Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3521/2020 17.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Carçalova Nuranə Həsrət qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MTK-nın səlahiyyətli nümayəndəsi X3, Şəxs MTK-nın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq məhkəmə müəyyən etdi: Şəxs MTKX2 adına olan Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 118a ünvanda inşa edilmiş “Şərifzadə Center” 1 bloklu yaşayış kompleksinin 18-ci mərtəbəsində (sıfır səviyyəsindən hesablanmaqla) ümumi sahəsi 57 kv.m olan 89 nömrəli və ümumi sahəsi 138 kv.m olan 88 nömrəli mənzillərin üzərində 1/3 (üçdə bir) hissədə X1, 2/3 (üçdə iki) hissədə Əhmədova Sevı'nc Tofiq qızının paylarının müəyyən edilməsi ilə bağlı Bakı Apelyasiya Məhkəməsinin 2(103)-9432/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MTK-nın səlahiyyətli nümayəndəsi X5 tərtib edilmiş protokola etiraz edərək bildirmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-9432/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən ...X2 adına olan Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 118a ünvanda inşa edilmiş “Şərifzadə Center” 1 bloklu yaşayış kompleksinin 18-ci mərtəbəsində (sıfır səviyyəsindən hesablanmaqla) ümumi sahəsi 57 kv.m olan 89 nömrəli və ümumi sahəsi 138 kv.m olan 88 nömrəli mənzillərin üzərində 1/3 (üçdə bir) hissədə X1, 2/3 (üçdə iki) hissədə Əhmədova Sevı'nc Tofiq qızının paylarının müəyyən edilməlidir. Həmin mənzillər Şəxs MTK tərəfindən inşa edilən binada yerləşir. MTK qətnamənin icrasından yayınmır. Belə ki, X4 MTK ilə bağlanmış köhnə müqaviləni təqdim etmədiyinə görə tərəflərin müvafiq paylarının müəyyən edilməsi ilə bağlı yeni müqavilənin bağlanması mümkün olmamışdır. Göstərilənlərə əsasən, Şəxs MTK-nın barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş və zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, məhkəməyə gəlməməyinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu və digər iş materiallarını nəzərdən keçirib, prosesdə iştirak edən şəxsləri dinləyib hesab edir ki, Şəxs MTK Bakı Apelyasiya Məhkəməsinin 2(103)-9432/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinə yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 2(103)-9432/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən ... X2 adına olan Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 118a ünvanda inşa edilmiş “Şərifzadə Center” 1 bloklu yaşayış kompleksinin 18-ci mərtəbəsində (sıfır səviyyəsindən hesablanmaqla) ümumi sahəsi 57 kv.m olan 89 nömrəli və ümumi sahəsi 138 kv.m olan 88 nömrəli mənzillərin üzərində 1/3 (üçdə bir) hissədə X1, 2/3 (üçdə iki) hissədə Əhmədova Sevı'nc Tofiq qızının paylarının müəyyən edilməsi... qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, Şəxs MTK sözügedən icra sənədinin icrası ilə bağlı lazımi qaydada xəbərdar edilmişdir. İş materiallarında olan X4 tərəfindən Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, X4 Şəxs MTK-nın Bakı Apelyasiya Məhkəməsinin 2(103)-9432/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədində qeyd olunan tələbi təmin etməkdən qərəzli yayındığını bildirmişdir. Qeyd olunan icra sənədinin icrası ilə bağlı icra məmuru tərəfindən qanunvericiliyin bütün tələblərinə əməl edilməklə hüquqi şəxs Şəxs MTK-ya Azərbaycan Respublikası dövlətinin adından çıxarılmış məhkəmə qərarının məcburi xarakter daşıması, hökmən icra olunmalı olması barədə dəfələrlə həm rəsmi, həm də şifahi formada xəbərdar edilməsinə baxmayaraq sonuncu icra məmurunun qanuni tələblərinə etinasız yanaşmaqla əməl etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş hüquqi şəxsin təqsiri üzündən məhkəmənin icra sənədi üzrə icra məmurunun qanuni tələbləri yerinə yetirilməmiş və yerinə yetirilməsi üçün üzürlü səbəb olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 22-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MTK-nın məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs MTK-nın törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, hüquqi şəxs Şəxs MTK Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MTK Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 4000 (dörd min) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verldiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-3521/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3521/2020
17.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver