Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3598/2025 11.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X2 iclas katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi, ev 44 ünvanında olan Şəxs SC Azərbaycan Respublikasındakı nümayəndəliyi (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs SC Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən gömrük ərazisinə gətirilən mallara həmin malların Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə təqdim olunma tarixinə uyğun olaraq aidiyyəti üzrə xx.xx.2025-ci il tarixli **********04439 nömrəli qeydiyyat kodu verilmişdir. Lakin, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 149.3-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli 263 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nın 3.6-cı bəndinə istinadən "Berlin- Chemie Aq" Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən həmin mallara dair xx.xx.2025-ci il tarixli **********6519 sorğu nömrəli gömrük bəyannaməsi bu malların Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə təqdim edildiyi tarixdən 11 (on bir) gün keçdikdən sonra rəsmiləşdirmək üçün təqdim olunmuşdur. Gömrük xidmətinin X1 Sistemi informasiya resursuna baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Almaniya Federativ Respublikasında fəaliyyət göstərən “Berlin Chemie AG” şirkəti tərəfindən həmin şirkətin Azərbaycan Respublikasındakı nümayəndəliyinin ünvanına göndərilən müxtəlif adlı dərman vasitələri xx.xx.2025-ci il tarixdə saat 13:55-də "Logistika Mərkəzi" gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmişdir. Şirkət tərəfindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsində xx.xx.2025-ci il tarixli **********6519 sorğu nömrəli gömrük bəyannaməsi tərtib edilmiş və sözügedən mallar rəsmiləşdirilmişdir. Bununla da, hüquqi şəxs tərəfindən qeyd olunan bəyannamə müvafiq qərarda göstərilən müddəti pozmaqla təqdim edilmişdir. Bununla da o, İXM-in 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2025-ci il tarixli, № 00800-00693/** EP ***2117 saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi Nümayəndə məhkəmə iclasında bildirmişdir ki, malların rəsmiləşdirilməsi üçün tələb olunan sənədlərin alınmasında gecikmə yaranmışdır, ona görə də sənədlər gömrük orqanına gec təqdim edilmişdir. Protokol tərtib etmiş səlahiyyətli orqanın (vəzifəli şəxs) nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İXM-in 493-cü maddəsinə əsasən gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Şəxs SC Azərbaycan Respublikasındakı nümayəndəliyinin həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokolla, izahatla və iş materiallarına əlavə edilmiş yuxarıda qeyd edilən gömrük bəyənnaməsi ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs SC Azərbaycan Respublikasındakı nümayəndəliyi İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə təqsirli bilinərək 300 manat (üç yüz manat) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №3(004)-3598/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3598/2025
11.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver