Məhkəmə qərarları › İş №3(004)-3652/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3652/2020

09.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3652/2020 09.12.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X9 iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Yasamal rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X1, iş üzrə tələbkar (zərər çəkmiş şəxs) “xxxx” MMC-nin nümayəndəsi və eyni zamanda vəkili X4 iştirakları ilə, “xxxx” MMC-nin rəhbəri və eyni zamanda qanuni təmsilçisi X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal rayon İcra və probasiya şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “xxxx” MMC-nin rəhbəri X7 Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X5 tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Bakı Kommersiya Məhkəməsinin 2- 2(81)-603/2019 nömərli, xx xxxx 2020-ci il tarixli icra sənədinə əsasən borclu “xxxx” MMCdən müqavilə üzrə 12647,34 (on iki min altı yüz qırx yeddi manat otuz dörd qəpik) manat əsas borc, dəymiş zərərə görə 100 (bir yüz ) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi, ümumilikdə 12767,34 (on iki min yeddi yüz altmış yeddi manat otuz dörd qəpik) manat tutularaq tələbkar “xxxx” MMC-nin xeyrinə ödənilməlidir. Lakin “xxxx” MMC-nin rəhbəri və qanuni təmsilçisi X11 dəfələrlə xəbərdarlıq olunmasına və izahatlarının alınmasına baxmayaraq icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinin yerinə yetirilməsindən üzrsüz səbəbdən boyun qaçırmışdır. Göstərilənlərə əsasən, “xxxx” MMC-nin rəhbəri X11 barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci (məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Protokoldakı qeydə əsasən icra sənədi üzrə borclu “xxxx” MMCnin rəhbəri X11 protokolun tərtibində iştirak etmək üçün əvvəlcədən rəsmi qaydada məlumatlandırılmaqla şöbəyə dəvət edilməsinə baxmayaraq, müəyyən edilmiş vaxtda gəlməmişdir. Barəsində protokol tərtib edilmiş X10 məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə, məhkəmə bildirişlərinin, o cümlədən “Elektron Məhkəmə Sistemi” vasitəsilə SMS-bildirişlərinin rəsmi qaydada ona çatdırılmasına baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. X7 təyin edilmiş məhkəmə iclasında məcburi iştirakının təmin edilməsi məqsədilə Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 3(004)-3652/2020 nömrəli qərardadı ilə onun gətirilməsi qərara alınmış və icra edilməsi üçün yaşayış yeri üzrə Yasamal RPİ-nə göndərilmişdir. X2 təyin edilmiş məhkəmə iclasına gətirilməsi mümkün olmamışdır. Məhkəmə tərəfindən əlavə tədbir olaraq X7 istifadəsində olan mobil telefon nömrəsi ilə şifahi olaraq əlaqə saxlanılaraq məhkəmə iclasının vaxtı barədə ona bilavasitə məlumat verilməsinə baxmayaraq, o, yenə də məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, ondan məhkəmə iclasının təxirə salınmasına dair vəsatət daxil olmamışdır. Odur ki, göstərilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X7 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X5 hazırda onun icraatında olan icra işi üzrə tərtib etdilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı Kommersiya Məhkəməsinin 2-2(81)-603/2019 nömrəli, xx xxxx 2020-ci il tarixli icra sənədinə əsasən borclu “xxxx” MMC-dən müqavilə üzrə 12647,34 (on iki min altı yüz qırx yeddi manat otuz dörd qəpik) manat əsas borc, dəymiş zərərə görə 100 (bir yüz ) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi, ümumilikdə 12767,34 (on iki min yeddi yüz altmış yeddi manat otuz dörd qəpik) manat tutularaq tələbkar “xxxx” MMC-nin xeyrinə ödənilməlidir. Həmin icra sənədi üzrə xx xxxx 2020-ci il tarixli qərarla icraata başlanılmış, həmin qərar, tələbin könüllü icrası üçün bildiriş və icra sənədinin surətləri birlikdə icra edilməsi üçün borclu hüquqi şəxsin qanuni təmsilçisi X10 göndərilmişdir. Məcburi icra tədbirləri qaydasında müvafiq idarələrə və banklara sorğular göndərilmiş, lakin nə borclu hüquqi şəxsin, nədə hüquqi şəxsin qanuni təmsilçisi X7 mülkiyyətində hər hansı bir əmlakı, bankda hesabı və ya pul vəsaiti müəyyən edilməmişdir. Borclu hüquqi şəxsin qanuni təmsilçisi Tahir Bayramov icra sənədini icra etməyərək, hal-hazıradək borclu hüquqi şəxsin vəzifəli şəxsi olaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, borcdan hər hansı bir məbləğdə ödəniş etməmişdir. Borcun ödənilməsi istiqamətində tədbirlər görülməsi üçün vəzifəli şəxs olaraq X3 rayon İcra və probasiya şöbəsinə dəfələrlə dəvət edilmiş, izahatı alınaraq Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyət barədə ona yazılı və şifahi xəbərdarlıqlar edilmişdir. Qeyd edildiyi kimi, açılmış icraat üzrə məcburi icra tədbirlərinin həyata keçirilməsi məqsədilə zəruri tədbirlər görülmüş, müvafiq qurumlara sorğular göndərilmişdir. Lakin bütün bunlara baxmayaraq hüquqi şəxsin qanuni təmsilçisi X11 icra sənədinin icrası istiqamətində hər hansı bir hərəkət etməmiş, bəzən hətta çağırışlara gəlməkdən imtina etmişdir. Bununla da, X11 üzrsüz səbəbdən icra məmurunun qanuni tələblərinin yerinə yetirməkdən boyun qaçıraraq öz hüquqazidd hərəkətlərini davam etdirmişdir. Buna görə də, X11 yenidən Yasamal rayon icra və probasiya şöbəsinə dəvət edilsə də, o, yenə də rəsmi çağırışa qəsdən gəlməmiş və bundan sonra onun barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə xx xxxxxx 2020-ci il tarixdə və MN seriyalı, ******* nömrəli protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Hazırda icra sənədi üzrə faktiki borc 12767,34 (on iki min yeddi yüz altmış yeddi manat otuz dörd) manat təşkil edir. X5 göstərilənlərə əsasən X11 barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs (tələbkar) “xxxx” MMC-nin nümayəndəsi və eyni zamanda vəkili X6 izahatında göstərdi ki, borclu hüquqi şəxs “xxxx” MMC-nin rəhbəri və qanuni təmsilçisi X11 icra sənədini üzrsüz səbəbdən icra etməkdən imtina edir. Məhkəmənin müvafiq qərarının uzun müddətdir qəbul edilməsinə baxmayaraq borc üzrə hər hansı bir ödəniş həyata keçirilməmişdir. Odur ki, borcun tam şəkildə ödənilməsini tələb edir, borclu hüquqi şəxsin səlahiyyətli vəzifəli şəxsinə möhlət vermək niyyəti yoxdur. Ona görə də borclu barəsində qanunvericiliklə nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, həmçinin iş materiallarını araşdıraraq, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hüquqi şəxs “xxxx” MMC-nin rəhbəri və eyni zamanda qanuni təmsilçisi X11 tərəfindən Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarından görünür ki, Bakı Kommersiya Məhkəməsinin 2-2(81)- 603/2019 nömrəli, xx xxxx 2020-ci il tarixli icra sənədinə əsasən borclu “xxxx” MMC-dən müqavilə üzrə 12647,34 (on iki min altı yüz qırx yeddi manat otuz dörd qəpik) manat əsas borc, dəymiş zərərə görə 100 (bir yüz ) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi, ümumilikdə 12767,34 (on iki min yeddi yüz altımış yeddi manat otuz dörd qəpik) manat tutularaq tələbkar “xxxx” MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi üzrə icraata Yasamal rayon İcra və probasiya şöbəsində xx xxxx 2020-cı il tarixli qərarla başlanılmış, həmin qərar, tələbin könüllü icrası üçün bildiriş və icra sənədinin surətləri birlikdə icra edilməsi üçün borclu hüquqi şəxsin rəhbəri və qanuni təmsilçisi X10 icra məmuru tərəfindən göndərilmiş, xx xxxx 2020-ci il tarixdə isə həmin sənədləri şəxsən imza etməklə rəsmi qaydada qəbul etmişdir. T.Ə.Bayramov tələbin könüllü icrası haqqında bildiriş əsasında və Yasamal rayon icra və probasiya şöbəsinə verdiyi izahatında Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə nəzərdə tutulmuş məsuliyyət barədə xəbərdarlıq edilməklə imzalamışdır. Açılmış icraat üzrə məcburi icra tədbirlərinin həyata keçirilməsi məqsədilə icra məmuru tərəfindən zəruri tədbirlər görülmüş, müvafiq qurumlara sorğular göndərilmiş, borclu “xxxx” MMC-nin hesabları bloklaşdırılmış, inkasso sərəncamları verilmiş, lakin borclu hüquqi şəxsin mülkiyyətində hər hansı bir əmlakı, bankda hesabı və ya digər vəsaiti müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və onun maraqlarının qorunması üçün hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; habelə yuxarıda göstərilən vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi tərəfindən törədilən inzibati xətalara görə inzibati məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası MPM-nin 15.1-ci maddəsinə əsasən məhkəmə, məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə yuxarıda göstərilənlərə əsasən məhkəmə müəyyən etmişdir ki, Bakı Kommersiya Məhkəməsinin 2-2(81)-603/2019 nömərli, xx xxxx 2020-ci il tarixli icra sənədi üzrə borclu hüquqi şəxs “xxxx” MMC-nin xeyrinə və onun maraqlarının qorunması üçün onu təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxsi X11 bütün bu hərəkətləri ilə öz öhdəliklərini icra etməyərək, hal-hazıradək kifayət qədər uzun müddət keçməsinə baxmayaraq məhkəmənin qərarı ilə müəyyən edilmiş 12767,34 (on iki min yeddi yüz altmış yeddi manat otuz dörd qəpik) manat borca əsasən hər hansı bir ödəniş həyata keçirməmişdir. Bununla da o, icra sənədini icra etməkdən üzrsüz səbəbdən boyun qaçıraraq icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməmiş və borcu ödəməkdən müxtəlif bəhanələr gətirməklə yayınmışdır. Buna görə də, Yasamal rayon İcra və probasiya şöbəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə X11 barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə borclu hüquqi şəxs “xxxx” MMC-nin rəhbəri X7 Bakı Kommersiya Məhkəməsinin 2-2(81)-603/2019 nömərli, xx xxxx 2020-ci il tarixli icra sənədi üzrə hazıradək tələbkar “xxxx” MMC-yə hər hansı bir ödənişin etməməsini, o cümlədən icra məmurunun çağırışlarına və məhkəmə iclaslarına gəlməkdən qəsdən yayınmasını onun öz öhdəliklərindən üzrsüz səbəblərdən yayınması kimi qiymətləndirir. Odur ki, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati haqqında iş üzrə icraat aparılan şəxs X11 İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, əmlak vəziyyətini, yaşını və səhhətini, o cümlədən hazırki iş üzrə Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, “xxxx” MMC-nin rəhbəri və qanuni təmsilçisi X11 barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin aşağı həddə tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 43, 106- 112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X11 Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 1200 (bir min iki yüz) manat miqdarında cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar