Məhkəmə qərarları › İş №3(004)-3524/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3524/2025

11.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3524/2025 11.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X8 iclas katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi və vəkil Nümayəndə2 iştirakları ilə, "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 326-2.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 326-2.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 23 may 2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 23 may 2025-ci il tarixli qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, "xxxx" MMC"-nin (əvvəlki adı ilə - "xxxx" MMC - VÖEN: **********) direktoru X9 həmin MMC-nin xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərkən və onun qanuni təmsilçisi səlahiyyətlərini həyata keçirərkən “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 5.8ci maddəsinin tələbi ilə taksi sifarişi operatoru olaraq fərdi məlumatların mühafizəsinin təmin edilməsinə zəmanət verən texniki-təşkilati tədbirlər görməli oldu halda, informasiya sistemlərində fərdi məlumatların işlənilməsi zamanı texniki-təşkilati təhlükəsizlik tələbləri kimi müəyyən edilmiş “Fərdi məlumatların mühafizəsinə dair Tələblər”in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 161 nömrəli qərarının 2.1.2. fərdi məlumatlara qanunsuz müdaxilə faktlarının vaxtında aşkar edilməsi, 2.1.3. fərdi məlumatlara qanunsuz müdaxilənin, surətinin çıxarılmasının və (və ya) bu məlumatların onlarla işləməyə icazəsi olmayan şəxslərə ötürülməsinin qarşısının alınması, 2.1.5. fərdi məlumatların mühafizə səviyyəsinin daim nəzarətdə saxlanılması, 2.1.7. fərdi məlumatlar üzərində aparılan əməliyyatların yalnız fərdi məlumatların mülkiyyətçisi tərəfindən yoxlanılmış və təsdiq edilmiş təlimatlar və proqram təminatı əsasında həyata keçirilməsinə dair tələblərinə riayət edilməsini təmin etmədiyindən X4 rəhbərlik etdiyi “Sizin park” adlı idarəetmə panelinin işçisi Orxan Şıxəliyevin "Ridetech” MMC-yə məxsus informasiya sisteminə “Taksi minik avtomobillərinin sürücüləri üçün etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq keçməsi barədə” şəhadətnaməsi olmayan sürücülər barədə həqiqəti əks etdirməyən məlumatları daxil etməklə, həmin şəxslərin qanunsuz olaraq taksi fəaliyyəti ilə məşğul olmasına şərait yaratmasına səbəb olaraq “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununun 15-1.1-ci maddəsinin tələbini pozmuşdur. Nəticədə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati icraat aparan orqanın nümayəndəsi X10 inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı müdafiə edərək bildirmişdir ki, hüquqi şəxs müvafiq dövlət qurumunda taksi operatoru kimi qeydiyyata alınaraq fəaliyyət göstərən "xxxx" MMC"-nin əvvəlki adı ilə - "xxxx" MMC direktoru X9 həmin MMC-nin xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərkən və onun qanuni təmsilçisi səlahiyyətlərini həyata keçirərkən “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 5.8-ci maddəsinin tələbi ilə taksi sifarişi operatoru olaraq fərdi məlumatların mühafizəsinin təmin edilməsinə zəmanət verən texniki-təşkilati tədbirlər görməli oldu halda, informasiya sistemlərində fərdi məlumatların işlənilməsi zamanı texniki-təşkilati təhlükəsizlik tələbləri kimi müəyyən edilmiş “Fərdi məlumatların mühafizəsinə dair Tələblər”in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 161 nömrəli qərarının 2.1.2. fərdi məlumatlara qanunsuz müdaxilə faktlarının vaxtında aşkar edilməsi, 2.1.3. fərdi məlumatlara qanunsuz müdaxilənin, surətinin çıxarılmasının və (və ya) bu məlumatların onlarla işləməyə icazəsi olmayan şəxslərə ötürülməsinin qarşısının alınması, 2.1.5. fərdi məlumatların mühafizə səviyyəsinin daim nəzarətdə saxlanılması, 2.1.7. fərdi məlumatlar üzərində aparılan əməliyyatların yalnız fərdi məlumatların mülkiyyətçisi tərəfindən yoxlanılmış və təsdiq edilmiş təlimatlar və proqram təminatı əsasında həyata keçirilməsinə dair tələblərinə riayət edilməsini təmin etmədiyindən X4 rəhbərlik etdiyi “Sizin park” adlı idarəetmə panelinin işçisi Orxan Şıxəliyevin "Ridetech” MMC-yə məxsus informasiya sisteminə “Taksi minik avtomobillərinin sürücüləri üçün etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq keçməsi barədə” şəhadətnaməsi olmayan sürücülər barədə həqiqəti əks etdirməyən məlumatları daxil etməklə, həmin şəxslərin qanunsuz olaraq taksi fəaliyyəti ilə məşğul olmasına şərait yaratmasına səbəb olaraq “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununun 15-1.1-ci maddəsinin tələbini pozmuş, bununla da, "Ridetech MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-2.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Bununla bağlı Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində toplanmış materiallar, sənədsübutlar iş materialına əlavə edilmiş və iş materialına əlavə edilmişdir. Şəhadətnaməsi olmayan sürücüləri şəhadətnaməsi olan sürücülərin adı ilə qeydiyyatdan keçiriblər. İnformasiya sisteminə yanlış məlumat daxil ediblər. MMC barəsində keçən il də cərimə tətbiq olulub. Cinayət tərkibi olmadığından inzibati xəta üzrə icraat açılmışdır. Yekun olaraq "xxxx" MMC barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi və vəkil Nümayəndə2 izahatında bildirmişdir ki, hüquqlarını təmsil etdiyi cəmiyyət barəsində tərtib edilmiş qərar əsassız olmaqla iş üzrə icraata xitam verilməlidir. Belə ki, ilk öncə müddət məsələsini dəqiqləşdirmək istəyir. 2024-cü ilin dekabrında inzibati xəta barəsində məlumat verilib. Amma may ayında icraat başlanıb 5 ay sonra. Əməliyyat məlumatı əsasında olmayıb. AYNA-nın müraciəti əsasında başlanıb. Əməliyyat məlumatı sonradan əlavə olunub. Sonradan korrupsiya idarəsində ərizə alınıb ki, belə hallar olub. AYNA-nın müraciəti dekabrda olub. AYNA-nın müraciətində RİDETECH barədə şikayət olmayıb. Şikayət ancaq BOLT şirkəti barədə olub. Onlar özləri də prokurorluq orqanlarına dəvət ediləndə şikayət olunan tərəf kimi dəvət olunmamışlar. Onlardan sxemin necə işləməsi barədə məlumat almaq istəmişlər. Amma sonradan təqsirkar olmuşlar. İnzibati xətanın baş verməsini qəbul etmirlər. Lakin əgər baş veribsə, müddət işə girir. Dekabr ayına münasibətdə hesablanmalıdır. İXM-in 326-cı maddənin dispozisiyası mövcud deyil. Məlumatlar emal oluna bilər. Nəqliyyat Nazirliyinin iradı olmamışdır. “Sizin park”ın "xxxx"la əlaqəsi var. RİDETECH Uber-in yeni adıdır. Hüquqi şəxsin hansısa hərəkətlərinə görə onlar məsuliyyət daşımır. Texniki təşkili 23 tədbir var ki, onların heç biri pozulmayıb. Reyestr qeydiyyatı zamanı bütün məlumatlar yoxlanılır. Şəhadətnamədən qabaq taksinin reysə buraxılması üçün buraxılış kartı mövcuddur. Buraxılış kartında QR kod var. Həmin kod vasitəsi ilə buraxılış kartının qanuni olub-olmamasını yoxlamaq olur. Buraxılış kartının verilməsi əsaslarından biri şəhadətnamədir. Əgər şəhadətnamə mövcud deyildirsə, buraxılış kartı verilmir. Nümayəndə2 da kartı varsa, şəhadətnamə də olub deməli. Şəhadətnamənin yoxlanılması, QR kodla mümkün deyil. Göstərilənləri nəzərə alaraq inzibati xəta haqqında qərar əsasında başlanmış inzibati icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ünvanladığı 06 dekabr 2024-cü il tarixli məktubundan görünür ki, qanunvericiliyin tələblərinin icrası məqsədilə cari ilin aprel ayından etibarən AYNA tərəfindən taksi fəaliyyəti ilə məşğul olmaq istəyən hüquqi şəxslər və ya fərdi sahibkarlara buraxılış vəsiqəsi və onun əlavəsi olan buraxılış kartının verilməsi prosesinə başlanılmış və qeyd olunan proses hazırda da qanunvericiliyin tələblərinə uyğun olaraq davam etdirilir. Aparılan təhlillər göstərir ki, qanunvericiliyin tələblərinə zidd olaraq, sosial şəbəkələrdə bəzi şəxslər müxtəlif yollardan istifadə edərək buraxılış kartı olmayan nəqliyat vasitələrinin, həmçinin blok edilmiş profillərin (müvafiq icazəsi olmayan) pul müqabilində operatorların sistemində qeydiyyatdan keçirilməsini təklif edirlər. Belə olduğu halda taksi minik avtomobilləri ilə sərnişin daşıma sahəsində icazəsi olmayan şəxslər sosial şəbəkələrdəki nömrələrlə əlaqə saxlayaraq dəstək istəyirlər və tələb edilən məbləği onların bank kartlarına göndərirlər. Bununla bağlı “TikTok” sosial şəbəkəsindən “Bolt Lovato” (mobil nömrəsi +994 70 808 50 00, @boltlovato), “Boltpark” (@bolt480), “Bolt hesab acilma” (@bolt.hesab acilma) və taksi xidməti (@boltttt.211) kimi profilləri nümunə olaraq göstərmək mümkündür. Qeyd olunan pozuntu halları taksi sahəsində aparılan islahatlara mənfi təsir göstərir, bu sahədə xidmət keyfiyyətini aşağı salır, həmçinin vətəndaşların və qanunvericilik çərçivəsində xidmət göstərən sahibkarların aparılan islahatlara inamını azaldır. Sərnişin məmnuniyyətinin təmin edilməsi, eyni zamanda sərnişinlərə yüksək səviyyədə və təhlükəsiz xidmətlərin göstərilməsi vacibliyini nəzərə alaraq, yuxarıda adları qeyd olunan sosial şəbəkə profillərinin sahibləri barəsində qanunamüvafiq qaydada tədbirlərin görülməsi xahiş edilmişdir. İş materiallarında olan X1 Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Ziya Bünyadov prospektində yerləşən “Çingizxan" şadlıq sarayının yanında özünə məxsus taksi parkı kimi fəaliyyət göstərən ofisdə Orxan (*** *** ** **, *** *** ** **) adlı şəxs taksi fəaliyyəti göstərə bilməyi üçün tələb edilən “Taksi minik avtomobillərinin sürücüləri üçün etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq keçməsi barədə" şəhadətnaməni və buraxılış kartını qanunsuz hazırlaması müqabilində xx.xx.2025-ci il tarixdə ondan 500 manat məbləğində pul tələb etmişdir. Həmin danışıqlara dair video görüntüləri özünə məxsus telefon vasitəsilə qeydə almışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində sosial şəbəkələrdə +994 70 *** ** ** mobil telefon nömrəsi vasitəsilə müxtəlif yollardan istifadə edərək buraxılış kartı olmayan nəqliyyat vasitələrinin, həmçinin blok edilmiş profillərin (müvafiq icazəsi olmayan) pul müqabilində operatorların sistemində qeydiyyatdan keçirilməsini təklif etmələri ilə bağlı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən daxil olmuş material üzrə araşdırma aparılmışdır. Araşdırma zamanı +994 70 *** ** ** mobil telefon nömrəsinin istifadəçisi “Sizin Park” taksi xidmətində əmək müqaviləsi olmadan işləyən xx.xx.1991-ci ildə Bakıda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşı X7 olması müəyyən edilmişdir. O.Şıxəliyev pul müqabilində buraxılış kartlarının alınması, profillərinin blokdan açılması və “Taksi minik avtomobillərinin sürücüləri üçün etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq keçməsi barədə” şəhadətnamə olmadığı halda operatorların sistemində qeydiyyatdan keçirilməsini təşkil etmişdir. X7 Baş İdarədə verdiyi izahatında “Sizin Park” taksi parkında əmək müqaviləsi olmadan işlədiyini, C.Umbayevə 500 manat müqabilində taksi minik avtomobilləri ilə sərnişin daşımalarına dair “Buraxılış vəsiqəsi” və “Buraxılış kartf’nı ona məxsus “asan imza” ilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin sistemində qeydiyyatdan keçdiyini və həmin qeydiyyat zamanı C.Umbayevin “Taksi minik avtomobillərinin sürücüləri üçün etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq keçməsi barədə” şəhadətnaməsi olmadığından “Sizin park” taksi parkında taksi sürücüsü işləmiş X5 məlumatı olmadan ona məxsus şəhadətnamə ilə “Buraxılış vəsiqəsi” və “Buraxılış kartı”nının alınmasında istifadə etmişdir. Daha sonra C.Umbayevə taksi fəaliyyəti göstərə bilməsi üçün “Uber Yango” operatorunda qeydiyyatdan keçərək onun adına profil açmışdır. Bundan başqa “Bolt” operatorunda qeydiyyatdan keçərək C.Umbayevin adına profil açılması üçün əlavə olaraq ondan 100 manat məbləğində pul tələb edərək aldığını və həmin məbləğin 50 manatını “Bolt” operatorunun partnyoru kimi fəaliyyət göstərən “Uğur Park 594” taksi parkının rəhbəri X2 məxsus bank hesabına köçürdüyünü və sonuncunun “Bolt” operatorunda qeydiyyatdan keçərək C.Umbayevin adına profil açdığını qeyd etmişdir. Aparılan araşdırma zamanı toplanmış materialda hər .hansı cinayət tərkibinin əlamətlərinin olmadığı, lakin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Taksi sifarişi operatorları tərəfindən avtomobil nəqliyyatı haqqında qanunvericiliyin pozulması müəyyən olunmuşdur. Toplanmış materialda cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM- nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Toplanmış material aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikası Cinayət təqibindən kənar icraatlar idarəsinə göndərilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X3 rəhbərlik etdiyi “Sizin park” idarəetmə panelində nəzarətçi işləyən X7 taksi sürücüsü kimi "xxxx" MMC-yə məxsus operatorda qeydiyyata alınması üçün X1 müraciətinə əsasən sonuncunun “Taxi minik avtomobillərinin sürücüləri üçün etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq keçməsi barədə” şəhadətnaməsi olmadığından 500 manat müqabilində əvvəllər taksi sürücüsü işləmiş X5 məlumatı olmadan ona məxsus şəhadətnamə əsasında "xxxx" MMC-nin informasiya sistemlərində fərdi məlumatların mühafizəsi ilə bağlı tələblərə riayət edilməməsi səbəbi ilə yaranmış fürsətdən istifadə edib sürücü barəsində həqiqəti əks etdirməyən məlumatları qeydiyyata almışdır. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, "xxxx" MMC Azərbaycan Respublikası İXM-nin 326-2.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 326-2.2-ci maddəsinə əsasən taksi sifarişi operatorları tərəfindən “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, taksi sifarişi xidmətinin göstərilməsi zamanı istifadə olunan fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatından keçirilməməsinə və fərdi məlumatların mühafizəsi ilə bağlı tələblərə riayət olunmamasına görə –vəzifəli şəxslər beş min manat məbləğində, hüquqi şəxslər iyirmi min manat məbləğində cərimə edilir. "xxxx" MMC-nin həmin inzibati xətanı törətməsi onun barəsində qəbul edilmişAzərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar (qanuni qüvvəyə minmişdir), tərəflərin və məhkəməyədək icraat zamanı verilən izahatlarla və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İXM-nin: 3-cü maddəsinə əsasən, yalnız Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə tərəfindən inzibati tənbeh tədbiri tətbiq edilərkən "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, "xxxx" MMC Azərbaycan Respublikası İXM-nin 326-2.2-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114-117, 128-130 və 326-2.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC Azərbaycan Respublikası İXM-nin 326-2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20000 (iyirmi min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar