Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3597/2025 17.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin nümayəndəsi X3 iştirakı ilə, Şəxs Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 493-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş EP seriyalı ******* nömrəli 29 may 2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş xx.xx.2025-ci il tarixli 3-33-3100/023/009709 nömrəli raportun araşdırılması zamanı müəyyən edilmişdir ki, xx.xx.2025 (xx.xx.2025)-ci il tarixli 235CDG02548044 (3********) nömrəli aviaqaimə əsasında "Berlin-Chemie Ag" Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən gömrük ərazisinə gətirilən mallara həmin malların Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə təqdim olunma tarixinə uyğun olaraq aidiyyəti üzrə xx.xx.2025-ci il tarixli **********03067 nömrəli qeydiyyat kodu verilmişdir. Lakin, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 149.3-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli 263 nömrəli qərarı ilə təsdiq edilmiş "Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları"nın 3.6-cı bəndinə istinadən "Berlin- Chemie Ag" Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən həmin mallara dair xx.xx.2025-ci il tarixli **********5055 sorğu nömrəli gömrük bəyannaməsi bu malların Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə təqdim edildiyi tarixdən 28 (iyirmi səkkiz) gün keçdikdən sonra rəsmiləşdirmək üçün təqdim olunmuşdur. Gömrük xidmətinin X1 Sistemi informasiya resursuna baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Almaniya Federativ Respublikasında fəaliyyət göstərən "Berlin Chemie AG" şirkəti tərəfindən həmin şirkətin Azərbaycan Respublikasındakı nümayəndəliyinin ünvanına göndərilən müxtəlif adlı dərman vasitələri xx.xx.2025-ci il tarixdə saat 14:15-də "Logistika Mərkəzi" gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmişdir. Şirkət tərəfindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsində xx.xx.2025-ci il tarixli **********5055 sorğu nömrəli gömrük bəyannaməsi tərtib edilmiş və sözügedən mallar rəsmiləşdirilmişdir. Bununla da, hüquqi şəxs tərəfindən qeyd olunan bəyannamə müvafiq qərarda göstərilən müddəti pozmaqla təqdim edilmişdir. Çağırış üzrə gələn hüquqi şəxsin nümayəndəsi X5 izahatında bildirmişdir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən hüquqi şəxsin ünvanına göndərilən dərman vasitələrinin idxalına dair xüsusi icazə sənədi vaxtında təqdim edilmədiyindən **********5055 sorğu nömrəli gömrük bəyannaməsi malların HNBGİ-ə təqdim olunduğu tarixdən 28 gün keçdikdən sonra tərtib olunmuşdur. Nəticədə Şəxs Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi barəsində İXM-in 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin nümayəndəsi X4 hüquqi şəxs barəsində yüngül növ inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Protokolu tərtib etmiş orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Baş X2 1-ci şöbəyə təhkim olunmuş baş inspektoru Güllü Musayeva tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-33- 3100/023/009709 raportdan görünür ki, xx.xx.2025 (xx.xx.2025)-ci il tarixli 235CDG02548044 (3********) nömrəli aviaqaimə əsasında "Berlin-Chemie Ag" Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən gömrük ərazisinə gətirilən mallara həmin malların Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə təqdim olunma tarixinə uyğun olaraq aidiyyəti üzrə xx.xx.2025-ci il tarixli **********03067 nömrəli qeydiyyat kodu verilmişdir. Lakin, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 149.3-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli 263 nömrəli qərarı ilə təsdiq edilmiş "Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları"nın 3.6-cı bəndinə istinadən "Berlin-Chemie Ag" Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən həmin mallara dair xx.xx.2025-ci il tarixli **********5055 sorğu nömrəli gömrük bəyannaməsi bu malların Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə təqdim edildiyi tarixdən 28 (iyirmi səkkiz) gün keçdikdən sonra rəsmiləşdirmək üçün təqdim olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsinə əsasən gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 149.3-cü maddəsinə əsasən gömrük ərazisinə gətirilən mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına, daxili tranzit xüsusi gömrük proseduru həyata keçirildikdə isə təyinat gömrük orqanına təqdim edildiyi tarixdən 15 (on beş) gündən gec olmayaraq verilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 26 nömrəli qərarı ilə təsdiq edilmiş “Beynəlxalq poçt göndərişləri vasitəsilə göndərilən mallara dair gömrük bəyannaməsinin forması və onun doldurulma Qaydalarının təsdiq edilməsi haqqında” Qərarın 3.6-cı bəndinə əsasən, bu qaydaların 3.5-ci bəndində göstərilən hallarda malların gömrük ərazisinə daxil olduğu gündən etibarən 15 (on beş) gün müddətində mallara dair gömrük bəyannaməsi və onunla birgə təqdim edilməli olan sənədlər gömrük orqanına təqdim edilmədikdə, bu mallar gömrük orqanına təqdim edilməmiş mallar kimi qiymətləndirilir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi barəsində İXM-in 493-cü maddəsinin sanksiyası hədləri daxilində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-3597/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3597/2025
17.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver