Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3519/2025 29.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X1 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib edən Ekoloji nəzarət bölüyü Yol Patrul xidməti inspektoru polis baş serjantı X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxx 1973-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Neftçala rayonu, Aşağı Qaramanlı ə/d, Aşağı Qaramanlı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 327.1, 327.6 və 332.4-cü maddələri ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında İXP ******* saylı, 29 may 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 15:48 radələrində, idarə etdiyi “Ford Transıt yük” markalı, 55BS839 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Yol Hərəkəti haqqında qanunun müvafiq maddələrinin (37-İ-6, 42-5, 37-İV) tələbini pozması nəticəsində manevr qaydasını pozaraq onunla eyni istiqamətdə hərəkətdə olan Hyundaı markalı, **-SK-*** nömrəli avtomobillə toqquşaraq maddi ziyanla nəticələnən Yol nəqliyyat hadisəsi törətmişdir. Yoxlama zamanı sürücünün sürücülük hüququnun müvafiq kateqoriyası olmadığı aşkar edilmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində xx.xx.1997-ci il təvəllüdlü X2 avtomobilinə maddi zərər yetirilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən Ekoloji nəzarət bölüyü Yol Patrul xidməti inspektoru polis baş serjantı X8 məhkəmə iclasında inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 16 may 2025-ci il tarixdə, saat 15:48 radələrində, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “Ford Transıt yük” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə manevr etmə qaydalarını pozaraq vətəndaş X3 məxsus “Hyunadı Santafe” markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən vuraraq hadisə yerindən qaçmış, bununla da vətəndaş X3 maddi zərər yetirilmişdir. Məhkəmə iclasında verilmiş suala cavab olaraq polis əməkdaşı X6 “BB” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş, “BA” kateqoriyalı sürücülük vəsiqəsi mövcud deyildir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, o, yol hərəkəti qaydalarını pozduğunu etiraf etmiş, yolda hərəkətdə olarkən yol biraz mayili olduğundan, avtomobil təxminən 4 ton yük olduğundan və həmçinin avtomobilin razvalı olduğu üçün orta zolaqdan sol zolağa özündən asılı olmadan keçmiş və istəmədən **-SK-*** nömrəli Hyundai Santafe markalı maşının anidən qabağına çıxdığından idarə etdiyi avtomobilin arxa hissəsinə çırpılmışdır. Törətdiyi əməldən peşman olduğunu nəzərə alaraq barəsində yüngül tənbeh verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X5 izahat verərək bildirmişdir ki, hadisə 16 may 2025-ci il tarixdə baş vermişdir. Bakı-Qazax yolunun 4-cü kilometrliyində Lökbatan istiqamətində hərəkətdə olduğu zaman sağından gəlib onun hərəkətdə olduğu zolağa daxil olan Ford markalı, **-BS-*** nömrəli avtomobil ilə toqquşmuşdur. Həmin maşın manevretmə qaydalarını kobud şəkildə pozaraq qəza törətdikdən sonra hadisə yerindən qaçmışdır. Hadisə zamanı bədən xəsarəti alan olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında İXP ******* saylı, 29 may 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 15:48 radələrində, idarə etdiyi “Ford Transıt yük” markalı, 55BS839 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Yol Hərəkəti haqqında qanunun müvafiq maddələrinin (37-İ-6, 42-5, 37-İV) tələbini pozması nəticəsində manevr qaydasını pozaraq onunla eyni istiqamətdə hərəkətdə olan Hyundaı markalı, **-SK-*** nömrəli avtomobillə toqquşaraq maddi ziyanla nəticələnən Yol nəqliyyat hadisəsi törətmişdir. Yoxlama zamanı sürücünün sürücülük hüququnun müvafiq kateqoriyası olmadığı aşkar edilmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində xx.xx.1997-ci il təvəllüdlü X2 avtomobilinə maddi zərər yetirilmişdir. Zərərçəkmiş şəxs X2 xx.xx.2025-ci il tarixdə DİN Baş X11 İdarəsində verdiyi izahatından görünür ki, xx.xx.2025-ci il tarixdə təqribən saat 15:48 radələrində idarə etdiyi **-SK-*** nömrəli Hyundai Santafe markalı maşını ilə Bakı-Qazax yolunun 4-cü km-ində Lökbatan istiqamətində hərəkətdə olduğu zaman sağından gəlib onun hərəkətdə olduğu zolağa daxil olan Qazel markalı, **-BS-*** nömrəli avtomobil ilə toqquşmuşdur. Həmin maşın manevretmə qaydalarını kobud şəkildə pozaraq qəza törətdikdən sonra hadisə yerindən qaçmışdır. Hadisə zamanı bədən xəsarəti alan olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2025-ci il tarixdə DİN Baş X11 İdarəsində verdiyi izahatından görünür ki, o, xx.xx.2025-ci il tarixdə təqribən saat 15:48 radələrində idarə etdiyi Ford markalı, 55BS839 nömrəli yük avtomobili ilə Bakı- Qazax yolunun 4-cü km-liyində Lökbatan dairəsi istiqamətində sağ zolaqla hərəkətdə olduğu zaman sola dönmə işığını yandırıb orta zolağa keçmiş, sonra sol zolağa keçərkən sol zolaqla hərəkətdə olan Hyundai Santafe markalı, 77SK549 nömrəli avtomobil onun avtomobilinin arxa sol hissəsindən çırpılmış, hadisə zamanı bədən xəsarəti alan olmamışdır. Portaldan çıxarışdan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə verilmiş xx.xx.2033-cü il tarixədək qüvvədə olan BB seriyalı, 032365 nömrəli, B1, B kateqoriyalı sürücülük vəsiqəsi olmuşdur. Təqdim edilmiş videogörüntülərdən görünür ki, “Ford Transıt yük” markalı, 55BS839 dövlət qeydiyyat nişanlı avtomobil sağ zolaqdan birbaşa sol zolağa keçmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə yüz manat məbləğində cərimə edilir. Məhkəmə hesab edir ki, iş materialları ilə Şəxs AR İXM-nin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilməklə yanaşı onun öz etirafedici izahatı ilə də həmin hal öz təsdiqini tapmışdır. Hazırki iş üzrə inzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar mövcud deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən hal kimi əməlini etiraf edərək peşman olmasını, məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs barəsində AR İXM-nin 332.4-cü maddəsinin sanksiyası daxilində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Bununla yanaşı, inzibati xəta haqqında protokolda göstərilən AR İXM-nin 327.1 və 327.6-cı maddələri ilə məhkəmə qeyd edir ki, göstərilən maddədə nəzərdə tutulmuş inzibati xətaya hüquqi qiymət verilməsi məhkəmənin deyil, müvafiq səlahiyyətli orqanın səlahiyyətinə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon-şəhər məhkəmələri tərəfindən baxılan inzibati xətaların dairəsi dəqiq müəyyən edilmiş və həmin inzibati xətalar içərisində AR İXM-nin 327.1 və 327.6-cı maddələri nəzərdə tutulmamışdır ki, bu da onu deməyə əsas verir ki, hazırki halda səlahiyyətli orqan müvafiq inzibati xətanın törədilməsi ilə bağlı inzibati xətaya dair protokolu məhkəməyə göndərməkdə haqlı olmamışdır. Belə olan məhkəmə hesab edir ki, Şəxs AR İXM-nin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə hüquqi qiymət verilməsi səlahiyyətli orqanın səlahiyyətinə aid olduğundan material şəxsin əməlinə qiymət verilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 55, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs AR İXM-nin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə hüquqi qiymət verilməsi səlahiyyətli orqanın səlahiyyətinə aid olduğundan material Şəxs AR İXM-nin 327.1 və 327.6-cı maddələri ilə nəzərdə tutulmuş əməlinə qiymət verilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №3(004)-3519/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3519/2025
29.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver