Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-366/2025 26.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, X5 oğlunun katibliyi, Barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ-nin DYPİ tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EQ 24047948 saylı inzibati tənbeh vermə haqqında qərardan X1 şikayətinə və ona əlavə edilmiş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ-nin DYPİ tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EQ 24047948 saylı inzibati tənbeh vermə haqqında qərardan X1 şikayəti Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə idarə etdiyim “Renault” markalı **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü kimi inzibati tənbeh vermə haqqında EQ 24047948 nömrəli qərar eiektron sənəd şəklində tərtib olunaraq elektron poçt ünvanına göndərilmişdir. Qərarda onun İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə (Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanma və ya durma) törətmiş olduğum xətaya görə (səksən manat məbləğində cərimə edilir) məsuliyyət qeyd edilmişdir. Barəsində xx.xx.2024-cü il tarixdə tərtib edilmiş EQ 24047948 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar qanunsuz və əsassız olduğundan ləğv olunmasına dair xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Baş X6 İdarəsinə ünvanladığı elektron müraciətə Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi X6 İdarəsinin xx.xx.2024-cü il tarixli cavab məktubunda, müraciətinizdə göstərdikləriniz ilə əlaqədar əlavə araşdırma zamanı aşkar edilmiş yol hərəkəti qayda pozuntusu təsdiqini tapdığından qəbul edilmiş qərar qüvvədə saxlanılması qeyd edilmişdir. Belə ki, 08 oktyabr 2024-cü ıl tarixdə idarə etdiyim “Renault” markalı **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi istiqamətdə yolun 2-ci zolağ üzrə hərəkət edən zaman anidən avtomobilin mühərrik sistemi sönərək və avtomobilin hərəkət sürəti azalaraq dayanmağa başladı. Həmin an avtomobildə hansı nasazlıqlar səbəbindən mühərrikin anidən sönməsi mənə aydın olmamışdır. Belə qənaətə gəlmişdim ki, avtomobildə yanacaq sensorunun düzgün işləməməsi ehtimalı olduğundan yaxınlıqda yerləşən yanacaq doldurma məntəqəsinə gedib oradan avtomobil üçun yanacaq almalıyam. Avtomobil yolun 2-ci zolağ üzrə hərəkətdə olduğundan və anidən mühərrikin sönməsi və hərəkət sürətinin azalması nəticəsində avtomobil həmin zolağ üzrə dayanmışdır. Həmin vaxt yolun kənarında sonrakı cərgələrdə avtomobillər dayandığından avtomobili yolun kənarına çəkmək mümkün olmamışdır. Eyni zamanda həmin vaxt o yaxınlıqda yerləşən yanacaq doldurma məntəqəsinə gedərək avtomobil üçün yanacaq alıb geri qayıtmışdır. Aldığı yanacağı avtomobilə tökdükdən sonra avtomobili işə düşməyə başlamışdır. Amma sonra avtomobil ustasından aldığı məlumata götə avtomobil yanacağın sensoruna görə yox məhz “kolenvalın” sensorunun xarab olması səbəbindən mühərrik anidən sönmüşdür. Lakin DİN BDYPİ-nin X3 foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitəyə təkrar araşdırma məqsədi ilə baxış keçirib müşahidə etsəydilər əminliklə görə bilərdilər ki, həmin vaxt o yanacaq doldurma məntəqəsindən aldığı yanacağı avtomobilin yanacaq çəninə boşaldır və bundan sonra avtomobilin mühərrikini işə salır. Görünür ki, DİN BDYPİ-nin bu işlə bağlı araşdırmanı aparan polis nəfərinin marağında olmamışdır və ya nələrsə gözündən qaçmışdır. Buna görə də onun iradəsindən asılı olmayan səbəblərə görə avtomobili ikinci cərgədə saxlamağı onun “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının lanununun 52-ci maddəsinin İ hissəsinin tələblərinə riayət edilməməsi kimi qiymətləndirilə bilməz və İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə istinad edilə bilməz. Məhkəmə iclasında iştirak edən şikayətçi X2 ərizəsinin məzmununa uyğun ifadə verərək barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qərarından şikayət verilmiş orqana qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, orqan məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə qərarından şikayət verilmiş orqanın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, təqdim edilmiş sübutlara qiymət verərək şikayət qismən təmin edilməli, Bakı şəhər Azərbaycan Respublikası DİN Bakı şəhər BPİnin DYPİ tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EQ 24047948 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən araşdırılaraq baxılması üçün Azərbaycan Respublikası DİN Baş X6 İdarəsınə göndərilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ-nin DYPİ tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EQ 24047948 saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X2 xx.xx.2024-cü il tarixdə, saat 14:37 radələrində Bakı şəhəri, Yasamal rayonu, B.Vahabzadə küçəsi ərazisində idarə etdiyi **- GL-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinin tələblərini pozduğuna görə 80 manat məbləğində cərimə olunmuşdur. Məhkəmə hesab edir ki, iş materialları araşdırılarkən qərar qəbul etmiş orqan tərəfindən bir sıra halların şikayət etmiş şəxsin iştirakı ilə yenidən araşdırılaraq müvafiq qərar qəbul edilməsi zərurəti yaranmışdır. Belə ki, şikayət vermiş şəxs məhkəmə iclasında bildirmişdir ki, onun avtomobilində nasazlıq yarandığından mühərrik sönmüşdür. Həmin vaxt yaxınlıqdakı yanacaqdoldurma məntəqəsinə gedərək yanacaq alıb geri qayıtmış və həmin yanacağı avtomobilin çəninə boşaltdıqdan sonra mühərriki işə salaraq dərhal oradan uzaqlaşmışdır. Məhkəmə qeyd edilən halları nəzərə alaraq hesab edir ki, bu hallar qərar qəbul etmiş orqan tərəfindən şikayət vermiş şəxsin iştirakı ilə araşdırılmalı və ondan sonra müvafiq qərar qəbul edilməlidir. Odur ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş yenidən araşdırılmalı və X1 iştirakı ilə yenidən əsaslı qərar qəbul olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə əsasən Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar kimi nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1. bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulmuş müəyyən edilmiş halda qərar ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, X1 şikayət ərizəsi qismən təmin edilməli, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polısı İdarəsı tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EQ 24047948 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ-nin DYPİ-nə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 125, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ-nin DYPİ tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EQ 24047948 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ-nin DYPİ-nə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-366/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-366/2025
26.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver