 və 3(004)-3513/2023 №-li işlər bir icraatda 3(004)-3513/2023 nömrəiləbirləşdirilsin. 3(004)-3513/2023 №-li iş birləşdirildiyi üçün həmin nömrə üzrə işin icraatına xitam verilsin. Hakim:Murad Məmmədov
Məhkəmə qərarları › İş №3(004)-3515/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-3515/2023
24.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver