Məhkəmə qərarları › İş №3(004)-364/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-364/2022

17.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-364/2022 17.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Tağıyev Müslüm Fariz oğlunun katibliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMCnin direktoru X4 iştirakları ilə Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.3-cü maddəsi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 598.1.3cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər baş İdarəsi tərəfindən tərtib edilmiş 20 oktyabr 2021-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən Şəxs MMC tərəfindən 20 oktyabr 2021-ci il tarixdə ünvan 1 ünvanında “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunun 12-ci maddəsinin tələbinin pozulduğu faktı müəyyən edilmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 598.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi P.Ə.Bəkalıyev inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs MMC tərəfindən 20 oktyabr 2021-ci il tarixdə ünvan 1 ünvanında yerləşən ofisdə “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunun 12-ci maddəsinin tələbinin pozulması faktı müəyyən edilmiş, həmin şirkətə müvafiq sənədlər tələb olunmuş, izahatlar alınmış və Qanun pozuntusu ilə əlagədar akt tərtib olunmuşdur. Əlavə olaraq P.Ə.Bəkalıyev bildirmişdir ki, 05.10.2021-ci il tarixdə sahibkarlıq sahəsində səyyar yoxlamanın aparılması barədə Ədliyyə Nazirliyi tərəfindən vahid məlumat reyestrində çıxarış yerləşdirilmişdir, səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar qəbul olunmuşdur. Bütün bunlarla "Smart Audit” MMC-nin rəhbərliyi tanış olmuşdur. "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunun 12-ci maddəsinin tələbinə əsasən audit və konsaltinq fəaliyyəti ilə məşğul olan şirkətlər 1 nəfər əməkdaşını daxili əmrə əsasən qeyd olunan Qanunun normalarına riayət olunması üçün məsul şəxs təyin etməlidilər. MMC isə bu normanı pozaraq məsul şəxsin təyin olunması ilə bağlı heç bir sənəd yoxlama zamanı təqdim etməyib. Göstərilənləri nəzərə alaraq "Smart Audit” MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 598.1.3-cü maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "Smart Audit” MMC-nin direktoru X6 bildirmişdir ki, şirkət barəsində tərtib olunmuş protokol ilə razı deyil, tərtib olunmuş akt isə əsassızdır. Cəmiyyət tərəfindən hər zaman Azərbaycan Respublikasının qanunvericiliyinə tam uyğun olaraq fəaliyyət göstərib, daimi üzərinə düşən öhdəlikləri tam yerinə yetirib. E.N.Məmmədov qeyd etmişdir ki, MMC tərərfindən "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşımübarizə haqqında” Qanunun tələbinə uyğun əməkdaşlar arasında dəfələrlə təlimlər keçirilib. Vergi Xidməti tərəfindən keçirilən səyyar yoxlamasının nəticəsində aşkar olunmuş pozuntu ilə razı deyil və hesab edir ki, ümumiyyətlə həmin Xidmətin cəmiyyətdə yoxlama aparılması qanuna zidd olmuşdur. Belə ki, məhkəməyə təqdim olunmuş Auditor Palatası tərərfindən verilmiş lisenziyadan və icazədən görünür ki, Şirkətə yalnız auditor fəaliyyəti ilə məşğul olması icazə verilmişdir. Azərbaycan Respublikasının Prezidentinin 03.05.2017-ci il tarixli 1361 saylı Fərmanı ilə İXM-nin 598-ci maddəsi ilə inzibati xətalar haqqında işlər üzrə protokol auditor xidməti göstərən şəxslərə münasibətdə Azərbaycan Respublikası Auditor Palatası adından -Auditor Palatasının sədri, onun müavini, aparat rəhbəri tərtib edə bilər.Göründüyü kimi qanunun tələbinə görə Vergi Xidməti "Smart Audit” MMC barəsində bu maddə ilə inzibati xəta haqqında protokol tərtib edə bilməzdi. Tərtib edilmiş inzibati xəta haqqında protokolda qeyd edilən pozuntunun törədilməsinə yol vermişdir. Bundan əlavə məhkəməyə təqdim olunmuş əmrlərə və MMC tərəfindən qəbul olunmuş standartlara əsasən "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşımübarizə haqqında” Qanunun bütün normalarına tam riayət olunmuşdur. Qeyd olunan məsəslələri təsdiq edən sənədləri də məhkəməyə təqdim etmişdir. Göründüyü kimi "Smart Audit” MMC-yə istinad edilən inzibati xəta hadisəsi yoxdur. Ona görə də inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, konsaltinq xidməti audit xidmətinin ayrılmaz tərkib hissədir və hər hansı şirkətə audit xidməti göstərdikdə konsaltinq xidmətidə göstərilir. Məhkəmə iclasında şahid qisində izahat vermiş X11 bildirmişdir ki, ofis “Qlobus Center” biznes mərkəzinin 12-ci mərtəbəsində yerləşir. Cəmiyyətdə 25 işçi çalışır və əsas fəaliyyət istiqaməti konsoltinq, mühasibatlıq və audit xidmətlərindən ibarətdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 598.1.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Səyyar vergi yoxlamasının keçirilməsi haqqında 04 oktyabr 2021-ci il tarixli **********150309 saylı qərardan görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəisi X10 Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23, 36 və 38-ci maddələri ilə yanaşı Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanununun 6.1.6-cı maddəsini əsas tutaraq Şəxs üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində nəzarətin həyata keçirilməsi məqsədi ilə sentyabr 2018 – avqust 2021-ci vergi dövrləri üzrə növbəti səyyar yoxlaması təyin edilməsi qərar alınmış, yoxlamanın keçirilməsi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər baş İdarəsinin Baş İdarəsinin Vergi auditi idarəsinin istehsal sahəsi auditi üzrə 1-ci şöbəsinin dövlət vergi müfəttişi X2 tapşırılmış, yoxlamanın müddəti 30 (otuz) iş gününə müəyyən edilmişdir. 1.Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi haqqında 05 oktyabr 2021-ci il tarixli **********797600 nömrəli tələbnamədən görünür ki, Şəxs MMC (VÖEN **********) adlı nəzarət olunan subyektdə "Cinayət yolu ilə əldə edimiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa əməl edilməsinin yoxlanılmasının aparılması uçun həmin Qanunun 10.2-ci maddəsinə əsas tutaraq, 01.09.2018-ci ii tarixdən 31.08.2021-ci iİ tarixədək dövrü əhatə edən "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqırda Azərbaycan Respublikasının Qanununun tələblərinə əməl olunması ilə bağlı müəssisənin rəhbərinin və məsul şəxsin izahatları, onların şəxsiyyət vəsiqələrinin surəti, müştərinin və benefistar mülkiyyətçinin eyniləşdirilməsi və venikasiyasına dair sənədlərin müvafiq qaydada təsdiq edilmiş surətləri (şəxsiyyəti təsdiq edən sənədin (şəxsiyyət vəsiqəsi, pasportun, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin şəxsiyyətini təsdiq edən digər sənədlərin surəti) müvafiq vergi orqanı tərəfindən verilmiş şəhadətnamənin, nümayəndənin səlahiyyətlərini təsdiq edən sənədin habelə notariat qaydasında təsdiq olunmuş hüquqi şəxsin nizamnaməsinin və dövlət qeydiyyatına alınması haqqında və digər sənədlərin surətləri), məlumat daşıcıyılarında və ya elektron formada saxlanılan eyniləşdirmə və verifikasiya sənədlərin pul vəsaitləri və digər əmlakla əməliyyatlara dair məlumatların və sənədlərin saxlanma vəziyyəti məlumatlar (arayış, izahat, və s.), qanunun 7.2-ci və 9.15-ci maddələrində göstərilən əməliyyatlara dair məlumatların həmin Qanunun 11-ci maddəsi ilə müəyyən edilmiş qaydada maliyyə monitorinqi orqanına təqdim olunmasına dair müvafiq formada təsdıq edilmiş sənədlərin surətləri, qanunun 12-ci maddəsinin tələblərinə uyğun olaraq, daxili nəzarət sistemınin təşkilinə dair məlumatlar yə sənədlərin (qaydalar prosedur məsul şəxsin təyini və sair) müvafiq qaydada təsdiq edilmiş surətləri, nəzarət orqanı tərəfindən nəzarət olunan subyektə göndərilən sorğuları (və sair sənədlər) və onların cavablandırılması ilə bağlı müvafiq qaydada təsdiq edilmiş surətləri, nəzarət olunan subyekt tərəfindən Qanunun tətbiqi ilə bağlı əlavə məlumat və sənədlər, sənədlərin lazımi qaydada təsdiq edilmiş surətləri 7-iş günü müddətində, yəni 14.10.2021-ci il tarixə kimi yoxlayıcılara və ya vergi orqanının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə təqdim edilməsi tələb edilmişdir. Azərbaycan Respublikası sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin 05 oktyabr 2021-ci il tarixli KY211655817 saylı çıxarışından görünür ki, çıxarışda yoxlayıcı orqan - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, yoxlanılacaq sahibkarlıq fəaliyyəti subyetki – Şəxs (vöen **********), yoxlamanın müddəti – 05 oktyabr 2021-ci il tarixdən, 17 noyabr 2021-ci il tarixədək, yoxlamanın dövrü – 01 sentyabr 2018-ci ildən, 01 sentyabr 2021-ci ilədək, yoxlamanın predmeti və hüquqi əsasları vergi qanunvericiliyinə əməl olunması (Operativ vergi nəzarəti istisna olmaqla), yoxlanılan təsərrüfat obyektinin kodu, ünvanı və fəaliyyət növü – bütün təsərrüfat obyektləri, yoxlamanın növü – növbədən kənar səyyar vergi yoxlaması, yoxlamanın tipi – plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsi üçün əsas -, yoxlayıcı şəxslər – X3 (İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər baş İdarəsinin Baş İdarəsinin Vergi auditi idarəsinin istehsal sahəsi auditi üzrə 1-ci şöbəsinin dövlət vergi müfəttişi) qeyd edilmişdir. Nəzarət olunan subyektin səyyar yoxlamasına dair 20 oktyabr 2021-ci il tarixli **********765900 saylı aktdan görünür ki: İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər baş İdarəsinin 04 oktyabr 2021-ci il tarixli **********765900 nömrəli Qərarına əsasən Vergilər Nazirliyinin Bakı şəhər Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsinin Səyyar vergi yoxlamaları İdarəsinin ictimai iaşə və xidmət sahələri üzrə şöbəsinin dövlət vergi müfəttişi X7 tərəfindən Şəxs (vöen **********) adlı nəzarət subyektində «Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında» 10 fevral 2019-cu il tarixli 767-İİİQ nömrəli Azərbaycan Respublikasının Qanununa əməl edilməsinə nəzarəti həyata keçirmək məqsədilə nəzarəti həyata keçirmək məqsədilə sentyabr 2018-ci il tarixdən avqust 2021-ci il tarixədək dövr üzrə növbəti səyyar yoxlaması aparılmışdır. Yoxlama 05.10.2021-ci il tarixdə başlanılmış və 20.10.2021-ci tarixdə başa çatdırılmışdır. Aşağıdakı qərar(lar)a əsasən yoxlamanın müddəti uzadılmış və (və ya) müvəqqəti dayandırılmışdır: 1.2. yoxlanılan dövrdə nəzarət subyektinin vəzifəli şəxsləri (rəhbər, məsul şəxs və yaxud onların vəzifələrini icra edən şəxslər) göstərilənlər olmuşdur: müəssisənin direktoru –X6 – nəzarət subyektinin hüquqi ünvanı – ünvan 3 ünvanı – ünvan 4im edilməmişdir. Həmin aktın giriş hissəsindən görünür ki, nəzarət olunan subyektdə səyyar yoxlamasının aparılması üçün “Yoxlama üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında” 05.10.2021-ci il tarixli **********150337 nömrəli Tələbnamə təqdim edilmiş və aşağadakı sənəd və məlumatlar tələb olunmuşdur: 1. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması ilə bağlı müəssisənin rəhbərinin və məsul şəxsin izahatları, onların şəxsiyyət vəsiqələrinin surəti; 2. Müştərinin və benefisiar mülkiyyətçinin eyniləşdirilməsi və verifikasiyasına dair sənədlərin müvafiq qaydada təsdiq edilmiş surətləri (şəxsiyyəti təsdiq edən sənədin (şəxsiyyət vəsiqəsi, pasportun, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin şəxsiyyətini təsdiq edən digər sənədlərin surəti) müvafiq vergi orqanı tərəfindən verilmiş şəhadətnamənin, nümayəndənin səlahiyyətlərini təsdiq edən sənədin, habelə notariat qaydasında təsdiq olunmuş hüquqi şəxsin nizamnaməsinin və dövlət qeydiyyatına alınması haqqında və digər sənədlərin surətləri); 3. Məlumat daşıyıcılarında və ya elektron formada saxlanılan eyniləşdirmə və verifikasiya sənədlərinin, pul vəsaitləri və ya digər əmlakla əməliyyatlara dair məlumatların və sənədlərin saxlanma vəziyyətinə dair məlumatlar (arayış, izahat və s.); 4. Qanunun 7.2,-ci və 9.15-ci maddələrində göstərilən əməliyyatlara dair məlumatların həmin Qanunun 11-ci maddəsi ilə müəyyən edilmiş qaydada maliyyə monitorinqi orqanına təqdim olunmasına dair müvafiq formada təsdiq edilmiş sənədlərin surətləri; 5. Qanunun 12-ci maddəsinin tələblərinə uyğun olaraq, daxili nəzarət sisteminin təşkilinə dair məlumatlar və sənədlərin (qaydalar, prosedur, məsul şəxsin təyini və sair) müvafiq qaydada təsdiq edilmiş surətləri.

6. Nəzarət orqanı tərəfindən nəzarət olunan subyektə göndərilən sorğuları (və sair sənədlər) və onların cavablandırılması ilə bağlı müvafiq qaydada təsdiq edilmiş surətləri;

7. Nəzarət olunan subyekt tərəfindən qanunun tətbiqi ilə bağlı əlavə məlumat və sənədlər. Həmin aktın təsviri əsaslandırıcı hissəsindən görünür ki, yoxlamanın əhatə etdiyi dövr ərzində nəzarət olunan subyekt faktiki olaraq mühasibat uçotu və vergi məsləhətləri fəaliyyət ilə məşğul olmuşdur. “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 04.10.2021-ci il tarixli **********150309 nömrəli Qərarla vergi ödəyicisi 05.10.2021-ci il tarixində tanış edilmişdir. Qeyd edilən faktı “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 04.10.2021- ci il tarixli **********150309 nömrəli Qərarla 05.10.2021-ci il tarixdə Şəxs MMC- nin direktoru X6 tərəfindən imza edilərək tanış olması da təsdiq edir. “Yoxlama üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında” 05.10.2021-ci il tarixli **********797600 nömrəli Tələbnamənin Şəxs MMC-nin direktoru X5 05.10.2021-ci il tarixində təqdim edilməsi təmin edilmişdir. Qeyd edilən faktı 05.10.2021-ci il tarixli **********797600 nömrəli Tələbnamənin 05.10.2021-ci il tarixində Şəxs MMC-nin direktoru X6 tərəfindən imza edilərək qəbul etməsi də təsdiq edir. “Yoxlama üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında” 05.10.2021-ci il tarixli **********797600 nömrəli Tələbnamə ilə Nəzarət olunan subyekt tərəfindən Qanunun tətbiqi ilə bağlı əlavə məlumat və sənədlərin lazımi qaydada təsdiq edilmiş surətləri 7 iş günü müddətində, yəni 14.10.2021-ci tarixə kimi yoxlayıcılara və ya İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə təqdim olunması tələb edilmişdir. Müəssiənin direktoru X4 təqdim etdiyi 05.10.2021-ci il tarixli **********797600 nömrəli Tələbnamədə qeyd olunan sənədlərin müəssisənin “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununda qeyd olunan fəaliyyət növlərini həyata keçirmədiyini təqdim edilən müvafiq izahatda qeyd etmiş, tələb olunan sənədlər 08.10.2021-ci il tarixdə **********778100 nömrəli məktubla elektron qaydada vergi orqanına təqdim edilmiş (Direktorun şəxsiyyət vəsiqəsi, ƏMR №1, ƏMR №2, ƏMR №3, ƏMR №4, ƏMR №5, Təlimat, Təlim 2017, Təlim 2018, Təlim 2019, Təlim 2020, Standart №1, Standart №2, Standart №3, Standart №4, Standart №5) ,bununla əlaqədar “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” 12.10.2021-ci il tarixli **********843100 nömrəli Qərar qəbul edilmiş, 15.10.2021-ci il tarixli protoklla rəsmiləşdirilmişdir. Belə ki, «Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında» Azərbaycan Respublikasının Qanunun 12.1.8-ci maddəsinə əsasən monitorinq iştirakçılarında rəhbərlik, habelə struktur bölmələrinin rəhbərliyi səviyyəsində cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət üzrə daxili qayda və prosedurların həyata keçirilməsinə nəzarət etməyə, maliyyə monitorinqi orqanı ilə məlumat mübadiləsini həyata keçirməyə, həmçinin monitorinq olunmalı əməliyyatlarla bağlı müvafiq hesabatları hazırlamağa və təqdim etməyə məsul şəxsin təyin edilməsini nəzərdə tutulmuşdur. Həmin Qanunun 5.4-cü maddəsinə əsasən Monitorinqdə iştirak edən digər şəxslər bu Qanunun 12-ci maddəsinə uyğun olaraq cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı daxili nəzarət sistemini hazırlamalı və həyata keçirməlidirlər. İXM-nin 598.1.3-cü maddəsinə əsasən “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən daxili nəzarət sisteminin tətbiq edilməməsinə, yaxud tam tətbiq edilməməsi inzibati məsuliyyətə səbəb olur. Lakin İXM 38-ci maddəsinə görə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsin əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər davam edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Eyni zamanda, Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin 25.06.2010-cu il tarixli 002 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hüquqi şəxs olan monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən yaradılan daxili nəzarət sisteminin təşkil olunması üzrə məsul şəxslərin peşə ixtisasına və təcrübəsinə dair” Tələblərin 6-cı bəndinə əsasən məsul şəxsin peşə ixtisasına və təcrübəsinə dair aşağıdakı tələblər gözlənilməlidir: -ali təhsilin və monitorinq subyektinin əsas fəaliyyəti çərçivəsində azı 2 illik iş stajına malik olması, - cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində milli qanunvericiliyi, beynəlxalq standartları və tələbləri bilməsi, - monitorinq subyektinin fəaliyyətinin ayrı-ayrı başlıca sahələri haqqında məlumatlı olması, - Azərbaycan Respublikasının dövlət dilini mükəmməl bilməsi, - törədilmiş cinayətə görə məhkumluğu olmamalıdır. Qeyd edilən Tələblərin 7-ci bəndinə görə aşağıdakı şəxslər məsul şəxs ola bilməzlər: - Digər monitorinq subyektində əmək fəaliyyətinə cəlb olunmuş şəxslər, - monitorinq subyektinin rəhbərliyinin üzvləri ilə yaxın qohumluq münasibətlərində olan şəxslər. Tələblərin 9-cu bəndinə görə monitorinq subyektinin strukturu daxilində məsul şəxsin müəyyən edilməsi müvafiq qərarla (əmr, sərəncam və s.) rəsmiləşdirilir. Həmin qərarda məsul şəxsin 6-cı bənddə nəzərdə tutulmuş tələblərə uyğunluğunu göstərən məlumatlar qeyd olunmalıdır. Monitorinq subyektinin rəhbərliyi tərəfindən imzalanmış qərarın bir surəti 2 (iki) iş günü müddətində Maliyyə Monitorinqi Xidmətinə təqdim olunmalıdır. Yuxarıda qeyd edilənlər vergi ödəyicisi tərəfindən İXM-nin 598.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsini təsdiq edir. Həmin aktın nəticə hissəsindən görünür ki, akt üç nüsxədən ibarət tərtib edilmişdir:

1. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə görə aşağıdakı şəxslərə protokollar tərtib olunmuşdur: Hüquqi şəxs Şəxs barəsində qanunun tələblərinə əməl edilməməsi səbəb göstərilərək İnzibati Xətalar Məcəlləsinin 598.1.3 və 602.4-cü maddəsi ilə 30 oktyabr 2019-cu il tarixli MN seriyalı ******* saylı protokol tərtib edilərək 15000 (on beş min) manat cərimə olunması təklif olunmuşdur. 2. Aşkar edilmiş hüquq pozuntularının aradan qaldırılmasına dair yoxlayıcıların tərəfindən – aşkar edilmiş hüquq pozuntusu hallarının aradan qaldırılması üçün qanunamüvafiq tədbirlər görülməsi nəzərdə tutulmuşdur. Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında 12 oktyabr 2021-ci il tarixli **********843100 nömrəli qərardan görünür ki, Şəxs “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması ilə bağlı müəssisənin rəhbərlərinin və məhsul şəxsin izahatları, onların şəxsiyyət vəsiqələrinin surəti, müştərinin və benefisiar mülkiyyətçinin eyniləşdirilməsi və verifikasiyasına dair sənədlərin müvafiq qaydada təsdiq edilmiş surətləri (şəxsiyyəti təsdiq edən sənədin (şəxsiyyət vəsiqəsi, pasport, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin şəxsiyyətini təsdiq edən digər sənədlərin surətləri müvafiq yerli orqan tərəfindən verilmiş şəhadətnamənin, nümayəndənin səlahiyyətlərini təsdiq edən sənədin, habelə notariat qaydasında təsdiq olunmuş hüquqi şəxsin nizamnaməsinin və dövlət qeydiyyatına alınması haqqında və digər sənədlərin surətləri), məlumat daşıyıcılarında və ya elektron formada saxlanılan eyniləşdirmə və verifikasiya sənədlərinin, pul vasitələrinin pul vasitələri və ya digər əmlakla əməliyyatlara dair məlumatların və sənədlərin saxlanma vəziyyətinə dair məlumatlar (arayış, izahat və s.) Qanunun 7.2 və 9.15-ci maddələrində göstərilən əməliyyatlara dair məlumatların həmin qanunun 1.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada maliyyə monitorinqi orqanına təqdim olunmasına dair müvafiq formada təsdiq edilmiş sənədlərin surətlərinin Qanunun 12-ci maddəsinin tələblərinə uyğun olaraq daxili nəzarət sisteminin təşkilinə dair məlumatlar və sənədlərin (qaydalar, prosedur, məsul şəxsin təyini və sair) müvafiq qaydada təsdiq edilmiş surətləri, nəzarət orqanı tərəfindən nəzarət olunan subyektə göndərilən sorğuları (və sair sənədlər) və onların cavablandırılması ilə bağlı müvafiq qaydada təsdiq edilmiş surətləri, nəzarət olunan subyekt tərəfindən Qanunun tətbiqi ilə bağlı əlavə məlumat və sənədlərin götürülməsi qərara alınmışdır; Sənədlərin və əşyaların nümunə kimi götürülməsi haqqında 15 oktyabr 2021-ci il tarixli **********661700/1 protokoldan görünür ki, tələb olunan sənədlər 08.10.2021-ci il tarixdə **********778100 nömrəli məktubla elektron qaydada göndərilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışdan məlum olur ki, Şəxs 11 sentyabr 2006-cı il tarixində dövlət qeydiyyatına alınmışdır, VÖEN-i **********, hüquqi ünvanı AZ 1122 ünvan 5on Məhkəməsinin 16.11.2021-ci il tarixli 3(004)-2636/2021 nömrəli qərarına əsasən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.3-cü maddəsi ilə başlanılmış iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 29.12.2021-ci il tarixli 3(103)-3057/2021 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini, baş vergi xidməti müşaviri Samir Seyidəhmədli tərəfindən apellyasiya qaydasında verilmiş şikayət qismən təmin edilmişdir. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 598.1.3-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)- 2636/2021 saylı, 16 noyabr 2021-ci il tarixli ləğv edilsin və inzibati xəta haqqında iş materialları yenidən baxılaraq, hərtərəfli araşdırma aparılmaqla qərarın təsviri hissəsində göstərilənlərə hüquqi qiymət verilməsi üçün həmin məhkəməyə qaytarılmışdır. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun; 12.1-ci maddəsinə əsasən monitorinq iştirakçıları cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı daxili nəzarət sistemini hazırlamalı və həyata keçirməlidirlər. Bu sistem ən azı aşağıdakılardan ibarət olmalıdır: 12.1.1. cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət üzrə daxili qayda və prosedurların hazırlanması; 12.1.1-1. cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi risklərinin müəyyən edilməsi, qiymətləndirilməsi və bu risklərin idarə olunması və azaldılması üçün tədbirlərin görülməsi; 12.1.2. müştərilərin, onların adından çıxış edən səlahiyyətli nümayəndələrin, benefisiar mülkiyyətçilərin, əməliyyatların eyniləşdirilməsinə və verifikasiyasına, müştərinin və benefisiar mülkiyyətçinin xarici dövlətlərin siyasi xadimlərinə aid olduğunun müəyyən edilməsinə imkan verən daxili, mərkəzləşdirilmiş arxivin yaradılması; 12.1.3. məlumatların sənədləşdirilməsi və məxfiliyin təmin edilməsinə dair qaydaların hazırlanması; 12.1.4. cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət üzrə əməkdaşlara mütəmadi təlimlərin keçirilməsi; 12.1.5. monitorinq iştirakçılarının fəaliyyətinin xüsusiyyətləri nəzərə alınmaqla, monitorinq olunmalı əməliyyatların aşkarlanması meyarlarının müəyyən edilməsi; 12.1.6. əməliyyatın həyata keçirilməsinin dayandırılması ilə əlaqədar meydana çıxa biləcək problemlərin həlli istiqamətində tədbirlər; 12.1.7. bu Qanunla tələb olunan qaydaların monitorinq iştirakçıları tərəfindən tətbiq olunmasının səmərəliliyini yoxlayan daxili audit mexanizmi; 12.1.8. hüquqi şəxs olan monitorinq iştirakçılarında rəhbərlik, habelə struktur bölmələrinin rəhbərliyi səviyyəsində cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət üzrə daxili qayda və prosedurların həyata keçirilməsinə nəzarət etməyə, maliyyə monitorinqi orqanı ilə məlumat mübadiləsini həyata keçirməyə, həmçinin monitorinq olunmalı əməliyyatlarla bağlı müvafiq hesabatları hazırlamağa və təqdim etməyə məsul şəxsin təyin edilməsi; 12.1.9. fəaliyyət xüsusiyyətindən asılı olaraq, işə qəbul və işçilərin yoxlanması mexanizmlərinin, habelə xarakteri şübhə doğuran hər hansı əməliyyatın aşkarlanması, qarşısının alınması və lazımi məlumatların bu Qanunun 11-ci maddəsinə əsasən maliyyə monitorinqi orqanına təqdim olunması üzrə digər mexanizm və qaydaların hazırlanması. 12.2-ci maddəsinə əsasən monitorinq iştirakçılarının strukturu daxilində bu Qanunun 12.1.8-ci maddəsində qeyd olunmuş məsul şəxs yalnız hüquqi şəxsin rəhbərliyinə hesabat verməlidir. 12.3-cü maddəsinə əsasən monitorinq iştirakçıları daxili nəzarət sistemlərini maliyyə monitorinqi orqanının tələblərinə uyğun olaraq hazırlamalıdırlar. 12.4-cü maddəsinə əsasən daxili nəzarət sistemi çərçivəsində tətbiq olunan tədbirlərin növü və həddi monitorinq iştirakçılarının fəaliyyətinin xarakterinə və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi risklərinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 598.1.3-cü maddəsinə əsasən Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən daxili nəzarət sisteminin tətbiq edilməməsinə, yaxud tam tətbiq edilməməsinə görə - vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında iş üzrə haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs tərəfindən “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq daxili nəzarət sistemi tətbiq edilməməmiş, bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.3-cü maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.3cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15.000 (on beş min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar