Məhkəmə qərarları › İş №3(004)-3578/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3578/2025

12.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3578/2025 12.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi, Barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 Azərbaycan Respublikası Baş X8 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı 28118260 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası Baş X8 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı 28118260 saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, barəsində çıxarılmış həmin qərarın ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətində göstərmişdir ki, xx.xx.2025-ci il tarixində, saat 13:38:54-də, Bakı şəhəri, Həsən bəy ünvan 1 ünvanında Azərbaycan Bibliya Cəmiyyətinə məxsus, **- PK-*** dövlət qeydiyyat nişanlı Nissan Pathfinder markalı minik avtomobili barəsində polis mayoru X4 tərəfindən tərtib olunmuş EQ 28118260 nömrəli inzibati qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1.1-ci maddəsinə əsasən 50 (əlli) manat məbləğində cərimə tətbiq olunmuşdur. Qərarda əsas kimi göstərilən e-patrul fotoşəklində nəqliyyat vasitəsinin hərəkətdə deyil, park edilmiş vəziyyətdə olduğu aydın şəkildə görünür. Bu isə İnzibati Xətalar Məcəlləsinin 339.1.1-ci maddəsinin tətbiqi üçün tələb olunan “nəqliyyat vasitəsindən istifadə” halının baş vermədiyini göstərir. Bu səbəbdən qərarın hüquqi əsası yoxdur və onun ləğv edilməsi tələb olunur. Odur ki, X4 tərəfindən xx.xx.2025-ci il tarixində çıxarılan EQ 28118260 nömrəli inzibati qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X3 şikayətin məzmununa uyğun ifadə verərək təmin edilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Baş X8i İdarəsinin xx.xx.2025-ci il tarixində çıxarılan EQ 28118260 nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən X3 xx.xx.2025-ci il tarixdə ünvan 2 ünvanında Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə (yəni, nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə) təqsirli bilinib 50 manat cərimə edilmişdir. Həmin qərarda şəxsin xx.xx.2025-ci il tarixdə həqiqətən də “nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etmə” ilə müşayiət olunan xətanı təsdiq edəcək sübutla təsdiq edilmir. İş üzrə təqdim olunmuş şəkillərdən görünür ki, xx.xx.2025-ci il tarixdə X2 istifadəsində olan nəqliyyat vasitəsi ünvan 2 ünvanında parklanmışdır, yəni hərəkətdə olmamışdır. Şəxs həmin vaxt avtomobili idarə etməmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etmə inzibati xəta kimi müəyyən edilmişdir. Göründüyü kimi, nəqliyyat vasitəsi idarə edilməmişdir, həmin ünvanda parklanmışdır. Belə olduğu halda məhkəmə hesab edir ki, şəxsin Azərbaycan Respublikası İXM- nin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi həqiqəti əks etdirmir və məhkəmə iclasında öz təsdiqini tapmır. Qeyd edilən vəziyyətdə həmin inzibati xətanın X3 tərəfindən törədilməsində şübhələr yaranır. Həmçinin şəxsin inzibati xəta törətməsini sübut etmək qərar qəbul etmiş səlahiyyətli orqanın (vəzifəli şəxsin) üzərinə düşdüyündən, Azərbaycan Respublikası Azərbaycan Respublikası DİN Baş X8i İdarəsinə məhkəmə iclasının vaxtı barədə bildiriş göndərilmişdir. Həmçinin protokolu tərtib etmiş və qərar qəbul etmiş şəxsin də məhkəmə iclasında iştirakı tələb edilsə də, həmin şəxslər də məhkəmə iclasında iştirak etməmişlər. Bütün göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şəxsin əməlində inzibati xəta tərkibinin olması səlahiyyətli orqanın qərarında kifayət qədər sübuta yetirilməmişdir, bu barədə sübutlar kifayət etmir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Qərarda konkret sübut göstərilmədiyi üçün məhkəmə belə bir qərarı İXMnin tələblərinə uyğun çıxarılmış araşdırılmanın nəticəsi olan qərar kimi hesab edə bilməz. Səlahiyyətli orqanın qərar qəbul edərkən, şəxsin qərarda mövcud olmayan və istinad edilməmiş hər hansı bir qeyri-müəyyən sübutla inzibati xətaya səbəb olan əməli törədibtörətməməsini məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsini 128- 137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X3 barəsində İXM-in 339.1-1-ci maddəsi ilə qəbul edilmiş Azərbaycan Respublikası DİN Baş X8i İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı 28118260 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar