Məhkəmə qərarları › İş №3(004)-3662/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3662/2025

03.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3662/2025 03.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X1 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinin sahə inspektoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1980-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2nda müvəqqəti yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İnzibati xəta haqqında MN ******* saylı, 03 iyun 2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş Şəxs xx.xx.2025-ci il tarixdə saat 11:30 radələrində Yasamal rayonu, D.Bünyadzadə küçəsində “Mercedes” markalı avtomobildən Samsung A2 markalı mobil telefonu oğurlamışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinin sahə inspektoru X5 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs xx.xx.2025-ci il tarixdə saat 11:30 radələrində Yasamal rayonu, D.Bünyadzadə küçəsində “Mercedes” markalı avtomobildən Samsung A2 markalı mobil telefonu oğurladığını, göstərilənləri nəzərə alaraq Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək protokolda göstərilən əməli törətdiyini, vətəndaşa maddi ziyan vurduğunu, əməlindən peşman olduğunu, ziyanı ödəməyə imkanının olduğunu, göstərilənləri nəzərə alaraq barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında MN ******* saylı, 03 iyun 2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş Şəxs xx.xx.2025-ci il tarixdə saat 11:30 radələrində Yasamal rayonu, D.Bünyadzadə küçəsində “Mercedes” markalı avtomobildən Samsung A2 markalı mobil telefonu oğurlamışdır. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 24 yanvar 2025-ci il tarixli qərardan görünür ki, X3 ərizəsi əsasında toplanmış material üzrə cinayət tərkibi müəyyən edilmədiyindən cinayət işinin başlanmasının rədd edilməsi, X4 məxsus mobil telefonu gizli yolla ələ keçirən şəxsin yerinin və şəxsiyyətinin müəyyən edildikdən sonra barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi üzrə inzibati tədbir görülməsi, qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən Yasamal rayon prokuroruna göndərilməsi, toplanmış materialın saxlanılmasından ötrü Yasamal RPİ-nin 29-cu PŞ-nin dəftərxanasına təhvil verilməsi qərara alınmışdır. İnzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərardan görünür ki, ********** saylı inzibati icraat dayandırılmışdır. İnzibati icraatın təzələnməsi haqqında 03 iyun 2025-ci il tarixli qərardaddan görünür ki, ********** nömrəli material əsasında açılmış inzibati icraat işi təzələnmişdir. “İnzibati qaydada tutma haqqında” 02 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs 02 iyun 2025-ci il tarixdə, saat 16:50-də tutulmuşdur. Şəxs polis şöbəsində verdiyi izahatdan görünür ki, 15 fevral 2025-ci il tarixdə saat 11:30 radələrində Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində göy rəngli Mercedes markalı avtomobildən 1 ədəd Samsung markalı telefon götürərək oradan uzaqlaşdığını, həmin telefonu tanımadığı şəxsə 30 manata satdığını, etdiyi əməli etiraf etdiyini, bir daha belə hallara yol verməyəəciyini bildirmişdir. Portaldan çıxarışdan görünür ki, Şəxs dəfələrlə AR İXM-nin müxətlif maddələri ilə (İXM-nin 535.1 və 227) inzibati məsuliyyətə cəlb edilərək barəsində inzibati tənbeh tətbiq edilmiş, həmçinin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-267/2022 saylı hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində ittihamedici hökm çıxarılmışdır. Təqdim olunan videogörüntüdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 11:30 radələrində Yasamal rayonu, D.Bünyadzadə küçəsində “Mercedes” markalı avtomobilə yaxınlaşıb ön qapısını açaraq avtomobilin içərisinə daxil olur və bir neçə saniyə sonra qapısını bağlayaraq həmin ərazidən uzaqlaşır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 13-cü maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. İş üzrə toplanmış sübutlar və məhkəmə baxışında tədqiq olunmuş materiallar əsasında müəyyən olunur ki, Şəxs törətdiyi əməl, yəni avtomobilə daxil olaraq oradan mobil telefonun oğurlanması adi oğurluq halından fərqli olaraq, daha yüksək ictimai təhlükəlilik daşıyır. Belə ki, həmin şəxs hadisə zamanı fiziki müdaxilə ilə avtomobilin qapısını açaraq nəqliyyat vasitəsinin salonuna daxil olmuş, içəridə olan Samsung A2 markalı mobil telefonu qanunsuz olaraq götürüb hadisə yerindən uzaqlaşmışdır. Bu hərəkət sadəcə əşyanın götürülməsi deyil, vətəndaşın şəxsi mülkiyyətinə yönəlmiş, qorunan əraziyə fiziki müdaxilə ilə həyata keçirilmiş planlı və iradəli oğurluq aktıdır. Təqdim olunmuş videogörüntü və şəxsin verdiyi etiraf xarakterli izahatlar bu hüquqazidd hərəkətin qəsdən törədildiyini sübuta yetirir. O, izahatında əməlinin mahiyyətini açıq şəkildə qəbul etmiş, götürdüyü telefonu tanımadığı şəxsə 30 manata satdığını bildirmişdir. Bu hal, şəxsin əməlinin maddi mənfəət məqsədilə və əvvəlcədən niyyətlə həyata keçirildiyini göstərməklə, oğurluğun sadə formada deyil, cəmiyyət üçün təhlükə yaradan şəkildə törədildiyini təsdiqləyir. Avtomobil vətəndaşların gündəlik istifadə etdiyi, çox zaman nəzarətsiz qalan, lakin hüquqi və sosial baxımdan yüksək mühafizə dəyəri olan əmlak növüdür. Ona daxil olaraq əşya oğurlamaq yalnız fərdi ziyana deyil, eyni zamanda vətəndaşların mülkiyyət təhlükəsizliyi hissinə zərbə vurur. Belə hallar cəmiyyətin ümumi hüquq-mühafizə sisteminə inamını azalda, ictimai asayişə təhdid yarada bilər. Bu baxımdan, avtomobilə daxil olunaraq törədilən oğurluq əməli daha yüksək ictimai təhlükə doğuran hüquqazidd hərəkət kimi qiymətləndirilməlidir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı ilə yanaşı, iş materialları əsasında tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmçinin, şəxsin əvvəllər AR İXM-nin 227 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi, eləcə də CM-nin 177.2.4-cü maddəsi ilə məhkum olunması onun hüquqazidd davranışa meyilli olduğunu, tətbiq edilmiş əvvəlki inzibati və cinayət hüquqi təsir tədbirlərinin islah olmasına yetərli təsir göstərmədiyini nümayiş etdirir. Bu hal da şəxsin davranışını daha yüksək ictimai təhlükəli səviyyəyə çıxarır. Məhkəmə qeyd edir ki, göstərilən bu hallar Şəxs şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Şəxs törətdiyi inzibati xətanı törətməsini səmimi etiraf etməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, işin halları, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunmaqla inzibati tənbehin məqsədlərinə nail olunması mümkündür. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Şəxs AR İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinməli, barəsində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, həbsetmənin əvvəli 02 iyun 2025-ci il tarixdən, saat 16:50-dən hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 01 ay 15 gün müddətə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 02 iyun 2025-ci il tarixdən, saat 16:50-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbs olunanların saxlanılma mərkəzinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar