Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-3574/2024 09.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi X1 X2 inzibati xəta haqında iş üzrə qərardan verdiyi şikayətə dair inzibati işi nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: X3 onun barəsində Azərbaycan Respublikası DİN Bakı Şəhər Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş TP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqında iş üzrə qərardan şikayət vermişdir. İş materiallarından görünür ki, inzibati xətanın törədildiyi yer Bakı şəhəri, Badamdar yolu 42-dir. Həmin ərazi Səbail rayonu ərazisidir. İş materiallarına həmin şikayətə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmasına dair vəsatət əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli qərarında müəyyən edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir. Belə olduğu təqdirdə şikayətə inzibati xətanın törədildiyi yer üzrə Səbail Rayon Məhkəməsində baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli qərarında müəyyən edilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarına əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayəti verilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.4-cü maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest üç gün müddətində aidiyyəti üzrə göndərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadığı müəyyən edildikdə, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 118, 129, 132ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: X2 barəsində qəbul edilmiş inzibati xəta haqında iş üzrə qərardan verdiyi şikayət üzrə iş aidiyyəti üzrə baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilsin. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №3(004)-3574/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-3574/2024
09.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver