Məhkəmə qərarları › İş №3(004)-373/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-373/2025

19.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-373/2025 19.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsi X8, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “X66 Klinikası” MMC-nin qanuni təmsilçisi X9 və nümayəndəsi və vəkili “De Fendo” Vəkil Bürosunun vəkili Vəkil2 iştirakı ilə, “X66 Klinikası” MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “X66 Klinikası” MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən tərtib edilmiş 23 yanvar 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, 23 yanvar 2025-ci il tarixdə saat 15:40-da Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, məhəllə 507-511 və ünvan 1 ünvanında yerləşən “X66 Klinikası” MMC-yə məxsus klinikada planlı yoxlama keçirilən zaman lisenziyadan kənar diş texniki, cərrahi stomotoloji, rentgenoloji iş və fəaliyyət və sertifikatsız özəl tibbi praktiki fəaliyyət ilə məşğul olma faktı aşkarlanmışdır. Nəticədə “X66 Klinikası” MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin 23 yanvar 2025-ci il tarixli, T-018 nömrəli planlı (növbəti) yoxlama aktı ilə təsdiq edilir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsi X25 məhkəmə iclasında protokolda göstərilənlərə uyğun izahat verərək inzibati xəta törətmiş hüquqi şəxsin barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “X66 Klinikası” MMC-nin qanuni təmsilçisi X26 inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, cəmiyyətə qarşı irəli sürülən ittihamlar əsassızdır. “Kosmetoloji iş” üzrə Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş forma və qaydalar olmadığına görə tibbi qeydiyyat sənədləri klinikanın Baş həkiminin rəhbərliyi ilə hazırlanan formada (elektron və ya kartlarda: nümunəsi əlavə olunur) aparılır. Klinikanın işçilərinin dövri tibbi müayinədən keçmələri barədə kartlar da yoxlamaya elə həmin gün təqdim olunmuşdur (surəti əlavə olunur). Poliklinikanın rəhbərliyindən əlavə arayış istədikdə, işçilərə verilən müasir kartların arayışı əvəz etdiyini bildirmişdir. Klinikanın inventarı olan cihazların uyğunluq sənədlərinin hamısı xx.xx.2025 tarixdə yoxlamaya təqdim edilmişdir. Aşkarlanan inzibati xəta törətməyən xırda nöqsanlar dərhal aradan qaldırımışdır: termometrlər bütün otaqlarda buz saxlanılan soyuduculara (dərman preparatları 26-30 dərəcəyədək temperaturda rəflərdə, botoks isə depodakı soyuducuda saxlanılır) yerləşdirilmişdir. Otaqlarda yalnız buzun olmasına baxmayaraq, bizə nöqsan kimi göstərilən ((ilk dəfədir ki, bu barədə deyilmişdir) soyuducuların temperaturunu hər yarım saatdan bir ölçülməsinin vacibliyini nəzərə alaraq, gecə saatları xaric (2-ci dəfə gələn yoxlayıcılar gündə iki dəfə ölçülüb yazılmalı olduğunu bildirdi) hər otaqda soyuducunun üzərinə orkidilmiş “Temperatur qeydiyyat vərəqəsi” assistentlər tərəfindən doldurulur. (nümunə əlavə olunur). Maraqlısı odur ki, yoxlayıcılar depoda termometri hətta əlinə götürüb baxsalar da, aktda "xxxx" yazılmışdır. MMC-nin sabiq stomotoloqu X36 xx.xx.2025-ci il tarixdən etibarən əmək müqaviləsinə xitam verilmişdir. Klinikanın rəhbərliyi tərəfindən onun xahişi ilə bəzi inventar-avadanlıqları və şəxsi əşyalarını müvəqqəti olaraq stomatoloq otağında saxlanılmasını xahiş etmiş və həmin əşyaların tez bir zamanda özünün yeni iş yerinə daşıyacağına söz versə də, əməl etməmişdir. xx.xx.2025-ci il tarixdə MMC-nin inventarı olmayan həmin əşyalar tam şəkildə klinikadan çıxarılmışdır (inventarizasiya kitabındakı stomatolğiya kabinetinin inventarlaşdırlması üzrə sənədin və E.Əliyevin izahatının surəti əlavə olunur). Aktda “Stomatoloji otaqda sanitar-epidimioloji tələblərə riayət edilməmişdir” yazısı isə həmin otağın istifadəsiz qalması və həkimin şəxsi əşyalarının səliqəsiz şəkildə yığılması səbəbindəndir. xx.xx.2025 tarixdə “X22” tərəfindən plandankənar yoxlamaya 3 nəfər yoxlayıcı gələrək, yenidən həm stomatoloji otağa, həm də sənədlərə baxış keçirmişlər, bu dəfə protokol düzgün tərtib edildiyinə görə sənədi imzalamışdır. Nöqsanlardan biri də təlimat cədvəlinin olmaması və sterilizə olunmuş konteynerlərin üzərində tarixin yazmaması idi. Qeyd etməliyəm ki, hər iki sterilizasiya otağı tam normativlərə uyğun şəkildə və ən müasir vadanlıqlarla təchiz olunmuşdur. Sterilizə edilmiş konteynerlərin üzərində tarixin göstərilməməsi isə maqlı irad kimi qəbul edilmiş və dərhal cavabdeh şəxs tərəfindən nöqsan aradan qaldırılmışdır. Həmin nöqsanların aradan qaldırılması istiqamətində verilən iki gün ərzində görülmüş tədbirlər barəsində X7 fotoşəkillər əlavə edilərək məlumat verilmişdir. Müəssisədə yalnız xarici ölkələrdə və yerli tanınmış kursalarda kosmetoloq ixtisasına yiyələnmiş həkimlər fəaliyyət göstərir. Belə ki, Tibb Universitetində yalnız dermatoveneroloq ixtisası var, kosmetologiya ixtisası heç tibb texnikumunda da yoxdur. Adı çəkilən Ece Oktay həm vətəni Türkiyədə, həm də Almaniyada həmin ölkələrin dövlət tərəfindən tanınan diplomları var, habelə Azərbaycan Tibb Universitetinin müalicə işi fakultəsinin məzunudur, eləcə də həm Sevinc Əhmədova, həm də digər mütəxəssislərin təhsili bütün respublikanın estetik klinikalarında olduğu kimidir. Qərarda tibbi statistik hesabatların aparılmadığı yazılıb, lakin həmin sənədin kosmetologiya sahəsinə heç aidiyyatı yoxdur. Ölkədə tibb mütəxəssislərinin kosmetologiya ixtisası üzrə sertifikasıyadan keçmələri üçün heç bir qurum olmadığına görə peşəkar həkimlərimiz öz ixtisasları üzrə (müalicə işi, pediatriya və s.) Sertifikasiya Şəhadətnaməsi almışlar. Yoxlayıcılara sual verdim ki, “Dünyanın ən inkişaf etmiş ölkələrində kosmetologiya üzrə təlimlərdə iştirak edərək sertifikatlar alan tanınmış kosmetoloqlarımız harda keçsinlər sertifikasiyadan?” Cavab bu oldu: “Yalnız dermatoloqlar işləyə bilər bu sahədə”. Lakin bu barədə heç bir hüquqi sənəd mövcud deyil. 16 illik fəaliyyətində ilk dəfə belə bir tələb qoyulmuş və hazırda protokolda adları göstərilmiş 31 işçinin, o cümlədən, müştəriləri qeydiyyata alan, SMM xidməti göstərən assistentlərin də əmək müqaviləsinə xitam vermişəm. Beləliklə, 31 qadın və 2 kişi hazırda işsiz qalmış, klinikaya və dövlət büdcəsinə böyük zərər dəyməkdədir. 2024-cü ildə klinikamızın iki filialı fəaliyyətini dayandırmış və onlarla insan hələ də işsizdirlər. xx.xx.2024-cü il tarixdə kosmetologiya sahəsində mövcud problemlərlə bağlı dövlətimizə dəstək məqsədilə yaradılmış “X2” İctimai Birliyinin (dövlət qeydiyyatı: xx.xx.2020-ci il) təsisçisi və sədri Rəna Soltanova AR Səhiyyə naziriyinə 07 bənddən ibarət təkliflər paketi ilə məktub ünvanlamışdır. 20 dekabr 2024-cü il tarixdə aldığımız cavab məktubunda Rəna xanıma təkliflər üçün minnətdarlıq bildirilmiş və mövcud problemlərin həllinə töhfə verəcək hüquqi sənədlərin hazırlanması məqsədilə İşçi Qrupunun yaradılmasının nəzərdə tutulduğu bildirilmişdir. O da qeyd olunmuşdur ki, X1 həkim-dermatoveneroloqlar üçün “Tibbi Kosmetologiyanın əsasları” təkmilləşdirmə kursları aparılır. “Bəs digər həkimlər, hansılar ki, illərini sərf edərək kosmetoloq kimi püxtələşiblər nə etməlidirlər?” sualı ilə aidiyyəti qurumlara müraciət etsək də cavab ala bilməmişlər. Göstərilənləri nəzərə alaraq “X66 Klinikası” MMC-nin barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “X66 Klinikası” MMC-nin “De Fendo” Vəkil Bürosunun vəkili Vəkil2 bildirmişdir ki, təmsil etdiyi hüquqi şəxsdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən aparılan növbədənkənar yoxlama nəticələrinə görə ‘‘X67 Klinikası’’ MMC tərəfindən İXM-nin 215.1 və 215.4-cü maddələrinə əsasən inzibati xətanın törədilməsi barədə protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Bir neçə gün sonra isə daha dəqiq desek 05 fevral 2025-ci il tarixdə ikinci yoxlama Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilib və bu barədə akt tərtib edilmişdir. İkinci akt-da birincidən fərqli olaraq yoxlamanın nəticələrinə görə əvvəl müəyyən edilmiş 3 qüsurdan birinin arardan qaldırıldığını yəni lisenziyadan kənar fəaliyyətin əşkar edilmədiyini qeyd etsə də digər 2 qüsurun aradan qaldırıldığını görə bunu aktda düzgün tərtib etməmişlər və bu da inzibati orqanın qərəzli münasibətinin göstəricisidir. Sonuncu yəni 05 fevral 2025-ci il tarixli akt tərəfindən məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi əvvəl yoxlama zamanı Səhiyyə Nazirliyi tərəfindən aşkar edilmiş qüsurlar yəni birinci Lisenziya şərtlərinə riayət olunmadığı, ikinci özəl tibb fəaliyyəti subyekti tabeliyində çalışan tibb mütəxəssislərinin sertifikasiyaya cəlb edilmələri və son olaraq da lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmuşdur. Belə ki, birinci sual üzrə lisenziya şərtlərinə müvafiq olaraq tibbi statistik hesabatların verilməməsi qeyd edilsə də, təmsil etdiyim şirkətin Loqosu ilə çap edilmiş qovluqlar və onların daxilində bütün hesabatlar yoxlama aparan əməkdaşa təqdim edilsə də bunu yoxlamaya təqdim edilmədi kimi qeyd etmişlər. İkinci sual üzrə sertifikasiyadan kənar işçilərin fəaliyyəti ilə bağlı qeyd edir ki, bütün işçilərin müvafiq sertifasiyadan keçmələri və bu barədə rəsmi sertifakartlarının olmasına baxmayaraq şirkətin işə götürəni mübahisəli hal yaranmaması üçün dərhal həmin işçilərin əmək müqavilələrinə xitam vermişdir. Halbuki, həmin işçilərin əksəriyyəti şəhid və qazi ailələridir ki hazırda işsiz qalmışlar. Üçüncü sual üzrə isə lisenziyadan kənar fəaliyyətin olmamasını zatən yoxlama aparan əməkdaşlar aşkar etməmişlər və bu barədə aktda müvafiq qeyd aparılmışdır. Göstərilənləri nəzərə alaraq “X66 Klinikası” MMC-nin barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Belə ki iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, “X66 Klinikası” MMC-nin hüquqi ünvanı ünvan 2si X14r. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən planlı (növbəli) yoxlamanın keçirilməsi haqqında 3-28-1/3-2-6/2025 nömrəli 08 yanvar 2025-ci il tarixli qərardan görünür ki, “X66 Klinikası” MMC-yə məxsus Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, məhəllə 507-511 və ünvan 1 ünvanında yerləşən klinikanın fəaliyyətinin yoxlanılması məqsədilə, xx.xx.2025xx.xx.2025-ci il tarixlərdə mərkəzin nümayəndələri tərəfindən həmin müəssisədə planlı (növbəti) yoxlama aparılması qərara alınmışdır. İş materiallarında olan Planlı (Növbəti) Yoxlama haqqında 22 yanvar 2025-ci il tarixli T-018 nömrəli aktdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, məhəllə 507-511 və ünvan 3 ünvanında yerləşən Şəxs MMC -nə məxsus müəssisəsində 22 yanvar 2025-23 yanvar 2025-ci il tarixlərində aparılmış plan üzrə yoxlama zamanı T-018 nömrəli plan üzrə (növbəti) yoxlama aktında göstərilən yoxlama sualları əsasında aşağıdakı nəticələr aşkar edilmişdir: SUAL 1. Lisenziyanın şərtlərinə riayət olunurmu? Xeyr.

1. Müəssisədə pasiyentlərin EXCEL-fayl elektron qeydiyyatı və “kosmetoloji” iş üzrə müəssisə tərəfindən tərtib edilmiş forma əsasında aparılmasına dair sənədlərə rast gəlindi. Tibbi qeydiyyat sənədləri Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş forma və qaydalar üzrə aparılmır. Çalışan işçilərin “Dövri tibbi müayinə”dən keçmə-ləri barədə sənədlər (“Arayış”, “Yekun AKT” 2024-ci il üzrə) yoxlamaya təqdim edilmədi. "xxxx" 30 dekabr 1999- cu il № 789-İQ (Maddə 9 və 16)

2. Müəssisəyə baxış zamanı rast gəlinən və istifadə edilən tibbi avadanlıqların (sentrifuqa-2 ədəd, “kosmetoloji” (qismən) və “diş texniki” aparatları, “vizioqraf”, 2-ci “avtoklav”, “fiziodispensor”-(implant qoymaq üçün avadanlıq-2 ədəd , və s.) normativ texniki tələblərə uyğunluğu barədə təsdiqedici sənədlər yoxlamaya təqdim edilmədi. 7 noyabr 2002-ci il № 174 (7.1.) “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər barədə”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 dekabr 2014-cü il tarixli, 394 nömrəli “Ölçmə vasitələrinin yoxlanılması Qaydası və yoxlama nişanına dair Tələblər”in və “Yoxlama haqqında şəhadətnamənin forması”nın təsdiq edilməsi haqqında Qərarı)

3. Dərman vasitələrinin saxlandığı soyuducularda (kosmetoloji və “Depo- Anbar”) termometr aşkar edilmədi və “Temperatur qeydiyyat vərəqəsi” aparılmır. İonlaşdırıcı şüa mənbələrindən istifadə edən müəssisənin “Radioloji-gigiyenik Pasport” sənədi yoxlamaya təqdim edilmədi. "xxxx" xx.xx.2006-ci il №208-İİİQ (Maddə 12)

4. Müəssisədə baxış keçirilən zamanı “Stomatoloji” otaqda sanitar epidemioloji tələblərə dair qaydalarına riayət etmədən “cərrahi stomatoloji” (implant cihazı; alətlərkəlbətinlər, elevator; vasitələr ləvazimatlar (abatmen; tikiş materiallar); “rentgenoloji” (vizioqraf-cihazı); “diş texniki” (avadanlıqlar) işlərin həyata keçirilməsi üçün şəraitin yaradılması faktları aşkar edildi. Azərbaycan Respublikasının Lisenziyalar və icazələr haqqında Qanunu “Lisenziyanın və icazənin şərtlərinə riayət olunmasına nəzarət” (Maddə 27.3.)

5. Mərkəzləşdirilmiş sterilizasiya sahəsində texnoloji axın ardıcıllığı qismən pozulub, mövcud dezinfeksiyaedici işçi məhlulu ilə olan konteynerlərin üzərində müvafiq qeydlər aparılmır. Dezinfeksiyaedici işçi məhlulun hazırlanmasına”, “Avtoklav cihazının iş prinsipinə müvafiq işləməsinə” və “sterilizasiya proseslərin (dezinfeksiya,sterilizasiya önü və sterilizasiya) aparılmasına dair “Təlimatlar” tərtib edilməyib. Stomatoloji otaqda paketlənmiş steril alətlərin üzərində sterilizasiya tarixi qeyd edilmir. “Alətlətin sterilizasiya işlərinə dair qeydiyyat nəzarət jurnalı” yoxlamaya təqdim edilmədi. “Tibb müəssisələrində sanitariya-epidemioloji tələblərə dair qaydalar” Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Əmri № 37, 07 aprel 2009-cu il (7)

6. Müəssisədə ixtisasa uyğun vəzifəyə təyin edilməməsi faktı aşkar edildi: Oktay ECE xxx vəzifə üzrə kosmetoloq; ixtisas üzrə: müalicə işi , diplom 2022-ci il və X27 vəzifə üzrə həkim-kosmetoloq, ixtisas üzrə həkim-pediatr, sertifikat sənədi 2029-cu il üzrə etibarlıdır. Tibbi statistik hesabatlar (1 səhiyyə) (qeyri- dövlət) №li forma aparılmır və F-30 Səhiyyə Nazirliyinə təqdim edilmir. Əlavə vəzifə uğunsuzluğu: X16. “Əmək məcəlləsi 01 fevral 1999 № 618 (Maddə 61)” SUAL 2. Özəl tibb fəaliyyəti subyekti tabeliyində çalışan tibb mütəxəssis(lər)ini sertifikasiyaya cəlb edirmi? Xeyr. Müəssisədə sertifikasiyadan keçmədən praktiki özəl tibb fəaliyyəti ilə məşğul olması faktları aşkarlandı: X28, X45, Makatova Adylia, Gabibova Emilia, X3, X29, X4, X37, X10, X17, X18, X19, X11, X30, X42, X31, X12, X20, X32, X33, X31, X34, X38, X46, X72, X6, X39, X5, X21, X13, X47, X48 (yoxlama ilə bağlı xx.xx.2025-ci il tarixində xitam verildi), X55 (yoxlama ilə bağlı xx.xx.2025-ci il tarixdə xitam verildi). SUAL 3. Lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətini həyata keçirirmi? Bəli. Müəssisədə lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsi aşkarlandı: “diş texniki” (avadanlıq və mütəxəssis), “cərrahi stomatoloji” (alətlər, əvazimatlar, vasitələr, avadanlıq,həkim-stomatoloq X55 tərəfindən “Prosedurların” həyata keçirilməsi barədə qeydiyyat “Rentgenoloji” (vizioqraf cihaz üzrə) iş. Lisenziyalar və icazələr haqqında Azərbaycan Respublikasının Qanununa əsasən lisenziya – müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi üçün ərizəçiyə lisenziya verən orqan tərəfindən verilən rəsmi sənəddir. Qanunun 4.1-ci maddəsinə əsasən Lisenziya tələb olunan fəaliyyət növləri və icazələr (maliyyə bazarları sahəsində istisna olmaqla) yalnız bu Qanunla müəyyən edildikdən sonra müvafiq sahəni tənzimləyən Azərbaycan Respublikasının digər qanunlarında əks edilir. Lisenziya tələb olunan fəaliyyət növlərini və icazələri müəyyən edən bu Qanundan və müvafiq sahəni tənzimləyən Azərbaycan Respublikasının digər qanunlarından başqa hər hansı digər hüquqi aktda lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin, həmçinin müvafiq sahəni tənzimləyən Azərbaycan Respublikasının qanunlarından başqa hər hansı digər hüquqi aktda lisenziyaların və icazələrin alınmasından azadolma hallarının müəyyən olunmasına yol verilmir. Qanunun 1 nömrəli əlavəsinin Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısına əsasən Özəl tibb fəaliyyəti lisenziya tələb olunan fəaliyyət növüdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı"nın, "Tikintisinə icazə tələb olunan bina və qurğuların mühəndis-axtarış işlərinin Siyahısı"nın, "Tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işlərinin Siyahısı"nın və "Tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi üzrə işlərin Siyahısı"nın təsdiq edilməsi haqqında 15 may 2017-ci il tarixli 206 nömrəli qərarının 1 nömrəli əlavəsində Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin siyahısının Özəl tibb fəaliyyəti üzrə göstərilən xidmətlərə uyğun görülən işlər bölməsinin 2.24-cü bəndinə əsasən stomotologiya lisenziyalaşdırılan işlər siyahısına daxildir. “Əhalinin sağlamlığının qorunması haqqında” xx.xx.1997-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 49-1-ci maddəsinə əsasən Praktik tibb və ya əczaçılıq fəaliyyəti ali və ya orta tibb təhsili olan şəxslər (işçilər) tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada ixtisasına uyğun həyata keçirilən tibbi yardımın göstərilməsi sahəsində və ya qanunvericiliyə uyğun olaraq dərman vasitələrinin hazırlanması, istehsalı və satışı sahəsində fəaliyyətdir. Əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi və Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin şəxslər (işçilər), bu maddənin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dövri olaraq beş ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikasiyaya cəlb edilirlər. Sertifikasiya zamanı praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərə (işçilərə) onların fəaliyyət sahəsinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir. Hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertifikasiyası keçirilmir. Ali və orta ixtisas tibb təhsil müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən sənədin verildiyi gündən, ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş tibb mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən beş il müddətində sertifikasiyadan keçirilmirlər. Sertifikasiyadan keçən şəxslərə (işçilərə) həmin şəxslərin beş il müddətində praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən və forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sertifikasiya şəhadətnaməsi verilir. Sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Sertifikasiyadan keçməyən işçilər 6 ay müddətində iş yeri saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunmaq üçün müraciət edə bilərlər. Sertifikasiyadan təkrarən keçməyən işçilərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Praktik tibb və ya əczaçılıq fəaliyyətini xüsusi razılıq (lisenziya) əsasında həyata keçirən şəxslərin sertifikasiyadan keçməməsi qanunvericiliyə uyğun olaraq lisenziyanın fəaliyyətinin dayandırılması üçün əsasdır. Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 46-cı maddəsinə əsasən Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziyada) göstərilən işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə yol verilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 215.1-ci maddəsinə əsasən, Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 215.4-cü maddəsinə əsasən Qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə - vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə prosesində Azərbaycan Respublikasının İXM-nin 32-ci və 33-cü maddələrinə əsasən “X66 Klinikası” MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən “X66 Klinikası” MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, “X66 Klinikası” MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 210.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

“X66 Klinikası” MMC (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən həmin Məcəllənin 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 6000.00 (altı min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakım Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar