Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-3599/2020 05.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlu, X1 EQ ******* nömrəli protokolun ləğv edilməsi barədə şikayətə baxaraq, m ü ə y y ə n e t d i m: X2 məhkəməyə müraciət edərək, EQ ******* nömrəli protokolun ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, məhkəmə ilk növbədə qeyd edir ki, şikayətçinin xahişi şikayətdə konkret olaraq qeyd edilməmişdir. Bundan əlavə, şikayətə əlavə edilmiş inzibati xəta haqqında protokoldan və qərardan görünür ki, şikayətçi barəsində Baş Dövlət X7 tərəfindən xx xxxxxx 2020-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında isə xx xxxxxx 2020-ci il tarixli qərar qəbul edilmişdir. Eyni zamanda şikayətə əlavə edilmiş elektron müraciətin surətindən görünür ki, X2 xx.xx.2020-ci il tarixdə Baş Dövlət X5 tərtib olunmuş protokolla bağlı etirazını bildirmişdir. Kifayət qədər vaxtının olmasına baxmayaraq X2 barəsində qəbul edilmiş qərardan şikayətini müddəti ötürməklə xx.xx.2020-ci il tarixdə məhkəməyə göndərmişdir. Eyni zamanda X3 şikayətində EQ ******* nömrəli protokolun ləğv edilməsini xahiş etmişdir. Halbuki, İnzibati xətalar Məcəlləsində səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkməyə şikayət nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: 128.2.1. hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə; 128.2.2. kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə; 128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsinin tələblərinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarından məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Beləliklə, məhkəmə hesab edir ki, X1 EQ ******* nömrəli protokolun ləğv edilməsi barədə şikayəti Azərbaycan Respublikası İXM-nin 128 və 130.1-ci maddələrinin tələblərinə uyğun gəlmədiyi üçün geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı m: X1 EQ ******* nömrəli protokolun ləğv edilməsinə dair verdiyi şikayət geri qaytarılsın. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-3599/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-3599/2020
05.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver