Məhkəmə qərarları › İş №3(004)-3633/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3633/2023

30.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3633/2023 30.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X6 oğlunun katibliyi ilə İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, “X2” MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 578.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “X2” MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 578.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən tərtib edilmiş 23 iyun 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, 5 nəfər Türkiyə Respublikası vətəndaşı: Bilgic Alpaslan, Bulbul Kasım, X3, Ekinci Ramazan, Aksakal Mehmet iş icazəsi olmadan “X2” Məhdud Məsuliyyətli Cəmiyyətində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmuşdur. Nəticədə “X2” MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında protokolda göstərilənlərə uyğun izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Miqrasiya Nəzarəti Baş İdarəsinin əməkdaşları tərəfindən 5 nəfər Türkiyə Respublikası vətəndaşları Kasım Bülbül, Alpaslan Bilgic, Mehmet Aksakal, Ramazan Ekinci və X1 iş icazəsi olmadan “X2” Məhdud Məsuliyyətli Cəmiyyətində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmuşdur. Onlarla əmək müqaviləsi bağlanmış və hər biri usta köməkçisi vəzifəsinə qəbul edilmişdir. Şirkət viza alınması ilə bağlı müraciət edib. Lakin həmin şəxslərin sənədlərində müəyyən çatışmazlıqlar olub. Cənab prezidentin sərəncamına əsasən sahibkarlıq subyekti olan hər hansı obyektə baxış keçirməyimiz 2024-cü ilədək mümkün deyil. Buna görə də şirkətin harada fəaliyyət göstərməsi və ya işçilərin harada işlədilməsi barədə məlumatı yoxdur. Həmin 5 nəfər ölkədən çıxarılmaqla yanaşı həm də barələrində cərimə cəzası da tətbiq edilib. X5 Xidmətinin nümayəndəsi inzibati xəta törətmiş hüquqi şəxsin barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi bildirmişdir ki, 5 türk vətəndaşı barədə tərtib edilmiş protokolla bağlı izahatlar alınmışdır. Bu izahatlar türk dilində alınmış və həmin şəxslər tərcüməçi ilə təmin edilməyiblər. Bu isə inzibati qanunvericiliyinin tələblərinin pozulmasıdır. İkinci məsələ isə hazırda həmin türk vətəndaşları hazırda Azərbaycanda deyil. Onlar ölkədən deport ediliblər. Digər bir məsələ isə təmsil etdiyi qurum tərəfindən türk vətəndaşlarının qanunsuz işlədilmə niyyətinin olmamasıdır. Çünki onlar həmin türk vətəndaşları üçün işçi vizası almaq üçün müraciət etmişlər və tibbi arayış üçün rüsumlar da təmsil etdiyi şirkət tərəfindən ödənilib. Bundan başqa həmin şəxslərin konkret olaraq harada işlədilməsi ilə bağlı sübut da yoxdur. Yəni protokol tərtib etmiş orqan iş yeri kimi göstərilən sahəyə baxış keçirməyib. Bundan başqa izahatı həqiqətən həmin türk vətəndaşlarının imzalaması da şübhəlidir. Göründüyü kimi, bu iş həddindən artıq ziddiyətlidir. Göstərilənləri nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan “X2” MMC-yə sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Belə ki iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, “X2” MMCnin hüquqi ünvanı ünvan 1lçisi Xısı Sundur. İş materiallarında olan Bulbul Kasimın Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə 22 iyun 2023-cü il tarixli izahatından görünür ki, Türkiyə vətəndaşıdır. İlk dəfə Azərbaycana xx.xx.2023-cü il tarixdə gəlmişdir. Buraya gəlməkdə məqsədi işləmək olmuşdur. Qaradağ rayonunda X4 “X2” MMC-də usta köməkçisi olaraq işləmişdir. İş saatı 08:00-dan 18:00-a qədərdir. Gördüyü işin qarşılığında 800 dollar əmək haqqı almışdır. Onunla bərabər orada 5 türk vətəndaşı (Ekinci Ramazan, Bilgic Alparslan, Gülbeddin Hikmetullah, Aksakal Mehmet) da işləyir. Qaradağ rayonunda kirayə qalırlar. İşləmək üçün iş icazələri yoxdur. Bundan sonra Miqrasiya qanunlarını pozmayacaqlar. İş materiallarında olan Ekinci Ramazanın Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə 22 iyun 2023-cü il tarixli izahatından görünür ki, Türkiyə vətəndaşıdır. İlk dəfə Azərbaycana xx.xx.2023-cü il tarixdə gəlmişdir. Buraya gəlməkdə məqsədi işləmək və gəzmək olmuşdur. Qaradağ rayonunda X4 “X2” MMC-də usta köməkçisi olaraq işləmişdir. İş saatı 08:00dan 18:00-a qədərdir. Gördüyü işin qarşılığında 800 dollar əmək haqqı almışdır. Onunla bərabər orada 5 türk vətəndaşı (Mehmet, Gülbeddin, Alparslan, Kasim) da işləyir. Qaradağ rayonunda kirayə qalırlar. İşləmək üçün iş icazələri yoxdur. Bundan sonra Miqrasiya qanunlarını pozmayacaqlar. İş materiallarında olan Bilgic Alparslanın Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə 23 iyun 2023-cü il tarixli izahatından görünür ki, Türkiyə vətəndaşıdır. İlk dəfə Azərbaycana xx.xx.2023-cü il tarixdə gəlmişdir. Buraya gəlməkdə məqsədi işləmək olmuşdur. Qaradağ rayonunda X4 “X2” MMC-də usta köməkçisi olaraq işləmişdir. İş saatı 08:00-dan 18:00-a qədərdir. Gördüyü işin qarşılığında 800 dollar əmək haqqı almışdır. Onunla bərabər orada 5 türk vətəndaşı (Ekinci Ramazan, Gülbeddin Hikmetullah, Aksakal Mehmet, Bulbul Kasım) da işləyir. Qaradağ rayonunda kirayə qalırlar. İşləmək üçün iş icazələri yoxdur. Bundan sonra Miqrasiya qanunlarını pozmayacaqlar. İş materiallarında olan Gülbeddin Hikmetullahın Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə 22 iyun 2023-cü il tarixli izahatından görünür ki, Türkiyə vətəndaşıdır. İlk dəfə Azərbaycana xx.xx.2023-cü il tarixdə gəlmişdir. Buraya gəlməkdə məqsədi gəzmək və işləmək olmuşdur. Qaradağ rayonunda X4 “X2” MMC-də usta köməkçisi olaraq işləmişdir. İş saatı 08:00dan 18:00-a qədərdir. Gördüyü işin qarşılığında 800 dollar əmək haqqı almışdır. Onunla bərabər orada 5 türk vətəndaşı (Ekinci Ramazan, Bilgic Alparslan, Aksakal Mehmet, Bulbul Kasım) da işləyir. Qaradağ rayonunda kirayə qalırlar. İşləmək üçün iş icazələri yoxdur. Bundan sonra Miqrasiya qanunlarını pozmayacaqlar. İş materiallarında olan Aksakal Mehmetin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə 22 iyun 2023-cü il tarixli izahatından görünür ki, Türkiyə vətəndaşıdır. İlk dəfə Azərbaycana xx.xx.2023-cü il tarixdə gəlmişdir. Buraya gəlməkdə məqsədi işləmək olmuşdur. Qaradağ rayonunda X4 “X2” MMC-də usta köməkçisi olaraq işləmişdir. İş saatı 08:00-dan 18:00-a qədərdir. Gördüyü işin qarşılığında 800 dollar əmək haqqı almışdır. Onunla bərabər orada 5 türk vətəndaşı (Ekinci Ramazan, Bilgic Alparslan, Gülbeddin Hikmetullah, Bulbul Kasım) da işləyir. Qaradağ rayonunda kirayə qalırlar. İşləmək üçün iş icazələri yoxdur. Bundan sonra Miqrasiya qanunlarını pozmayacaqlar. İş materiallarında olan 23 iyun 2023-cü il tarixli MN seriyalı ******* nömrəli qərardan görünür ki, Bilgic Alpaslan iş icazəsi tələb olunduğu hallarda bu icazə olmadan Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olduğundan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla 400 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan 23 iyun 2023-cü il tarixli MN seriyalı ******* nömrəli qərardan görünür ki, Bulbul Kasim iş icazəsi tələb olunduğu hallarda bu icazə olmadan Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olduğundan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla 400 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan 23 iyun 2023-cü il tarixli MN seriyalı ******* nömrəli qərardan görünür ki, X3 iş icazəsi tələb olunduğu hallarda bu icazə olmadan Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olduğundan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla 400 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan 23 iyun 2023-cü il tarixli MN seriyalı ******* nömrəli qərardan görünür ki, Ekinci Ramazan iş icazəsi tələb olunduğu hallarda bu icazə olmadan Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olduğundan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla 400 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan 23 iyun 2023-cü il tarixli MN seriyalı ******* nömrəli qərardan görünür ki, Aksakal Mehmet iş icazəsi tələb olunduğu hallarda bu icazə olmadan Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olduğundan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla 400 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə qeyd edir ki, yuxarıda göstərilən inzibati tənbeh verilməsi barədə qərarlardan təqsirləndirilən şəxslər ümumiyyətlə şikayət verməmiş, hər hansı hissədə qərarları mübahisələndirməmiş və ölkə hüdudlarını tərk etmişlər. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 3.013-cü maddəsinə əsasən iş icazəsi – Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə bu Məcəllə ilə müəyyən edilmiş qaydada verilən icazədir. Həmin Məcəllənin 51-ci maddəsinə əsasən: 51.1. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq və haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müvəqqəti yaşamaq üçün icazə ilə yanaşı, iş icazəsi almalıdırlar. 51.2. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iş icazəsini onları işə cəlb edən hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri vasitəsi ilə alırlar. 51.3. İş icazəsi əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmalarına icazə verən rəsmi sənəddir. 51.4. İş icazəsi bu Məcəllə ilə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Həmin Məcəllənin 61.1-ci maddəsinə əsasən 18 yaşına çatmış əmək qabiliyyətli hər bir əcnəbi və vətəndaşlığı olmayan şəxs bu Məcəllə ilə müəyyən edilmiş qayda və şərtlərlə onu işə cəlb edən hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri vasitəsi ilə iş icazəsi aldıqdan sonra Azərbaycan Respublikasında işləyə bilər. Həmin Məcəllənin 63.2-ci maddəsinə əsasən hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri, bu Məcəllənin 64-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, işə cəlb etmək istədikləri hər bir əcnəbi və ya vətəndaşlığı olmayan şəxs üçün iş icazəsi almalıdırlar. Həmin Məcəllənin 63.4-cü maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər hüquqi şəxslərin, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin onlar üçün iş icazəsi almasından sonra Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul ola bilərlər. Həmin Məcəllənin 64-cü maddəsinə əsasən aşağıdakı əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün iş icazəsinin alınması tələb olunmur: Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazəsi olanlara; Azərbaycan Respublikasının ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara; diplomatik nümayəndəlik və konsulluqlarda işləyənlərə; beynəlxalq təşkilatlarda işləyənlərə; beynəlxalq müqavilələr əsasında yaradılmış təşkilatların rəhbərlərinə və onların müavinlərinə; müvafiq icra hakimiyyəti orqanları tərəfindən işə cəlb edilənlərə; Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə xidmətə və ya işə dəvət olunan hərbi qulluqçulara və mütəxəssislərə; kütləvi informasiya vasitələrinin Azərbaycan Respublikasında akkreditə olunmuş əməkdaşlarına; müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyət sahələri üzrə il ərzində 90 gündən çox olmayan müddətdə Azərbaycan Respublikasında ezamiyyətdə olanlara; müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyət sahələri üzrə işlərin görülməsi və ya xidmətlərin göstərilməsi üçün Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında təsis edilmiş hüquqi şəxslər tərəfindən dəvət edilmiş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi kateqoriyaya aid mütəxəssislərə; dənizçilərə; ali təhsil müəssisələrində mühazirə kurslarının oxunması üçün dəvət edilən professor-müəllim heyətinə və mühazirəçilərə; incəsənət işçilərinə, müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçmiş idman klublarına işə dəvət olunan məşqçilərə və idmançılara; dövlət qeydiyyatına alınmış dini qurumlarda peşəkar dini fəaliyyətlə məşğul olanlara; xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı filial və nümayəndəliyinin rəhbərləri və onların müavinlərinə; Azərbaycan Respublikasında təsis edilmiş və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxslərin rəhbərləri və onların müavinlərinə; Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olanlara, bu şərtlə ki, həmin vətəndaş Azərbaycan Respublikasının ərazisində yaşayış yeri üzrə qeydiyyatda olsun; qaçqın statusunun verilməsi üçün vəsatət verən, qaçqın statusu almış və ya siyasi sığınacaq verilmiş şəxslərə; İnsan alverindən zərər çəkmiş hesab edilən və ya cinayət təqibi orqanlarına yardım göstərən şəxslərə; himayəsində 18 yaşına çatmamış və ya İ dərəcə əlilliyi olan Azərbaycan Respublikasının vətəndaşlarına; müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən hallarda əmək fəaliyyətinə cəlb olunan şəxslərə. Məhkəmə qeyd edir ki, göründüyü kimi 5 nəfər Türkiyə Respublikası vətəndaşları Kasım Bülbül, Alpaslan Bilgic, Mehmet Aksakal, Ramazan Ekinci və X1 “X2” MMC-də əmək fəaliyyətinə cəlb edilməzdən əvvəl Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 63.2-ci maddəsinə əsasən onun üçün cəmiyyət tərəfindən iş icazəsi alınmamışdır. Həmçinin həmin şəxslər üçün iş icazəsinin alınmasını istisna edən və Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 64-cü maddəsində əks olunmuş hallar yoxdur. Bu səbəbdən də “X2” MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 578.1-ci maddəsinə əsasən, İşəgötürən tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə - vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 578.2-ci maddəsinə görə eyni xəta üç və ya daha çox əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində törədildikdə -vəzifəli şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə, hüquqi şəxslər otuz min manatdan otuz beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə prosesində Azərbaycan Respublikasının İXM-nin 32-ci və 33-cü maddələrinə əsasən “X2” MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən “X2” MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, “X2” MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 578.2-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114- 117, 128-130 və 578.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “X2” MMC (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 578.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 30000 (otuz min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar