Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3621/2020 30.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Murad Akif oğlu Məmmədovun sədrliyi, X4 iclas katibliyi ilə, X9 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin xx xxxxxxx 2020-ci il tarixli, QYB-022/20 saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X11 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin xx xxxxxxx 2020-ci il tarixli, QYB-022/20 saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən onun barəsində xx xxxxxxxx 2020-ci il tarixində **********4 saylı inzibati tənbeh vermə haqqında qərarı qəbul edilərək MN No0343498 saylı inzibati protokol tərtib edilmişdir. Tərtib edilmiş protokolda protokolun yazılmasına əsas kimi şirkətin işçisi olmuş X1 əmək müqaviləsinə xitam verilərkən əmək məcəlləsinin tələblərinin pozulması qeyd edilmişdir. Buna görə İnzibati Xətalar Məcəlləsinin 192.6-ci maddəsi ilə İnzibati Xətalar Məcəlləsinin 114.1.-ci maddəsinin tələblərini rəhbər tutaraq sözügedən protokol qəbul edilmişdir. Bununla şirkətin direktoru 1700 manat inzibati cəriməyə məruz qalmışdır. Protokolu tərtib edən müfəttiş X7 olmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən İnzibati xəta haqqında iş üzrə protokoldan verilən şikayətə baxılma haqqında xx xxxxxxx 2020-ci il tarixli QYB-022/20 saylı qərar qəbul edilərək “X15” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Baş meneceri Valter Gag barəsində Xidmətin Bakı şəhər İdarəsinin xx xxxxxxxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərarının ləğv edilməsinə dair verilmiş şikayətin təmin edilməməsi və İnzibati tənbeh vermə haqqında xx xxxxxxxx 2020-ci il tarixli MN ******* nömrəli qərarın dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Hazırda həmin qərardan şikayət verir. Çünki, qərarın əsaslandırılmasına nəzər saldıqda bəlli olur ki, şirkətin əməlində 192.6-cı maddənin tərkibi yoxdur. (İXM-in 192.6-cı maddə əmək qanunvericiliyinin tələbini pozmaqla işdən azad edilməni nəzərdə tutur). Belə ki, Quliyev Əmiraslan və İnzibati tənbeh vermə haqqında xx xxxxxxxx 2020-ci il tarixli MN ******* nömrəli qərarın dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Hazırda həmin qərardan şikayət veririk. Çünki, qərarın əsaslandırılmasına nəzər saldıqda bəlli olur ki, şirkətin əməlində 192.6-cı maddənin tərkibi yoxdur. (İXM-in 192.6-cı maddə əmək qanunvericiliyinin tələbini pozmaqla işdən azad edilməni nəzərdə tutur). Belə ki, X3 işdən 70-ci maddənin Ç bəndi ilə deyil 70-ci maddənin B bəndi ilə azad olunub. Yəni əmək müfəttişinin pozuntu kimi istinad etdiyi əmr ləğv edilib. Müfəttişlik şirkəti olmayan bir maddənin pozulmasında təqsirləndirir. Belə ki, işçi xx.xx.2013-cü il tarixindən xx.xx.2020-ci il tarixinədək müəssisədə mühafizəçi vəzifəsində çalışmışdır. xx xxxxxx 2019-cu il tarixində müəssisənin fəaliyyəti və işçi heyəti barədə qəsdən yalan məlumat yaymaqla əlaqədar, yəni müəssisənin kommersiya maraqlarının pozulmasına, kommersiya sirrinin yayılmasına görə işçiyə töhmət verilmişdir (Əmr №3035/076). Daha sonra işçi “xxxx” MMC-nin işçilərinə məxsus olan iş saatları barədə cədvəlini qanunsuz yollarla əldə etmiş və bu cədvəli müəssisənin iş cədvəli kimi göstərərək müəssisənin baş ofisinə təqdim etmişdir. Bununla da yanlış məlumatları bilərəkdən doğru kimi təqdim edərək ona istinad etmiş və müəssisənin maraqlarına və imicinə ciddi ziyan vurmuşdur. Beləliklə, xx xxxx 2020-ci il tarixində müəssisə tərəfindən ikinci dəfə töhmət verilmişdir (Əmr № 3035/017). xx xxxx 2020-ci il tarixində Əmr № 3035/017/ç ilə işçi altı ay ərzində əmək funksiyasının təkrarən pozduğuna görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 (ç) bəndini əsas gətirərək əmək müqaviləsinə xitam verilmişdir. Tərəflər arasındakı məhkəmə qaydasında razılaşmaya əsasən işçinin əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar verilmiş əmr xx.xx.2020-ci il tarixində ləğv edilmiş və o, işə yenidən bərpa edilmişdir. Daha sonra, işçi xx.xx.2020-ci il tarixində Əmək Məcəlləsinin 70 (b) bəndi ilə ixtisar əsasında işdən azad edilmişdir. İşçi ixtisar edilən zaman Əmək Məcəlləsinin uyğun bəndlərinin tələblərinə tam əməl edilmiş və işçiyə həm əmək stajına, həm də dərhal ixtisar zamanı ödənilməli məbləğə uyğun ödəmələr aparılmış və onun son haqq hesabı verilmişdir. Ümumilikdə işçiyə ödənilmiş məbləğ toplamda onun aylıq maaşının 6 misli dəyərindədir. işçi ixtisar maddəsi ilə işdən çıxarıldıqdan 2 gün sonra, işçinin etmiş olduğu şikayət ilə əlaqədar olaraq, müəssisə №**********2 saylı bildiriş vasitəsilə xx.xx.2020-ci il tarixində iş üzrə icraatın başlanması ilə bağlı Müfəttişliyin Bakı şəhər idarəsinə dəvət edilib və iş barəsində protokol (MN0687525) qəbul edilmişdir. Protokolun göndərildiyi №**********3 nömrəli bildirişdə göstərildiyi kimi xx.xx.2020-ci il tarixində protokol üzrə yekun qərarın verilməsi ilə əlaqədar nümayəndəmizin iştirakı ilə baş tutan görüşdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə uyğun olaraq AZN 1,700 məbləğində cərimə müəyyən edilmişdir (qərar müəssisəyə xx.xx.2020-ci il tarixində çatdırılmışdır). Belə ki, Müfəttişlik tərəfindən verilən protokolda müəssisənin işçiyə ünvanladığı ikinci töhmətə ehtiyac duyulmadığı və bununla prosedur qaydalarının pozulduğu bildirilmişdir. Lakin yuxarıda da qeyd edildiyi kimi, tərəflər məhkəmə zalında razılığa gəlmiş və X3 müəssisəyə qarşı olan iddiasını geri çəkmişdir. Bu barədə həm Yasamal rayon məhkəməsinə, həm də Müfəttişliyə məktub ünvanlamışdır. İşçi yenidən vəzifəsinə bərpa edilmiş və razılaşmaya əsasən Əmək Məcəlləsinin digər maddəsi ilə işdən azad edilmişdir (ƏM-nin 70 (b) bəndiixtisar). Ona qanun ilə nəzərdə tutulan bütün ödəmələr təqdim edilmişdir (aylıq maaşının 6 misli (işə bərpa edildikdən sonra əvvəlki 2 ayın maaşı da daxil olmaqla)). Bununla belə, Müfəttişlik işçinin şikayətdəki halların əhəmiyyətli dəyişməsi ilə bağlı ünvanladığı məktubu nəzərə almayaraq mövcud protokolu keçmiş vəziyyətə uyğun qəbul etmişdir. Faktiki olaraq, bu cəriməni şərtləndirən vəziyyət artıq mövcud deyil. Tərəflər arasında bütün narazılıqlar öz həllini tapmışdır və əmək müqaviləsinin xitami Əmək Məcəlləsinin ixtisarla bağlı müddəalarına uyğun formada həyata keçirilmişdir. Yuxarıdakıları nəzərə alaraq inzibati xəta olmadan tətbiq edilmiş cərimənin ləğv edilməsini sizdən xahiş edirik. Cərimənin əsaslandırılması ilə əlaqədar həmçinin, onu bildirmək istərdik ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186.2-ci maddəsinə əsasən: “işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: töhmət vermək; sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.” Belə ki, müəssisə məhz bu maddəyə uyğun olaraq, hərəsi bir inzibati tənbeh olmaqla №3035/076, №3035/017 əmrlərində töhmət, №3035/017/Ç əmrində isə işə xitam verilməsi barədə qərar vermişdir. İkinci töhmətin və xitam barədə əmrlərin nömrələri fərqlidir. Bu o deməkdir ki, “inzibati tənhbehlərdən birini verə bilər” maddəsinə tam riayət edilir. Əlavə olaraq, xitam barəsində əmr yalnız bu ikinci intizamsızlığa görə yox son 6 ay ərzində baş vermiş hər iki hərəkətə görə verilmişdir, yəni hər iki hərəkəti əhatə edir. Bundan əlavə, №3035/017/Ç əmrində qeyd edildiyi kimi xitamın səbəblərinə 2 töhmətin verilməsi yox, məhz 6 ay ərzində təkrarən əmək funksiyası aiddir. Əmək qanunvericiliyində töhmətin verilməsi sayı ilə əlaqədar heç bir limit yoxdur, yəni müəssisə inzibati tənbeh olaraq istənilən qədər töhmət verə bilər. Bir hərəkətin limiti barədə göstəricinin olmaması onun yalnız bir dəfə verilə bilməsi anlamına gəlmir. Ölkəmizdə tətbiq edilən hüquq sistemi “nəyə icazə verilirsə o qanunidir” prinsipi ilə deyil, “icazə verilməyən hallardan başqa hər şey qanunidir” prinsipi ilə fəaliyyət göstərir. Bu minvalla, cəriməni əsaslandırdığınız X5 Məcəllənin 192.6-cı maddəsinin indiki halda tətbiqi uyğunsuzdur. Yuxarıda qeyd edilənlərdən başqa qeyd edir ki, həm yazılmış protokolla həm də qərarla Dövlət Əmək Müfətişliyi tərəfindən İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmuşdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin xx xxxxxxx 2020-ci il tarixli, QYB-022/20 saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv olunması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçinin nümayəndəsi və vəkili X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilən orqanın nümayəndəsi X6 məhkəməyə verdiyi izahatında bildirdi ki, vətəndaşın şikayəti üzrə araşdırma aparılmış, həmin vətəndaşla əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin xx xxxxxxx 2020-ci il tarixli, QYB-022/20 saylı inzibati xəta haqqında iş üzrə qərara əsasən Walter Gagın İXM-in 192.6-cı maddəsi ilə təqsirli bilinib 1700 manat cərimə edilməsinə dair Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında xx xxxxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli qərar quvvədə saxlanılmışdır. Qərara əsasən işəgötürən tərəfindən işçilərin əmək müqaviləsinə qanunvericiliyin tələbləri pozularaq xitam verildiyinə görə Əmək Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilmişdir. Bu barədə xx xxxxxxxx 2020-cu il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edlmişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin müəyyən edilir ki, sanksiya həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar X5 işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X9 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin xx xxxxxxx 2020-ci il tarixli, QYB-022/20 saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Murad Məmmədov
Məhkəmə qərarları › İş №3(004)-3621/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3621/2020
30.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver