Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3663/2025 03.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi X6, X1 vəkili Vəkil iştirakı ilə, X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı Şəhər İdarəsinin 30 aprel 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı Şəhər İdarəsinin 30 aprel 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsi tərəfindən 18 aprel 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolda qeyd olunmuşdur ki, "X14 Ltd" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının işçisi X5 xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən (işçilərin sayı və ştatları ixtisar edildikdə) xitam verilməsi, lakin qanunvericiliyin tələbləri pozularaq işdən çıxma müavinətinin ödənilməməsi əsasında haqqında İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə inzibati xəta haqqında iş başlanmışdır. 18 aprel 2025-ci il tarixli, MN No ******* saylı inzibati xəta haqqında protokol üzrə inzibati xəta üzrə iş onun iştirakı olmadan araşdırılmış və 30 aprel 2025-ci il tarixində MN ******* saylı qərar qəbul edilmişdir. İnzibati orqan tərəfindən qəbul edilmiş qərarın heç bir hüquqi əsası və ona aidiyyəti yoxdur. Həmin qərar ilə qanunsuz və əsassız olaraq onun barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanmışdır. Belə ki, o, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində "sürücü" vəzifəsində çalışır. Şirkət xidmət müqavilələri əsasında müştərilərinə peşəkar xidmətlər, o cümlədən mühasibatlıq xidmətləri göstərir. "xxxx" MMC-nin müştərilərindən biri də "X14 Ltd" Şirkətinin Azərbaycan Respublikasındakı Filialıdır. "xxxx" MMC yalnız filiala peşəkar mühasibatlıq xidmətləri göstərmək istiqamətində onun göstərişlərini yerinə yetirir. Qeyd edilən xidmətlərin həyata keçirilməsi ilə bağlı "X14 Ltd" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı adından asan imza elektron imza xidmətindən istifadə edilməsi məqsədilə onun adına qısa bir müddət ərzində asan imza nömrəsi (+994 510926) rəsmiləşdirilmişdir. Hazırda həmin asan imza elektron imza xidmətindən istifadədən imtina etmiş və asan imza nömrəsi qüvvədən düşmüşdür. Qanunvericilyə əsasən, hüquqi şəxsin hərəkətlərinə görə onun qanuni təmsilçisi məsuliyyət daşıyır. O, "X14 Ltd" Şirkətinin Azərbaycan Respublikasındakı Filialında nə rəhbər vəzifəli şəxs, nə də həmin şirkətin qanuni təmsilçisi olmuşdur, və heç bir vəzifə tutmamışdır. Şirkətlə heç bir hüquqi bağlılığı yoxdur, onunla əmək müqaviləsi bağlamamış, və ya bankda imza səlahiyyəti olmayıb. Yuxarıda qeyd etdiyi kimi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində əmək müqaviləsi əsasında "sürücü" vəzifəsində çalışır və şirkət "X14 Ltd" Şirkətinin Azərbaycan Respublikasındakı Filialına mühasibatlıq xidməti göstərib. Odur ki, inzibati xəta törədilməsinə aidiyyəti olmadığı və təqsirliliyi sübuta yetirilmədiyi üçün barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata İXM-in 53.2ci maddəsi əsas götürülərək xitam verilməsi barədə qərar qəbul edilməli və məsul şəxslər barəsində inzibati xəta haqqında iş üzr icraat başlanılmalıdır. "X14 Ltd" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Əsanaməsinin 4-cü bəndinə əsasən filialın idarə edilməsini şirkət tərəfindən təyin edilən direktor həyata keçirir. Direktor Filialın bütün fəaliyyətinə görə məsuliyyət daşıyır. Göstərilənlərə əsasən, məhkəmədən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı Şəhər İdarəsinin 30 aprel 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv olunaraq başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında X4 vəkili Vəkil şikayəti müdafiə edərək bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi X11 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində "sürücü" vəzifəsində çalışır. Həmin cəmiyyət müxtəlif hüquqi və fiziki şəxslərlə bağlanmış xidmət müqavilələri əsasında mühasibatlıq da daxil olmaqla peşəkar xidmətlər göstərməkdədir. Həmin müştərilərindən biri də "X14 Ltd" Şirkətinin Azərbaycan Respublikasındakı Filialıdır. Qeyd edilən xidmətlərin həyata keçirilməsi ilə bağlı bu filialla bağlanmış müqavilənin icrası çərçivəsində müəyyən texniki zərurətdən irəli gələrək “Asan İmza” elektron imza vasitəsilə bəzi əməliyyatların aparılması üçün Elvin Qasımovun adına müvəqqəti qaydada və yalnız texniki məqsədlə “Asan İmza” nömrəsi (+994510926…) rəsmiləşdirilmişdir. Bu hal isə onun həmin filialda məsul vəzifəli şəxs statusuna malik olduğunu göstərmir və belə bir statusun mövcudluğunu sübut etmir. Sözügedən inzibati xəta haqqında protokol şirkətin həmin işlə məsul vəzifəli şəxsi barəsində tərtib olunmalıdır. Odur ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı Şəhər İdarəsinin 30 aprel 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv olunaraq başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X13 izahatında bildirmişdir ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müvafiq əmr elektron sistem üzərindən X4 adına olan “Asan İmza” vasitəsilə rəsmiləşdirilərək imzalanmışdır. Bu səbəbdən, həmin inzibati xətanın hüquqi məsuliyyəti Elvin Qasımovun üzərinə yönəldilmiş və inzibati xəta haqqında protokol onun barəsində tərtib edilmişdir. Odur ki, şikayətin əsassız olunaraq təmin edilməməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında qərar qəbul olunmuş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə barəsində inzibati xəta haqqında qərar qəbul olunmuş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət qismən təmin olunmalıdır. İş materiallarında olan: 18 aprel 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X11 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt vətəndaşın təqdim etdiyi əmək haqqı bank hesabından çıxarış ilə təsdiq edilir. 30 aprel 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X3 əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (işçilərin sayı və ştatları ixtisar edildikdə) əsasən xitam verilmiş, lakin qanunvericiliyin tələbləri pozularaq işdən çıxana müavinəti ödənilməmişdir. 4DKUKXF0000108 nömrəli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X11 ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2015-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. 15 aprel 2025-ci il tarixli, 2.01 reviziya nömrəli Telekommunikasiya xidmətləri ilə əlaqədar X10 Asan İmza xidmətinə qoşulma/imtina formasından görünür ki, X11 müvafiq abunə müqaviləsinə əsasən istifadəsində olan +994-51-281-09-26 telefon nömrəsində Asan İmza xidmətinin ləğv edilməsi ilə bağlı müraciət etmişdir. Sənəd təmsilçi Leyla Quliyeva adından qəbul edilmişdir. “Əmək müqaviləsinə xitam verilməsi barədə” 04 dekabr 2024-cü il tarixli, 12/3 nömrəli əmrdən görünür ki, "X14 Ltd" bölməsində “Dəniz üzrə müfəttiş” vəzifəsində işləyən X8 ilə bağlanmış 14CXKMK000100 nömrəli əmək müqaviləsinə “AR ƏM-nin 70.”b” – işçilərin sayı və ya ştatları ixtisar edildikdə” maddəsinə əsasən xx.xx.2024-cü il tarixindən xitam verilmişdir. Həmin əmr elektron sistem üzərindən X4 adına olan “Asan İmza” vasitəsilə rəsmiləşdirilərək imzalanmışdır. Beləliklə, məhkəmə hesab edir ki, inzibati orqan tərəfindən məsələ ilə bağlı mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların tam araşdırması aparılmamış və formal mülahizələrə əsaslanmışdırlar. Belə ki, iş materiallarından görünür ki, X11 "xxxx" MMC-də əmək müqaviləsi ilə işləyir. İnzibati orqan E.Qasımovun "X14 Ltd" şirkətində işləməsi barədə heç bir rəsmi məlumat təqdim etməmişdir. Belə olan halda, X3 əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin tam ödənilməməsində X4 təqsirinin olub-olmaması araşdırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmçinin, iş materiallarından və tərəfin məhkəmə iclasında verdiyi izahatdan müəyyən edilmişdir ki, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X4 iştirakı olmadan baxılaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X7 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.1-ci maddəsinə əsasən hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər idarəsinin 30 aprel 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərar ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İXM-nin tələblərinə əməl edilməklə yenidən baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər idarəsinə göndərilməlidir. Çünki İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X11 tərəfindən verilmiş şikayəti qismən təmin olunsun. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı Şəhər İdarəsinin 30 aprel 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər idarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rauf Daşdərmirov
Məhkəmə qərarları › İş №3(004)-3663/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3663/2025
03.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver