Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-369/2021 12.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X3 iclas katibliyi ilə, X10 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X13 onun barəsində İXM-nin 192.1-ci maddəsi ilə qəbul edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsinin qəbul etdiyi MN ******* saylı, xx.xx.2021-ci il tarixli qərarından şikayət verərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X7 qəbul etdiyi MN ******* saylı xx.xx.2021-ci il tarixli qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətində və şikayətçinin müdafiəçisi, vəkil X2 xx.xx.2021-ci il tarixli məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, şikayətə əlavə olunmuş və iş materiallarında olan **********.2602 saylı, xx.xx.2020-ci il tarixli müraciət vərəqəsindən görünür ki, X1 orqana zəng edərək xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinə qədər şirkətdaxili əvəzçilik müqaviləsi əsasında “xxxx” MMC-də işə başlayıb, xx.xx.2020-ci il tarixində əmək müqaviləsini imzayaraq işləməyə başlamış, lakin müqavilə ƏMBEİS-ə xx.xx.2020-ci il tarixində əlavə olunmuş, xx.xx.2020ci il tarixində öz istəyi ilə işdən çıxması ilə əlaqədar müraciət etməyinə baxmayaraq müqaviləyə ƏMBEİS-də xitam verilməyib. Şikayətə əlavə olunmuş və iş materiallarında olan X4 xx.xx.2020-ci il tarixli izahatında qeyd olunur ki, xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinə qədər şirkətdaxili əvəzçilik müqaviləsi əsasında “xxxx” MMC-də işə başlamış, xx.xx.2020-ci il tarixində əmək müqaviləsinə imza çəkərək işləməyə başlamış, lakin əmək müqaviləsi ƏMBEİS-ə xx.xx.2020-ci il tarixində əlavə olunub. Şikayətə əlavə olunmuş və iş materiallarında olan mənası aydın olmayan “Whatsapp” sosial şəbəkəsi vasitəsinə naməlum şəxs ilə aparılmış yazışmanın məzmunundan görünür ki, guya “Nəzrin Gənclik” adı ilə iştirak edən şəxsiyyəti dəqiqləşdirilməmiş bir adam “He ele edirler onlar” kimi anlaşılmaz sözlər yazmışdır. Eyni zamanda belə Whatsapp yazışmalarının birindən də görünür ki, xx xxxxxxxx 2020-ci il tarixində “MG Əməliyyat” adlanan yazışma qrupu yaradılmış, lakin oradan xx.xx.2020-ci il tarixindən etibarən müxtəlif şəxslər yazışma aparmış, yazışmaların arasında “Sabahınız xeyir uşaqlar qizlarım hamıda sistem işləyir” kimi sözlər yazılmışdır. Aşağıdakılara əsasən hesab edir ki, qərar ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 106.0.6-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılması məsələsini həll edir. Şikayətə əlavə olunmuş səlahiyyətli orqanın xx xxxxxx 2020-ci il tarixli **********0 saylı müraciətinin məzmunundan görünür ki, xx.xx.2020-ci il tarixli MN0688068 saylı protokola əsasən inzibati xəta haqqında işə baxılması xx.xx.2021-ci il tarixinə saat 15:00-a təyin olunmuşdur. Həmin müraciətin göndərildiyi zərfdən görünür ki, məktub SS680072685AZ saylı poçt göndərişi nömrəsi ilə qeydə alınmışdır. Şikayətə əlavə olunmuş “xxxx” MMC-nin internet saytının “Poçt göndərişlərinin izlənilməsi” səhifəsindən çıxarışdan görünür ki, məktub xx.xx.2021-ci il tarixində “xxxx” MMC-yə çatdırılmışdır. Beləliklə, inzibati xəta haqqında işə baxılan zaman Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106.0.6-cı maddəsinin tələbləri pozulmuş, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs “xxxx” MMC işə baxılmasının yeri və vaxtı barədə məlumatlandırılmamışdır. İşin bu halı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması üçün əsaslardan biridir. Bununla yanaşı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin baş verməsi, inzibati xəta törətməkdə şəxsin təqsiri sübut olunmalı hallardandır. Həmin Məcəllənin 192.1-ci maddəsində isə qanunverici “əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi” əməlini inzibati xəta olduğunu qeyd etmişdir. Buna baxmayaraq səlahiyyətli orqan kifayət qədər sübutların olmadığına baxmayaraq şəxsiyyəti, işə aidiyyəti, şəxsi mövqeyi aydın olmayan adamların “Whatsapp” yazışmaları əsasında onları lazımi qaydada işə cəlb etmədən, dinləmədən inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Onlar isə əminliklə bildirirlər ki, inzibati xəta hadisəsi mövcud olmayıb və buna görə də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsi X8 xx.xx.2021-ci il tarixli məhkəmə iclasında bildirdi ki şikayət əsassızdır. Belə ki, X4 şikayəti araşdırılarkən müəyyən edilmişdir ki, onunla əmək müqaviləsi bağlanmadan və hüquqi qüvvəyə minmədən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək “xxxx” MMC-də müvafiq işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Bu səbəbdən də həm “xxxx” MMC barəsində protokol tərtib edilib məhkəməyə göndərilmiş, həm də həmin MMC-nin rəhbəri X13 barəsində protokol tərtib edilmiş və inzibati tənbeh qərarı çıxarılmışdır. Protokol tərtib edilməzdən əvvəl və qərar qəbul edilməzdən əvvəl məhz X10 özü səlahiyyətli orqana dəvət edilməsə də, o MMC-nin rəhbəri olduğu üçün bu barədə yazışmalar “xxxx” MMC-yə göndərilmişdir, həmçinin yazışmaların bir nüsxəsi MMC-nin nümayəndəsi Süleyman adlı şəxsə verilmişdir. Bununla belə Əhəd Əsgərovun özü barədə məktub Süleyman adlı şəxsə verilsə də o həmin məktubu götürməkdən imtina etmiş, səbəbini isə belə izah etmişdir ki, o MMc-nin nümayəndəsidir, Əhəd Əsgərovun özünə ünvanlanan məktubu götürməyə ixtiyarı yoxdur. Həmçinin Ə.Əsgərov barədə MN0688068 saylı inzibati protokol əsasında işə baxılmasının xx.xx.2021-ci il tarixə təyin edilməsi barədə xx.xx.2020-ci il tarixli məktub da “xxxx” MMC-nin Nəsimi rayonu N.Yusifbəyli küçəsi 42C ünvanına göndərilmiş, həmin məktub xx.xx.2020-ci il tarixdə poçt xidmətinə təhvil verilsə də, həmin məktubun xx.xx.2021-ci il tarixdən sonra xx.xx.2021-ci il tarixdə “xxxx” MMC-yə çatdırılmasında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsinin heç bir təqsiri yoxdur. Bu səbəbdən də şikayəti rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid kimi dindirilmiş X6 bildirdi ki, onunla əmək müqaviləsi bağlanmadan və hüquqi qüvvəyə minmədən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək “xxxx” MMC-də müvafiq işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. şikayətindən sonra xx.xx.2020-ci il tarixdə onunla əmək müqaviləsi bağlanmışdır. Sonradan işdən öz ərizəsinə əsasən çıxmışdır. Bununla belə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət üçün əmək haqqısı ödənilməmişdir. Buna görə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə şikayət etmişdir. Məhkəmə izahatı dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayətin qərarın ləğv edilməsi hissəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsinin MN ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən vətəndaş X5 “xxxx” MMC-də Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək müvafiq işlərin yerinə yetirilməsinə cəlb edildiyindən, ona görə də “xxxx” MMC-nin rəhbəri X13 İXM-in 192.1-ci maddəsi ilə təqsirli bilinib 4000 manat cərimə edilmişdir. Həmin qərar MN ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmişdir. İş materiallarında olan Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli məktub “xxxx” MMC-nin Nəsimi rayonu N.Yusifbəyli küçəsi 42C ünvanına göndərilmiş, həmin məktubda göstərilmişdir ki, MN ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokol əsasında işə baxılması xx.xx.2021-ci il tarixə təyin edilmişdir. Məktub ad, soyad, ata adı göstərilmədən ümumi sözlərlə “xxxx” MMC-nin rəhbərliyinə ünvanlanmışdır. Rəhbərin adı və soyadı göstərilməmişdir. Səlahiyyətli nümayəndə həmin tarixdə iştirak üçün dəvət edilmişdir. Həmin məktubun qeyd edilən ünvana göndərilməsinə dair sifarişli poçt göndərişinin üzərində SS680072685AZ saylı ştrix kod qeyd edilmişdir. Həmin ştrix kodlu poçt göndərişinin çatdırılıb - çatdırılmaması www.azerpost.az internet saydındakı “Poçt göndərişinin izlənməsi”nə dair bölmədən yoxlanılarkən, müəyyən edilir ki, həmin poçt göndərişi ünvana çatdırılmayıb, çatdırılması mümkün olmadığı üçün göndəriş xx.xx.2020-ci il tarixdə poçt xidmətinə təhfil verilmiş, lakin poçt göndərişi alıcıya xx.xx.2021-ci il tarixdə çatdırılmışdır. Bununla da müəyyən edilir ki, vəzifəli şəxs barəsindəki inzibati xəta haqqında işə baxılarkən, işin baxılmasında şəxs vaxtında məlumatlandırılmamış, işə baxılmasında iştirakı barədə həmin bildiriş, tənbeh qərarı çıxarıldıqdan sonra ünvana çatdırılmışdır. Beləliklə də barəsidə inzibati tənbeh tətbiq edilmiş şəxsin həmin işdə iştirakı təmin edilməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, İnzibati Xətalar Məcəlləsində ümumiyyətlə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya vəzifəli şəxsin nümayəndəsi anlayışı yoxdur. Həmin şəxslərin müdafiəçisi ola bilər. Müdafiəçi isə vəkildir. İXM-nin 16.1-ci maddəsinə əsasən inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. İXM-in 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İXM-nin 17-ci maddəsinin qeydində hansı fiziki şəxslərin vəzifəli şəxs hesab edilməsi müəyyən edilmişdir. İXM-nin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Bununla da fiziki şəxs, vəzifəli şəxs və hüquqi şəxslər bir birindən fərqləndirilmişdir. İXM-nin 65.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərmək üçün inzibati xəta haqqında iş üzrə icraatda müdafiəçi iştirak edə bilər. İXM-nin 64-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs hüquqi şəxs olduqda, yalnız belə halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs hüquqi şəxsin nümayəndəsi işdə iştirak edə bilər. İXM-nin 65.6-cı maddəsinə əsasən vəkilin səlahiyyəti vəkil qurumları tərəfindən verilən orderlə təsdiq edilir. Nümayəndənin səlahiyyəti Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada verilən etibarnamə ilə təsdiq edilir. Belə bir vəziyyətdə mütləq iş üzrə vəzifəli şəxs kimi tənbeh edilmiş Əhəd Əsgərov hüquqi şəxs olmadığı üçün, onun nümayəndəsi yox, məhz özü inzibati xəta haqqında protokol tərtib edilməzdən əvvəl səlahiyyətli orqana dəvət edilməlidir. Bununla da barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə onun barəsində inzibati xəta haqqında iş üzrə icraatın aparılması barədə vaxtında məlumat verilməmiş, işdə iştirakı təmin edilməmişdir. Həmçinin onun özü və ya müdafiəçisi müdafiəçisi dəvət olunaraq hüquq və vəzifələri barədə məlumat almaq, izahat vermək, protokolun məzmunu barədə, o cümlədən inzibati xətanın törədilməsinin səbəbləri barədə mülahizələrini təqdim etmək imkanı verilməmişdir. Halbuki, İXM-nin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. İXM-nin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. İXM-nin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. İXM-nin 100.2, 100.3, 100.4-cü maddələrindəki hüquqları fiziki şəxsə və vəzifəli şəxsə münasibətdə, yalnız həmin fiziki və vəzifəli şəxsin özü həyata keçirə bilər. Hüquqi şəxsə münasibətdə isə, həmin hüquqi şəxsin nümayəndəsi həyata keçirə bilər. Yuxarıdakılara əsasən barəsidə inzibati tənbeh tətbiq edilmiş şəxsin həmin işdə iştirakı təmin edilmədən, İXM ilə müəyyən edilmiş yuxarıdakı prosessual pozuntular törədilməklə barəsində inzibati tənbeh qərarı qəbul edilmişdir. Qeyd edilən həmin prosessual pozuntular işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə olduğundan, son nəticədə qanuni və əsaslı olmayan qərarın qəbul edilməsinə gətirib çıxartmışdır. İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-in 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2-ci maddəyə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.5-ci maddəyə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6-cı maddəsinə əsasən İXM-lə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən çıxarılan qərarlar siyahısında İXM-in 134.1.4-ci maddəsinə əsasən həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; İXM-in 134.1.5ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati işə baxılarkən İXM-lə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması müəyyən edildiyindən, qərar ləğv edilməli, İXM-in tələblərinə əməl edilməsi, inzibati xəta törətmiş şəxsin müəyyən edilməsi, nəticəsindən asılı olaraq inzibati xəta haqqında işə baxıb qərar qəbul edilməsi və ya aidiyyəti üzrə göndərilməsi üçün iş səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Həmçinin şikayətin inzibati xətanın törədilib-törədilməməsi məsələsi isə həmin işə səlahiyyətli orqanda baxılarkən, həmin səlahiyyətli orqanın araşdırmaq səlahiyyəti olduğundan, məhkəmə şikayətin bu hissəsinin təmin edilməməsi qənaətinə gəlir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X13 onun barəsində İXM-nin 192.1-ci maddəsi ilə qəbul edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsinin MN ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin. Həmin inzibati xəta haqqında işə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsində yenidən baxılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-369/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-369/2021
12.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver