Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3699/2024 01.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X1 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi, Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin nümayəndəsi Nümayəndə, Şikayət vermiş şəxs X3 iştirakı ilə, X3 DİN Bakı Şəhər Baş Polis İdarəsi X7 İdarəsi X2 tərəfindən qəbul edilmiş 03 iyul 2024-cü il tarixli, EQ 22116192 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN Bakı Şəhər Baş Polis İdarəsi X7 İdarəsi X2 tərəfindən qəbul edilmiş 03 iyul 2024-cü il tarixli, EQ 22116192 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət verən şəxs X5 şikayəti müdafiə edərək izahatında bildirmişdir ki, idarə etdiyi ** UE *** dövlət nömrə nişanlı “Lada Vesta “avtomobilinə haqsız olaraq xx.xx.2024-cü il, EQ22116192 elektron adlandırılan protokol yazılmışdır. Protokolda İXM 327.1-ci maddəsi yol nişanlarının tələblərinə riayət edilməməsi ilə bağlı 40 manat cərimə olunmağı xx.xx.2024-ci il tarixdə qeyd edilmişdir. Bildirmişdir ki, EQ22116192 elektron protokol kimi adlandırılan və ASAN PAY elektron sisteminə əlavə edilən protokolun üzərinə diqqət yetirilsə qeydlərdə birinci başda “İnzibatı xətənın törədildiyi tarix hissəsində xx.xx.2024-cü il, ikinci hissədə xx.xx.2024-cü il qeyd edilir. Həmçinin, EQ22116192 elektron protokolda yuxarıdan ikinci sırada qeydə əsasən təhlükəsiz şəhər kamerası ilə protokol yazılmışdır. Adını qeyd etdiyi “TŞ “ kameralarını polis nəfəri və ya hər hansı bir vətəndaş nəzarət edir. Bununda avtomatik çəkilmiş elektron protokol olması mümkün deyil. Hətta çəkilən şəkillərin belə elektron protokola aidiyyati yoxdur. Çəkilmiş şəkillərin rakurslarından baxanda yolun (asfaltın) üzərinə çəkilmiş nişan yuxarıdan baxanda solğun görünür, yağışlı havada heç görünmür. Ona görə də həmin yol nişanını onun görməyi mümkün deyildir. Göstərilənləri nəzərə alaraq barəsində qəbul edilən EQ22116192 saylı elektron qərarın ləğv olunması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, yolun (asfaltın) üzərində yol nişanları açıq aşkar görünür. Sadəcə olaraq şikayət vermiş şəxs Musayev Elçin yolun hərəkətində sıxlıq olduğu üçün sağ yola girərək məcburedici yol nişanını pozmuş və nəticədə qayda pozuntusu törətmişdir. Buna görə də barəsində cərimə tətbiq edilmişdir. Göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, verilmiş şikayət təmin edilməməli, X5 barəsində AR İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair DİN Bakı Şəhər Baş Polis İdarəsi X7 İdarəsi X2 tərəfindən qəbul edilmiş 03 iyul 2024-cü il tarixli, EQ 22116192 nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati təbheh vermə haqqında 03 iyul 2024-cü il tarixli, EQ 22116192 nömrəli qərardan görünür ki, X5 03 iyul 2024-cü il tarixdə, saat 09:29-da Əbdülrəhim bəy Haqverdiyev küçələrinin kəsişməsində idarə etdiyi “LADA VESTA GFK33 XK2 52 minik markalı, **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yolnişanlarının tələblərinə riaət etməmiş və nəticədə İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş fotolardan görünür ki, ““LADA VESTA GFK33 XK2 52 minik markalı, **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü sağ yola girərək məcburedici yol nişanını pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 327.1-ci maddəsinə əsasən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görəqırx manat məbləğində cərimə edilir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş fotolardan açıq aşkar görünür ki, “LADA VESTA GFK33 XK2 52 minik markalı, **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü sağ yola girərək məcburedici yol nişanını gözləməyərək yol-hərəkəti qaydalarını pozmaqla yanaşı, yolların hərəkət hissəsinin işarələrinin tələblərinə və yolda təhlükəsizliyin tələblərinin təmin edilməsinə dair tələblərə də riayət etməmişdir ki, bu hərəkətlər AR İXM-nin 327.1-ci maddəsi ilə əhatə olunduğunu nəzərə alaraq, məhkəmə onun əməlində qeyd olunan maddənin tərkibinin olması qənaətinə gəlir. Beləliklə, məhkəmə hesab edir ki, verilmiş şikayət təmin edilməməli, X3 İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair DİN Bakı Şəhər Baş Polis İdarəsi X7 İdarəsi X2 tərəfindən qəbul edilmiş 03 iyul 2024-cü il tarixli, EQ 22116192 nömrəli qərar qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X3 İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair DİN Bakı Şəhər Baş Polis İdarəsi X7 İdarəsi X2 tərəfindən qəbul edilmiş 03 iyul 2024-cü il tarixli, EQ 22116192 nömrəli qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №3(004)-3699/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3699/2024
01.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver