Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3628/2024 17.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X8 iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X2, X1 iştirakları ilə, xx.xx.1974-cü ildə Səlyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, ev 4/6, yataqxana 7 qeydiyyatda olan, ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Salyan Rayon Məhkəməsinin 2(057)-1070/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 4674 (dörd min altı yüz yetmiş dörd) manat və əmək haqqının ödənilməsinin gecikdirilməsi ilə əlaqədar iddia ərizəsinin məhkəməyə verildiyi günədək olan dövr üçün gündəlik 1 faiz olmaqla 10.179,99 manat və 30 manat dövlət rüsumu tutularaq tələbkar X5 ödənilməlidir. Borclu "xxxx" MMC-nin rəhbəri kimi Şəxs borclu "xxxx" MMC-nin həmin qərarının icrasına məsul şəxs olan vəzifəli şəxs olaraq icra vərəqəsində göstərilən tələbləri icra etmir və icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Beləliklə də borclu icra sənədlərini üzürsüz səbəbdən icra etməmişdir. Bununla Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Yasamal rayon İcra Şöbəsinin icra məmuru tərəfindən xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən Yasamal rayon İcra Şöbəsinin böyük icra məmuru X3 məhkəməyə verdiyi izahatında bildirdi ki, Salyan Rayon Məhkəməsinin 2(057)- 1070/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu borclu "xxxx" MMCdən 4674 (dörd min altı yüz yetmiş dörd) manat və əmək haqqının ödənilməsinin gecikdirilməsi ilə əlaqədar iddia ərizəsinin məhkəməyə verildiyi günədək olan dövr üçün gündəlik 1 faiz olmaqla 10.179,99 manat və 30 manat dövlət rüsumu tutularaq tələbkar X5 ödənilməlidir. Şəxs borclu "xxxx" MMC-nin həmin qətnamənin icrasına məsul şəxs olan vəzifəli şəxs olaraq icra vərəqəsində göstərilən tələbləri icra etmir və icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Dəfələrlə bu barədə "xxxx" MMC-yə məktub göndərilsə də, qətnamənin icrası hələ də təmin edilməmişdir. Beləliklə də borclu icra sənədlərini üzürsüz səbəbdən icra etməmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X6 məhkəməyə verdiyi izahatında bildirdi ki, uzun müddət həmin şikətdə işləyib, daha sonra aralarında məhkəmə mübahisəsi olmuşdur və onun xeyrinə pul məbləği qət edilmişdir. Hazırda şikayətçidir, çünki icra sənədində göstərilən pul məbləği hələ də ödənilməyib ona. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 2(057)-1070/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 4674 (dörd min altı yüz yetmiş dörd) manat və əmək haqqının ödənilməsinin gecikdirilməsi ilə əlaqədar iddia ərizəsinin məhkəməyə verildiyi günədək olan dövr üçün gündəlik 1 faiz olmaqla 10.179,99 manat və 30 manat dövlət rüsumu tutularaq tələbkar X5 ödənilməsi qərara alınmışdır. İcra məmuru tərəfindən xx.xx.2021-ci il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmişdir, bu barədə borclu bir neçə dəfə məlumatlandırılmış, həmçinin izahat verərək icra sənədi barəsində xəbərdar olduğunu bildirmişdir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Bununla da "xxxx" MMC-nin qanuni təmsilçisi Şəxs vəzifəli şəxs kimi həmin inzibati xətanı törətməsi, onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən protokol, icra vərəqəsi, bildiriş, yuxarıda istinad edilən sübut növləri ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətaya görə sanksiyada nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 1200 (bir min iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Orxan Məmmədli
Məhkəmə qərarları › İş №3(004)-3628/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3628/2024
17.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver