Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3692/2024 26.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X2 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X7” X14 nümayəndəsi X3, Şəxs direktoru X4 iştirakları ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə 05 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən 05 iyul 2024-cü il tarixdə saat 16:00-da ünvan 1 ünvanda yerləşən Şəxs MMC-yə məxsus tibb müəssisəsində keçirilən plandankənar yoxlama zamanı lisenziyadan kənar “kosmetoloji” iş və fəaliyyət aşkarlanmışdır. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X7” X14 nümayəndəsi X8 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək ünvan 1 ünvanda yerləşən Şəxs MMC-yə məxsus tibb müəssisəsində keçirilən plandankənar yoxlama zamanı lisenziyadan kənar “kosmetoloji” iş və fəaliyyətin aşkar edildiyini qeyd edərək Şəxs MMC barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs direktoru X9 izahatında göstərmişdir ki, klinikada kosmetoloji fəaliyyətin göstərilmədiyini, lisenziyalarının olduğunu bildirərək ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 04 və 05 iyul 2024-cü il tarixli, 408 nömrəli “Özəl tibb müəssisənin plandankənar (növbədənkənar) yoxlama” aktından görünür ki, ünvan 1 ünvanda yerləşən Şəxs MMC-yə məxsus klinikada plandankənar yoxlama zamanı lisenziyadan kənar “kosmetoloji” iş və fəaliyyət aşkarlanmışdır. Həmin aktda göstərilmişdir ki, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərində ünvan 1 ünvanda yerləşən Şəxs MMC-yə məxsus Şəxs tibb müəssisəsində (özəl) vətəndaş şikayəti əsasında plandankənar (növbədənkənar) yoxlama keçirilmişdir. Yoxlama zamanı müəssisəyə baxış keçirilən zamanı təyinatsız bir neçə otağa rast gəlindi. X5 iştirakı ilə təqdim edilən həmin təyinatsız otaqda xalq təbabəti ilə məşğul olduqlarını bildirdi. Yaşar adlı həkimin də xalq təbabəti üsulu ilə pasiyentləri müalicə etdiyini vurğuladı. Klinikanın təyinatsız otağının yanında kosmetoloji tibbi fəaliyyət üzrə digər prosedur otaqlarına da rast gəlindi. Otaqlardan biri açıq, digərləri isə istifadəçilər tərəfindən bağlı olduğu bildirildi. Klinikanın ön giriş qapısında da kosmetoloji tibbi xidmətlərə dair reklam lövhəsi də vurulmuşdur. Təqdim edilən işçi siyahısının rəsmi sənədinə əsasən müəssisədə direktor və menecer vəzifəli şəxslərdən başqa şəxsin adı qeyd edilmir. Lakin yoxlama müddətində klinikaya daxil olması, kosmetoloji prosedurlardan keçmələri müşahidə edilmişdir. Tibb fəaliyyəti üçün istifadə olunan avadanlıqların normaları, texniki uyğunluq sənədləri də yoxlamaya təqdim edilmədi. Anbar sahədə “pediatrik” iş üzrə tərəziyə də rast gəlindi. Klinikanın xidmətlər blankında lisenziyada göstərilən işlərdən əlavə “urologiya”, “andrologiya”, “nevrologiya”, “pediatriya”, “revmatologiya”, “dermatologiya”, “terapevt” və “allerqologiya” işləri də qeyd edilmişdir. Məhz şikayət edən şəxsin övladı da (X6) “allergikbronxit” xəstəliyindən əziyyət çəkdiyi barədə müraciətində vurğulamışdır. Yaşar həkimə dair heç bir sənəd təqdim edilmədi (yoxlamanın birinci sualı üzrə). Yoxlamanın ikinci sualı üzrə qeyd edilir ki, fəaliyyət dairəsi və lisenziyada göstərilən işlərə dair ixtisaslı mütəxəssislərin sənədləri (işə qəbul, işləməsi və ya işdən çıxarılmasına dair xitam sənədləri) təqdim edilmədiyindən qiymətləndirilməsi mümkün olmadı. Nöqsan aşkarlanmadı. Yoxlamanın üçüncü sualı üzrə qeyd edilir ki, müəssisədə cari olaraq lisenziyadan kənar “kosmetoloji” iş üzrə tibbi fəaliyyət ilə məşğul olması faktı aşkarlandı. Fotoşəkillər çəkildi, iş materiallarına əlavə edildi. Bu barədə protokol tərtib edildi. Müəssisədə yoxlama direktor X4 iştirakı, müşayiəti, təqdim etdiyi sənədlər və sahələr əsasında keçirilmişdir. Sahibkarın izahatı hissəsində - yoxlama zamanı aşkar edilmiş lisenziyadan kənar kosmetoloji tibbi xidmət icarə müqaviləsi əsasında Esmira xanım tərəfindən icra olunur. Prosedur yalnız qaş çəkməkdən ibarətdir. Onların bizim klinikada icarə yolu ilə fəaliyyət göstərməsinin qaydalara zidd olmasından məlumatsız olması, gələcəkdə nəzərə alınacağı qeyd olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X7” X15 tərəfindən plandankənar (növbədənkənar) yoxlamanın keçirilməsi haqqında 03 iyul 2024-cü il tarixli, 3-28-1/3-2- 739/2024 saylı qərardan görünür ki, ünvan 1 ünvanda yerləşən Şəxs MMC-də plandankənar (növbədənkənar) yoxlamanın aparılması qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə X1 tərəfindən ünvanlanmış şikayət ərizəsindən görünür ki, qızı Qurbanova Mədinənin uşaq yaşlarından “allregik-bronxit” xəstəliyindən əziyyət çəkdiyini, “turkəcarə” müalicə alması məqsədilə xx.xx.2024-cü il tarixdə Şəxs özəl klinikasında Yaşar adlı həkimin qəbulunda olduqlarını, həmin şəxsin vizual müayinə apararaq indiyəcən deyilməyən sol burun dəliyində kista olması “diaqnozu” ilə həmin burun dəliyinə bitki mənşəli “həb” qoyaraq, içki dərmanı hazırlayacağını, səhəri günü Bakı şəhəri, “Elit” ticarət mərkəzinin qarşısında ona çatdıracağını, fəsadlar olmayacağı təqdirdə pasiyentin digər burun dəliyinə də oradaca “həb” qoyacağını bildirərək müalicə resepti yazmışdır” məzmunlu olmuşdur. Protokola əlavə edilmiş fotoşəkildən görünür ki, klinikanın giriş qapısında vurulmuş reklam lövhəsində kosmetolji xidmət (botox, mezoterapiya, üzə baxım və s.), lazer epilyasiya xidməti tam ağrısız, arıqlama prosedurları (bədən şəkilləndirmə, yağların məhv edilməsi və s.) ifadələri yazılmışdır. Protokola əlavə edilmiş digər fotoşəkillərdən görünür ki, klinikada olan otaqlardan birinin qapısında “Kosmetoloq” yazılmış, otaqda həmin xidmət üçün avadanlıqlar quraşdırılmış və bunun üçün işçi ayrılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş 24 sentyabr 2021ci il tarixli lisenziyadan görünür ki, Şəxs MMC-yə özəl tibb fəaliyyətinin ambulator tibbi xidməti üzrə görülməsinə icazə verilən işlərin siyahısı həmin lisenziyada göstərilmiş, lakin həmin işlər arasında kosmetoloji xidmət nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən tərdib edilmiş 05 iyul 2024cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, 05 iyul 2024-cü il tarixdə saat 16:00-da ünvan 1 ünvanda yerləşən Şəxs MMC-yə məxsus tibb müəssisəsində keçirilən plandankənar yoxlama zamanı lisenziyadan kənar “kosmetoloji” iş və fəaliyyət aşkarlanmış, bununla da Şəxs Məhdud Məsluliyyətli Cəmiyyəti tərəfindən AR İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 215.1-ci maddəsinə əsasən tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi 04 və 05 iyul 2024-cü il tarixli, 408 nömrəli “Özəl tibb müəssisənin plandankənar (növbədənkənar) yoxlama aktı, MMC-yə məxsus klinikada lisenziyadan kənar fəaliyyətin həyata keçirilməsini təsdiq edən fotoşəkillər və inzibati xəta haqqında protokola əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hüquqi şəxs Şəxs MMC-nin məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC AR İXM-in 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində AR İXM-in 215.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 6000 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №3(004)-3692/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3692/2024
26.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver