Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-3703/2020 13.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi ilə, X2 tərəfindən Yasamal Rayon Polis İdarəsinin 28 saylı Polis bölməsi tərəfindən qəbul edilmiş qərardan verdiyi şikayətə baxaraq, m ü ə y y ə n e t d i m: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Yasamal Rayon Polis İdarəsinin 28 saylı Polis bölməsi tərəfindən onun barəsində təyin edilmiş cərimənin silinməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini araşdıraraq hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, X2 onun barəsində təyin edilmiş cərimənin silinməsini xahiş etsə də, həmin cərimənin hansı qərarla təyin edildiyini qeyd etməmiş və qərarı şikayət ərizəsinə əlavə etməmişdir. Buna görə də, məhkəmə mübahisələndirilən inzibati xəta haqqında iş üzrə qərarın kimin tərəfindən qəbul edilməsini müəyyən edə bilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: 128.2.1. hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə; 128.2.2. kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə; 128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. Məhkəmə hesab edir ki, X1 Yasamal Rayon Polis İdarəsinin 28 saylı Polis bölməsi tərəfindən onun barəsində təyin edilmiş cərimənin silinməsi barədə şikayət ərizəsi Azərbaycan Respublikası İXM-nin 128-ci maddələrinin tələblərinə uyğun olmadığından geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: X1Yasamal Rayon Polis İdarəsinin 28 saylı Polis bölməsi tərəfindən onun barəsində təyin edilmiş cərimənin silinməsi barədə şikayət ərizəsi geri qaytarılsın. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Yasamal Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-3703/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-3703/2020
13.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver