Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3590/2025 12.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi , Barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X1, İnzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 Bakı şəhər DYPİ-nin xx.xx.2025-ci il tarixli 16/1-48155 nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: X2 Bakı şəhər DYPİ-nin xx.xx.2025-ci il tarixli 16/1-48155 nömrəli inzibati xəta haqqında iş üzrə qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cii il tarixdə etibarnamə əsasında idarə etdiyi "Nissan Tida" minik markalı **-KF-*** dövlət qeydiyyat nişanı olan avtomobillə Yasamal rayonun Ayna Sultanova küçəsi ilə hərəkət edərək, həmin küçə ilə sağ tərəfdən kəsişən Süleyman Dadaşzadə küçəsinə daxil olduğuna görə "giriş qadağandır" yol nişanının tələblərinin pozulması ilə əlaqədar, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2 maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyimə görə 100 (yüz) manat məbləğində inzibati cərimə növündə təmbeh tətbirinə məruz qalmışdır. Hesab edir ki, onun barəsində tərtib edilmiş inzibati protokol tam əsassız və qanunsuzdur. Belə ki, "Yol hərəkəti haqqında" qanuna əsasən "giriş qadağandır" yol nişanı küçənin girişində və yolun görünən hissəsində qoyulmalı, yolun kəsişmə hissəsində isə "məcburi düzünə hərəkət” nişanı qoyulmalı və bu yol nişanlarının hərəkətdə olan sürücü üçün görüntüsünə heç bir məhdudiyyət olmamalıdır. Yasamal rayonun Ayna Sultanova küçəsində "məcburi düzünə hərəkət” nişanı yol kəsişməsində deyil, yol kəsişməsinə 8-10 metr qalmış, yaşlı budaqlı ağacların arasında qoyulmuşdur ki, onun görülməsinə hərəkətdə olan sürücü üçün tam məhdudiyyət yaratmışdır. Hərəkətdə olan sürücünün başlıca vəzifəsi hərəkətin təhlükəsizliyini təmin etmək olduğu halda, belə çıxır ki sürücü yol kənarında olan ağacların arasında yol nişanının olub olmamasını axtarmalıdır. Əlavə olaraq qeyd etmək istəyirəm ki, yuxarıda qeyd olunan hallar qanunvericiliyin tələblərinə uyğun olmamaqla yol hərəkət iştirakçılarının hüquqlarını pozmaqdadır. Belə ki, yol hərəkət iştirakçıları qanunun tələblərinə riayət etməkdən əvvəl yol hərəkət nişanlarını müəyyən etməlidirlər. Bu məsələ ilə bağlı o, Bakı şəhəri BPİ-nin DYP-nə müraciət etmiş və öz etirazını bildirdikdə, ona izah olunmuşdur ki, yol nişanlarının qoyulmasının aidiyyəti Azərbaycan Respublikasının Yerüstü Nəqliyyat Agcntliyinədir. Ona görə də hesab edir ki, onun barəsində tərtib edilmiş EQ 24889457 nömrəli inzibati protokol tam əssasız və qanunsuzdur. Qeyd etmək istəyirəm ki, Yasamal rayon məhkəməsinin 3(004)-558/2025 saylı 24 fevral 2025-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş 04 dekabr 2024-cü il tarixli, EQ seriyalı 24889457 nömrəli inzibati tənbeh haqqında qərar ləğv edilmiş və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə göndərilmiş lakin xx.xx.2025-ci il tarixli №16/1-48155 saylı qərarı ilə yenidən 100 manat cərimə inzibati tcnbelı tədbirinə məruz qalmışdır. Məhkəmə iclasında iştirak edən şikayətçi X2, şikayətin dəlillərinə uyğun izahat verərək, təqsirsiz olmasını və şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İnzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə şikayətə etiraz edərək bildirmişdir ki, hadisənin videogörüntülərindən də açıqaşkar görünür ki, həmin ərazidə yerləşdirilən yol nişanı hamını görə biləcəyi yerdə quraşdırılımışdır. Həmin videogörüntüləri özündə əks etdirən disk məhkəməyə təqdim edilmişdir. Buna görə də qərar qanuni və əsaslı olduğundan şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhər DYPİ-nin xx.xx.2025-ci il tarixli 16/1-48155 nömrəli inzibati xəta haqqında iş üzrə qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə «Nissan» markalı, **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinə zidd olaraq 3.1 «Giriş qadağandır» yol nişanının tələbini pozmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətaya yol verilməsi faktı üzrə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitənin Baş X4 İdarəsinin mərkəzi informasiya sisteminə ötürülmüş məlumatı əsasında vətəndaş X2 barəsində EQ 24889457 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmışdır. Vətəndaş T.Hacıyev barəsində çıxarılmış elektron qərardan Yasamal Rayon Məhkəməsinə şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmiş və xx.xx.2025-ci il tarixdə məhkəmədə işə baxılaraq EQ 24889457 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi və həmin inzibati xəta haqqında işin yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməsi barədə qərar qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə vətəndaş X2 barəsində 100 (bir yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş hadisənin videogörüntülərini özündə əks etdirən diskə məhkəmə iclasında baxış keçirilən zaman Bakı şəhər DYPİ-nin xx.xx.2025-ci il tarixli 16/1- 48155 nömrəli inzibati xəta haqqında iş üzrə qərarında qeyd edilənlər bir daha öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə inzibati məsuliyyət yaradır. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsində qeyd edilmişdir ki, Svetoforun və nizamlayıcının siqnallarının yerinə yetirilməsi yol iştirakçıları üçün məcburidir. Svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar:1) yolayrıcında — kəsişən yolun hərəkət hissəsi qarşısında (bu Qanunun 76-cı maddəsinin dördüncü hissəsini nəzərə almaqla); 2) bu Qanunun 44-cü maddəsinin üçüncü hissəsinə uyğun olaraq dəmiryol keçidi qarşısında; 3) başqa yerlərdə — hərəkətinə icazə verilən nəqliyyat vasitələrinə və piyadalara maneə yaratmadan svetofor və ya nizamlayıcı qarşısında. Sürücü nəqliyyat vasitəsini nizamlayıcının göstərdiyi yerdə dayandırmalıdır. Svetoforun sarı işığı yandıqda və ya nizamlayıcı qolunu yuxarı qaldırdıqda nəqliyyat vasitəsini kəskin tormozlamadan bu maddənin ikinci və üçüncü hissələrində müəyyən edilən yerlərdə saxlaya bilməyəcək sürücülərə hərəkəti davam etdirməyə icazə verilir. Siqnal verilərkən yolun hərəkət hissəsində olan piyadalar keçidi boşaltmalı, bu mümkün olmadıqda isə, nəqliyyat vasitələrinin əks istiqamətli hərəkətlərini ayıran xəttin üzərində dayanmalıdırlar. Nizamlayıcının siqnalları və göstərişləri svetoforun siqnallarına, yol nişanlarının və nişanlama xətlərinin tələblərinə zidd olduqda belə, sürücülər və piyadalar bu siqnallara və göstərişlərə əməl etməlidirlər. Dəmiryol keçidlərində svetoforun yanıb-sönən qırmızı siqnalı ilə bərabər, keçiddən keçməyin qadağan olunması barədə hərəkət iştirakçılarına əlavə məlumat vermək üçün səs siqnalı da tətbiq oluna bilər. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X2 xx.xx.2024-cü il tarixdə, saat 15:09 radələrində idarə etdiyi "Nissan Tiida" minik markalı **-KF-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Ayna Sultanova küçəsi ərazisində nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmin inzibati xəta haqqında EQ 24889457 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. X2 barəsində çıxarılmış elektron qərardan Yasamal Rayon Məhkəməsinə şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmiş və xx.xx.2025-ci il tarixdə məhkəmədə işə baxılaraq EQ 24889457 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi və həmin inzibati xəta haqqında işin yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməsi barədə qərar qəbul olunmuşdur. Daha sonra iş yenidən araşdırılaraq Bakı şəhər DYPİ xx.xx.2025-ci il tarixli 16/1-48155 nömrəli inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş və X2 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 100 manat məbləğində cərimə edilmişdir. Hadisənin videogörüntülərini özündə əks etdirən diskə məhkəmə iclasında baxış keçirilən zaman Bakı şəhər DYPİ-nin xx.xx.2025-ci il tarixli 16/1-48155 nömrəli inzibati xəta haqqında iş üzrə qərarında qeyd edilənlər bir daha öz təsdiqini tapmışdır. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da protokolla və digər iş materialları ilə müəyyən edilir ki, şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXMin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 Azərbaycan Respublikası Bakı şəhər DYPİ-nin xx.xx.2025-ci il tarixli 16/1-48155 nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-3590/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3590/2025
12.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver