Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3519/2022 14.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" QSC-nin nümayəndəsi X1 iştirakları ilə, "xxxx" QSC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon DYPŞ-nin səlahiyyətli əməkdaşı tərəfindən xx.xx.2022-ci il tarixdə "xxxx" QSC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" QSC-nin nümayəndəsi X3 bildirmişdir ki, bildiriş təqdim edilən tarixədək inzibati xəta pozuntusu barədə Yasamal rayon DYPS tərəfindən onlara hər hansı protokol və ya sorğu daxil olmamışdır. Belə ki, yalnız şirkət adından etibarnamə üzrə səlahiyyətli şəxs X4 şəxsən Yasamal Rayon Məhkəməsinə yaxınlaşmaqla iş materiallarında olan sənədləri təhvil aldıqdan sonra, inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli İXP ******* saylı protokol və Yasamal rayon DYPŞ tərəfindən xx.xx.2022-ci il tarixdə göndərilmiş HQ735064 saylı sorğu ilə tanış olmaq imkanları olmuşdur. ünvan 1 ünvanı Şəxs QSC-nin əvvəlki hüquqi ünvanıdır və HQ735064 saylı sorğu təhvil verildiyi xx.xx.2022-ci il tarixdə artıq hüquqi şəxs bu ünvan üzrə fəaliyyət göstərmirdi. "xxxx" QSC-nin hüquqi ünvan dəyişikliyi ilə bağlı məlumat xx.xx.2022-ci il tarixdə AR İN yanında DVX-nin MGBİ HŞDQİ tərəfindən hüquqi şəxslərin dövlət reyestrində qeydiyyata alınmışdır. Hələ dəyişiklik qeydiyyata alınmamışdan öncə də, hüquqi şəxs yeni - AZ1022, Baki şəh, ünvan 2 ünvanında fəaliyyət göstərmişdir. Eyni zamanda, poçt qəbzinin surətindən xx.xx.2022-ci il tarixdə HQ735064 saylı sorğunu təhvil aldığı görününən “Mehdizadə” soyadlı şəxsin onların şirkətini ilə hər- hansı bir əlaqəsi yoxdur. Yasamal DYPŞ tərəfindən göndərilmiş “nəqliyyat vasitəsini idarə edən şəxs barədə məlumat verilməsinə dair” HQ735064 saylı sorğunun xx.xx.2022-ci il tarixdə “Mehdizadə” soyadlı şəxs tərəfindən qəbul edildiyi qeyd olunsa belə, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışda da görünür ki, hüquqi şəxsin qanuni təmsilçisi X2r və qanuni təmsilçi və ya digər hər hansı vəzifəli şəxs tərəfindən məktubun rəsmi təhvil alınması ilə bağlı heç bir qəbz və s. digər sənəd imza olunmamışdır. Buna görə də, Şəxs QSC səlahiyyətli orqanın sorğusundan xəbərsiz olmuş və xx.xx.2022-ci il tarixdə cəmiyyətin mülkiyyətində olan 90AB935 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi tərəfindən İXM 346.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilərkən nəqliyyat vasitəsini idarə etmiş şəxs barəsində 5 gün müddətində məlumat verə bilməmişdir. Göstərilənlərə əsasən "xxxx" QSC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməsi xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş orqana lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Beləliklə, məhkəmə işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Yasamal Rayon Polis İdarəsinin DYPŞ tərəfindən "xxxx" QSCnin ünvan 3 ünvanına göndərilmiş sorğudan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 12:17-də “Hyundai Elantra” minik markalı, AZ 90AB935 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən Cəfər Cabbarlı küçəsi ərazisində dayanma qaydalarını pozmuşdur. Odur ki, inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat (adı, soyadı, atasının adı, sürücülük vəsiqəsinin seriya və nömrəsi) verilməsi xahiş olunmuş, sorğunun rəsmi qaydada alındığı vaxtdan 5 gün müddətində tələb olunan məlumatın verilməməsinə görə Məcəllənin 347-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulduğu barədə xəbərdar olunmuşdur. İş materiallarında olan sənədlərdən görünür ki, hüquqi şəxs yeni - AZ1022, Baki şəh, ünvan 2 ünvanında fəaliyyət göstərmişdir. "xxxx" QSC-nin hüquqi ünvan dəyişikliyi ilə bağlı məlumat xx.xx.2022-ci il tarixdə AR İN yanında DVX-nin MGBİ HŞDQİ tərəfindən hüquqi şəxslərin dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə araşdırması müəyyən edilmişdir ki, "xxxx" QSC-nin hüquqi ünvanı Baki şəh, ünvan 2 olduğu halda, Bakı şəhəri Yasamal RPİ-si tərəfindən ünvanlanmış məktub (sorğu) ünvan 3 ünvanına göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə inzibati xəta törətməkdə təqsirli olan şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 123.1-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. Həmin Məcəllənin 123.3-cü maddəsinə əsasən bu Məcəllənin 123.1-ci maddəsində nəzərdə tutulmuş sorğuya cavab verməyən hüquqi şəxs, yaxud dövlət qurumunun vəzifəli şəxsi bu Məcəllənin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunur. Hüquqi şəxsin, yaxud dövlət qurumunun vəzifəli şəxsinin məsuliyyətə cəlb olunması onu müvafiq məlumatı təqdim etmək vəzifəsindən, fiziki şəxsi isə törətdiyi əmələ görə məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Göründüyü kimi qanunvericiliyin mənasına görə Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş məsuliyyətin yaranması üçün inzibati xəta törətmiş fiziki şəxs barəsində nəqliyyat vasitəsinin mülkiyyətçisi olan hüquqi şəxsə səlahiyyətli orqan tərəfindən sorğu verilməli, həmin sorğu hüquqi şəxsə təqdim olunmalı (daxil olmalı) və bundan sonra hüquqi şəxs tərəfindən 5 gün müddətində sorğuya cavab verilməlidir. Hazırda təqdim olunmuş inzibati işin materiallarında sözügüdən sorğunu, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş "xxxx" QSC-yə çatdırılması təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0 və 53.0.1-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati xətanın törədilməsi "xxxx" QSC -nin təqsiri sübuta yetirilmədiyindən inzibati xəta tərkibi yaranmamışdır. Buna görə də, “TİD Konsalting QSC -nin barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" QSC barəsində xx.xx.2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-3519/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3519/2022
14.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver