Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3673/2025 20.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X3, X1 iştirakları ilə, X1 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin 27 may 2025-ci il tarixli AYN seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin 27 may 2025-ci il tarixli AYN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdı ki, 27 may 2025-ci il tarixdə, saat 10:42-də ona İXM-nin 346-1.4-cü maddəsinə əsasən haqsız yazılmış cərimənin ləğv edilməsi barədə qərar qəbul edilməlidir. Çünki o, həmin ərazidə park etdiyi zaman məcburi olaraq mövcud olan iki avtomobilin ortasında park etmişdir. Bir həkim-cərrah olaraq əməliyyata gecikdiyi üçün digər detalları nəzərdən qaçırmışdır. Parklanma zamanını aktiv etmişdir. Orada AYNA əməkdaşının olmasına baxmayaraq, boş olan ərazinin parklanma üçün yararsız olduğunu bilərəkdən bu hala göz yummuşdur. Bir neçə dəqiqələr sonra avtomobilinə dair o və ilkin səhv park edən digər avtomobillər də cərimələnmişdir. AYNA əməkdaşı qərəzli olaraq öz vəzifə öhdəliklərini yerinə yetirməyərək humanis davranmamışdır. Göstərilənlərə əsasən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin tərtib etdiyi 27 may 2025-ci il tarixli AYN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və başlanmış icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X5 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin 27 may 2025-ci il tarixli AYN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və başlanmış icraata xitam verilməsini xahiş etmişdir Məhkəmə iclasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X6 şikayətin əsassız hesab edilərək təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan: Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin 27 may 2025-ci il tarixli AYN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış fiziki şəxs X5 27 may 2025-ci il tarixdə saat 10:42-də Bakı şəhəri, Yasamal rayonu, H.Hüseynov küçəsi ərazisində “Chevrolet Equinox MİNİK” markalı, **-RL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə digər üsullarla nəqliyyat vasitələrinin sərbəst parklanmasına maneələr yaradılmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, 20 (iyirmi) manat miqdarında cərimə edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin əməkdaşı tərəfindən A24 nömrəli kamera vasitəsilə çəkilmiş fotogörüntüdən müəyyən olunmuşdur ki, X5 “Chevrolet Equinox MİNİK” markalı, **-RL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə 27 may 2025-ci il tarixdə saat 10:42:46-da Bakı şəhəri, Yasamal rayonu, H.Hüseynov küçəsi ərazisində yerləşən 11151 saylı parklanma məntəqəsində digər nəqliyyat vasitələrinin sərbəst parklanmasına maneə yaratmışdır. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.4-cü maddəsinə əsasən parklanma yerlərində icazə verilmiş maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinin parklanmasına, habelə parklanma yerlərinin rezervasiya edilməsi və ya digər üsullarla nəqliyyat vasitələrinin sərbəst parklanmasına maneələr yaradılmasına görə - iyirmi manat məbləğində cərimə edilir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Odur ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin 27 may 2025-ci il tarixli AYN seriyalı ******* nömrəli il tarixli inzibati xəta haqqında qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-3673/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3673/2025
20.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver