Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3557/2024 22.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X7 Məhəmməd qızının sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi, şikayətçi X2, Bakı şəhəri BPİ X11 İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhər BPİ DYPİ-nin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhər BPİ DYPİ-nin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, onun TOYOTA LAND CRUİSER minik ** NS *** dövlət qeydiyyat nişanlı avtomobili var. Avtomobilin sənədləri (qeydiyyat şəhadətnaməsi) özünə məxsusdur. xx.xx.2024-cü il tarixdə saat 23:10 radələrində 20 yanvar dairəsinə daxil olan zaman ** YP *** nömrə nişanlı avtomobili idarə edən DİN DYP əməkdaşı polis serjantı X4 onun idarə etdiyim TOYOTA LAND CRUİSER minik ** NS *** dövlət qeydiyyat nişanlı avtomobili kənara çəkilib saxlanması əmr edildiyindən avtomobili kənara çəkib saxlamış. İnspektor ona yaxınlaşıb özünü təqdim etmədən, sürücülük vəsiqəsini istəmədən və avtomobilə aid sənədləri təqdim etmədən onu saxlayıb işıqforun qırmızı işığından keçməyini bildirdi. Lakin o əmindir ki, həmin işıqforun yaşıl işığında keçmişdir. O X11 avtomobilində quraşdırılmış video registratorda qeydiyyata alman görüntünün ona göstərilməsini tələb etsə də, tələbinə məhəl qoymayaraq barəsində Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsi ilə İXP ******* nömrəli elektron inzibati protokol tərtib edildi. Həmin vaxt DİN DYP ** YP *** avtomobili 20 yanvar dairəsində dayanaraq bütün avtomobilləri izləyib qeydə alırdı. O, isə ona kobud cavab verərək “Görüntülər yoxdur və get şikayət et” kimi ifadələrlə cavab verdi. Sonda bildirdi ki, “Protokol tərtib edirəm get hara istəsən şikayət et”. Belə özbaşınalıq və kobudluq vətəndaşa qarşı o ilk dəfə idi ki, görürdü. Həmin gün xx.xx.2024 tarixində Asan Pay portalına daxil olub gördüm ki, İnzibati Xətalar Məcəlləsinin 327.2 bəndi ilə İXP ******* №li qərarla 80 manat məbləğində və 3 bal cərimə olunmuş, lakin bu protokol Qərarsız kimi qeydə alınmışdır. Qeyd edilən protokol əsasında xx.xx.2024-cü il tarixdə onun iştirakı olmadan şəxsi mobil nömrəsinə zəng olmadan inzibati xəta haqqında protokola yuxarı vəzifəli şəxs tərəfindən baxılmış və İXM-nin 327.2-ci maddəsi ilə inzibati xəta törətməkdə təqsirli bilinərək 80 manat cərimə edilmiş. Qeyd edilən qərardan “Asan Ödəniş” kabineti vasitəsi ilə məlumat əldə etmişdir. Lakin şəxsi kabinetdə “Əlavə edilimiş sənədlər (foto/video) bölməsində” isə inzibati xətanı sübuta yetirəcək heç bir sübut növü əlavə edilməmişdir. Asan Pay və SMS Radar portallarında İXP ******* №li qərara əlavə edilmiş fotoşəkil və ya video görüntü yoxdur. O xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında qərarda qeyd edilən inzibatə xətam törətməmişdir. Göründüyü kimi, inspektor onun Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində qeyd edilən inzibati xətanı törətmədiyini bildirməsinə məhəl qoymayaraq xx.xx.2024-cü il tarixdə İXP ******* saylı elektron protokol tərtib edib, həmin protokol əsasında yuxarı vəzifəli şəxs tərəfindən xx.xx.2024-cu il tarixdə inzibati xəta haqqında qərar qəbul edilərək qanunvericiliyin yuxarıda qeyd edilən tələblərini kobud şəkildə pozulmuşdur. Göründüyü kimi, kabinetinə yerləşdirilmiş video və foto materiallar əsasında təqsirli olduğunun sübuta yetirilməsi mümkün deyildir. Göstərilənlərə əsasən Bakı şəhər BPİ DYPİ-nin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi E.Ə.İmanov şikayət ərizəsinin məzmununa uyğun izahat verərək şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri BPİ X11 İdarəsinin nümayəndəsi E.M.Qanbayev şikayətlə razılaşmayaraq Bakı şəhər BPİ DYPİ-nin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının dinləyib, iş materiallarını araşdırıb, o cümlədən iş materiallarına əlavə edilmiş videogörüntüyə baxaraq hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhər BPİ DYPİ-nin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, E.Ə.İmanov xx.xx.2024-cü il tarixində saat 23:12-də Bakı şəhəri, Yasamal rayonu, “20 Yanvar” dairəsində özünə məxsus “Toyota Land-Cruiser minik” markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə, həmçinin svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 329.1-ci maddələri nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 80 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan videogörüntüyə məhkəmə iclasında baxılarkən E.Ə.İmanovun törətdiyi inzibati xəta öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, E.Ə.İmanov xx.xx.2024-cü il tarixində saat 23:12-də Bakı şəhəri, Yasamal rayonu, “20 Yanvar” dairəsində özünə məxsus “Toyota Land-Cruiser minik” markalı, **-NS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etmiş, həmçinin svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirmişdir. Ona görə də Bakı şəhəri BPİ DYPİ-nin YPX-nin inspektoru tərəfindən onun barəsində həmin tarixdə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Sürücü E.Ə.İmanov inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadığından qanunvericiliyin tələbinə uyğun olaraq yerində qərar qəbul edilməmiş və inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilmişdir. xx.xx.2024-cü il tarixdə Bakı şəhəri BPİ DYPİ-nin polis kapitanı X3 oğlu tərəfindən idarənin inzibati binasında işə baxılmış və E.Ə.İmanovun yol verdiyi inzibati xəta öz təsdiqini tapdığından o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2 və 329.1-ci maddələri ilə təqsirli bilinərək 80 manat məbləğində inzibati cərimə edilmişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin müəyyən edilir ki, sanksiya həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilməsin. Bakı şəhər BPİ DYPİ-nin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(004)-3557/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3557/2024
22.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver