Məhkəmə qərarları › İş №3(004)-3523/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-3523/2025

12.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-3523/2025 12.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi, İnzibati tənbeh vermə haqqında qərarlarından şikayət verilmiş orqan Azərbaycan Respublikasının RİNN tabeliyində AYNA-nın etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, X1 Azərbaycan Respublikasının RİNN tabeliyində AYNA tərəfindən qəbul edilmiş AYN seriyalı 1298256, 630197, 0614793, 0595527, 0544980, 0522598, 0530767, 0420332, 0413729, 0408198, 0436327, 0453765, 0498096, 0511278, 0513559, ******* saylı inzibati tənbeh vermə haqqında qərarlarının ləğv edilməsi barədə şikayətinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikasının RİNN tabeliyində AYNA tərəfindən qəbul edilmiş AYN seriyalı 1298256, 630197, 0614793, 0595527, 0544980, 0522598, 0530767, 0420332, 0413729, 0408198, 0436327, 0453765, 0498096, 0511278, 0513559, ******* saylı inzibati tənbeh vermə haqqında qərarlardan şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarların ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 32 saylı Vəkil Bürosu onun tərəfindən təsis edilmiş və həmin büronun müdiri kimi Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti 89 ünvanında vəkil bürosu üçün qeyri-yaşayış sahəsi icarəyə götürmüşdür. Həmin qeyri-yaşayış sahəsinin icarəyə götürülməsi barədə xx.xx.2022-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. Ofis üçün icarəyə götürdüyü yerin tam qarşısında avtomobillərin saxlanması üçün yol kənarında yerlər mövcuddur. O və büronun digər vəkilləri öz minik vasitələrini həmin yerdə maneəsiz saxlamışlar. AYNA adlanan qurumun əməkdaşları 2024-cü ilin iyun ayından başlayaraq avtomaşınına İXM-nin 346-1.1-ci maddəsinə əsasən cərimə yazmağa başlamışlar. Cərimə yazıldıqdan dərhal sonra AYNA əməkdaşlarının qanunsuz hərəkətləri barəsində bu quruma elektron qaydada müraciət etmişdir və bildirmişdir ki, maşın saxladığı yer istifadəsində olan obyektin tam qarşısıdır və o günün 8 saatını burda keçirir. İnzibati orqanın cavab məktubunda bildirilmişdir ki, tələbi əsassızdır və həmin ərazidə avtomobili saxladığı hər saat üçün 0,70 AZN ödəniş etməlidir. Onun avtomobili barəsində 16 inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. xx.xx.2025-ci il tarixdə avtomobilini DYP-nin müayinə mərkəzinə aparıb texniki baxışdan keçirmək istəyərkən AYNA-ya 402 manat cərimə borcu olduğu üçün texniki baxışdan keçirməkdən imtina etmişlər. Aşağıda qeyd olunanlara əsasən hesab edir ki, avtomobili barəsində tərtib edilmiş qərarlar qanunsuzdur. Qanuni istifadəsində olan icarə obyekti vəkil bürosu kimi (daimi iş yeri) fəaliyyət göstərir və o gününün ən azı 8-10 saatını həmin ofisdə keçirir. Təbii ki, işə nəqliyyat vasitəsi ilə gəlir. Ofisin yerləşdiyi obyektin giriş qapısı X2 adına küçəyə açılır və maşını həmin küçədə saxlayır. Qeyd etdiyi küçənin uzunluğu 250 metrdən ibarət olmaqla məhəllədaxili yoldur. Küçə məhəllədaxili yol olduğu üçün bu küçədə parklanma aparılması qanunsuzdur. Qeyd edilən küçədəki məhəllədaxili yol Bakı şəhəri Yasamal rayon bələdiyyəsinin mülkiyyətindədir. Ofis və qarşısındakı daxili yolun Bakı şəhəri Yasamal rayon bələdiyyəsinin mülkiyyətində olması hər il üçün həmin bələdiyyəyə ödədiyi vergi ilə bir daha sübut olunur. Ödədiyi verginin adı torpaq vergisidir. Bələdiyyə mülkiyyətində olan torpaq sahəsi və yoldan AYNA adlı qurumun parklanma üçün istifadə etməsinə dair bələdiyyə ilə hər hansı müqaviləsi yoxdur. O, hər gün iş yerinin qarşısında avtomobilini saxlamaq üçün təxmini orta hesabla 7 manat parklanma üçün vəsait ödəməlidir. Qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Azərabycan Respublikasının RİNN tabeliyində AYNA tərəfindən qəbul edilmiş AYN seriyalı 1298256, 630197, 0614793, 0595527, 0544980, 0522598, 0530767, 0420332, 0413729, 0408198, 0436327, 0453765, 0498096, 0511278, 0513559, ******* saylı inzibati tənbeh vermə haqqında qərarlar qanunsuzdur və ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının RİNN tabeliyində AYNA-nın etibarnamə üzrə nümayəndəsi X6 şikayət ərizəsinə etiraz edərək bildirmişdir ki, şikayətdə qeyd edilən inzibati tənbeh vermə haqqında qərarlar X5 barəsində tərtib olunduğu üçün mövcud qanunvericiliyin tələbləri baxımından yalnız həmin şəxs və ya onun vəkili tərəfindən şikayət verilə bilər. Qeyd olunanları nəzərə alaraq şikayətin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumatlandırılmış şikayət vermiş şəxs X4 məhkəmə iclasına gəlməmiş və iclasın təxirə salınması barədə vəsatətlə məhkəməyə müraciət etməmişdir. Buna görə də məhkəmə işə qərarlardan şikayət vermiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, inzibati qərardan şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının RİNN tabeliyində AYNA tərəfindən qəbul edilmiş AYN seriyalı 1298256, 630197, 0614793, 0595527, 0544980, 0522598, 0530767, 0420332, 0413729, 0408198, 0436327, 0453765, 0498096, 0511278, 0513559, ******* saylı inzibati tənbeh vermə haqqında qərarları X5 barəsində tərtib olunsa da, həmin qərardan X4 tərəfindən şikayət verilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2 noyabr 2016-cı il tarixli qərarına əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsində şikayət vermək hüququ olan subyektlərin dairəsi dəqiq göstərildiyinə görə geniş təfsir edilə bilməz və yalnız həmin maddədə sadalanan şəxslər İnzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən İnzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 61.4-cü maddəsinə əsasən İnzibati xəta haqqında işə baxarkən hakim, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakını məcburi hesab edə bilər. Həmin Məcəllənin 63.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya zərər çəkmiş şəxs yetkinlik yaşına çatmadıqda, yaxud fəaliyyət qabiliyyəti olmadıqda və ya məhdud fəaliyyət qabiliyyətli olduqda, həmin şəxslərin mənafeyini onların qanuni nümayəndələri təmsil edir. Həmin Məcəllənin 65-ci maddəsinə əsasən Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərmək üçün inzibati xəta haqqında iş üzrə icraatda müdafiəçi, zərər çəkmiş şəxsə hüquqi yardım göstərmək üçün isə nümayəndə iştirak edə bilər. Məhkəmənin baxdığı inzibati xəta haqqında iş üzrə icraata fiziki şəxsin müdafiəçisi qismində yalnız vəkil, zərər çəkmiş fiziki şəxsin nümayəndəsi qismində isə onun yaxın qohumu və ya vəkil buraxılır. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs R.Heydərova barəsində ayrı–ayrı vaxtlarda inzibati tənbeh vermə haqqında qərarlar qəbul edilmişdir. Hər bir inzibati tənbeh vermə haqqında elektron qərardan isə ayrıca şikayət verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1. inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2. inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; 132.1.3. vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsinə əsasən verilmiş şikayətə mahiyyəti üzrə baxılmasından öncə inzibati xəta haqında iş üzrə icraatı rədd edən halların mövcud olub-olmaması halını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs R.Heydərova barəsində ayrıayrı vaxtlarda inzibati tənbeh vermə haqqında qərarlar qəbul edildiyi üçün həmin şəxs birinci instansiya məhkəməsinə barəsində qəbul edilmiş hər bir inzibati tənbeh vermə haqqında elektron qərardan ayrıca şikayət verilməlidir. İş materiallarında göründüyü kimi inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən barəsində ayrı-ayrı vaxtlarda inzibati tənbeh vermə haqqında qərarlar qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikasının RİNN tabeliyində AYNA tərəfindən qəbul edilmiş AYN seriyalı 1298256, 630197, 0614793, 0595527, 0544980, 0522598, 0530767, 0420332, 0413729, 0408198, 0436327, 0453765, 0498096, 0511278, 0513559, ******* saylı inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsi barədə şikayəti geri qaytarılsın. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar