Məhkəmə qərarları › İş №3(004)-368/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-368/2025

05.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-368/2025 05.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X9 iclas katibliyi ilə, Müdafiəçi: Vəkil, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, X1 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X11 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən MN ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə protokol əsasında qəbul edilmiş MN ******* saylı, xx.xx.2024cü il tarixli qərardan şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, X17 “X4” MMC-nin (VÖEN: **********) hazırda qanuni təmsilçisi və direktorudur. DƏMX-nin Bakı Şəhər İdarəsi tərəfindən X8 ilə əmək müqaviləsi bağlanmadan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında işlərin yerinə yetirilməsinə cəlb edilməsi iddiası, X5 ilə isə xx.xx.2023-cü il tarixində işə başlamasına baxmayaraq, xx.xx.2024-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi iddiası ilə bağlı inzibati xəta haqqında protokol və İnzibati tənbeh vermə haqqında Qərar tərtib edilmişdir. X2 ƏMAS (əmək və məşğulluq altsistemi) sistemindən çıxarılmışdan sonra əmək müqaviləsi bildirişindən də aydın göründüyü kimi "xxxx" Firması ilə əmək müqaviləsi bağlanmışdır və “X4” MMC ilə "xxxx" Firması arasında bağlanmış Xidmət Müqaviləsinə uyğun olaraq texniki avadanlıqlara baxış həyata keçirmək üçün təhkim olunmuşdur. Həmçinin Qarabağ və Şərqi Zəngəzur rayonlarına giriş informasiya sistemindən işğaldan azad olunmuş ərazilərdə işləmək üçün iş icazəsinin alınması zamanı təqdim olunmuş excel cədvəldə VÖEN məlumatlarının yanlış doldurulması səbəbindən “X4” MMC-nin işçisi kimi qeydiyyatdan keçirilmişdir. "xxxx" Firması ilə “X4” MMC arasındakı Xidmət Müqaviləsi mövcuddur və məhkəməyə təqdim olunacaqdır. Digər şəxsə - X6 isə əmək müqaviləsi bağlandığı tarixdən, yəni xx.xx.2024-cü il tarixindən etibarən əmək fəaliyyəti ilə məşğul olmağa başlamışdır. Bununla bağlı vətəndaşın işə qəbul ərizəsi mövcuddur və məhkəməyə təqdim olunacaqdır. Vətəndaş bununla bağlı şahid qismində dindirilə bilər. İşə başlama tarixinin xx.xx.2023-cü il tarixi qeyd edilməsi texniki səhv və diqqətsizliyin baş verməsindən qaynaqlanır. Buna baxmayaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X11 Xidmətinin Bakı Şəhər İdarəsinin (bundan sonra - “İdarə”) qəbul etdiyi 11 sentyabr 2024-cü il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarına əsasən, X17 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə vəzifəli şəxs olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə müvafiq olaraq, 3 000 (üç min) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X11 Xidmətinin Bakı Şəhər İdarəsinin 11 sentyabr 2024-cü il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarını ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət vermiş şəxsin müdafiəçisi Vəkil bildirdi ki, araşdırma qanuni aparılmamış, tərəf olaraq onlar dəvət olunmayıb. Məmmədov Cahid adlı işçinin “Fərid inşaat” şirkəti ilə xidmət müqaviləsi olmuşdur və iş materiallarında olan məktubla təsdiq edilior ki, o, onların şirkəti ilə əmək münasibətində olmamış, sadəcə müəyyət işlərin görülməsi üçün təhkim olunmuşdur. Digər şəxs Məmmədalı Nəzərova gəldikdə isə, onunla əvvəllər əmək müqaviləsi olmuş, sonra isə şəxsin özünün arzusu ilə həmin müqavilə xidmət müqaviləsi ilə əvəzlənmişdir. Həmçinin hüquqi şəxsin 20 min manat cərimələnib tənbeh olunması barədə məlumatları var. Ona görə də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X11 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən MN ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə protokol əsasında qəbul edilmiş MN ******* saylı, xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsi Nümayəndə2 şikayət ərizəsində göstərilənlərlə razılaşmayaraq qərarın tam qanuni və əsaslı olduğunu bildirərək, şikayətin təmin edilməməsini xahiş etdi. Belə ki, hüquqi şəxsin məsuliyyətə cəlb edilməsi üçün vəzifəli şəxsin əməlinə qiymət verilməlidir. Artıq Apellyasiya Məhkəməsi əmələ qiymət verib və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə əmək müqaviləsi bağlanmadan işçinin işlədilməsi öz təsdiqini artıq tapır. Həmin qərarın hazırki işdə preyudisial əhəmiyyəti var. Məhkəmə iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. İlk əvvəl məhkəmə qeyd edir ki, qərardan şikayətvermə müddəti ötürülməmişdir. Müddətin ötürülməsi təsdiq edilmir. Ona görə də şikayətə baxılmalıdır. İş materiallarına əlavə edilmiş barəsində şikayət verilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X11 Xidmətinin Bakı Şəhər İdarəsinin MN ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında qərarına əsasən X13 “X4” MMC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirdiyi üçün həmin hüquqi şəxsin direktoru X13 İXM-in 192.1-ci maddəsi ilə təqsirli bilinib 3000 manat cərimə edilmişdir. Qərar MN ******* saylı, xx.xx.2024-cü il tarixli protokol əsasında qəbul edilmişdir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, vəzifəli şəxs kimi X13 barəsində qəbul edilmiş qərar üzrə inzibati xəta hadisəsinin mövcudluğu artıq təsdiq edilmişdir, həmin xətaya görə həmin şəxs də inzibati məsuliyyət daşıyır. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-6638/2024 saylı, 26 dekabr 2024-cü il tarixli qərarına əsasən “X4” MMC İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək, 20000 manat (iyirmi min manat) məbləğində inzibati cərimə edilmişdir. Həmin qərara əsasən də X10 “X4” MMC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xx.xx.2024-cü il tarixdən, X5 isə 22 iyul 2024-cü il tarixdən hazırki vaxtadək işlərin yerinə yetirdiyinə cəlb edildiyi üçün inzibati tənbeh edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apelyasiya Məhkəməsinin 3(103)-156/2025 saylı, 27 yanvar 2025-ci il tarixli qərarına əsasən apellyasiya şikayəti təmin edilmədən, qərar isə dəyişdirilmədən saxlanılmışdır. Bununla da artıq barəsində şikayət verilmiş qərarda göstərilən inzibati xəta hadisəsinin mövcudluğu və törədilməsi təsdiq edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X11 Xidmətinin Bakı Şəhər İdarəsinin MN ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə protokol əsasında qəbul edilmiş MN ******* saylı, xx.xx.2024-cü il tarixli qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar