Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3601/2024 23.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Qərarından şikayət verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi Nümayəndə, X1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, X1 nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin 29 iyun 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X1 nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin 29 iyun 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X1 nümayəndəsi və vəkili Vəkil şikayətini onunla əsaslandırmışdı ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin TP6584249 nömrəli inzibati xəta haqqında qərarına əsasən X6 900V033 nömrəli avtomobillə xx.xx.2024-cü il tarixdə 09:24də AR İXM-in 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün 400 manat məbləğində cərimə olunmuşdur. Yol hərəkətinin pozulması ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsilə aparılmışdır. Belə ki, xx.xx.2024-cü il tarixində səhər saatlarında X6 Bakı şəhər DYPİ Yol patrul xidməti inspektorları tərəfindən saxlanmış, nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etdiyginə görə inzibati məsuliyyətinin yarandığını bildirmişdir. X6 etiraz etdikdə yol patrul xidməti əməkdaşı əgər bir bakal pivə içdiyi barədə izahat versə, onun barəsində protokol tərtib olunmayacağını demişdir. X6 barəsində protokol tərtib olunmaması məqsədilə bir bakal pivə içdiyi ilə bağlı həqiqətə uyğun olmayan izahat vermişdir. Lakin uydurma olan bu izahata əsasən əsassız olaraq inzibati icraat aparılmış və TP6584249 nömrəli inzibati xəta haqqında qərar qəbul edilmişdir. X6 protokol tərtib edildikdən sonra protokolla razılaşmamış, ona etiraz etmiş, ayıq olduğunu sübut etmək məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsində sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə xx.xx.2024 tarixdə saat 12:45 radələrində tibbi müayinədən keçmişdir. Həmin publik hüquqi şəxs tərəfindən yoxlanılan şəxsin ayıq olması barədə 2/35152 saylı protokol tərtib olunmuşdur. Göstərilən hallar Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsi tərəfindən verilən xx.xx.2024 tarixli, xx/xx-7965 nömrəli arayışda öz təsdiqini tapır. X4 inzibati xətanı törətdiyi iddia edilən saatlarda əslində sərxoş vəziyyətində olmaması TP6584249 nömrəli inzibati xəta haqqında qərarın əsassız və hüquqazidd olmasını sübut edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi əməlinin törədilməsi ilə bağlı tərtib olunan qərarda şəxsin həqiqətən sərxoş vəziyyətində olması halı müəyyən edilməlidir. Belə ki, inzibati tənbehin tətbiqa olunması üçün inzibati təqsir, inzibati hadisə mövcud olmalıdır. Hazırkı işdə X3 olması ilə bağlı inzibati hadisə mövcud olmadığından şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş X4 Azərbaycan Respublikası İXM-nin 333.1 -ci maddəsi ilə cərimə olunmasına dair inzibati xəta haqqında TP6584249 nömrəli xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi Vəkil şikayət ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, şikayətini müdafiə edir və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin tərtib etdiyi 29 iyun 2024-cü il tarixli TP seriyalı ******* nömrəli tənbeh vermə haqqında qərarın ləğv edilməsini və başlanmış icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi Nümayəndə şikayətin əsassız hesab edilərək təmin edilməməsini xahiş etdi. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin 29 iyun 2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış fiziki şəxs X6 “BMW 320D” markalı **-OV-*** dövlət qeydiyyat nişanlı avtomobillə 29 iyun 2024-cü il tarixdə saat 09:24-də Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsində hərəkətdə olarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin 29 iyun 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış fiziki şəxs X6 “BMW 320D” markalı **-OV-*** dövlət qeydiyyat nişanlı avtomobillə 29 iyun 2024-cü il tarixdə saat 09:24-də Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsində hərəkətdə olarkən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, 40 (qırx) manat miqdarında cərimə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsinin 05 iyul 2024-cü il tarixli arayışından görünür ki, vətəndaş X6 “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsində sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə xx.xx.2024-cü il tarixdə saat 12:45 radələrində tibbi müayinədən keçmiş, 2/35152 saylı Protokol tərtib edilmişdir. Yoxlanılan şəxs Ayıq müəyyən edilmişdir. Protokollaşdırma nömrəsi 04248 olan alkotester qəbzindən müəyyən edilir ki, Köçərli Rüfətin alkotester nəticəsinə görə 29 iyun 2024-cü il tarixdə saat 09:13-də alkoqolun miqdarı 0.882 promillidir. Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında ******* nömrəli protokoldan müəyyən olunur ki, 29 iyun 2024-cü il tarixdə saat 09:20-də X2 içki qəbul etməsi aşkar şəkildə biruzə verdiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 96-cı maddəsinə əsasən onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün “ACE-Z” markalı İN-642042 nömrəli sərxoşluq vəziyyətini təyin edən xüsusi texniki vasitədən istifadə edilmişdir. Müayinə nəticəsində X2 içki qəbul etməsi müəyyən olunmuşdur. X6 protokola qeyd etmişdir ki, həkim müayinəsinə getməyə ehtiyac yoxdur. YPX-nin alkotesterindən keçmişdir. Bir daha belə hal baş verməyəcəkdir. (1 bakal pivə işmişdir). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi Nümayəndə tərəfindən təqdim edilmiş videogörüntüdən görünür ki, X6 həkim müayinəsinə getməyə ehtiyac olmadığını, ondan heç bir şey tələb etmədiyini bir daha bu şəkildə avtomobil idarə etməyəcəyini bildirmişdir. İş materiallarına əlavə edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 nümayəndəsi və vəkili Vəkil Seyran oğlu məhkəmə iclası zamanı təqdim etdiyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsinin 05 iyul 2024-cü il tarixli arayışından görünür ki, vətəndaş X6 “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsində sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə xx.xx.2024-cü il tarixdə saat 12:45 radələrində tibbi müayinədən keçmiş, 2/35152 saylı Protokol tərtib edilmişdir. Yoxlanılan şəxs Ayıq müəyyən edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, xəta hadisəsindən xeyli müddət keçdiyindən və şəxsin həmin müddət ərzində qəbul etdiyi spirtli içkinin təsirinin aradan qalxa bilməsi ehtimalı real olduğundan qeyd edilən protokolun məhkəmə tərəfindən sübut kimi qəbul edilməsi rədd edilir. Bundan əlavə nəzərə alınır ki, X6 özü könüllü surətdə inzibati xətanın baş verməsindən dərhal sonra tərtib edilmiş Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında ******* nömrəli protokolda öz əlyazması ilə izahat 01 bakal pivə içdiyini yazaraq həkim müayinəsinə ehtiyacı olmadığını qeyd etmişdir. Odur ki, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 xətadan xeyli müddət keçdikdən sonra müayinədən keçərək tərtib edilmiş aktı məhkəməyə təqdim etməsini məsuliyyətdən yayınmaq üçün özünümüdafiə xarakterli hərəkət kimi qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin 29 iyun 2024-cü il tarixli TP seriyalı ******* nömrəli il tarixli inzibati xəta haqqında qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-3601/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3601/2024
23.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver