Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3711/2020 11.12.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X6 iclas katibliyi, protokol tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, Şəxs QSC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 347 və 469.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs QSC-nin Azərbaycan Respublikası İXM-nin 347 və 469.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs QSC onun mülkiyyətində (istifadəsində) olan Hyundai Elantra” (minik) markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatları səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmiş və eyni zamanda qeyd olunan nəqliyyat vasitəsi üzrə mülki məsuliyyətini icbari qaydada sığorta etdirmək üçün sığortaçı ilə icbari sığorta müqaviləsi bağlamamışdır. Bununla da, Şəxs QSC barəsində Azərbaycan Respublikası İXM-nin 347 və 469.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs QSC-yə məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildirişlər göndərilmişdir. Məhkəməyə daxil olmuş xəbərnamələrdən müəyyən edilmişdir ki, bildirişlər ünvan sahiblərinə çatdırılmışdır. Lakin, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və tərəfindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 64.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində protokol tərtib edilən Şəxs QSC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Yasamal RPİ-nin DYPŞ-nin nümayəndəsi X7 protokolun dəlillərinə uyğun çıxış edərək hüquqi şəxs barəsində inzibati tənbeh tədbirinin təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs QSC-nin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirildiyindən həmin maddə üzrə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri təyin edilməlidir. Lakin İXM-nin 469.3-cü maddəsinə münasibətdə məhkəmə hesab edir ki, Şəxs QSC-nin əməlində həmin xətanın tərkib əlamətləri olmadığından iş üzrə icraata hissəvi xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi üzrə məhkəmə aşağıdakıları qeyd edir: İş materiallarında olan Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan müəyyən edilir ki, Şəxs QSC-nin hüquqi ünvanı Yasamal rayonu Haqverdiyev küçəsi ev 5B, 577-ci məhəllədir. İş materiallarında olan Bakı şəhəri Yasamal RPİ-nin Şəxs QSC-yə ünvanladığı sorğudan görünür ki, cəmiyyətə onun mülkiyyətində (istifadəsində) olan “Hyundai Elantra” (minik) markalı, **- PC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən xx.xx.2020-ci il tarixdə saat 01:32-də Azadlıq prospekti ilə N.Nərimanov küçələrinin kəsişməsi, 28 may istiqamətində Azərbaycan Respublikası İXM-nin 469.3-cü maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə məlumat verilməklə, qeyd edilən inzibati xətanı törətmiş sürücü barəsində qanunvericiliklə nəzərdə tutulmuş tədbir görülməsi məqsədilə 5 gün müddətində Yasamal RPİ-nə məlumat verilməsi ondan tələb edilmiş və göstərilən müddət ərzində məlumat verilmədiyi təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş inzibati məsuliyyət barədə xəbərdarlıq edilmişdir. Sorğudan həmçinin görünür ki, Şəxs QSC-nin rəsmi hüquqi ünvanı olan Yasamal rayonu Haqverdiyev küçəsi ev 5B, 577-ci məhəlləyə göndərilmişdir. İş materiallarında olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin yuxarıda qeyd olunan sorğusu xx xxxxxxx 2020-ci il tarixdə Şəxs QSC-nin məsul şəxsi tərəfindən imzalanmaqla qəbul edilmişdir. Eyni zamanda, məhkəmə tərəfindən “xxxx” MMC-yə ünvanlanmış sorğuya daxil olmuş xx xxxxxx 2020-ci il tarixli 103-2-11-1-309 nömrəli cavab məktubundan müəyyən edilir ki, Yasamal RPİ-nin DYPŞ-si tərəfindən Şəxs QSC-yə ünvanlanan “SS680905715AZ” ştrix kodlu sifarişli xəbərnaməli məktub xx xxxxxxxx 2020-ci il tarixdə 122 saylı poçt şöbəsində qəbul olunaraq ünvanı üzrə göndərilmişdir. Həmin məktub xx xxxxxxx 2020-ci il tarixdə xidmət ərazisi 141 saylı poçt şöbəsinə daxil olmuş və xx xxxxxxx 2020-ci il tarixdə müvafiq sənədə imza etdirilməklə Şəxs QSCnin əməkdaşına təhvil verilmişdir. Məktubun xəbərnaməsi isə Yasamal RPİ-nin DYPŞ-nin Ümumi şöbəsinin əməkdaşı Emin Seyidova təhvil verilmişdir. “xxxx” MMC-nin məktubundan və digər iş materiallarından görünür ki, Yasamal RPİ-nin DYPŞ-nin müvafiq sözügedən sorğusu barəsində protokol tərtib edilmiş Şəxs QSC-yə xx xxxxxxx 2020-ci il tarixdə onun hüquqi ünvanına rəsmi qaydada çatdırılmışdır. Lakin barəsində protokol tərtib edilmiş hüquqi şəxs tərəfindən səlahiyyətli qurumun müvafiq sorğusuna qanunla müəyyən edilmiş müddət ərzində cavab verilməsinə dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Şəxs QSC mülkiyyətində (istifadəsində) olan nəqliyyat vasitəsinin sürücüsünün Azərbaycan Respublikasının İXM-nin 469.3cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti üzrə qərar qəbul edilməsi üçün həmin sürücü barədə məlumat əldə etmək məqsədi ilə Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-si tərəfindən Cəmiyyətə sorğu göndərilmiş və həmin sorğu xx xxxxxxx 2020-ci il tarixdə Cəmiyyətin hüquqi ünvanına rəsmi qaydada çatdırılmışdır. Qeyd edilən sorğuda məlumatların 5 gün müddətində verilməməsinə görə hüquqi şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Lakin qeyd edilən sorğuya qanunvericiliklə müəyyən edilmiş qaydada 5 gün müddətində cavablandırılması təmin edilməmişdir. Bununla da, Şəxs QSC tərəfindən Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 51-ci maddəsinə əsasən hüquqi şəxsin daimi fəaliyyət göstərən orqanının, siyasi partiyada rəhbər orqanlarının qərargahının yerləşdiyi yer hüquqi şəxsin olduğu yer sayılır. Azərbaycan Respublikası “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanununun 12.10-cu maddəsinə əsasən dövlət qeydiyyatının ərazi aidiyyəti hüquqi şəxsin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının hüquqi ünvanı əsasında müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən cavabdeh hüquqi şəxsə iddia ərizəsi hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 33.1-ci maddəsinə əsasən Vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi olan hüquqi şəxslər, olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan), vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə, fərdi sahibkarlar və bu Məcəllənin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları, xüsusi notariuslar isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınır. Yuxarıda qeyd edilən qanunvericilik normalarının məzmunundan görünür ki, hüquqi şəxsin olduğu yer onun dövlət reyestrində qeydə alındığı hüquqi ünvanı hesab edilir. Məhkəmə qeyd edir ki, hüquqi şəxs öz hüquqi ünvanını dəyişdirdikdə müvafiq dəyişikliklərin edilməsi və qeydiyyata alınması ilə bağlı müvafiq aidiyyəti səlahiyyətli qurumlara vaxtında müraciət etməli, əks təqdirdə hüquqi nəticələrinə görə özü məsuliyyət daşımalıdır. Azərbaycan Respublikası İXM-nin 469.3-cü maddəsi üzrə məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İXM-nin 469.3-cü maddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 122.1-ci maddəsinə görə həmin Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. 122.2-ci maddəyə görə inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində tərtib edilir. Həmin Məcəllənin 123-cü maddəsi məhz foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən və hüquqi şəxsə (dövlət qurumuna) məxsus nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən törədilən inzibati xəta haqqında iş üzrə icraatın aparılması qaydalarını tənzimləyir. Belə ki, 123.1-ci maddəyə görə həmin Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. 123.2-ci maddəyə görə isə hüquqi şəxsin (dövlət qurumunun) müvafiq vəzifəli şəxsi sorğunu rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə səlahiyyətli orqana (vəzifəli şəxsə) məlumat verməlidir. 123.3-cü maddəyə görə Məcəllənin 123.1-ci maddəsində nəzərdə tutulmuş sorğuya cavab verməyən hüquqi şəxs, yaxud dövlət qurumunun vəzifəli şəxsi həmin Məcəllənin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunur. Sadalanan normaların məzmunundan görünür ki, Azərbaycan Respublikası İXM-nin 469.3-cü maddəsilə nəzərdə tutulmuş xətanın törədilməsinə görə inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs barəsində tərtib edilir. Xəta hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda həmin hüquqi şəxsə səlahiyyətli orqan tərəfindən bu barədə dərhal sorğu göndərilir. Hüquqi şəxsin müvafiq vəzifəli şəxsi isə sorğunu rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə səlahiyyətli orqana məlumat verməlidir. Qeyd olunan qanunvericilik normalarının təhlilindən müəyyən edilir ki, Azərbaycan Respublikası İXM-nin 469.3-cü maddəsi hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs barəsində tətbiq edilə bilər. Hazırki iş materiallarından isə müəyyən edilir ki, protokol fiziki şəxs barəsində deyil hüquqi şəxsin özü barəsində tərtib edilmişdir. Həmçinin həmin maddənin dizpozitiv şərtlərinə görə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə məsuliyyət nəzərdə tutulmuşdur. Yəni, qeyd olunan inzibati xətanın subyekti qismində nəqliyyat vasitələrinin bilavasitə mülkiyyətçisi deyil, mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsinin sahibləri çıxış edir. Belə olan halda inzibati xətanın tərkibinin yaranması üçün ilk növbədə subyekt dəqiq müəyyən edilməlidir. İş materialları əsasında müəyyən edilmişdir ki, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurum Yasamal RPİ-nin DYPŞ-si tərəfindən törədilməsi ehtimal edilən inzibati xətanın subyekti düzgün müəyyənləşdirilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində protokol tərtib edilmiş, Şəxs QSC-nin əməlində İXM-nin 469.3-cü maddəyə münasibətdə inzibati xəta tərkibinin əlamətləri mövcud deyildir. Ona görə də, Şəxs QSC barəsində Yasamal RPİ-nin DYPŞ-i tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli AP seriyalı ******* nömrəli protokol əsasında Azərbaycan Respublikası İXM-nin 469.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata hissəvi xitam verilməlidir. Qeyd olunur ki, Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz və başlanmış icraata xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə tərəfindən inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs QSC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Şəxs QSC Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri təyin edilməlidir. Bundan başqa Şəxs QSC-nin əməlində İXM-nin 469.3-cü maddəsi ilə məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin əlamətləri olmadığından iş üzrə icraata hissəvi xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114- 117, 128-130 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs QSC (VÖEN **********) xx xxxxxx 2020-ci il tarixli AP seriyalı ******* protokol üzrə Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs QSC-nin barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə məsuliyyətə səbəb ola biləcək xətanın tərkib əlamətləri olmadığından hissəvi xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli İş № 3(004)-1239/2020 Yasamal Rayon Məhkəməsi məhkəmə iclasının PROTOKOLU xx xxxx 2020-ci il Bakı şəhəri Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Tağıyev Müslüm Fariz oğlunun katibliyi ilə, “Şəxs ” QSC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxılır. İclas saat 16:20-də başlandı. Sədrlik edən məhkəmə iclasını açır və baxılacaq inzibati işi elan edir. İş üzrə icraatda iştirak edən şəxslərin məhkəməyə gəlmələri vəziyyəti yoxlanılır. Məhkəmə iclas katibi məruzə edərək bildirir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “Şəxs ” QSC -yə və protokol tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və protokol tərtib etmiş şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmiş və tərəflərindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Sədrlik edən yerində qısa müşavirə edib Qərara aldı: Tərəflərin məhkəmədə iştirak edilməsinin təmini məqsədilə növbəti məhkəmə iclası xx xxxx 2020-ci il saat 15:10-a təxirə salınsın. Məhkəmə iclası 16:30-da bağlı elan olunur. Protokol xx xxxx 2020-ci il tarixdə tərtib olundu. Sədrlik edən: Katib: İş № 3(004)-4124/2020 Yasamal Rayon Məhkəməsi məhkəmə iclasının PROTOKOLU xx xxxxxx 2020-ci il Bakı şəhəri Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X2 iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin (RPİ) Dövlət Yol Polis Şöbəsinin (DYPŞ) etibarnamə üzrə nümayəndəsi X3 və “xxxx” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal RPİ-nin DYPŞ-si tərəfində tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxılır. İclas saat 15:50-də başlandı. Sədrlik edənin göstərişi ilə məhkəmə iclas katibi məruzə edərək bildirir ki, məhkəmə iclasına inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin (RPİ) Dövlət Yol Polis Şöbəsinin (DYPŞ) etibarnamə üzrə nümayəndəsi X7 gəlmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” MMC-nin hüquqi ünvanına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə, eyni zamanda “Elektron Məhkəmə Sistemi” vasitəsilə sms bildirişlər göndərilmişdir. Lakin, barəsində protokol tərtib edilmiş “xxxx” MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Eyni zamanda “xxxx” MMC-yə məhkəmə tərəfindən ünvanlanmış sorğuya cavab daxil olmuşdur. Sədrlik edən inzibati iş üzrə icraatının azərbaycan dilində aparıldığını bildirir və prosesi iştirakçılarının azərbaycan dilində sərbəst danışa bilmələri və başa düşmələrini aydınlaşdırır. Proses iştirakçıları hər biri ayrı-ayrılıqda azərbaycan dilində sərbəst danışa bilmələri və başa düşmələrini bildirirlər. Sədrlik edən məhkəmə iclasında iştirak edən tərəfin şəxsiyyətini müəyyən edir. Protokol tərtib etmiş orqanın nümayəndəsi: xx xxxx 1993-cü il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan, etibarnamə üzrə nümayəndə X7 Sədrlik edən məhkəmə bildirişlərinin tərəfə çatdırılması vəziyyətini yoxlayır. Daha sonra sədrlik edən Azərbaycan Respublikası Yasamal RPİ-nin DYPŞ-nin etibarnamə üzrə nümayəndəsi X1 məhkəmə iclasının barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs “xxxx” MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz edib-etməməsi barədə fikirini soruşur. Azərbaycan Respublikası Bakı şəhər Yasamal RPİ-nin DYPŞ-nin etibarnamə üzrə nümayəndəsi X4: Hörmətli hakim! Məhkəmə iclasının “xxxx” MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etmirəm. Sədrlik edən yerində müşavirə edərək, qərara aldı: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü və 64.3-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında protokol tərtib edilən “xxxx” MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edilsin. Sədrlik edən məhkəmə tərkibini elan edir. Sədrlik edən – Əkbərli Günel Bəkir qızı Məhkəmə iclas katibi – X9 Sədrlik edən tərəflərə hakimə və məhkəmə iclas katibinə etiraz etmək hüququnun olduğunu izah edir. Etiraz daxil olmur. Sədrlik edən tərəflərə hüquq və vəzifələrini izah edir. Hüquq və vəzifələri tərəflərə aydın oldu. Sədrlik edən vəsatətin olub-olmamasını soruşur. Vəsatət daxil olmadı. Sədrlik edən protokolu əsaslandırması üçün Azərbaycan Respublikası Yasamal RPİ-nin DYPŞ-nin etibarnamə üzrə nümayəndəsi X5 söz verir. Yasamal RPİ-nin DYPŞ-nin etibarnamə üzrə nümayəndəsi X7: Hörmətli hakim! Bildirirəm ki, “xxxx” MMC onun mülkiyyətində (istifadəsində) olan “Hyundai Accent” (minik) markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatları səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Belə ki, sorğu xx xxxxxx 2020-ci il tarixdə hüquqi şəxsə rəsmi qaydada çatdırılmışdır. Bununla da, “xxxx” MMC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. İnzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş edirəm. Sual olmadı. Sədrlik edən protokolu və ona əlavə edilmiş iş materiallarını elan edərək tədqiq edir. Eyni zamanda məhkəmə tərəfindən “xxxx” MMC-yə ünvanlanmış sorğuya daxil olmuş xx xxxxxx 2020-ci il tarixli 103-2-11-1-362 nömrəli cavab məktubu elan edir. Sədrlik edən proses iştirakçısından vəsatətlərinin olub-olmamasını soruşur. Vəsatət daxil olmadı. Sədrlik edən müşavirə otağına gedir, müşavirə otağından qayıdaraq qərarı elan edir, qərardan şikayət vermə qaydasını və müddətin, habelə protokol ilə tanış olma müddətini və ona dair qeydlər vermək hüququnu izah edir. Məhkəmə iclası saat 16:00-da bağlı elan olunur. Protokol xx xxxxxx 2020-ci il tarixdə tərtib olunmuşdur. Sədrlik edən hakim: Günel Əkbərli Katib: Günay Feyzi AZƏRBAYCAN RESPUBLİKASİ BAKİ ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ AZ 1138, Bakı şəhəri, Mikayıl Müşviq küçəsi 1H Tel: (012) 510-74-99, Faks: (012) ***-**-** www.yasamalcourt.gov.az Elektron ünvan İş № 3(004)-7292020 xx xxxx 2020-ci il Barəsində inzibati tənbeh tətbiq edilmiş hüquqi şəxs: “xxxx” MMC Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 206, məhəllə 466, AZ 1065 İnzibati xəta haqqında protokolu tərtib etmiş orqan: Yasamal Rayon Polis İdarəsi Ünvan: Bakı şəhəri, Ə.Salamzadə küçəsi, 1055-ci məhəllə, AZ 1122 Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 3(004)-729/2020 saylı qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: 02 vərəq, 01 nüsxə. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-3711/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3711/2020
11.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver