Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-359/2022 27.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 Bakı şəhər Nəsimi RPİ-nin 21-cı polis şöbəsinin 30.07.2021-ci il tarixli, EPQ ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X2 Bakı şəhər Nəsimi RPİ-nin 21-cı polis şöbəsinin 30.07.2021-ci il tarixli, EPQ ******* saylı qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 12.07.2021-ci il tarixində səhər saat 06.12 radələrində Bakı şəhəri, Mikayıl Rəfili küçəsi 14 ilə hərəkətdə olarkən polis əməkdaşı ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinin tələblərini pozduğuna görə inzibati protokol tətbiq edərək onu cərimə etmişdir. Barəsində tərtib olunmuş həmin protokoldan o, təsadüfən xəbər tutmuşdur. Barəsində tərtib olunmuş protokol və onun əsasında çıxarılmış cərimə olunmağı barədə qərar ilə əlaqədar Azərbaycan Respublikası DİN- nin səlahiyyətli dövlət orqanlarından hər hansı rəsmi bildiriş almamışdır və yaxud rəsmi xəbərdarlıq edilməmişdir. Hətta guya barəsində tərtib olunmuş 12.07.2021-ci il tarixində EXP № ******* saylı protokol və onun əsasında yazılmış inzibati tənbehvermə haqqında 30.07.2021-ci il tarixli EPO № ******* saylı qərarın ona rəsmi göndərilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə elektron müraciətlər ünvanlamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi 23 sentyabr 2021-ci il tarixində ona cavab olaraq bildirmişlər ki, barəsində olan protokola baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi tərəfindən noyabr ayı ərzində ona məlumat göndərilmişdir ki, barəsində tərtib olunmuş inzibati protokola xitam verilməsi üçün tərəfindən məhkəmə orqanlarına müraciət olunmalıdır. O, Bakı şəhəri Nəsimi Rayonu 21-ci Polis Bölməsinin növbətçi hissəsi ilə telefon vasitəsilə əlaqə saxlamış və barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolun və onun əsasında yazılmış qərarın ona verilməsini xahiş etmişdir. Əvəzində Bakı şəhəri Nəsimi Rayonu 21-ci Polis Bölməsindən ona bildirilmişdir ki, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolun və onun əsasında yazılmış qərarı almağınız üçün polis bölməsinə şəxsən getməlidir. Dekabr ayı ərzində o, Bakı şəhəri Nəsimi Rayonu 21-ci PB-nə gedib barəsində tərtib olunmuş 12.07.2021-ci il tarixli EXP № ******* saylı protokolu və onun əsasında yazılmış inzibati tənbehvermə haqqında 30.07.2021-ci il tarixli EPO№ ******* saylı qərarı rəsmi almışdır. Həmin 12.07.2021-ci il tarixli EXP № ******* saylı protokol və onun əsasında ona cərimə yazılmış inzibati tənbehvermə haqqında 30.07.2021-ci il tarixli EPO № ******* saylı qanunsuz və ədalətsiz qərar ilə bağlı irad olaraq bildirmək istəyir ki, 12 iyul 2021-ci il səhər saatlarında saat 06.12 radələrində Mikayıl Rəfili 14 ünvanında o, ümumiyyətlə olmamışdır və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinin tələblərini pozmamışdır. Göstərilənləri nəzərə alaraq, şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş qərarından şikayət verilmiş orqan və şikayətçi məhkəmə iclasına gəlməmiş və ya nümayəndələrini göndərməmiş və bunun səbəbi barədə heç bir məlumat verməmişlər. Məhkəmə işə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin və şikayətçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməlidir. Belə ki, Bakı şəhər Nəsimi RPİ-nin 21-cı polis şöbəsinin 30.07.2021-ci il tarixli, EPQ ******* qərarından məlum olur ki, X2 12.07.2021-ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokola əsasən, epidemiya əleyhinə rejimin sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir. Məhkəmə araşdırılması zamanı X2 tərəfindən epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və karantin rejimlərinin pozulması öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Eyni Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə təqsirli bilinərək 100 (biz yüz) manat məbləğində cərimə olunmasına dair Bakı şəhər Nəsimi RPİ-nin 21-cı polis şöbəsinin 30.07.2021-ci il tarixli, EPQ ******* saylı qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şikayət təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində cərimə olunmasına dair Bakı şəhər Nəsimi RPİnin 21-cı polis şöbəsinin 30.07.2021-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-359/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-359/2022
27.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver