Məhkəmə qərarları › İş №3(004)-3577/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-3577/2020

04.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-3577/2020 04.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlu, Hüseynov Rövşən Məmməd oğlunun Bakı şəhər Dövlət X1 xx xxxxxxxx 2020-ci il tarixli, İXP ******* saylı protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə baxaraq, m ü ə y y ə n e t d i m: Hüseynov Rövşən Məmməd oğlu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Dövlət X1 xx xxxxxxxx 2020-ci il tarixli, İXP ******* saylı protokol və prookol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, inzibati qərardan şikayət vermə müddəti ötürüldüyündən və ötürülmüş müddətin üzrlü sayılmasına dair vəsatət verilmədiyindən şikayət ərizəsi geri qaytarılmalıdır. Belə ki, məhkəməyə təqdim edilmiş şikayət ərizəsinə əlavə edilmiş qərardan aydın olur ki, Bakı şəhər Dövlət X1 xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə Hüseynov Rövşən Məmməd oğlu İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.2-ci maddələrində nəzərdə tutulan xətanı törətməkdə təqsirli bilinib, 60 manat miqdarında cərimə edilmişdir. Həmin qərardan Hüseynov Rövşən Məmməd oğlunun şikayəti xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Hüseynov Rövşən Məmməd oğlunun Bakı şəhər Dövlət X1 xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərarını rəsmi qaydada nə zaman əldə etməsi barədə iş materiallarında hər hansı sübut yoxdur. Ona görə də həmin qərardan şikayət vermə müddətinin ötürülüb-ötürülməməsini müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Hüseynov Rövşən Məmməd oğlu şikayət ərizəsini düzgün formada tərtib etməmiş, şikayət ərizəsində Azərbaycan Respublikası MPM-nin tələblərinə uyğun olaraq, tərəfləri “iddiaçı” və “cavabdeh” kimi qeyd etmişdir. Azərbaycan Respublikası İXM-də isə belə anlayışlar mövcud deyildir. Digər tərəfdən məhkəmədən qərarla birlikdə protokolun da ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə isə qərardan şikayətə baxa bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: 128.2.1. hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə; 128.2.2. kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə; 128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Beləliklə məhkəmə hesab edir ki, Hüseynov Rövşən Məmməd oğlunun Bakı şəhər Dövlət X1 xx.xx.2020-ci il tarixli, İXP ******* saylıprotokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarından şikayəti Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsində nəzərdə tutulmuş şikayət vermə müddəti buraxıldığından və buraxılmış müddətin üzürlü sayılmasına dair vəsatət verilmədiyindən geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı m: Hüseynov Rövşən Məmməd oğlunun Bakı şəhər Dövlət X1 xx.xx.2020-ci il tarixli, İXP ******* saylı protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ərizəsi geri qaytarılsın. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar