Məhkəmə qərarları › İş №3(004)-357/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-357/2021

05.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-357/2021 05.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi ilə, xx xxxx 1979-cu il tarixdə Şəmkir rayonu,Dəllər qəsəbəsində anadan olmuş və orada qeydiyyatda olan, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Məktəbli 14 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxxxxx 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən xx xxxxxxx 2020-ci il tarixli Yasama rayon məhkəməsinin qərarı ilə o inzibati xətanı törətməkdə təqsirli bilinirək,onun 06(altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmışdır. Həmin qərardan narazı qalan Şəxs xx xxxxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə şikayət edərək,Yasamal rayon məhkəməsinin 3(004)2453/2020 saylı qərarın ləğv edilməsini və onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi xx xxxxxx 2020-cı il tarixli qərarı ilə Şəxs barəsində olan Yasamal rayon məhkəməsinin qərarı ləğv edilmişdir və inzibati iş üzrə icraat materialları hərtərəfli,tam və obyektiv araşdırılması məqsədi ilə yenidən Yasamal rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında çıxış edərək aşağıdakıları bildirmişdir: Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin təhqiqatçısı X2 Mahmudovun icraatında HK-1-2789 nömrəli işə baxılarkən iş araşdırılmış və şikayətçi ilə mənim izahatım alınmışdır. İzahat alınan zaman mən heçbir avtonəqliyyat hadisəninin baş vermədiyini, heçkəsə xəsarət yetirmədiyimi, mənə edilən ittihamın təmamilə böhtan və şər olduğunu bildirmişəm. Məndən əlavə şikayətçinin də izahatı alınmış o isə təmamilə şər və böhtanla məni ittihamlandırmışdır. Guya mən avtomobilin ön hissəsi ilə onu vurmuş, o isə yerə yıxılaraq topuğundan xəsarət almışdır. Ətrafdakıların köməyi ilə o guya xəstəxanaya gedərkən həkim qəbulunda olmuş amma Məhkəmə Tibbi Ekspertizasında müayinədən keçməkdən imtina etmişdir. O həmçinin iddia etmişdir ki, guya mən onu vuraraq hadisə yerindən yüksək surətlə uzaqlaşmışam. Aşağıda qeyd edilənlərə əsasən hesab edirəm ki, qərar əsassız və qanunsuzdur. Bu səbəblə də ləğv edilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında 3(004)-2453/2020 saylı işə baxılarkən mənim iştirakım təmin edilməmiş, mənə məlumat verilmədiyi halda guya lazımi qaydada məlumatlandırıldığım lakin məhkəməyə gəlmədiyim, gəlməmə səbəbini məhkəməyə bildirməməyim qeyd edilmişdir. Bu faktla əlaqədar olaraq qeyd etməyim zəruridir ki, mənim həm qeydiyyat ünvanım ilə həm də faktiki ünvanım ilə birbaşa bağlılığım vardır ki, bu günə dək də mənə ünvanlanan hərbir məktubları maneəsiz şəkildə qəbul etmişəm. Əlavə olaraq da Polis Şöbəsində aparılan iş üzrə toplanan materiallarda mənə məxsus mobil nömrə də qeydiyyatda olduğu halda mənə heçbir məlumat verilməmişdir. Polis Şöbəsinə gedib işin yekunu ilə bağlı məlumat aldıqdan sonra mənə mövcud məhkəmə işi ilə bağlı məlumat verilmişdir. Daha sonra mən məhkəmədən məlumat aldıqda qərarın qəbul olunduğu mənə bildirildi. Prosessual pozuntuya yol verilərək barəmdə bu formada qərar qəbul edilmiş və mənim hüquqlarım kobud şəkildə pozularaq sürücülük hüququm məhdudlaşdırılmışdır. İşə baxılarkən “hadisənin” baş verdiyi tarixlə yəni xx xxxxxx 2020ci il tarixi ilə protokolun tərtib edilmə tarixi arasında (xx xxxxxx 2020 - xx xxxxxxxx 2020) 1 aydan çox müddətin keçəməsi nəzərə alınmamış və qərar qəbul edilmişdir. Halbuki Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101 -ci maddəsinin 1-ci bəndində qeyd edilir ki, inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 101.2-ci maddəsində qeyd edilir ki, İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Qanunvericiyimizə əsasən göründüyü kimi protokolun tərtib edilmə müddəti dərhal vəya iki gün müddətində müəyən edildiyi halda 2 aya yaxın müddət ərzində protokol tərtib edilməmişdir. Hadisəni özündə əks etdirən heç bir videogörüntü və digər sübut qismində materiallar olmadığı halda şikayətçinin izahatı əsasında məhkəmənin qərar qəbul etməsi təmamilə əsassızdır. Şikayətçinin həmin aldığı xəsarəti mənim avtomobilimdən alması, mənim təqsirkar bilinməyim barədə heçbir şübhə və sübut yoxdur. Bu halda da təqsirsizlik prezumsiyasına əsasən mən təqsirsiz şəxsəm. İş üzrə heçbir sübut və şahid ifadaləri olmadan qərarın qəbul edilməsi əsassızdır. Mənim təqsirim olmadığı halda, şər və böhtan əsasında yazılmış bir izahatla mənim hüquqlarım kobud şəkildə pozulmaqdadır. Mən Polis Şöbəsində izahatım alınarkən belə bildirdim ki, bu təmamilə şər və böhtandır. Mən heç bir zaman hərhansısa formada qəza törətməmişəm. Anlaqlı bir insan olaraq da mən heç bir zaman hadisə yerində xəsarət yetirəcəyim insanı köməksiz qoymaram. Heçbir sübut olmadan barəmdə inzibati protokol tərtib edilərək sürücülük hüququmun məhdudlaşdırılmasını qanunsuz hesab edirəm. Həmçinin də nəzərinizə çatdırım ki, şikayətçi şəxs tərəfindən bir neçə şəxsə qarşı da şikayət ərizəsi ilə 29-cu Polis Şöbəsinə müraciət edilərək bu və bu kimi şər və böhtanlar atılmışdır. Göstərinlərə əsasən mən hesab edirəm ki, bu şəxs anlaqsız bir insandır və məlum olmayan maraqlara görə hər kəsə şər, böhtan atmaqla məşğuldur. Mən Sədərək ticarət mərkəzində işləyirəm. Maddi cəhətdən imkanım qənaətbəxş deyil. Səhər işə gedib axşam işdən gəlirəm. Yaşadığım ərazidə də çox müsbət xarakterizə olunuram. Şəxsi keyfiyyətlərimə əsasən bu hadisəni törətməyim, (hətta qəzadan sonra kimisə köməksiz qoyub^qaçmağım) mənim ədalətimə və insanlığıma yaraşmayan hərəkətdir. Hesab edirəm ki, tərəfinizdən iş ətraflı şəkildə araşdırılaraq mənim təqsirsizliyim sübuta yetiriləcək və işə xitam veriləcəkdir. Bundan əlavə olaraq da qeyd edilməsi zəruridir ki, misal üçün bu hadisə həqiqətən də baş versəydi belə piyada olaraq həmin ərazidə piyada keçidindən keçməyən şəxsin təqsirkarı birbaşa olaraq özüdür. Şikayətçinin xəsarət aldığını iddia edən yerda-piyada keçidi yoxdur. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, Şəxs izahatını dinləyərək və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmədiyi üçün inzibati işə xitam veriməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində nəzərdə tutulur ki; Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir.Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Eyni müddəa inzibati işlərə də aid edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində qeyd edilir ki; Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmçinin də İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsində və Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14- cü maddəsində eynilə qeyd olunur: “Cinayət əməli törətməkdə təqsirləndirilən hər bir kəs onun təqsiri qanuna uyğun şəkildə sübuta yetirilməyənədək təqsirsiz bilinmək hüququna malikdir". Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş materiallarında inzibati xətanın məhz Şəxs tərəfindən törədilməsi barədə heç bir sübut və dəlil mövcüd deyil. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 327.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirsiz bilinsin və onun barəsində olan inzibati işə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar