Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3525/2024 02.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi, Yasamal rayon İcra şöbəsinin icra məmuru X5, Tələbkar Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, xx xxxx 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal rayon İcra şöbəsinin icra məmuru X7 tərəfindən 02 iyul 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola əsasən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-239/2023 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi ilə bağlı icra sənədinin icrası təmin edilməmişdir. Nəticədə borclu Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Yasamal rayon İcra şöbəsinin icra məmuru X7 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-239/2023 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən “İddia tələbi təmin edilsin. İddiaçı Zərərçəkmiş şəxs İki azyaşlı uşaqları xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X6 ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsindəki 586-cı məhəllə, 68 saylı evin 28 saylı mənzilə (Yeni ünvanı-Z.Xəlilov küçəsi, 208, M4,m2) köçürülsün. Sadalanan əşyalar köçəcəyi mənzildə iddiaçı Zərərçəkmiş şəxs təhvil verilsin: 1.Qonaq otağı mebel dəstinə (TİLSİM model) daxildir: 1 ədəd masa (açılıbbağlanan), 8 ədəd stul (satılıb əvəzində 6 stul və 1 transformer jurnal masası alınıb), 1 ədəd güzgülü ağ kamod – üçqapılı, 1 ədəd alçaq qəhvəyi şkaf- birqapılı, 1 ədəd hündür ağ şkaf- ikiqapılı, 1 ədəd hündür qəhvəyi şkafbirqapılı, 1 ədəd televizor altlığı mini-stend 2. DivanSabrina firmasindan 3 hissəli künc modeli, qəhvəyi, 3.Çılçıraq (İspaniya), 4. 1 xalça- ağ-qəhvəyi ipək saplarla, saçaqlı (3m x 4m), 5. 1 xalça –qəhvəyi ipək saplarla, saçaqlı (2m x 3m), 6. Pərdə- “Röya” pərdə-tül mağazası, 2 hissəli dekor, 1 bütöv hissə tül, 2 hissəli günlük, 7. TelevizorSamsung firması
8. DVD- LG firması 9. 18 nəfərlik çox parçalı dördkünc formalı keramika yemək, çay və qəhvə dəstinə (Germany) daxildir: 18 ədəd böyük qab, 18 ədəd kiçik qab, 18 ədəd dərin şorba qabı, 18 ədəd kasa, 3 ədəd bulud, 1 ədəd şorba qazanı, 1 ədəd iri dərin qab, 8 ədəd duz qabı, 8 ədəd istiot qabı, 1 ədəd yağ qabı, 2 ədəd zeytun qabı, 1 ədəd salat qabı, Çay dəstinə daxildir:, 12 ədəd fincan, 12 ədəd nəlbəki, 6 ədəd qəhvə fincanı, 6 ədəd qəhvə, nəlbəkisi, 1 ədəd çaydan, 1 ədəd qəhvədan, 1 ədəd süd qabı, 1 ədəd şəkər qabı, 1 ədəd qənd qabı, 10. 6 ədəd hündür qara ayaqlı bakal, 6 ədəd viski bakalı, 6 ədəd rumka, 4 ədəd qapaqlı qəndqabı, Dördbucaq şirniyyat dəsti-1 bulud və 6 qab Villeroy Boch firmasından olan qablar: 11. 18 ədəd hündürayaqlı bakal, 12. 12 ədəd hündürayaqlı bakal ( SCHOTT model ), 13. 12 ədəd dondurma qabı, 14. 2 ədəd göy güldan (biri hündür, biri alçaq), 15. 2 güldan (biri ağ, biri boz), 16. 1 güldan-( Nachtmann model), 17. Guldan və meyvəqabı dəsti ( İGİZİA model), 18. Sushi seti (1 ədəd uzun qab, 2 ədəd balaca qab, 2 ədəd sous qabı), 19. Metal qazan dəsti - 5 qazan, 4 qapaq ( VMF firma),
20. Balıqqulağı formasında meyvəqabı dəsti – 1 ədəd dərin meyvəqabı, 2 ədəd dayaz meyvəqabı, 4 ədəd çərəz qabı, 21. 2 ədəd hündürayaqlı göy desert qabı, 22. 2 ədəd hündürayaqlı ağ desert qabı, 23. 4 ədəd dördkünc konfetqabı, 24. 2 nəfərlik çay dəsti (bordo rəngi)- 2ədəd fincan+ 2 ədəd nəlbəki+ 2 ədəd qızılı çayqaşığı, 25. 2nəfərlik qəhvə dəsti (krem rəngi)- 2ədəd fincan+ 2 ədəd nəlbəki 26.BOGEMA 2 ədəd konfet qabı, 2 ədəd limon qabı, 2 hissəli güldan+meyvəqabı, 1 ədəd güldan, 1 ədəd qapaqlı konfetqabı (göy rəngdə), 1 ədəd Xonçabulud, 1 ədəd çərəzqabı- 5 hissəli, 1 ədəd çərəzqabı- 5 hissəli, 1 ədəd meyvəqabı (qızılı ayaqlı), 1 ədəd çərəzqabı 5 hissəli (qızılı ayaqlı), 1 ədəd göy güldan 27.KARACA 2 ədəd Ayaqlı tortqabı (kəpənəkli), 2 ədəd yaşıl rəngdə nahar dəsti 6 nəfərlik ( hər bir dəstdə 1 bulud , 6 dayaz böyük qab, 6 dayaz kiçik qab, 6 dərin qab), Oval formada şirniyyat qabı- ağ rəngdə, Lokumqabı- qızılı 28. 1ədəd 12 nəfərlik çemodan qaşıq-çəngəlbıçaq dəsti (qaşıq,çəngəl,bıçaq,çay qaşığı,qəhvə qaşığı, köməkçi süfrə qaşıqları) 2 ədəd 12 nəfərlik qaşıq-çəngəl-bıçaq dəsti, 1 gümüş çay dəstinə daxildir- 1 çaydan,6 fincan,1 qəndqabı, 1 gümüş qəndqabı, 2 ədəd firlanan şirniyyat qabı, 2 ədəd metal konus ayaqlı şamdan, 2 ədəd uzunsov dekor qabağ və boz rəngdə dəlikli, 2 ədəd ağ rəngdə dəlikli meyvəqabı, 12 ədəd xrustal çay stəkanı, 6 ədəd xrustal armudu stəkan, 12 ədəd nəlbəki, 6 ədəd nəlbəki ( armudu stəkan üçün), 1 qutu suvenir çayqaşığı dəsti (Özbəkistan), 2 dəst suvenir çayqaşığı dəsti (hər birində 6 ədəd) 29. Yataq otağı mebel dəstinə (Merinos firması) daxildir: 1 ədəd ikinəfərlik çarpayı (2 ədəd tumbo ilə birlikdə), 1 ədəd ikiqapılı, 1 qapısı güzgülü qarderob şkafı, 1 ədəd güzgülü kamod şkaf, 4 siyirməli, 1 ədəd ortopedik ikinəfərlik çarpayı matrası (Merinos) 30. 1 ədəd çılçıraq (Philips firması, Satral Elektrik mağazasından), 31. 1 ədəd hündürayaqlı gecə lampası (Philips firması, Satral Elektrik mağazasından), 32. Pərdə- “Röya” pərdə-tül mağazası, 2 hissəli dekor, 1 bütöv hissə tül, 2 hissəli günlük, 33. Çarpayı örtüyü və 2 yastıq üzü--“Röya” pərdə-tül mağazasından, 34. Misir naxışlı çarpayı örtüyü və 2 yastıq üzüJado firması, 35.İran xalçası- ipək, işıqda rəngi dəyişən (2m x 3m), 36.Kiçik xalçaboz (1,5m x 1m), 37. 6 ədəd balış (qu tükündən 50X70), 38. 2 ədəd balış (qu tükündən 70X70), 39. 2 ədəd ikinəfərlik sintefon yorğan, 40. 2 ədəd birnəfərlik sintefon yorğan, 41. 2 ədəd yun yorğan, 42. 1 ədəd qu tükündən kompakt yığılabilən ikinəfərlik döşək (öz sandığında), 43. 4 ədəd nazik sırıqlı pambıq yay yorğanı, 44. 3 cüt ədyal (2ədəd ağ, 2 ədəd yaşıl, 2 ədəd ikiüzlü), 45. 1 ədəd çəhrayı vafliqabaritli ədyal, 46. Çəhrayı çarpayı örtüyü və 2 yastıq üzü, 47. 6 ədəd böyük hamam dəsmalı, 48. 10 ədəd üz dəsmalı 49. Mətbəx: 1 ədəd soyuducu-buz dolabı X11, 1 ədəd qaz peçi – Siemens, 1ədəd mikrodalğalı sobaKenWood, 1 ədəd elektrikli bişirmə sobası, 1 ədəd şirəçəkən maşın- Bosch, 1 ədəd mikser+blender Bosch, 1 ədəd qırmızı tozsoran – Bosch, 1 ədəd elektrikli süpürgə- Bosch, Qabyuyan- Bosch, 1 ədəd kofeüyüdən-Tefal, Teflon qazan dəsti yaşıl (2 ədəd qapaqlı qazan, 1 ədəd qapaqlı tava,) - Aura firması, 1 ədəd şüşə qapaqlı qara qranit-teflon tava (ikidəstəli), 1 ədəd şüşə qapaqlı qara qranit-teflon tava (birdəstəli), 2 ədəd qapaqlı şüşə qazan, 2 ədəd şüşədən soba üçün bişirmə qabı, 1 ədəd 6 nəfərlik çəngəlqaşıq-bıçaq dəsti, 1 ədəd şamdanlı şüşə çaydan, 1 ədəd dördmərtəbəli metal çərəz qabı, Səhər yeməyi dəsti: 2 ədəd qapaqlı metal yağ/pendir qabı, 2 ədəd metal qapaqlı şüşə qənd/şəkər qabı, 2 ədəd duz/istiot qabı, 1 ədəd salfet qabı, 1 dəst güzgülü padnos dəsti ( 3 müxtəlif ölçülü padnos), 1 dəst teflon tava qaşıqları, 1 dəst teflon dəstəli mətbəx alətləri, 1 ədəd bıçaq dəsti (7 müxtəlif ölçülü bıçaq), 2 ədəd qapaqlı saxsı sıyıq qazanı ( biri dairəvi, biri oval formalı), 1 ədəd metal çörəkqabı, 10 ədəd çay dəsmalı, 10 ədəd mətbəx dəsmalı, Masa örtüyü 2 hissəli (ağ və qəhvəyi) TAÇ firması, 2 ədəd masa örtüyükrem-bej rəngli, 1 ədəd masa örtüyü –işləməli, ortası tül, 1 qutu masa östüyü və masa salfeti GELİN firması 50. Hamam otağı:PaltaryuyanSamsung firması Diamond modeli 51.Uşaq otağı: 1 ədəd xalça – Liliya firması (qəhvəyi-ağ kürəcikli naxışlar 2m x 3m), 1 ədəd xalça- bordo rəng ( 1m x 2m).” İcra sənədi üzrə icraata 16 oktyabr 2017-ci il tarixli qərarlarla başlanılmışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-592/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən iddiaçı Zərərçəkmiş şəxs cavabdeh Şəxs qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair iddiası qismən təmin edilmiş. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-239/2023 nömrəli 10 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahından olan xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qət edilmiş 137 manat məbləğində aliment artırılsın və hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment cavabdeh Şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. İcra sənədi üzrə icraata 29 noyabr 2023-cü il tarixli qərarlarla başlanılmış və borcluya tələbin könüllü icrası üçün müəyyən edilmiş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq, borclu icranı könüllü təmin etməmiş və icranı təmin edilməməsi barədə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməmişdir. Borclu icra sənədinin icrasını təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırır və onun icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, tələbkarla qarşılıqlı razılığa gəlmişlər. Belə ki, on beş gün ərzində Bakı şəhəri, Yasamal rayonu ərazisində mənzil kirayələyərək icra vərəqəsində qeyd edilən əşyaları həmin mənzilə yerləşdirəcəkdir. Göstərilən halların nəzərə alınaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı Şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs bildirmişdir ki, Şəxs ilə qarşılıqlı razılığa gəlmişlər. Belə ki, Şəxs on beş gün ərzində Bakı şəhəri, Yasamal rayonu ərazisində mənzil kirayələyərək icra sənədində qeyd edilən əşyaları oraya yerləşdirəcəkdir. Göstərilənlərə əsasən Şəxs barəsində iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-239/2023 saylı, xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, “İddia tələbi təmin edilsin. İddiaçı Zərərçəkmiş şəxs İki azyaşlı uşaqları - xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X6 ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsindəki 586-cı məhəllə, 68 saylı evin 28 saylı mənzilə (Yeni ünvanı-Z.Xəlilov küçəsi, 208, M4,m2) köçürülsün. Sadalanan əşyalar köçəcəyi mənzildə iddiaçı Zərərçəkmiş şəxs təhvil verilsin: 1.Qonaq otağı mebel dəstinə (TİLSİM model) daxildir: 1 ədəd masa (açılıbbağlanan), 8 ədəd stul (satılıb əvəzində 6 stul və 1 transformer jurnal masası alınıb), 1 ədəd güzgülü ağ kamod – üçqapılı, 1 ədəd alçaq qəhvəyi şkaf- birqapılı, 1 ədəd hündür ağ şkaf- ikiqapılı, 1 ədəd hündür qəhvəyi şkafbirqapılı, 1 ədəd televizor altlığı mini-stend 2. DivanSabrina firmasindan 3 hissəli künc modeli, qəhvəyi, 3.Çılçıraq (İspaniya), 4. 1 xalça- ağ-qəhvəyi ipək saplarla, saçaqlı (3m x 4m), 5. 1 xalça –qəhvəyi ipək saplarla, saçaqlı (2m x 3m), 6. Pərdə- “Röya” pərdə-tül mağazası, 2 hissəli dekor, 1 bütöv hissə tül, 2 hissəli günlük, 7. TelevizorSamsung firması
8. DVD- LG firması 9. 18 nəfərlik çox parçalı dördkünc formalı keramika yemək, çay və qəhvə dəstinə (Germany) daxildir: 18 ədəd böyük qab, 18 ədəd kiçik qab, 18 ədəd dərin şorba qabı, 18 ədəd kasa, 3 ədəd bulud, 1 ədəd şorba qazanı, 1 ədəd iri dərin qab, 8 ədəd duz qabı, 8 ədəd istiot qabı, 1 ədəd yağ qabı, 2 ədəd zeytun qabı, 1 ədəd salat qabı, Çay dəstinə daxildir:, 12 ədəd fincan, 12 ədəd nəlbəki, 6 ədəd qəhvə fincanı, 6 ədəd qəhvə, nəlbəkisi, 1 ədəd çaydan, 1 ədəd qəhvədan, 1 ədəd süd qabı, 1 ədəd şəkər qabı, 1 ədəd qənd qabı, 10. 6 ədəd hündür qara ayaqlı bakal, 6 ədəd viski bakalı, 6 ədəd rumka, 4 ədəd qapaqlı qəndqabı, Dördbucaq şirniyyat dəsti-1 bulud və 6 qab Villeroy Boch firmasından olan qablar: 11. 18 ədəd hündürayaqlı bakal, 12. 12 ədəd hündürayaqlı bakal ( SCHOTT model ), 13. 12 ədəd dondurma qabı, 14. 2 ədəd göy güldan (biri hündür, biri alçaq), 15. 2 güldan (biri ağ, biri boz), 16. 1 güldan-( Nachtmann model), 17. Guldan və meyvəqabı dəsti ( İGİZİA model), 18. Sushi seti (1 ədəd uzun qab, 2 ədəd balaca qab, 2 ədəd sous qabı), 19. Metal qazan dəsti - 5 qazan, 4 qapaq ( VMF firma),
20. Balıqqulağı formasında meyvəqabı dəsti – 1 ədəd dərin meyvəqabı, 2 ədəd dayaz meyvəqabı, 4 ədəd çərəz qabı, 21. 2 ədəd hündürayaqlı göy desert qabı, 22. 2 ədəd hündürayaqlı ağ desert qabı, 23. 4 ədəd dördkünc konfetqabı, 24. 2 nəfərlik çay dəsti (bordo rəngi)- 2ədəd fincan+ 2 ədəd nəlbəki+ 2 ədəd qızılı çayqaşığı, 25. 2nəfərlik qəhvə dəsti (krem rəngi)- 2ədəd fincan+ 2 ədəd nəlbəki 26.BOGEMA 2 ədəd konfet qabı, 2 ədəd limon qabı, 2 hissəli güldan+meyvəqabı, 1 ədəd güldan, 1 ədəd qapaqlı konfetqabı (göy rəngdə), 1 ədəd Xonçabulud, 1 ədəd çərəzqabı- 5 hissəli, 1 ədəd çərəzqabı- 5 hissəli, 1 ədəd meyvəqabı (qızılı ayaqlı), 1 ədəd çərəzqabı 5 hissəli (qızılı ayaqlı), 1 ədəd göy güldan 27.KARACA 2 ədəd Ayaqlı tortqabı (kəpənəkli), 2 ədəd yaşıl rəngdə nahar dəsti 6 nəfərlik ( hər bir dəstdə 1 bulud , 6 dayaz böyük qab, 6 dayaz kiçik qab, 6 dərin qab), Oval formada şirniyyat qabı- ağ rəngdə, Lokumqabı- qızılı 28. 1ədəd 12 nəfərlik çemodan qaşıq-çəngəlbıçaq dəsti (qaşıq,çəngəl,bıçaq,çay qaşığı,qəhvə qaşığı, köməkçi süfrə qaşıqları) 2 ədəd 12 nəfərlik qaşıq-çəngəl-bıçaq dəsti, 1 gümüş çay dəstinə daxildir- 1 çaydan,6 fincan,1 qəndqabı, 1 gümüş qəndqabı, 2 ədəd firlanan şirniyyat qabı, 2 ədəd metal konus ayaqlı şamdan, 2 ədəd uzunsov dekor qabağ və boz rəngdə dəlikli, 2 ədəd ağ rəngdə dəlikli meyvəqabı, 12 ədəd xrustal çay stəkanı, 6 ədəd xrustal armudu stəkan, 12 ədəd nəlbəki, 6 ədəd nəlbəki ( armudu stəkan üçün), 1 qutu suvenir çayqaşığı dəsti (Özbəkistan), 2 dəst suvenir çayqaşığı dəsti (hər birində 6 ədəd) 29. Yataq otağı mebel dəstinə (Merinos firması) daxildir: 1 ədəd ikinəfərlik çarpayı (2 ədəd tumbo ilə birlikdə), 1 ədəd ikiqapılı, 1 qapısı güzgülü qarderob şkafı, 1 ədəd güzgülü kamod şkaf, 4 siyirməli, 1 ədəd ortopedik ikinəfərlik çarpayı matrası (Merinos) 30. 1 ədəd çılçıraq (Philips firması, Satral Elektrik mağazasından), 31. 1 ədəd hündürayaqlı gecə lampası (Philips firması, Satral Elektrik mağazasından), 32. Pərdə- “Röya” pərdə-tül mağazası, 2 hissəli dekor, 1 bütöv hissə tül, 2 hissəli günlük, 33. Çarpayı örtüyü və 2 yastıq üzü--“Röya” pərdə-tül mağazasından, 34. Misir naxışlı çarpayı örtüyü və 2 yastıq üzüJado firması, 35.İran xalçası- ipək, işıqda rəngi dəyişən (2m x 3m), 36.Kiçik xalçaboz (1,5m x 1m), 37. 6 ədəd balış (qu tükündən 50X70), 38. 2 ədəd balış (qu tükündən 70X70), 39. 2 ədəd ikinəfərlik sintefon yorğan, 40. 2 ədəd birnəfərlik sintefon yorğan, 41. 2 ədəd yun yorğan, 42. 1 ədəd qu tükündən kompakt yığılabilən ikinəfərlik döşək (öz sandığında), 43. 4 ədəd nazik sırıqlı pambıq yay yorğanı, 44. 3 cüt ədyal (2ədəd ağ, 2 ədəd yaşıl, 2 ədəd ikiüzlü), 45. 1 ədəd çəhrayı vafliqabaritli ədyal, 46. Çəhrayı çarpayı örtüyü və 2 yastıq üzü, 47. 6 ədəd böyük hamam dəsmalı, 48. 10 ədəd üz dəsmalı 49. Mətbəx: 1 ədəd soyuducu-buz dolabı X11, 1 ədəd qaz peçi – Siemens, 1ədəd mikrodalğalı sobaKenWood, 1 ədəd elektrikli bişirmə sobası, 1 ədəd şirəçəkən maşın- Bosch, 1 ədəd mikser+blender Bosch, 1 ədəd qırmızı tozsoran – Bosch, 1 ədəd elektrikli süpürgə- Bosch, Qabyuyan- Bosch, 1 ədəd kofeüyüdən-Tefal, Teflon qazan dəsti yaşıl (2 ədəd qapaqlı qazan, 1 ədəd qapaqlı tava,) - Aura firması, 1 ədəd şüşə qapaqlı qara qranit-teflon tava (ikidəstəli), 1 ədəd şüşə qapaqlı qara qranit-teflon tava (birdəstəli), 2 ədəd qapaqlı şüşə qazan, 2 ədəd şüşədən soba üçün bişirmə qabı, 1 ədəd 6 nəfərlik çəngəlqaşıq-bıçaq dəsti, 1 ədəd şamdanlı şüşə çaydan, 1 ədəd dördmərtəbəli metal çərəz qabı, Səhər yeməyi dəsti: 2 ədəd qapaqlı metal yağ/pendir qabı, 2 ədəd metal qapaqlı şüşə qənd/şəkər qabı, 2 ədəd duz/istiot qabı, 1 ədəd salfet qabı, 1 dəst güzgülü padnos dəsti ( 3 müxtəlif ölçülü padnos), 1 dəst teflon tava qaşıqları, 1 dəst teflon dəstəli mətbəx alətləri, 1 ədəd bıçaq dəsti (7 müxtəlif ölçülü bıçaq), 2 ədəd qapaqlı saxsı sıyıq qazanı ( biri dairəvi, biri oval formalı), 1 ədəd metal çörəkqabı, 10 ədəd çay dəsmalı, 10 ədəd mətbəx dəsmalı, Masa örtüyü 2 hissəli (ağ və qəhvəyi) TAÇ firması, 2 ədəd masa örtüyükrem-bej rəngli, 1 ədəd masa örtüyü –işləməli, ortası tül, 1 qutu masa östüyü və masa salfeti GELİN firması 50. Hamam otağı:PaltaryuyanSamsung firması Diamond modeli 51.Uşaq otağı: 1 ədəd xalça – Liliya firması (qəhvəyi-ağ kürəcikli naxışlar 2m x 3m), 1 ədəd xalça- bordo rəng ( 1m x 2m).” İcra sənədi üzrə icraata 29 noyabr 2023-cü il tarixdə başlanılmış, borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş ünvanlanaraq, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-239/2023 saylı, xx.xx.2022-ci il tarixli icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün xəbardarlıq edilmişdir. Həmçinin icra sənədinin qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi də onun nəzərinə çatdırılmışdır. Şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki,tələbkar Zərərçəkmiş şəxs övladları X4 və X2 onlarla birgə icra sənədində qeyd olunan əşyaları Bakı şəhəri, Yasamal rayonu ərazisində on beş gün ərzində kirayə mənzillə öz hesabına təmin edəcəyinə söz vermişdir. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş ərizədən görünür ki, iş üzrə borclu Şəxs barəsində tərtib olunmuş protokola onu və iki uşağını icra sənədində qeyd olunan əşyalar ilə birlikdə on beş gün ərzində Bakı şəhəri, Yasamal rayonu ərazisində iki otaqlı mənzillə Şəxs hesabına kirayə mənzillə təmin edəcəyi şərtilə iş üzrə protokola xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hərəkətlərində İXM-in 528.1-ci maddəsinin tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar; 28.2 və 29.2-ci maddələrinə müvafiq olaraq icraatda tərəflər tələbkar və borcludur. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar; 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Məhkəmə iclası zamanı müəyyən edilir ki, borclu Şəxs tələbkara tələbkarla qarşılıqlı razılığa gəlmişlər və bununla bağlı tələbkar məhkəməyə ərizə təqdim edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, hazırki halda borclu Şəxs hərəkətlərində icra sənədini icra etməmə və ya icra məmurunun qanuni tələblərini yerinə yetirməmə kimi halların mövcud olmadığı qənaətinə gəlir və buna görə də borclu barədə başlanmış iş üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. İXM-in: 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, borclunun hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. İXM-in: 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-239/2023 saylı, xx.xx.2022-ci il tarixli icra sənədlərinin icra edilməməsi ilə bağlı Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından, xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 53, 55, 114.1.4, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Şəxs barəsində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru X7 tərəfindən tərtib olunmuş 02 iyul 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov