Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3564/2024 22.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X7 Məhəmməd qızının sədrliyi, X2 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən "xxxx" ASC-dən təqdim edilmiş məlumat və sənədlərə əsasən Şəxs MMC 60545.58 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı gündən 02 (iki) il müddət keçməsinə baxmayaraq, 60545.58 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiqləyən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X4 inzibati xəta haqqında protokola yazılı etirazını təqdim edərək göstərmişdir ki, Elektron məhkəmə kabinetinə əlavə edilmiş Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs MMC barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında Protokolda Şəxs MMC 60545.58 ABŞ dolları məbləğində vəsaiti 02 iyun 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 60545.58 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır və Şəxs MMC tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi qeyd edilmişdir. Bildirir ki, tərtib edilmiş protokol ilə qətiyyən razı deyil. Belə ki, Çin Xalq Respublikasının “X3 Co., Ltd” şirkəti ilə Şəxs MMC arasında 20.01,2019-cu il tarixli (nömrəsiz) alğı-satqı müqaviləsi bağlanılmışdır. Müqavilənin 2.3-cü bəndində ödəniş şərtləri göstərilmişdir. Elektron məhkəmə kabinetinə əlavə edilmiş "xxxx" ASC-nin Mərkəzi Banka ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan (cədvəldən) görünür ki, təqdim edilən yük gömrük bəyannaməsində müqavilə uyğun deyil **********0094 və 60545.58 ABŞ dolları qeyd edilib. Bununla bağlı bildirir ki, xx.xx.2022-ci il tarixli gömrük bəyannməsinin 22-ci qrafasında malın ümumi invoys dəyəri 54540.36 ABŞ dolları qeyd edilib.Mərkəzi Bankın istinad etdiyi 60545.58 ABŞ dolları məbləğ “X3 Co., Ltd” şirkəti ilə Şəxs MMC arasında bağlanılmış xx.xx.2019cu il tarixli (nömrəsiz) alğı-satqı müqaviləsi üzrə tərtib edilmiş xx.xx.2022-ci il tarixli, **********3404 nömrəli gömrük bəyannaməsinin 22-ci qrafasında göstərilmişdir. xx.xx.2019-cu il tarixli (nömrəsiz) alğı-satqı müqaviləsi üzrə “X3 Co., Ltd” şirkətinin hesabına Şəxs MMC tərəfindən 02 iyun 2022-ci il tarixdə 60545.58 ABŞ dolları məbləği (xx.xx.2022-ci il tarixli, **********3404 nömrəli idxal gömrük bəyannaməsi) və xx.xx.2021-ci il tarixdə isə 54540.36 ABŞ dolları məbləği (xx.xx.2022-ci il tarixli, **********0094 nömrəli idxal gömrük bəyannaməsi) köçürülmüşdür. Ümumi invoys dəyəri 60545.58 ABŞ dolları olan xx.xx.2022-ci il tarixli, **********3404 nömrəli idxal gömrük bəyannaməsinin 44-cü qrafasında 4011 kod üzrə müqavilənin nömrəsi “№-siz” və müqavilənin tarixi isə “xx.xx.2019” qeyd edilmişdir. Ümumi invoys dəyəri 54540,36 ABŞ dolları olan xx.xx.2022-ci il tarixli, **********0094 nömrəli idxal gömrük bəyannaməsinin 44-cü qrafasında 4011 kod üzrə müqavilənin nömrəsi texniki səhv olaraq “S-008/19” və müqavilənin tarixi isə “xx.xx.2019” qeyd edilmişdir. Əslində ümumi invoys dəyəri 54540,36 ABŞ dolları olan xx.xx.2022-ci il tarixli, **********0094 nömrəli idxal gömrük bəyannaməsinin 44-cü qrafasında 4011 sənəd növünün kodu üzrə müqavilənin nömrəsi “S-008/19” əvəzinə “№-siz” və müqavilənin tarixi isə “xx.xx.2019” əvəzinə “xx.xx.2019” qeyd edilməli idi. Sadəcə olaraq bəyannaməçi "xxxx" MMC tərəfindən texniki səhvə yol verərək ümumi invoys dəyəri 54540,36 ABŞ dolları olan xx.xx.2022-ci il tarixli, **********0094 nömrəli idxal gömrük bəyannaməsinin 44-cü qrafasında 4011 sənəd növünün kodu üzrə müqavilənin nömrəsi “S-008/19” və müqavilənin tarixi isə “xx.xx.2019” kimi qeyd etmişdir. Bu texniki yanlışlığın aradan qaldırılması ilə bağlı Şəxs MMC adından Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinə 01 mart 2024-cü il tarixli rəsmi qaydada yazılı məktub da göndərilmişdir. Sorğu məktubunda qeyd edilir ki, Şəxs MMC tərəfindən tərtib edilən xx.xx.2022-ci il tarixli, **********0094 nöğmrəli idxal gömrük bəyannaməsində 44 nömrəli qrafada müqavilə nömrəsi səhvən S-008/19 olaraq qeyd edilmişdir. Halbuki müqavilə nömrəsiz və xx.xx.2019 tarixlidir. Xahiş edir ki, sistem üzərindən müqaviləyə düzəliş edilməsi üçün köməklik göstərəsiniz. Astara Gömrük İdarəsinin 05 mart 2024-cü il tarixli, 3- 33-1300/2-000270/2024 nömrəli cavab məktubunda qeyd edildi ki, məlumat üçün nəzərinizə çatdırır ki, ünvanınıza idxal olunan mallar üçün bəyan olunan “**********0094” sorğu nömrəli gömrük bəyannaməsi tərəfinizdən təqdim olunan mal-müşayiət sənədləri və “S-008/19” nömrəli, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında rəsmləşdirilərək malların buraxılışı həyata keçriilmişdir. Bildirir ki, sizin Astara Gömrük idarəsinə etdiyiniz müraciətə əsasən, yuxarıda qeyd olunan gömrük bəyannaməsinə düzəliş edilərək “S-008/19” nömrəli, xx.xx.2019-cu il tarixli müqavilənin əvəzinə digər “nömrəsiz” və “xx.xx.2019-cu il tarixli müqavilənin əlavə olunması istəyiniz xx.xx.2014-cü il tarixli, 263 saylı “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan respublikası Nazirlər Kabineti qərarının 14.3-cü maddəsinin tələblərinə zidd olduğundan belə bir düzəlişin edilməsi mümkün deyildir. Onu da qeyd edir ki, “xx.xx.2019-cu il tarixli, S-008/19 nömrə” başqa bir şirkətlə bağlanılmış müqavilənin nömrəsi və tarixidir. Şəxs MMC ilə Çin Xalq Respublikasının “X5 industrial Corporation” şirkəti arasında xx.xx.2019-cu il tarixli, S-008/19 nömrəli alğı-satqı müqaviləsi bağlanılmışdır. “X5 industrial Corporation” şirkəti ilə bağlanılmış xx.xx.2019-cu il tarixli, S-008/19 nömrəli alğı-satqı müqaviləsi üzrə ümumi invoys dəyəri 54540,36 ABŞ dolları məbləğində mal idxal edilməmişdir. Ümumi invoys dəyəri 54540,36 ABŞ dolları olan xx.xx.2022-ci il tarixli, **********0094 nömrəli idxal gömrük bəyannaməsinin “X5 industrial Corporation” şirkətinə aidiyyəti yoxdur, sadəcə olaraq ümumi invoys dəyəri 54540,36 ABŞ dolları olan xx.xx.2022-ci il tarixli, **********0094 nömrəli idxal gömrük bəyannaməsinin 44-cü qrafasında müqavilənin nömrəsi və tarixi texniki səhv olaraq “S-008/19 və xx.xx.2019” kimi qeyd edilmişdir. Ümumi invoys dəyəri 54540,36 ABŞ dolları olan xx.xx.2022-ci il tarixli, **********0094 nömrəli idxal gömrük bəyannaməsinin 2-ci qrafasmda göndərən/ixracatçı “X3 Co., LTD” şirkəti qeyd edilib. Yəni xx.xx.2022-ci il tarixli, **********0094 nömrəli idxal gömrük bəyannaməsinin 2-ci qrafasmda göndərən/ixracatçı “X5 industrial Corporation” şirkəti deyil, “X3 Co., LTD” şirkətidir. Buradan da aydın olur ki, ümumi invoys dəyəri 54540,36 ABŞ dolları olan xx.xx.2022-ci il tarixli, **********0094 nömrəli idxal gömrük bəyannaməsinin 44-cü qrafasmda 4011 kod üzrə texniki səhv olaraq müqavilənin nömrəsi “S-008/19” və müqavilənin tarixi “xx.xx.2019” qeyd edilsə də faktiki olaraq “X3 Co., Ltd” şirkəti ilə bağlanılmış xx.xx.2019-cu il tarixli (nömrəsiz) müqaviləsi nəzərdə tutulur. “X3 Co., Ltd” şirkəti ilə Şəxs MMC arasında xx.xx.2019-cu il tarixli, S-008/19 nömrəli müqavilə bağlanılmayıb, təkrar olaraq qeyd edir ki, ümumi invoys dəyəri 54540,36 ABŞ dolları olan xx.xx.2022-ci il tarixli, **********0094 nömrəli idxal gömrük bəyannaməsinin 44-cü qrafasmda 4011 kod üzrə müqavilənin nömrəsi “№-siz” yazılmalı olduğu halda texniki səhv olaraq “S- 008/19” kimi və müqavilənin tarixi isə “xx.xx.2019” yazılmalı oldu halda texniki səhv olaraq “xx.xx.2019” kimi qeyd edilmişdir. Bu bir texniki səhvdir və yanlışlıq olub. Avans olaraq xx.xx.2021-ci il tarixdə “X3 Co., Ltd” şirkətinin hesabına ödədiyimiz 54540,36 ABŞ dolları məbləğində mallar (xidmətlər) Çin Xalq Respublikasından idxal olunmuş və xx.xx.2022-ci il tarixli, **********0094 nömrəli idxal gömrük bəyannaməsi ilə öz təsdiqini tapmışdır. Bəyannamədə yol verilmiş texniki səhv və yanlışlıqlar avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabillində müəyyən edilmiş müddətlərdə müvafiq mailarm idxal edilməməsinə, işlərin görülməməsinə və xidmətlərin göstərilməməsinə rəvac vermir. Ümumi invoys dəyəri 60545.58 ABŞ dolları olan xx.xx.2022-ci il tarixli, **********3404 nömrəli idxal gömrük bəyannaməsinin 44-cü qrafasmda 4011 sənəd növünün kodu üzrə müqavilənin nömrəsi heç bir texniki səhvə yol verilmədən düzgün olaraq “Ns-siz” və müqavilənin tarixi isə “xx.xx.2019” qeyd edilmişdir. Avans olaraq xx.xx.2022-ci il tarixdə “X3 Co., Ltd” şirkətinin hesabına ödədiyimiz 60545,58 ABŞ dolları məbləğində mallar (xidmətlər) Çin Xalq Respublikasından idxal olunmuş və xx.xx.2022-ci il tarixli, **********3404 nömrəli idxal gömrük bəyannaməsi ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Sədrinin xx.xx.2014-cü il tarixli, 100/143 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Gömrük bəyannamələrinin doldurulması qaydasının Metodikasında gömrük bəyannaməsinin qrafalarının izahı verilir. Qrafa 22. "Valyuta və malların ümumi invoys dəyəri”. Qrafanın sol yarımbölməsində 42-ci qrafada göstərilmiş mallann invoys dəyərini ifadə edən valyutanın rəqəmli kodu valyutaların təsnifatına (Bu Metodikanın 5 sayl Əlavəsi) uyğun olaraq göstərilir. Qrafanın sol yarımbölməsində 42-ci qrafada göstərilmiş malların invoys dəyərini ifadə edən valyutanın rəqəmli kodu valyutaların təsnifatına (bu Metodikanın 5 saylı Əlavəsi) uyğun olaraq göstərilir. Metodikanın 13 saylı Əlavəsində gömrük bəyannaməsinin 44-cü qrafasmda (təqdim olunan sənədlər) kodların izahları verilmişdir. Ümumi invoys dəyəri 54540t36 ABŞ dolları məbləği olan xx.xx.2022-ci il tarixli, **********0094 nömrəli idxal gömrük bəyannaməsinin 44-cü qrafasmda 2015, 3001, 4011,4013, 7000 və 8001 sənəd növünün kodları göstərilmişdir. Metodikanın 13 saylı Əlavəsinə əsasən 2015-beynəlxalq avtomobil qaiməsi; 3001- Malİarm çatdırılmasına nəzarətə dair sənəd; 4011- Xarici iqtisadi sövdələşmənin həyata keçriilməsi zamanı bağlana müqavilə (kontrakt, saziş və s.); 4013- Xarici iqtisadi sövdələşmənin həyata keçriilməsi zamanı bağlanan müqaviləyə (kontrakta, sazişə və s.) əlavə; 7000- Malın mənşə ölkəsini təsdiq edən sertifikat; 8001- İnvoys (hesab-faktura), proforma-invoys (hesab-proforma) deməkdir. xx.xx.2022-ci il tarixli, **********0094 nömrəli idxal gömrük bəyannaməsinin 44-cü qrafasmda 8001-sənəd növünün kodunda invoysun nömrəsi XBL211116T və tarixi isə xx.xx.2021 qeyd edilib. Həmin tarixli və nömrəli invoysda malın dəyəri 54540,36 ABŞ dollarıdır. Yəni XBL211116T nömrəli, xx.xx.2021-ci il tarixli invoys “X3 Co., Ltd” şirkəti ilə Şəxs MMC arasında bağlanılmış xx.xx.2019-cu il tarixli (nömrəsiz) müqavilə əsasında rəsmləşdirilib. Ümumi invoys dəyəri 54540,36 ABŞ dolları məbləği olan xx.xx.2022-ci il tarixli, **********0094 nömrəli idxal gömrük bəyannaməsinin 44-cü qrafasında 4011 sənəd növü kodunda müqavilənin nömrəsi və tarixi səhv qeyd edilsə də 4013 sənəd növü kodunda müqavilənin əlavəsi düzgün qeyd edilib və müqavilənin xx.xx.2021-ci il tarixli əlavələsi “X3 Co., Ltd” şirkəti ilə Şəxs MMC arasında bağlanılmış xx.xx.2019-cu il tarixli (nömrəsiz) alğı-satqı müqaviləsinə istinad olunmuşdur.Bu bir daha sübut edir ki, ümumi invoys dəyəri 54540,36 ABŞ dolları məbləği olan xx.xx.2022-ci il tarixli, **********0094 nömrəli idxal gömrük bəyannaməsinin 44-cü qrafasında 4011 sənəd növü kodunda “X3 Co., Ltd” şirkəti ilə Şəxs MMC arasında bağlanılmış xx.xx.2019-cu il tarixli (nömrəsiz) müqavilə nəzərdə tutulmuşdur. Ümumi invoys dəyəri 54540,36 ABŞ dolları olan xx.xx.2022-ci il tarixli, **********0094 nömrəli idxal gömrük bəyannaməsinin 44-cü qrafasında 7000-sənəd növünün kodunda malın mənşə ölkəsini təsdiq edən sertifikatın nömrəsi 21C3301B0779/00075 və tarixi isə xx.xx.2021 qeyd edilib. Həmin 21C3301B0779/00075 nömrəli və xx.xx.2021-ci il tarixli malın mənşə sertifikatında xx.xx.2021-ci il tarixli, XBL211116T nömrəli invoysa istinad olunmuş mahn gross çəkisi 15500 kiloqram göstərilmişdir. Yuxarıda qeyd etdiyi kimi, Astara Gömrük İdarəsinin 05 mart 2024-cü il tarixli, 3-33-1300/2-000270/2024 nömrəli cavab məktubunda da bir daha təsdiq edir ki, **********0094 nömrəli idxal gömrük bəyannaməsi üzrə mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında rəsmləşdirilərək malların buraxılışı həyata keçirilmişdir. Yəni “X3 Co., Ltd” şirkəti ilə Şəxs MMC arasında bağlanılmış xx.xx.2019-cu il tarixli (nömrəsiz) müqaviləsi üzrə “X3 Co., Ltd” şirkətinin hesabına xx.xx.2021-ci il tarixdə avans olaraq ödənilmiş 54540,36 ABŞ dolları məbləğinin müqabilində müəyyən edilmiş müddətdə Çin Xalq Respublikasından mallar dixal edilmiş və xx.xx.2022-ci il tarixli **********0094 nömrəli idxal gömrük bəyannaməsi üzrə mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında rəsmləşdirilərək malların buraxılışı həyata keçirilmişdir. Ümumi invoys dəyəri 54540,36 ABŞ dolları məbləğində olan xx.xx.2022-ci il tarixli **********0094 nömrəli idxal gömrük bəyannaməsi "xxxx" ASC-yə təqdim edilmişdir. xx.xx.2022-ci il tarixli **********0094 nömrəli idxal gömrük bəyannaməsi qabaqcadan ödəniş (54540,36 ABŞ dolları) müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən sənəddir. Mərkəzi Bank ümumi invoys dəyəri 54540,36 ABŞ dolları məbləğində olan xx.xx.2022-ci il tarixli, **********0094 nömrəli idxal gömrük bəyannaməsini “X3 Co., LTD” şirkətindən malların ölkəyə idxalını təsdiq edən sənəd kimi qəbul etməməsinin heç bir hüquqi əsası yoxdur. Hətta onu da vurğulayırıq ki, ümumi invoys dəyəri 54540,36 ABŞ dolları məbləğində olan xx.xx.2022-ci il tarixli **********0094 nömrəli idxal gömrük bəyannaməsinin qoşma vərəqində də istehsalçı kimi “X3 Co., LTD” şirkəti göstərilmişdir. Ümumi invoys dəyəri 54540,36 ABŞ dollan məbləğində olan xx.xx.2022ci il tarixli **********0094 nömrəli idxal gömrük bəyannaməsində göstərilən mallar müvafiq gömrük orqanının əməkdaş(ları)ı tərəfindən yoxlanılmış və təsdiq edilmişdir. Yəni ümumi invoys dəyəri 54540,36 ABŞ dollan məbləğində olan xx.xx.2022-ci il tarixli **********0094 nömrəli idxal gömrük bəyannaməsinin 44-cü qrafasında yol verilmiş xırda texniki səhvə görə həmin bəyannamə üzrə malların “X3 Co., LTD” şirkətindən idxal edilməməsi anlamına gəlmir. X9 Heyətinin 28 noyabr 2016cı il tarixli, 45/1 nömrəli qəran ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri- rezidentlərin milli və xarici valyutada əməliyyatlarının apanlması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində (idxal hava, dəmiryol və dəniz nəqliyyatı vasitələri, habelə kosmik obyektlər ilə əlaqədar olduqda və onların təchizat müddəti 2 (iki) İldən çox olduqda müqavilədə nəzərdə tutulan təchizat müddəti bitdikdən sonra ən geci 3 (üç) ay müddətində) banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dollan ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydalarının 4.3.1.3-cü yarımbəndinə dair Plenumun Qərarında qeyd edilmişdir ki, bununla bağlı Konstiusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair” 2019-cu il 19 dekabr tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Xüsusilə qeyd edir ki, “X3 Co., Ltd” şirkəti ilə Şəxs MMC arasında xx.xx.2019-cu il tarixli (nömrəsiz) alğı-satqı müqaviləsi əsasında avans yolu ilə ödənilmiş 54540,36 ABŞ dollan məbləğinin müqabilində xx.xx.2022-ci il tarixində mallar Çin Xalq Respublikasından (“X3 Co., Ltd” şirkətindən) Azərbaycan Respublikasına idxal edilmişdir. Avans yolu ilə ödənilmiş 54540,36 ABŞ , dolları məbləğinin müqabilində malların Çin Xalq Respublikasından idxal edilməsi və bunu təsdiq edən sənədlərin təqdim edilməsi ilə bağh Şəxs MMC-nin Çin satınalma ofisi vasitəsilə “X3 Co., Ltd” şirkətinə sorğu da ünvanlamışlar. “X3 Co., Ltd şirkəti sorğuya cavab olaraq xx.xx.2024-cü il tarixli təsdiqedici məktub (məktubun mətni ingilis dilindədir) da göndərib. Həmin məktubda qeyd olunur ki, “X3 Co., Ltd” ilə "Embawood” MMC arasında bağlanılmış xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsi üzrə xx.xx.2021 -ci il tarixdə Şəxs MMC tərəfindən “X3 Co., Ltd” şirkətinin hesabına avans məbləğ, 54540,36 ABŞ dolları köçürülmüşdür. Qeyd edilən müqavilə üzrə köçürülmüş avans məbləğ müqabilində mallar xx.xx.2021-ci il tarixdə "Embawood” MMC-yə ixrac edilmişdir. "Embawood” MMC “X3 Co., Ltd” şirkəti ilə bağlanılmış xx.xx.2019-cu il tarixli alğı-satqı müqavilə (xx.xx.2021-ci il tarixli, XBL211116T nömrəli invoys üzrə) əsasında xx.xx.2021-ci il tarixdə “X3 Co., Ltd” şirkətinin bank hesabına avans yolu ilə 54540,36 ABŞ dolları məbləğində vəsait köçürmüş və qeyd edilən müqavilə və invoys (həmçinin altsənədlər CMR və s.) üzrə 54540,36 ABŞ dolları məbləğində olan mallar Çin Xalq Respublikasının “X3 Co., Ltd” şirkəti adından 17.11,2021-ci il tarixdə Şəxs MMC-yə (yəni Çin Xalq Respublikasından Azərbaycan Respublikasına) ixrac edilmişdir. 54540,36 ABŞ dolları məbləğində olan mallar beynəlxalq yükdaşıma şərtləri əsasında (İNCOTERMS 2020 FOB Taicang, Çin) gəmi vasitəsilə İran islam Respublikasının Bəndər Abbas limanına çatdırılmış və İran İslam Respublikasından Azərbaycan Respublikasına quru yolla (avtomobil nəqliyyatı) həmin mallar çatdırılmışdır (CMR-beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsi ilə təsdiq olunur). Və yekunda 54540,36 ABŞ dollan məbləğində olan mallarının ölkəyə idxalı xx.xx.2022-ci il tarixli, **********0094 nömrəli idxal gömrük bəyannaməsi ilə təsdiq edilmişdir.CMR-də də xx.xx.2021-ci il tarixli, XBL211116T nömrəli invoysa istinad olunmuşdur. Əlavə bir təcürbə kimi onu da qeyd edək ki, ümumiyyətlə Çin şirkətləri beynəlxahq ticarətdə əsasən invoysu əsas tuturlar. xx.xx.2021-ci il tarixli, XBL211116T nömrəli invoysa əlavə olan qablaşdırma siyahısında malın netto çəkisi 15000 kiloqram, gross (brutto) çəkisi isə 15500 kiloqram qeyd edilib. Ümumi invoys dəyəri 54540,36 ABŞ dollan olan xx.xx.2022-cİ il tarixli, **********0094 nömrəli idxal gömrük bəyannaməsinin 35-ci qrafasmda malın brutto çəkisi 15500 kiloqram və 38-ci qrafasmda malın netto çəkisi 15000 kiloqram qeyd edilib. Yəni qablaşdırma siyahısında qeyd edilən malın netto və brutto çəkiləri qeyd edilən idxal gömrük bəyannaməsinin 35 və 38-ci qrafaları ilə eynilik təşkil edir. Bütün bu sənədlər birbaşa sübut edir ki, “X3 Co., Ltd” şirkəti ilə bağlanılmış xx.xx.2019cu il tarixli alğı-satqı müqavilə əsasında avans yolu ilə ödənilmiş 4540,36 ABŞ dollan məbləğində vəsait müqabilində müəyyən edilmiş müddətdə müvafiq mallar ölkəyə idxal edilmişdir. Ona görə də inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, hazırki iş üzrə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətdə müvafiq mallar ölkəyə idxal edildiyi üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta hadisəsi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. Ona görə də, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 430.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(004)-3564/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3564/2024
22.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver