Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3698/2024 26.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Bakı şəhər Statistika İdarəsinin nümayəndəsi Nümayəndə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakları ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə tərtib edilmiş Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Bakı şəhər Statistika İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Bakı şəhər Statistika İdarəsindən daxil olmuş 09 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs MMC tərəfindən 2024-cü ilin (aylıq) 12-xidmət, malların təqdim edilməsi, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi haqqında hesabat iyun ayı üzrə iyul ayının 5-ci iş günü təqdim edilməli olduğu halda təqdim edilməmişdir. Bununla da Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Bakı şəhər Statistika İdarəsinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında bildirmişdir ki, Şəxs MMC tərəfindən 2024-cü ilin (aylıq) 12-xidmət, malların təqdim edilməsi, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi haqqında hesabat iyun ayı üzrə iyul ayının 5-ci iş günü təqdim edilməli olduğu halda təqdim edilməmişdir. Bununla da Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 izahatında bildirmişdir ki, Şəxs MMC may ayından fəaliyyətini dayandırmış, heç bir işçisi yoxdur və heç bir fəaliyyətlə məşğul deyildir. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnternet Vergi İdarəsinin kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, nizamnamə kapitalı 10.00 AZN olan Şəxs MMC-nin hüquqi ünvanı ünvan 1 2019-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. İnzibati xəta haqqında 09 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs MMC tərəfindən 2024-cü ilin (aylıq) 12-xidmət, malların təqdim edilməsi, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi haqqında hesabat iyun ayı üzrə iyul ayının 5-ci iş günü təqdim edilməli olduğu halda təqdim edilməmişdir. “Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması barədə” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsinin rəis müavini X3 tərəfindən Şəxs MMC-yə ünvanlanmış məktubdan görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsi bildirir ki, xx.xx.2024-cü il tarixli ərizənizə əsasən fəaliyyətinizin xx.xx.2024-cü il tarixdən xx.xx.2079cu il tarixinədək dayandırılması vergi orqanı tərəfindən təmin edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, Şəxs MMC tərəfindən AR İXM-nin 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi öz təsdiqini tapmamışdır ki, belə olan halda inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.1.1-ci maddəsinə əsasən xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 389-cu maddəsinə əsasən Statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə araşdırması zamanı Şəxs MMC tərəfindən məhkəməyə təqdim edilmiş məktubdan görünür ki, MMC xx.xx.2024-cü il tarixində fəaliyyətini dayandırmışdır. Bu da o deməkdir ki, MMC may ayında fəaliyyətini dayandırdığı halda iyul ayında inzibati xəta törədə bilməzdi. Məhkəmə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Bakı şəhər Statistika İdarəsindən daxil olmuş 09 iyul 2024-cü il tarixli, MN ******* saylı protokolu, Şəxs MMC tərəfindən məhkəməyə təqdim edilmiş məktub və iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, inzibati xəta haqqında protokolun mahiyyətində əks etdirilmiş xüsusatlar MMC tərəfindən törədilməmiş və Şəxs MMC-yə münasibətdə inzibati xəta hadisəsinin baş verməsi istisna olunur. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməmiş və bununla da inzibati xəta hadisəsi baş verməmişdir. Belə olan halda MMC barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.1.1-ci maddəsinə əsasən xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 389cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından AR İXM-nin 53.1.1-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №3(004)-3698/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3698/2024
26.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver