Məhkəmə qərarları › İş №3(004)-3688/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3688/2024

08.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3688/2024 08.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 iştirakı ilə, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN: **********) Barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 491.1 və 496.1-ci maddələri ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş 00800-00390/24 nömrəli 20 iyun 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş xx.xx.2024-cü il tarixli 3-33-3100/021/010692 və 3-33-3100/021/010692 nömrəli raportun icrası ilə bağlı bildirirəm ki, Şəxs MMC-nin ünvanına Çində yerləşən “X4 co LTD” şirkəti tərəfindən göndərilmiş yüklər 29.11,2023-cü il tarixli **********5422 və **********5369 nömrəli gömrük bəyannamələri ilə xx.xx.2024-cü il tarixədək müvəqqəti saxlanca götürülmüşdür. Lakin, müddətin bitməsinə baxmayaraq, mallar həmin şirkət tərəfindən müvafiq gömrük proseduru altında yerləşdirilməmişdir. Qeyd olunan müvəqqəti saxlancda olan yükə şirkətin ünvan 1 ünvanında yerləşən anbarında xx.xx.2024-cü il tarixdə Şəxs MMC-nin mühasibi X2 iştirakı ilə Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 92.2.6-cı maddəsinə əsasən gömrük baxışı keçirilmiş, mallar barəsində qanunsuz əməliyyatların aparılması, onların vəziyyətinin dəyişdirilməsi, onlardan istifadə olunması və onlar üzərində sərəncam verilməsi müəyyən olunmuş, bundan sonra Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 99-cu maddəsinə əsasən gömrük baxışının keçirilməsi haqqında protokol tərtib olunmuşdur. Bundan sonra şirkətin nümayəndəsi X5 ilə ********** mobil nömrəsi ilə əlaqə saxlanılmış izahat verməsi üçün dəvət olunmuş, Baş İdarəyə gələrək izahat verən Məmmədov Səbuhi bildirmişdir ki, xx.xx.2023-cü il tarixli **********5422 və **********5369 nömrəli gömrük bəyannamələri ilə müvəqqəti saxlanca götürülən “şəkər vəşirinləşdirici maddələr, hazır souzlar” adlı yüklərə dair X1 sertifikat alına bilmədiyi üçün hələ də rəsmiləşdirilməyib, eyni zamanda fəaliyyət göstərən iaşə obyektlərində tələbat olduğu üçün gömrük rəsmiləşdirilməsi başa çatmamış mallardan istifadə olunduğunu bildirmişdir. Beləliklə, 29.11,2023-cü il tarixli **********5422 nömrəli gömrük bəyannaməsi üzrə ümumi gömrük dəyəri 1606,23 manat və xx.xx.2023-cü il tarixli **********5369 nömrəli gömrük bəyannaməsi üzrə isə ümumi gömrük dəyəri 7465,07 manat olmaqla, ümumilikdə müvəqqəti saxlancda yerləşdirilmiş 9071,30 manat dəyərində mallardan istifadə olunmuşdur. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.1 və 496.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsi X6 protokolun məzmununa uyğun izahat verərək Şəxs MMC-nin müvafiq maddənin sanksiya həddində inzibti cərimə edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X5 inzibati xəta haqqında protokola etiraz etməyərək cəmiyyət barəsində aşağı həddə inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixdə **********5369 nömrəli və xx.xx.2023-cü il tarixdə **********5422 nömrəli gömrük bəyannamələrindən görünür ki, Şəxs MMC tərəfindən 9071,30 manat dəyərində mallar idxal edilmişdir. Rəsmiləşdirmə Mərkəzi 2-ci şöbəsinin rəisi Cavid Dadaşov tərəfindən tərtib edilmiş 14 iyun 2024-cü il tarixli raportlardan görünür ki, Şəxs MMC-yə məxsus xx.xx.2023-cü il tarixli **********5369 və **********5422 sorğu nömrəli gömrük bəyannamələri üzrə müvəqqəti saxlanca götürülmüş yüklərə gömrük baxışı zamanı malların müvəqqəti saxlanc anbarında olmadığı, istifadə olunduğu və gömrük nəzarəti və rəsmiləşdirilməsinin nəticələrini əks etdirmək üçün mallara gömrük orqanları tərəfindən vurulan təminat vasitələrinin yararsız hala salındığı aşkarlanmışdır. Gömrük baxışının keçirilməsinə dair xx.xx.2024- cü il tarixli protokol tərtib olunmuşdur. Rəsmiləşdirmə Mərkəzi 2-ci şöbəsinin rəisi Cavid Dadaşov tərəfindən tərtib edilmiş 07 may 2024-cü il tarixli raportlardan görünür ki, Şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə **********5369 sorğu nömrəli gömrük bəyannaməsi ilə (ümumi gömrük dəyəri 7465.07 AZN, netto çəki 480 kq) yük müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda yerləşdirilmişdir. Yükün müvəqqəti saxlanc müddəti xx.xx.2024-cü il tarixdə bitməsinə baxmayaraq 229 nömrəli Nazirlər Kabinetinin qərarının 3.2 və 3.3-cü bəndlərinin tələbləri pozularaq digər gömrük prosedurunda rəsmiləşdirilməmişdir. Şəxs tərəfindən xx.xx.2023cü il tarixdə **********5422 sorğu nömrəli gömrük bəyannaməsi ilə (ümumi gömrük dəyəri 1606.23 AZN, netto çəki 107 kq) yük müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda yerləşdirilmişdir. Yükün müvəqqəti saxlanc müddəti xx.xx.2024-cü il tarixdə bitməsinə baxmayaraq 229 nömrəli Nazirlər Kabinetinin qərarının 3.2 və 3.3-cü bəndlərinin tələbləri pozularaq digər gömrük prosedurunda rəsmiləşdirilməmişdir. 10 iyun 2024-cü il tarixli gömrük baxışının keçirilməsi haqqında protokoldan görünür ki, Şəxs MMC müvəqqəti saxlanc ambarında olan malların yerində olmadığı müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.1 və 496.1ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İXM-in 491.1-ci maddəsinə əsasən Bu Məcəllənin 491.2-ci və 491.3-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, gömrük nəzarəti altında olan mallar və ya nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsinə görə - inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 496.1-ci maddəsinə əsasən Malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə - fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 124.1-ci maddəsinə əsasən Malların dərhal digər xüsusi gömrük proseduru altında və ya sərbəst zonada yerləşdirildiyi hallar istisna olmaqla, gömrük orqanlarına təqdim edilmiş xarici mallar bu Məcəllənin 178-ci maddəsinə uyğun olaraq müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş hesab edilir. Həmin Məcəllənin 179.1-ci maddəsinə əsasən malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti onların və istifadə olunan nəqliyyat vasitəsinin xüsusiyyətləri nəzərə alınmaqla, gömrük bəyannaməsinin təqdim olunması üçün lazım olan vaxt nəzərə alınmaqla gömrük orqanı tərəfindən müəyyən edilir. Prosedur sahibinin əsaslandırılmış müraciəti olduqda, gömrük orqanı həmin müddəti bu Məcəllənin 179.2-ci maddəsinin göstərilən müddət çərçivəsində uzadır. 179.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən ayrı-ayrı malların xassələrindən və xüsusiyyətlərindən asılı olaraq daha qısa müddət müəyyən edildiyi hallar istisna olmaqla, malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti 4 (dörd) aydan çox olmamalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC barəsində İXM-in 491.1 və 496.1-ci maddələri ilə təqsirli bilinərək ona həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1 və 496.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən barəsində inzibati xətanın obyekti olmuş 9071.30 (doqquz min yetmiş bir manat otuz qəpik) AZN məbləğində vəsaitin 30 (otuz) faizi həddində, yəni 2721.39 (iki min yeddi yüz iyirmi bir manat otuz doqquz qəpik) AZN məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar