Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-3705/2020 12.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 342.7 və 324.9-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN-nin Bakı şəhər BPİ-nin Dövlət X3 daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş sənədlərə işin baxılmağa hazırlanması zamanı nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 342.7 və 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri BPİ-nin DYPİ-si tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 10:18-də Bakı şəhəri Yasamal rayonu Tibilisi prospektində idarə etdiyi “Toyota Lexus” (minik) markalı **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobilə başqa nəqliyyat vasitəsinə verilmiş dövlət qeydiyyat nişanı ilə əvəz edərək və eyni zamanda nəqliyyat vasitəsinin üzərinə örtük çəkməklə idarə etmişdir. Bununla da, Azərbaycan Respublikasının İXM-nin 342.7-ci (Dövlət qeydiyyat nişanları və ya onlardan birinin olmamasına, saxta və ya mövcud standartlara uyğun olmayan və ya başqa nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə etməyə görə) və 342.9-cu (Nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə) maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törədilməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, protokol düzgün tərtib edilməmiş, təqdim edilmiş materiallar natamamdır və işə baxılarkən tamamlamaq mümkün deyil. Ona görə də material geri qaytarılmalıdır. İnzibati xətalar qanunvericiliyinin tələbinə görə, inzibati tənbeh tətbiq edən orqan və vəzifəli şəxslərdən fərqli olaraq, rayon məhkəmələri nisbətən ağır sanksiya (tənbeh) ilə nəticələnən inzibati xətalara dair işlərə baxırlar. Baxılması rayon məhkəmələrinə aid edilən inzibati xətalar haqqında işlər İXM-nin 43-cü maddəsində nəzərdə tutulmuşdur. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 342.7 və 342.9-cu maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin Məcəllənin protokolda qeyd edilən yalnız 342.9-cu maddə üzrə inzibati xəta haqqında işə baxılması məhkəmənin səlahiyyətinə aid olduğundan, məhkəmə Şəxs hərəkətlərində yalnız həmin maddə ilə bağlı protokolun tərtibatı və toplanmış materialın tam olub-olmamasına qiymət verir. İş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli raportdan müəyyən edilir ki, xx xxxxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidməti şöbəsi tərəfindən “Toyota Runner” markalı avtomaşının üzərində “VAZ 2107” (minik) markalı nəqliyyat vasitəsinə aid dövlət qeydiyyat nişanlarının taxılaraq idarə olunması haqqında məlumat daxil olmuş və xüsusi texniki vasitələrlə aparılan araşdırma zamanı həmin fakt öz təqdiqini tapmışdır. İş materiallarında olan AA seriyalı 534710 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən müəyyən edilir ki, “Toyota Runner” (minik) markalı **-LO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X1 xüsusi mülkiyyətindədir. İş materiallarında olan Bakı şəhəri BPİ-nin DYPİ-si tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli İXP seriyalı ******* inzibati xəta haqqında protokoldan müəyyən edilir ki, həmin protokol sürücü Şəxs idarə etdiyi “Toyota Lexus” (minik) markalı **-LO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini başqa nəqliyyat vasitəsi üçün verilmiş dövlət qeydiyyat nişanı ilə və üzərinə örtüklər çəkməsi aşkar edilməsi faktına görə tərtib edilmişdir. Göründüyü kimi, protokolda nəqliyyat vasitəsinin markası düzgün qeyd edilməmiş, buna görə də xətanın bilavasitə obyektinin hansı nəqliyyat vasitəsinin olmasına dair qeyrimüəyyənlik yaranır. Bundan başqa qeyd olunan nəqiyyat vasitəsinin idarə edilməsi üçün barəsində protokol tərtib edilmiş Şəxs icazəsinin olub-olmaması, o cümlədən onun quraşdırdığı **-LO-*** dövlət qeydiyyat nişanının kimə məxsus olması ümumiyyətlə ptorokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən araşdırılmamışdır. Protokolda nəqliyyat vasitəsinin qeydiyyat nişanının üzərinə örtük bağlanması qeyd edilməsinə baxmayaraq, buna dair o cümlədən İXM-nin 342.9-cu maddəsinin dispozisiyasında göstərilən qadağan edilmiş hər hansı alətin aşkar edilməsinə dair məhkəməyə hər hansı bir təsdiqedici sübut təqdim edilməmiş, İXM-nin 93-cü maddəsinin tələbinə əsasən nəqliyyat vasitəsinə baxış keçirilməsi təmin edilməmişdir. İş materiallarından müəyyən edilir ki, barəsində protokol tərtib edilmiş Şəxs izahatında əməlində İXM-nin 342.9-cu maddəsinin tərkib əlamətlərinin olmadığını bildirmiş, protokolda isə bu barədə qeydiyyat aparmışdır. Lakin buna baxmayaraq protokol tərtib etmiş səlahiyyətli orqan bu faktı araşdırmamış, təsdiqedici sübutlar toplamamışdır. İş materiallarına əlavə edilmiş 01 ədəd CD diskin nümayişi zamanı müəyyən edilmişdir ki, Şəxs idarə etdiyi “Toyota Lexus” (minik) markalı 10LO710 dövlət qeydiyyat nişanlı avtomobilə saxta və ya başqa nəqliyyat vasitələrinə verilmiş və ya dövlət standartlarına uyğun olmayan dövlət qeydiyyat nişanları quraşdırılmış və həmin vaxt polis əməkdaşları tərəfindən avtomobil saxlanılmışdır. Məhkəmə qeyd edir ki, iş materiallarında Şəxs Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair hər-hansı mötəbər sübut əlavə edilməmişdir. Bundan başqa iş materiallarında CD diskdə qeydə alınmış videogörüntülər nəzərdən keçirilərkən müəyyən edildi ki, Şəxs idarə etdiyi nəqliyyat vasitəsinə quraşdırılmış **-LO-*** dövlət qeydiyyat nişanını açmış və onun alt hissəsində **-LO-*** dövlət qeydiyyat nişanının olması aşkar edilmişdir. Lakin videogörüntülərdə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan istifadə edilməsi, o cümlədən müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsi, yaxud nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsi müşahidə edilmir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Lakin hazırki işin hallarından müəyyən edilir ki, məhkəməyə təqdim edilmiş protokol düzgün tərtib edilməməklə yanaşı, protokola Azərbaycan Respublikasının İXM-nin 342.9cu maddəsinin tərkib əlamətlərinin olmasına dəlalət edən hər hansı bir sübut əlavə edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, İXM-nin 101-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. İnzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir. 102.5-ci maddəyə görə inzibati araşdırma inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılır. İcraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxsin əsaslandırılmış vəsatəti olduqda, bu müddət yuxarı vəzifəli şəxs tərəfindən bir ayadək müddətə uzadılır. İXM-nin 103.1-ci maddəsinə əsasən isə inzibati xəta haqqında protokol (prokurorun qərarı) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Lakin iş materiallarından görünür ki, ehtimal edilən inzibati xəta hadisəsi xx xxxxxxxx 2020-ci il tarixdə aşkar edilməsinə baxmayaraq DYPŞ-i tərəfindən İXM-nin 101- 103-cü maddələrinin tələbləri pozulmaqla inzibati xəta haqqında protokol 1 (bir) ay 10 (on) gün sonra, yəni xx xxxxxx 2020-ci il tarixdə tərtib edilməklə, 09 gün sonra, yəni xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İXM-nin 342.7 və 342.9-cu maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol qanunvericiliyin tələbləri pozulmaqla düzgün tərtib edilmədiyindən və toplanmış material natamam olduğundan, həmin materiallar əsasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq inzibati xətanı törədib-törətməməsini müəyyən etmək mümkün olmadığından, mövcud natamamlıqları isə işə məhkəmədə baxılarkən tamamlamaq mümkün olmadığından protokol və ona əlavə edilmiş material Azərbaycan Respublikası DİN-nin Bakı şəhər BPİ-nin Dövlət X2ytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İXM-nin 40, 100, 109, 110 və 114cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.7 və 342.9-cu maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli İXP seriyalı ******* nömrəli protokol və ona əlavə edilmiş material Azərbaycan Respublikası DİN-nin Bakı şəhər BPİ-nin Dövlət X4 geri qaytarılsın. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-3705/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-3705/2020
12.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver