Məhkəmə qərarları › İş №3(004)-3701/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-3701/2024

22.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-3701/2024 22.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X2 Seyidovun sədrliyi, X4 iclas katibliyi ilə, X1 iştirakı ilə X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sisteminin EQ 21471325 saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin EQ 21471325 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə AR İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində inzibati tənbeh edilmişdir. X5 qeyd edilən qərardan şikayət verərək həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X5 bildirmişdir ki, barəsində tərtib olunmuş EQ 21471325 saylı, 31 may 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar tamamilə qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Həmçinin bildirmişdir ki, xətanın törədildiyi yer 28 May-Səfərəliyev küçələrinin kəsişməsi yəni, Nəsimi rayonu ərazisində baş vermişdir. İş materiallarından görünür ki, inzibati xətanın törədildiyi yer 28 May-Səfərəliyev küçələrinin kəsişməsi ərazisidir. Həmçinin X1 iş materiallarında olan şəxsiyyət vəsiqəsi barədə məlumatlarından (portaldan çıxarış) görünür ki, onun qeydiyyatda olduğu ünvan Lənkəran rayonu, Şürük ərazi dairəsi, Tütəpeştə kəndidir. Belə olduğu təqdirdə iş materiallarına həmin şikayətə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmasına dair vəsatət əlavə edilmiş olsa idi belə, həmin şikayətə Yasamal Rayon Məhkəməsində baxıla bilməzdi. Belə olduğu təqdirdə şikayətə inzibati xətanın törədildiyi yer üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli qərarında müəyyən edilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarına əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayəti verilə bilməz. İXM-in 129.4-cü maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest üç gün müddətində aidiyyəti üzrə göndərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 118, 129, 132ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sisteminin EQ 21471325 saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayət işlə birlikdə baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar