Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-362/2023 13.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Yasamal rayon Polis İdarəsinin 27ci polis bölməsinin polis sahə inspektoru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1999-cu il tarixdə Şəmkir rayonunun, Kür qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Şəmkr rayonu, Təzəkənd ərazi dairəsi, Təzəkənd kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinin polis sahə inspektoru X1 tərəfindən Şəxs barəsində İXM-in 510 və 535.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 13 yanvar 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 13 yanvar 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, B.Məcidov küçəsində polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş cəmiyyətə açıq hörmətsizlik etmiş və polisin qanuni tələbinə tabe olmamışdır. Nəticədə Şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X7 protokolu müdafiə edərək bildirmişdir ki, 13 yanvar 2023-cü il tarixdə saat 02:30 Yasamal rayonu, B.Məcidov küçəsində xidmətdə olan YPX əməkdaşları xarici işıq cihazlarının nasaz olduğunu gördükləri “Toyota” markalı **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlamışlar. Həmin avtomobilin sürücüsü Şəxs yaxınlaşaraq qayda pozuntusunu izah etmək istədikdə ondan kəskin spirt iyi gəldiyindən tibbi müayinədən keçməli olduğu bildirilmişdir. Lakin C.Cəfərli polis əməkdaının qanuni tələbinə tabe olmayaraq tibbi müayinədən keçməkdən imtina etmişdir. Bundan sonra həmin şəxslərdən şəxsiyyətini təsdiq edən sənədi tələb etdikdə onlardan o bundan imtina edərək səs-küy salmağa nalayiq ifadələr işlətməyə başlamışdır. Bu səbəbdən polis əməkdaşları Şəxs bir neçə dəfə xəbərdarlıq etmişlər lakin, o öz hərəkətlərinə davam etmişdir, əlavə olaraq polis əməkdaşının ünvanına nalayiq ifadələr işlətmişdir. Bundan sonra Polis əməkdaşları tərəfindən onun polis şöbəsinə gətirilməsi təmin edilmişdir. Yekun olaraq o Şəxs Azərbaycan Respublikasının İXM 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilərək, 510-cu maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilməyərək izahatında göstərdi ki, “Toyota” markalı **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyiti ilə məşğuldur. 13 yanvar 2023-cü il tarixdə saat təxminən 02:30 radələrində sərxoş vəziyyətdə olan iki nəfər sərnişin onun avtomobilinə əyləşərək sifariş vermişlər. Təyinat məntəqsinə doğru hərəkətdə olarkən Yasamal rayonu, B.Məcidov küçəsində polis əməkdaşları tərəfindən saxlanılaraq spirtli içki qəbul etdiyi deyilərək tibbi müayinədən keçməli olduğu bildirilmişdir. O isə bundan imtina edərək spirtli içki qəbul etmədiyini, əlavə olaraq reyd sənədini tələb etmişdir. Bundan sonra avtomobildə olan sərnişinlər polis əməkdaşları ilə mübahisə etməyə, səs-küy salmağa, nalayiq ifadələr işlətməyə başlamışdır. Onun tərəfindən hər hansı nəlayiq ifadə işlədilməmişdir. Əraziyə gələn PPXBnin polis əməkdaşları onları 27-ci polis bölməsinə təmin etmişlət. Etdiyi əməli səmimi olaraq etiraf edərək peşman olduğunu bildirmişdir. Göstərilənləri nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirmişdir ki, 13 yanvar 2023-cü il tarixdə təxminən saat 02:30 radələrində inzibati ərazidə xidmətdə olarkən xarici işıq cihazları nasaz olan avtomobili görmüş və həmin avtomobilin sürücüsünə saxla əmrə verərək ona yaxınlaşaraq qayda pozuntusunu izah etməyə başlamışdır. Bu zaman sürücüdən kəskin spirt iyi gəldiyindən tibbi müayinədən keçməyə dəvət etmiş, lakin sürücü bundan imtina edərək nalayiq ifadələr işlətməyə başlamışdır. Həmin şəxsə söyüş söyməməyini bildirməyinə baxmayaraq həmin şəxs öz əməllərindən əl çəkməyərək polisin ünvanına nəlayiq ifadələr işlətməyə davam etmişlər. İnzibati ərazidə xidmət aparan PPXBnin köməyi ilə həmin şəxsləri 27-ci PB-yə dəvət edərkən həmin şəxslər qaçmaq istəməklərinə baxmayaraq həmin şəxsləri PŞ-yə təmin etmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Yasamal RPİ-nin DYPŞ-nin YPX inspektorları Qiyasov Zabil və Kərimov Hüseyn tərəfindən Yasamal RPİ-nin 27-ci polis bölməsinin rəhbərliyinə ünvanlanmış raportdan görünür ki, 13 yanvar 2023-cü il tarixdə saat 02:30 radələrində “Toyota” markalı m**-HR- *** dövlət qeydiyyat nişanlı avtomobilin xarici işıq cihazı nasz olduğu üçün saxlanılmışdır. Sürücüyə yaxınlaşan zaman avtomobildən kəskin spirt iyi gəldiyindən tibbi müayinədən keçməli olduğunu bildirdikdə avtomobildə olan iki nəfər sərnişin onların işlərinə müdaxilə edərək qanunsuz tələblər irəli sürmüşlər. Hadisə yerinə post patrul naryadı dəvət edilmişdir. Həmin şəxslər anvanlarına nəlayiq ifadələr işlədərək hədə-qorxu g\lib hadisə yerini tərk etmək istəmişlər. Onlar həmin şəxsləri saxladıqda müqavimət göstərib uzaqlaşmaq istəmişlər. Post patrul naryadının köməyi ilə həmin şəxslər 27-ci polis bölməsinə gətirilmişlər. Yasamal RPİ-nin PPXB-nin polis nəfərləri R.Qafarov və C.Baxışov tərəfindən tərtib edilmiş 13 yanvar 2023-cü il tarixli raportdan görünür ki, 13 yanvar 2023-cü il tarixdə saat 02:45 radələrində inzibati ərazidə xidmətdə olarkən 282 saylı YPX-nin çağırışı ilə B.Məcidov küçəsinə yaxınlaşaraq orada vətəndaşın YPX-yə müqavimət göstərdiyini görmüş və həmin yerə yaxınlaşıb 5852 saylı avtopatrul köməyi ilə onları 27-ci polis bölməsinə dəvət etmişlər. Bölmədə məlum olmuşdur ki, həmin şəxslər Şəxs, X4 və X2r. İnzibati qaydada tutma haqqında 13 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 02:40-da inzibati qaydada tutulmuşdur. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında 13 yanvar 2023-cü il tarixli 2/1128 nömrəli protokoldan görünür ki, Şəxs ayıqdır. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Belə ki, Şəxs xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması özünün etiraf edici ifadəsi, şahid izahatları, eləcədə məhkəmə iclasında araşdırılan digər sübutlarla təsdiqini tapmışdır. Şəxs ictimai yerdə xırda xuliqanlıq hərəkətləri etməsini özü etiraf etməsə də, şahid izahatları, eləcədə məhkəmə iclasında araşdırılan digər sübutlarla təsdiqini tapmışdır. Məhkəmə Şəxs verdiyi izahata tənqidi yanaşaraq həmin ifadəni özünümüdafiə xarakterli hesab edir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər İXM-in 510-cu maddəsində, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs 13 yanvar 2023-cü il tarixdə Yasamal RPİ-nin polis əməkdaşlarının qanuni tələbinə tabe olmamış və xırda xuliqanlıq etmişdir. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinə tabe olmama və xırda xuliqanlıq kimi halların, yəni İXM-in 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə, İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Şəxs həbsetməsinin əvvəlinin hansı vaxtdan hesablanmasına dair məhkəmə qeyd edir ki, Şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan yəni 13 yanvar 2023-cü il tarixdən saat 02:30-dan hesablanmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən onun barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Həbsetmənin əvvəli 13 yanvar 2023-cü il saat 02:30-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-362/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-362/2023
13.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver