Məhkəmə qərarları › İş №3(004)-3695/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3695/2025

17.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3695/2025 17.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Mirzəyev Çingiz Rövşən oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" QBKT MMM-nin etibarnamə üzrə X1, Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X2 iştirakları ilə, «FİNCA AZERBAİJAN” QBKT MMM-nin direktoru Timothy Tarrant barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən «FİNCA AZERBAİJAN” QBKT MMM-nin direktoru Timothy Tarrantın Azərbaycan Respublikası İXM-nin 598.1.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair xx.xx.2025-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən «FİNCA AZERBAİJAN” QBKT MMM-də xx.xx.2025 - xx.xx.2025-ci il tarixlərində aparılmış planlı tematik yoxlama (xx.xx.2023 - xx.xx.2025-ci il tarixləri arasındakı dövrü əhatə edən) nəticəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması faktları aşkar edilmiş, bununla da, «FİNCA AZERBAİJAN” QBKT MMM-nin direktoru Timothy Tarrant Azərbaycan Respublikasının İXM-nin 598.1.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X5 izahatında bildirmişdir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən ünvan 1 ünvanda yerləşən "Caspian Plaza" biznes mərkəzində fəaliyyət göstərən "xxxx" QBKT MMM-də xx.xx.2025 - xx.xx.2025-ci il tarixlərində ararılmış planlı tematik yoxlama (xx.xx.2023 - xx.xx.2025-ci il tarixləri arasındakı dövrü əhatə edən nəticəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin bir sıra tələblərinin pozulması faktları aşkar edilmişdir. Həmin faktları inzibati icraat zamanı «FİNCA AZERBAİJAN” QBKT MMM-nin direktoru Timothy Tarrantın nümayəndəsi də təsdiq etmişdir. Buna görə «FİNCA AZERBAİJAN” QBKT MMM-nin direktoru Timothy Tarrant barəsində müvafiq inzibati tənbeh növünün seçilməsini xahiş etmişdir. Məhkəmə iclasında Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" QBKT MMM-nin etibarnamə üzrə X3 inzibati xəta hadisəsini təsdiq edərək bildirmişdir ki, hazırda qeyd edilən nöqsanların aradan qaldırılması istiqamətində işlər davam etməkdədir. Hüquqi şəxs ilk dəfədir ki, qeyd edilən maddə üzrə məsuliyyətə cəlb edilir. Buna görə də qeyd edilən maddənin sanksiyasında nəzərdə tutulmuş yüngül inzibati tənbeh növünün seçilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, «FİNCA AZERBAİJAN” QBKT MMM-nin direktoru Timothy Tarrant tərəfindən Azərbaycan Respublikası İXM-nin 598.1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023 - xx.xx.2025-ci il tarixədək Azərbaycan Respublikası Mərkəzi X4 Departamentinin «FİNCA AZERBAİJAN” QBKT MMM-də aparılan "yoxlama haqqında hesabat”ından görünür ki, "Öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum Tələblər"in (DNP) 3.2.1-ci yarımbəndinə görə öhdəlik daşıyan şəxslərdə rəhbərlik və ya struktur bölmələrinin rəhbərliyi (olduğu təqdirdə) səviyyəsində məsul şəxs və məsuJLşəxs olmadıq da onu əvəz edən şəxsin təyin edilməsi və 3 (üç) iş günü ərzində MMX-nin informasiya sistemində qeydiyyatdan keçirilməsi və nəzarət orqanına verilməsi qaydası müəyyən edilməlidir. Yoxlama zamanı müəyyən edilmişdir ki, QBKT-nin daxili qayda və prosedurlarında məsul şəxs və onu əvəz edən şəxsin təyin edilməsi və 3 iş günü ərzində MMX-nın informasiya sistemində qeydiyyatdan keçirilməsi qaydası ilə bağlı tələblər müəyyən edilməmişdir. DNP-nin 3.2.4-cü yarımbəndinə görə öhdəlik daşıyan şəxsin ümumi komplayens funksiyalarını yerinə yetirən əməkdaş (məsul şəxsdən fərqli olduğu təqdirdə) tərəfindən məsul şəxsin fəaliyyəti, eyni zamanda məsul şəxs işçilər tərəfindən daxili nəzarət proqrammm tələblərinə əməl edilməsi və ƏL/TMM-nin ümumi vəziyyətinə dair, daxili qayda və prosedurlarla müəyyən edilmiş müddətdə və qaydada, lakin ildə 1 dəfədən az olmayaraq öhdəlik daşıyan şəxsin rəhbərliyinə yazılı hesabat təqdim edir. Yoxlama zamanı müəyyən edilmişdir ki, QBKT-nin daxili qayda və prosedurlarında məsul şəxs tərəfindən hesabatın təqdim edilməsi reqlamenti müəyyən edilməmişdir. DNP-nin 3.2.6.2-ci yarımbəndinə görə daxili nəzarət proqramında "Məsul şəxs öhdəlik daşıyan şəxsin daxili audit xidmətinin (olduğu təqdirdə) və müştərilərə xidmət bölməsinin (olduğu təqdirdə) işçisi ola bilməz" tələbi nəzərdə tutulmalıdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, qanunvericiliyin bu tələbi əməl edilməmiş, daxil nəzarət proqrammda yuxarıda göstərilən tələb nəzərdə tutulmamışdır. DNP-nin 4.2.1-ci yarımbəndinə görə öhdəlik daşıyan şəxs daxili nəzarət proqrammda ƏL/TMM sahəsi üzrə işçilərə təlim planlarına uyğun olaraq və ya plandan kənar müntəzəm qaydada təlimlər keçilməsini, bu məqsəd üçün təlim proqramını və onun icrasını və məlumatlandırma məqsədi ilə bu barədə məlumatın ildə bir dəfədən az olmayaraq MMX-ya təqdim edilməsini nəzərdə tutmalıdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, QBKT-nin daxili nəzarət proqrammda məlumatlandırma məqsədilə təlim proqramının MMX-ya təqdim edilməsi daxili nəzarət proqrammda nəzərdə tutulmamışdır. DNP-nin 4.2.11-ci yarımbəndinə görə təlim proqramı hər növbəti təqvim ili üçün hazırlanmalı və öhdəlik daşıyan şəxsin rəhbərliyi tərəfindən təsdiqlənməlidir. Yoxlama zamanı müəyyən edilmişdir ki, QBKT-də 2025-ci il üçün təlim proqramı təsdiq edilməmişdir. DNP-nin 4.2.14-cü yarımbəndinə görə daxili nəzarət proqramında keçirilmiş təlimlərin keyfiyyəti qiymətləndirilməsi nəzərdə tutulmalıdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, QBKT-nin daxili nəzarət proqrammda keçirilmiş təlimlərin keyfiyyətinin qiymətləndirilməsi nəzərdə tutulmamışdır DNP-nin 2.3.4-cü yarımbəndinə görə müştəri uyğunluğu tədbirlərinə və müştəri risklərinin qiymətləndirilməsinə dair daxili qayda və prosedurlar öhdəlik daşıyan şəxslərin xüsusiyyətləri nəzərə alınmaqla eyniləşdirilmə və verifikasiya tədbirlərini, o cümlədən müştəri profil risklərinin qiymətləndirilməsi proseslərini təfsilatı ilə əks etdirməlidir. Yoxlama zamanı müəyyən edilmişdir ki, QBKT-nin müştəri uyğunluğu tədbirlərinə dair daxili qayda və prosedurlarında fərdi sahibkarlarla bağlı eyniləşdirmə və verifikasiya tədbirləri əks olunmamışdır. DNP-nin 2.7.1-ci yarımbəndinə görə öhdəlik daşıyan şəxsin fəaliyyətinin xüsusiyyətləri nəzərə alınmaqla şübhəli əməliyyatlarm (əqdlərin) aşkarlanması meyarlarının (indikatorların) müəyyən edilməsi (yenilənməsi) və meyarlarm (indikatorların) mmüəyyən edildikdən (yeniləndikdən) sonra 3 (üç) iş günü ərzində məlumat qaydasında MMX-yə təqdim edilməsi nəzərdə tutulmalıdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, QBKT-nin daxili qayda və prosedurlarmda şübhəli əməliyyatların (əqdlərin) aşkarlanması meyarlarının (indikatorların) müəyyən edilməsi (yenilənməsi) və meyarlarm müəyyən edildikdən sonra 3 iş günü ərzində məlumat qaydasında MMX-ya təqdim edilməsi nəzərdə tutulmamışdır. DNP-nin 2.10.5-ci yarımbəndinə görə yeni məhsulların yaradılması və istifadəyə verilməsinə dair daxili qayda və prosedurlarda aşağı riskli yeni məhsullar istisna olmaqla, yeni məhsul və ya xidmət istifadəyə verildikdən sonra ən azı 1 il ərzində həmin məhsul və ya xidmət üzrə əməliyyatların mütəmadi risk qiymətləndirilməsinin aparılmalı olması nəzərdə tutulmalıdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, QBKT-nin daxili qayda və prosedurlarmda aşağı riskli yeni məhsullar istisna olmaqla, yeni məhsul və ya xidmət istifadəyə verildikdən sonra ən azı 1 il ərzində həmin məhsul və ya xidmət üzrə əməliyyatların mütəmadi risk qiymətləndirilməsinin aparılması tələbi qeyd olunmamışdır. DNP-nin 2.10.6-cı yarımbəndinə görə risk qiymətləndirilməsi nəticəsində şübhəli əməliyyatlarının sayınm olmasının və riskin azaldıla bilinməməsinin həmin məhsul və ya xidmətin təqdim edilməsindən imtina üçün əsas olması bu daxili qayda və prosedurlarda nəzərdə tutulmalıdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, QBKT-ni daxili qayda və prosedurlarmda risk qiymətləndirilməsi nəticəsində şübhəli əməliyyatlarının sayınm olmasının və riskin azaldıla bilinməməsinin həmin məhsul və ya xidmətin təqdim edilməsindən imtina üçün əsas olması qeyd olunmamışdır. "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun 4.2-ci maddəsinə əsasən öhdəlik daşıyan şəxslər aşağıdakı hallarda müştəri uyğunluğu tədbirlərini tətbiq etməlidirlər: 4.2.1. işgüzar münasibətlərin yaradılmasından əvvəl; 4.2.2. iyirmi min manat məbləğində (bundan sonra - limit) və ya limitdən artıq məbləğdə həyata keçirilməsi gözlənilən hər hansı birdəfəlik əməliyyatdan əvvəl (bu hala, həmçinin limit çərçivəsində həyata keçirilərək bir-biri ilə əlaqəsi olan və ümumi məbləği limitdən artıq olan bir neçə əməliyyat aiddir); 4.2.3. maliyyə vəsaitlərinin elektron köçürülməsi və virtual aktivlərlə əməliyyatların aparılmasına dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq maliyyə vəsaitlərinin birdəfəlik elektron köçürülməsindən və virtual aktivlərlə aparılan birdəfəlik əməliyyatlardan əvvəl; 4.2.4. əmlakın cinayət yolu ilə əldə edilməsinə və ya terrorçuluğun maliyyələşdirilməsində istifadə edilməsinə şübhə yaradan bütün hallarda; 4.2.5. əldə edilmiş məlumat və sənədlərin doğruluğuna və ya uyğunluğuna dair şübhələr olduqda. Həmin Qanunun 4.4.4-cü bəndinə əsasən işgüzar münasibətlərin məqsədini və mahiyyətini aydınlaşdırmalı və bu barədə müştəridən məlumat və sənədlər əldə etməlidirlər; Həmin Qanunun 4.5.1 -ci bəndinə əsasən aparılan əməliyyatların müştəri barədə əldə edilmiş məlumat və sənədlərlə, habelə müştərinin fəaliyyəti və risk profili, o cümlədən maliyyə vəsaitinin mənbəyi haqqında məlumat və sənədlərlə uyğunluğunun müəyyən edilməsi məqsədilə əməliyyatların təhlil edilməsi Həmin Qanunun 4.7-ci bəndinə əsasən hüquqi şəxsin (publik hüquqi şəxslər istisna olmaqla) benefisiar mülkiyyətçisinin eyniləşdirilməsi aşağıdakı ardıcıllığa uyğun olaraq həyata keçirilməli və eyniləşdirmə məlumatlarının verifikasiyası aparılmalıdır: 4.7.1. son nəticədə hüquqi şəxsdə mühüm iştirak payına (hüquqi şəxsdə iştirak paylarının bölgüsü mühüm iştirak payının mövcudluğunu istisna etmirsə) malik olan fiziki şəxs (şəxslər) müəyyən edilməli; 4.7.2. mühüm iştirak payına malik olan fiziki şəxsin (şəxslərin) hüquqi şəxsin benefisiar mülkiyyətçisi olmasına dair şübhələr olduqda və ya iştirak payı əsasında hüquqi şəxsə nəzarəti həyata keçirən fiziki şəxs (şəxslər) mövcud olmadıqda, hüquqi şəxsə başqa formada mövcud nəzarəti həyata keçirən fiziki şəxs (şəxslər) müəyyən edilməli; 4.7.3. əgər hüquqi şəxs üzərində iştirak payı əsasında və ya başqa formada nəzarəti həyata keçirən fiziki şəxsi müəyyən etmək mümkün deyildirsə, hüquqi şəxsə rəhbərliyi həyata keçirən fiziki şəxs (şəxslər) müəyyən edilməli. Həmin Qanunun 4.10-cu bəndinə əsasən öhdəlik daşıyan şəxslər bütün mürəkkəb, qeyri-adi olaraq irihəcmli olan, habelə açıq-aşkar iqtisadi və ya qanuni məqsədi olmayan əməliyyatların oxşar əməliyyat modelləri ilə müqayisəli şəkildə təyinatını və mahiyyətini ağlabatan səviyyədə aydınlaşdırmalı, belə əməliyyatlar zamanı təqdim edilmiş əmlakın mənbəyini müəyyən etməli və bunlarla bağlı təhlil hesabatı tərtib etməlidirlər. Həmin Qanunun 10.1.4-cü bəndinə əsasən işçilərin davamlı qaydada təlimlərə cəlb edilməsi; 10.1.5. mövcud sistemin səmərəliliyini daxili audit standartları əsasında qiymətləndirən müstəqil audit mexanizminin təşkil edilməsi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinə əsasən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına, yəni: maliyyə institutları tərəfindən daxili nəzarət proqramının tətbiq edilməməsinə, yaxud tam tətbiq edilməməsinə görə - fiziki şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, vəzifəli şəxsləri iki min beş yüz manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; Göründüyü ki, "Öhdəlik daşıyan şəxslərin daxili nəzarət proqramının cavab verməli olduğu minimum Tələblər"in (DNP) 3.2.1-ci yarımbəndinə görə öhdəlik daşıyan şəxslərdə rəhbərlik və ya struktur bölmələrinin rəhbərliyi (olduğu təqdirdə) səviyyəsində məsul şəxs və məsuJLşəxs olmadıq da onu əvəz edən şəxsin təyin edilməsi və 3 (üç) iş günü ərzində MMX-nin informasiya sistemində qeydiyyatdan keçirilməsi və nəzarət orqanına verilməsi qaydası müəyyən edilməlidir. Yoxlama zamanı müəyyən edilmişdir ki, QBKT-nin daxili qayda və prosedurlarında məsul şəxs və onu əvəz edən şəxsin təyin edilməsi və 3 iş günü ərzində MMX-nın informasiya sistemində qeydiyyatdan keçirilməsi qaydası ilə bağlı tələblər müəyyən edilməmişdir. DNP-nin 3.2.4-cü yarımbəndinə görə öhdəlik daşıyan şəxsin ümumi komplayens funksiyalarını yerinə yetirən əməkdaş (məsul şəxsdən fərqli olduğu təqdirdə) tərəfindən məsul şəxsin fəaliyyəti, eyni zamanda məsul şəxs işçilər tərəfindən daxili nəzarət proqrammm tələblərinə əməl edilməsi və ƏL/TMM-nin ümumi vəziyyətinə dair, daxili qayda və prosedurlarla müəyyən edilmiş müddətdə və qaydada, lakin ildə 1 dəfədən az olmayaraq öhdəlik daşıyan şəxsin rəhbərliyinə yazılı hesabat təqdim edir. Yoxlama zamanı müəyyən edilmişdir ki, QBKT-nin daxili qayda və prosedurlarında məsul şəxs tərəfindən hesabatın təqdim edilməsi reqlamenti müəyyən edilməmişdir. DNP-nin 3.2.6.2-ci yarımbəndinə görə daxili nəzarət proqramında "Məsul şəxs öhdəlik daşıyan şəxsin daxili audit xidmətinin (olduğu təqdirdə) və müştərilərə xidmət bölməsinin (olduğu təqdirdə) işçisi ola bilməz" tələbi nəzərdə tutulmalıdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, qanunvericiliyin bu tələbi əməl edilməmiş, daxil nəzarət proqrammda yuxarıda göstərilən tələb nəzərdə tutulmamışdır. DNP-nin 4.2.1-ci yarımbəndinə görə öhdəlik daşıyan şəxs daxili nəzarət proqrammda ƏL/TMM sahəsi üzrə işçilərə təlim planlarına uyğun olaraq və ya plandan kənar müntəzəm qaydada təlimlər keçilməsini, bu məqsəd üçün təlim proqramını və onun icrasını və məlumatlandırma məqsədi ilə bu barədə məlumatın ildə bir dəfədən az olmayaraq MMX-ya təqdim edilməsini nəzərdə tutmalıdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, QBKT-nin daxili nəzarət proqrammda məlumatlandırma məqsədilə təlim proqramının MMX-ya təqdim edilməsi daxili nəzarət proqrammda nəzərdə tutulmamışdır. DNP-nin 4.2.11-ci yarımbəndinə görə təlim proqramı hər növbəti təqvim ili üçün hazırlanmalı və öhdəlik daşıyan şəxsin rəhbərliyi tərəfindən təsdiqlənməlidir. Yoxlama zamanı müəyyən edilmişdir ki, QBKT-də 2025-ci il üçün təlim proqramı təsdiq edilməmişdir. DNP-nin 4.2.14-cü yarımbəndinə görə daxili nəzarət proqramında keçirilmiş təlimlərin keyfiyyəti qiymətləndirilməsi nəzərdə tutulmalıdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, QBKT-nin daxili nəzarət proqrammda keçirilmiş təlimlərin keyfiyyətinin qiymətləndirilməsi nəzərdə tutulmamışdır DNP-nin 2.3.4-cü yarımbəndinə görə müştəri uyğunluğu tədbirlərinə və müştəri risklərinin qiymətləndirilməsinə dair daxili qayda və prosedurlar öhdəlik daşıyan şəxslərin xüsusiyyətləri nəzərə alınmaqla eyniləşdirilmə və verifikasiya tədbirlərini, o cümlədən müştəri profil risklərinin qiymətləndirilməsi proseslərini təfsilatı ilə əks etdirməlidir. Yoxlama zamanı müəyyən edilmişdir ki, QBKT-nin müştəri uyğunluğu tədbirlərinə dair daxili qayda və prosedurlarında fərdi sahibkarlarla bağlı eyniləşdirmə və verifikasiya tədbirləri əks olunmamışdır. DNP-nin 2.7.1-ci yarımbəndinə görə öhdəlik daşıyan şəxsin fəaliyyətinin xüsusiyyətləri nəzərə alınmaqla şübhəli əməliyyatlarm (əqdlərin) aşkarlanması meyarlarının (indikatorların) müəyyən edilməsi (yenilənməsi) və meyarlarm (indikatorların) mmüəyyən edildikdən (yeniləndikdən) sonra 3 (üç) iş günü ərzində məlumat qaydasında MMX-yə təqdim edilməsi nəzərdə tutulmalıdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, QBKT-nin daxili qayda və prosedurlarmda şübhəli əməliyyatların (əqdlərin) aşkarlanması meyarlarının (indikatorların) müəyyən edilməsi (yenilənməsi) və meyarlarm müəyyən edildikdən sonra 3 iş günü ərzində məlumat qaydasında MMX-ya təqdim edilməsi nəzərdə tutulmamışdır. DNP-nin 2.10.5-ci yarımbəndinə görə yeni məhsulların yaradılması və istifadəyə verilməsinə dair daxili qayda və prosedurlarda aşağı riskli yeni məhsullar istisna olmaqla, yeni məhsul və ya xidmət istifadəyə verildikdən sonra ən azı 1 il ərzində həmin məhsul və ya xidmət üzrə əməliyyatların mütəmadi risk qiymətləndirilməsinin aparılmalı olması nəzərdə tutulmalıdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, QBKT-nin daxili qayda və prosedurlarmda aşağı riskli yeni məhsullar istisna olmaqla, yeni məhsul və ya xidmət istifadəyə verildikdən sonra ən azı 1 il ərzində həmin məhsul və ya xidmət üzrə əməliyyatların mütəmadi risk qiymətləndirilməsinin aparılması tələbi qeyd olunmamışdır. DNP-nin 2.10.6-cı yarımbəndinə görə risk qiymətləndirilməsi nəticəsində şübhəli əməliyyatlarının sayınm olmasının və riskin azaldıla bilinməməsinin həmin məhsul və ya xidmətin təqdim edilməsindən imtina üçün əsas olması bu daxili qayda və prosedurlarda nəzərdə tutulmalıdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, QBKT-ni daxili qayda və prosedurlarmda risk qiymətləndirilməsi nəticəsində şübhəli əməliyyatlarının sayınm olmasının və riskin azaldıla bilinməməsinin həmin məhsul və ya xidmətin təqdim edilməsindən imtina üçün əsas olması qeyd olunmamışdır. Belə olan halda, «FİNCA AZERBAİJAN” QBKT MMM-nin direktoru Timothy Tarrant Azərbaycan Respublikası İXM-nin 598.1.2-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddələrin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 32.1 -ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə iclasında «FİNCA AZERBAİJAN” QBKT MMM-nin direktoru Timothy Tarrantın məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, «FİNCA AZERBAİJAN” QBKT MMM-nin direktoru Timothy Tarrant Azərbaycan Respublikası İXM-nin 598.1.2-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: «FİNCA AZERBAİJAN” QBKT MMM-nin direktoru Timothy Tarrant Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 2000 (iki min) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar