Məhkəmə qərarları › İş №3(004)-366/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-366/2024

18.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-366/2024 18.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Əkbərli Günel Bəkir qızı, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXMnin) 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN BDYPİ və Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokollara və onlara əlavə olunmuş materiallara məhkəmənin inzibati binasında işin baxılmağa hazırlanması zamanı baxaraq, MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası DİN BDYPİ-si tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli və Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP seriyalı ******* nömrəli və İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollar baxılması üçün məhkəməyə daxil olmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, protokollar düzgün tərtib edilməmiş, təqdim edilmiş materiallar natamamdır və işə baxılarkən tamamlamaq mümkün deyil. Ona görə də material geri qaytarılmalıdır. Məhkəmə inzibati xəta haqqında icraat üzrə materialı işin baxılmağa hazırlanması zamanı nəzərdən keçirib hesab edir ki, protokollar düzgün tərtib edilməmiş, təqdim edilmiş materiallar natamamdır və işə baxılarkən tamamlamaq mümkün deyil. Ona görə də protokolla və ona əlavə edilmiş material geri qaytarılmalıdır. Belə ki, Yasamal Rayon Məhkəməsinə təqdim edilmiş material 12 vərəqdə, Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş xətanın törədilməsinə dair tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP seriyalı ******* nömrəli, İXP seriyalı ******* nömrəli və İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollardan, Azərbaycan Respublikası DİN-nin DYPİ-nin Web portalından çıxarılmış fotoşəkillərdən və inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli EQ/16545116 nömrəli, xx.xx.2023cü il tarixli EQ/16493195 nömrəli və xx.xx.2023-cü il tarixli EQ/16815364 nömrəli elektron qərarların surətindən ibarət olmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli EQ/16545116 nömrəli elektron qərarın əsasında ona tətbiq edilən cəriməni ödəmədiyindən, yəni həmin qərar qanuni qüvvəyə minməsindən sonra 3 ay müddət ərzində icra etmədiyindən onun tərəfindən İXM-nin 529.3-cü maddədə nəzərdə tutulan inzibati xəta törədilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in DYP-nin Web portalı çıxarışından və xx.xx.2023-cü il tarixli EQ/16545116 nömrəli elektron qərardan müəyyən edilir ki, o, Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 300 manat cərimə növündə tənbeh tədbiri təyin edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli İXP seriyalı ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli EQ/16493195 nömrəli elektron qərarın əsasında ona tətbiq edilən cəriməni ödəmədiyindən, yəni həmin qərar qanuni qüvvəyə minməsindən sonra 3 ay müddət ərzində icra etmədiyindən onun tərəfindən İXM-nin 529.3-cü maddədə nəzərdə tutulan inzibati xəta törədilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in DYP-nin Web portalı çıxarışından və xx.xx.2023-cü il tarixli EQ/16493195 nömrəli elektron qərardan müəyyən edilir ki, o, Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 300 manat cərimə növündə tənbeh tədbiri təyin edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli İXP seriyalı ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli EQ/16815364 nömrəli elektron qərarın əsasında ona tətbiq edilən cəriməni ödəmədiyindən, yəni həmin qərar qanuni qüvvəyə minməsindən sonra 3 ay müddət ərzində icra etmədiyindən onun tərəfindən İXM-nin 529.3-cü maddədə nəzərdə tutulan inzibati xəta törədilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in DYP-nin Web portalı çıxarışından və xx.xx.2023-cü il tarixli EQ/16815364 nömrəli, nömrəli elektron qərardan müəyyən edilir ki, o, Azərbaycan Respublikası İXM-nin 469.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 20 manat cərimə növündə tənbeh tədbiri təyin edilmişdir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası İXMnin 529.3-cü maddəsi “inzibati cərimə və ictimai işlər növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsi” adı ilə “idarəçilik qaydaları əleyhinə” olan inzibati xətalar fəslində təsnifləşdirilmişdir. İXM-nin 529.3-cü maddəsinin tərkibi onun dizpozitiv şərtlərinə görə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud həmin Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilmədikdə yaranır. Həmin Məcəllənin 38-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan, yəni XXİX fəsildə təsnifləşdirilmiş 327-348-ci maddələrdə nəzərdə tutulmuş inzibati xətalara görə məsuliyyətə cəlb etmə müddəti 1(bir) il ərzində müəyyən edilsə də, lakin 529.3-cü maddə “idarəçilik qaydaları əleyhinə” olan inzibati xətalar fəslinə daxil olduğundan və onun əsas obyekti qismində dövlət orqanlarının idarəçilik fəaliyyəti və dövlət intizamı təşkil etdiyindən, həmin inzibati xətaya görə məsuliyyətə cəlb etmə müddəti onun törədildiyi gündən ən geci 4 ay ərzində müəyyən edilmişdir. Beləliklə, şəxsin barəsində yol hərəkəti qaydası əleyhinə inzibati xətanın törədilməsinə dair inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi barədə qərar qanuni qüvvəyə mindikdən sonra 3 ay ərzində icra edilmədikdə 529.3-cü maddənin tərkibi yaranır, həmin sonuncu xəta törədildiyi gündən isə şəxs 4 ay ərzində inzibati məsuliyyətə cəlb edilə bilər. Odur ki, qeyd edilən inzibati xətanın törədilməsi vaxtının müəyyən edilməsi üçün ilk növbədə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın, yaxud həmin Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi tarix dəqiq müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası İXM-nin 138-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərar, habelə şikayət və ya protest üzrə qəbul edilmiş qərar aşağıdakı hallarda qanuni qüvvəyə minir: 138.1.1. əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün; 138.1.2. əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün; 138.1.3. apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra. Həmin Məcəllənin 130.1-ci maddəsinə görə həmin Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 126.1-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 127-ci maddəsinə əsasən bu Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılmaqla, onun iştirakı olmadan barəsində inzibati xəta haqqında protokol tərtib edilir və müvafiq sənədlərlə birlikdə baxılmaq üçün aidiyyəti üzrə məhkəməyə göndərilir. Həmin Məcəllənin 125.2-ci maddəsinə görə inzibati xətanı törətmiş nəqliyyat vasitəsinin istifadəçisi (həmçinin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar hüquqi şəxs, yaxud istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar dövlət qurumu) inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar barədə aşağıdakı qaydada məlumatlandırılır: 1) müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi inzibati xəta haqqında protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və onların əlavələrini hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə dərhal yerləşdirir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron ünvanına (olduğu halda) göndərir; 2) eyni zamanda müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir; 3) inzibati tənbeh vermə haqqında elektron qərar əlavə edilmiş materiallarla birlikdə müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemi tərəfindən kağız daşıyıcıda çap olunaraq, bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verilməsi üçün 2 gün ərzində müvafiq icra hakimiyyəti orqanına göndərilir. Qeyd edilməlidir ki, şəxsin Azərbaycan Respublikasının İXM-nin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılması dedikdə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və ya inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin həmin protokolun və ya qərarın ona elektron və ya kağız daşıyıcıda çatdırılması başa düşülür. Sadalanan qanunvericilik normalarının tələblərinə baxmayaraq hazırda məhkəməyə baxılması üçün təqdim edilmiş Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP seriyalı ******* nömrəli, İXP seriyalı ******* nömrəli və İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollar həmin Məcəllənin tələbləri pozulmaqla natamam tərtib edilmişdir. Belə ki, protokolda İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tarixi ilə protokolların tərtib edilmə tarixi eyni olmaqla xx.xx.2024-cü il göstərilmişdir. Dolayı ilə protokollardan görünür ki, Şəxs onun barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli EQ/16545116 nömrəli, xx.xx.2023-cü il tarixli EQ/16493195 nömrəli, xx.xx.2023-cü il tarixli EQ/16815364 nömrəli qərarlar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə barəsindən inzibati tənbeh vermə haqqında 3 ay öncə qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli EQ/16545116 nömrəli, xx.xx.2023-cü il tarixli EQ/16493195 nömrəli, xx.xx.2023-cü il tarixli EQ/16815364 nömrəli qərarlar barədə rəsmi məlumatlandırılmasına dair sənəd və ya hər hansı bir mötəbər sübut işə əlavə edilməmişdir. Belə olan halda isə, həmin qərarların nə vaxt qanuni qüvvəyə minməsini və İXM-nin 529.3-cü maddəsi ilə xətanın nə vaxt törədilməsini iş materialları ilə müəyyən etmək mümkün deyildir. İXM-nin 100.1.4-cü maddəsinə görə isə protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti dəqiq göstərilməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə tərəfindən müəyyən edilir ki, Azərbaycan Respublikası İXM-nin 100.1.4-cü maddəsi üzrə hazırkı protokolda İXM-in 529.3-cü maddəsinin tərkibinin yaranmasını təsdiq edən məlumat kimi şəxsin əvvəl törətdiyi inzibati xətaya görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərardan xəbərdar olması, qərarın ona İXM-in 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilməsini, onun həmin qərarı almasını, həmin qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində icra edilməməsində qanunla müəyyən edilmiş əsasların olmaması, icra etməmənin üzürsüz səbəbləri barədə məlumatları özündə əks etdirən sübutlar hazırkı protokola əlavə edilməmişdir. Belə ki, qərar icra edilməsi üçün o qanuni qüvvəsini almalıdır. Bunun üçün ilk növbədə qərar İXM-in 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilməli, bundan sonra İXM-in 126-cı maddəsində nəzərdə tutulmuş 20 günlük şikayət vermə müddəti keçməlidir ki, İXM-in 138-ci maddəsinə əsasən qərar qanuni qüvvəsini alsın. Yalnız İXM-in 57, 126, 138-ci maddələrinə əməl edilməklə qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində icra edilməməsi İXM-in 529.3-cü maddəsinin tərkibini yaradır. Bunun üçün isə cərimə qərarlarının İXM-in 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada çatdırılması barədə sübut hazırkı protokollara əlavə edilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə xx.xx.2024-cü il tarixli İXP seriyalı ******* nömrəli protokola münasibətdə əlavə olaraq qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 529.3cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd olunan maddənin məzmununa görə yalnız həmin Məcəllənin 29-cu fəslində (327-348-ci maddələr) əks olunmuş və 353.2-ci maddədə nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxslər tərəfindən qəbul edilmiş cərimə tənbeh tədbirinin tətbiq edilməsi haqqında qərar qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay ərzində icra edilmədikdə onların əməlində Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulan xəta yarana bilər. Hazırkı protokoldan isə görünür ki, şəxs tərəfindən onun barəsində İXM-nin 469.3cü maddəsi ilə qəbul edilmiş inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi haqqında qərarı qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay ərzində icra edilməməsinə görə İXM-nin 529.3-cü maddəsilə xətanın törədilməsi ilə bağlı tərtib edilmişdir. Halbuki, İXMnin 469.3-cü maddəsi Məcəllənin 36-cı fəslində, yəni “Vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan” inzibati xətalar kateqoriyasında təsnifləşdirilmişdir. Dolayısı ilə qeyd olunan xəta ilə bağlı İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibinin yaranması mümkün deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (maddə 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (maddə 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (maddə 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (maddə 106.0.5) həll etməlidir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN BDYPİ-si tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli, Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP seriyalı ******* nömrəli və İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollar və toplanmış material natamam olduğundan Bakı şəhəri Yasamal RPİ-nin X3 Şöbəsinə geri qaytarılsın. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar